5
Təbiət fədaisi, elm təşnəsi - Həsən Əliyev
Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə
Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Comərdli
kəndində halal və zəhmətkeş bir ailədə anadan olmuşdur.
H.Əliyev böyük ailənin ilki idi. Onun uşaqlıq dövrü çox
mürəkkəb və qarışıq illərə təsadüf etmişdir. Zəngəzur qəzası o
dövrdə od içində idi. Ermənilərin bu bölgələrimizdə törətdikləri
cinayətləri öz gözləri ilə görən Həsən müəllim sonrakı illərdə
həmin günləri həyatının ən acı anları adlandırmışdır. 1917-ci
ildə Əliyevlər ailəsi bir çox azərbaycanlılar kimi öz doğma
yurdlarını tərk edərək Naxçıvana köçürlər. 10 yaşlı Həsən
ehtiyac üzündən əmək fəaliyyətinə başlayır. Çünki bu illərdə
bacı-qardaşlar balaca idilər. Hüseyn, Heydər, Cəlal və Aqil
eynilə Surə, Şəfiqə və Rəfiqə də kiçik olduqları üçün Həsən
Əliyev onların da qayğısına qalmalı idi. Bunun nə demək
olduğunu təsəvvür etmək çox çətindir. Hər bir qardaş və bacıya
yol göstərmək, böyüklük etmək lazım idi. 1924-cü ildə o,
təhsilini axşam məktəbində davam etdirmişdir. Özünü bacarıqlı,
qabiliyyətli göstərdiyinə görə təhsilini davam etdirmək üçün ona
Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmaq üçün
zəmanət verilir. Texnikumda oxuyarkən Gəncə dairəsi üzrə
yaradılmış “Pambıq ziyanvericilərinə qarşı mübarizə”
məntəqəsində təlimatçı işləmişdir. 1930-cu ildə Azərbaycan
Kənd Təsərrüfatı
İnstitunun (indiki Kənd Təsərrüfatı
Akademiyasının) aqronomluq fakültəsinə qəbul edilir və oranı
vaxtından əvvəl bitirir. Təhsildə qeyri-adi qabiliyyət və bacarıq
göstərdiyinə görə 1932-ci ildən Elmi Tədqiqat Pambıqçılıq
İnstituna aspiranturaya dəvət olunur və oranı 1934-cu ildə başa
vurur. Bir müddət Ucar rayonunda Şirvan zonası təcrübə
stansiyasının direktoru vəzifəsində işləyir. 1936-cı illərdə SSRİ
6
EA-nın Azərbaycan filialı torpaqşünaslıq bölməsinin elmi işçisi
və elmi katibi vəzifəsində çalışır. Akademik H.Əliyev sonradan
tədqiqat institutlarının, bölmə və şöbələrin təşkilində xüsusi
xidmət göstərir. Azərbaycan SSR Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor
müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan
SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-
1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci
müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin
katibi
(1952),
Azərbaycan
SSR
Elmlər
Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR
Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda
laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər
Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993)
vəzifələrində işləmişdir. Əsas elmi fəaliyyəti torpaqşünaslığın
nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və
təbii şəraitin qorunub daha səmərəli istifadə olunması
problemlərini,
ümumiyyətlə,
təbiətşünaslığın
müxtəlif
sahələrini əhatə edir. Akademik H.Əliyev keçmiş SSRİ-də
ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim
sayılırdı. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və
coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji
Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir.
Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən
əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin
elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.
Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi
sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji
7
maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin
təbliğinə böyük əhəmiyyət verirdi.
Həsən Əliyevin “Həyəcan təbili” əsəri (Bakı,1976,1982)
təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı,
hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir
sıra problem şuralarının sədri və üzvü olmuşdur. Onun yüksək
ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan
Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və
cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin
prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş
redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa
(1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966),
Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya
(1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə
məruzələr etmişdir. O, eyni zamanda
Böyük Vətən
Müharibəsinin (1941-1945) iştirakçısı olmuşdur. Bununla
yanaşı H. Əliyev Azərbaycan SSR Ali Sovetinin (10-11-ci
çağırış) deputatı olmuşdur. Vətən müharibəsi, Şərəf nişanı
ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına
Qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər
Akademiyasının Coğrafiya İnstitutu H.Əliyevin adınadır. Dünya
Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ),
İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü
olmuşdur. Azərbaycanın əməkdar elm xadimi adına,
Azərbaycan Respublikasının Dövlət mükafatı laureantı, Vavilov
adına medala layiq görülmüşdür. Böyük insan, akademik Həsən
Əliyevin ən böyük mükafatı isə xalqın məhəbbətini qazanmaq
olmuşdur. XX əsrin cəfakeşi Həsən Əlirza oğlu Əliyev 2 fevral
1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn
edilmişdir.
Dostları ilə paylaş: |