F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

14 


 

Qafqazın  şimal-şərq    hissələrinin  meşə  və  meşə-bozqır 

torpaqları”  adlı  monoqrafiyası  bu  gün  də  torpaqşünasların  və 

meşəçi mütəxəssislərin geniş istifadə etdiyi mənbədir.   



II iştirakçı:   Həsən müəllim  Azərbaycan EA Nəbatat institunun 

direktoru  olan  zaman  onun  rəhbərliyi  altında  “Azərbaycan 

florası” kitabının hazırlanması  bu insanın dendrologiya elminə 

dərindən  bələd  olduğunu  sübut  edirdi.  Xüsusilə  ağac  və  kol 

cinslərinin    dendroloji  xüsusiyyətlərini  müəyyənləşdirməklə 

alim,  tarixi  bitki  örtüyünü  elmi    əsaslarla  qiymətləndirmiş 

Azərbaycan Kiçik Qafqaz, Talış dağlıq zonası və Mərkəzi aran 

ərazilərində bitki örtüyünü açıqlamaqla isə onların ekocoğrafi və 

dendroloji  xüsusiyyətlərinin  təhlilini  vermişdir.  Azərbaycanda 

1952-1957-ci 

illərdə 

akademik 

Həsən 

Əliyev  Elmlər 



Akademiyasının  akademik  katibi  vəzifəsində  işləyən  zaman 

meşə  torpaqlarının  öyrənilməsini  ən  vacib  tədqiqat  işi  hesab 

edərək  zəngin  meşə  torpaqşünaslığı  labaratoriyası  yaratmışdır. 

Həmin  labaratoriyada  Qafqazın  torpaqlarının  genetik-coğrafi 

cəhətləri  öyrənilmişdir.  1959-cu  il  də

 

Mərdəkan  qəsəbəsindən 



Bərdə  şəhərinə  köçürülən  Azərbaycan  Elmi-Tədqiqat  Meşə 

Təsərrüfatı  və  Aqromeşəmeliorasiya  İnstitutunun  müasir 

tələbələrə  cavab  verən  laboratoriyalarının,  həmin  ərazidə 

münasib dendrologiya bağının  yaradılması üçün  150 hektarlıq 

ərazinin  müəyyənləşdirilməsinə  nail  olmuşdur  və  lazımli  elmi 

məsləhətlər 

vermişdir.  1970-ci  illərə  qədər  Abşeron 

yarmadasının, xüsusilə Bakı şəhərinin yaşıllaşdırılması, demək 

olar  ki,  tələblərə  cavab  vermirdi.  Onun  10  ildən  artıq 

yaşıllaşdırma  işləri  sahəsində  apardığı  elmi  və  təşkilati 

fəaliyyətinin  bəhrəsi  olaraq  1982-ci  ildə  məlum  oldu  ki,  Bakı 

şəhərində  adam  başına  düşən  yaşıllıq  norması  7-8 

kvadratmetrdən 18-20 kvadratmetrə çatmışdır. Bu hal isə ekoloji 



                                

                                                  

 

15 


 

baxımdan  adambaşına  düşən  yaşıllıq  normasına  uyğun  idi. 

Həsən  müəllim  Azərbaycan  Təbiəti  Mühafizə    Cəmiyyətinin 

mərkəzi şurasını təşkil etmiş və ona 20 il rəhbərlik etmişdir. O, 

yaradıcı  alimləri,  təbiətsevərləri  həmin  cəmiyyətin  ətrafında 

toplayaraq  geniş  içtimaiyyətin  səyini  Azərbaycan  təbiətinin 

mühafizəsi işinə cəlb etmişdir. 

III iştirakçı:  Alim “Azərbaycan təbiəti” jurnalını təsis etməklə 

bütün  respublika  içtimaiyyətinin  diqqətini  həmin  sahəyə 

yönəltmiş,  geniş    maarifləndirmə  işi  aparmışdır.  Akademik 

vətənimizdə ətraf mühitin mühafizəsi və təbiəti bərpa məsələləri 

üzrə  elmi-praktiki  əsaslar  yaratmışdır  və  uzaqgörənliklə  bu 

sahədə  kadr  hazırlığına  böyük  ehtiyac  olduğunu  göstərmişdir. 

Məhz  bu  ideya  ilə  əlaqədar  1979-cu  ildə  respublikamız  üçün 

Bakı  Dövlət  Universitetinin  coğrafiya  fakültəsinin  nəzdnində 

Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” 

kafedrasının  yaradılması  təklifini  vermiş  və  həmin  kafedranın 

açılmasında  öz  səyini  əsirgəməmişdir.  Həsən  müəllim  hələ 

1980-cı  illərdən  başlayaraq  Azərbaycan  Təbiəti  Mühafizə  

Cəmiyyəti  ilə  “Bilik”  Cəmiyyətinin  birgə  keçirdiyi  elmi 

seminarlarda 

nəzəri-praktiki 

əhəmiyyət    kəsb  edən 

mühazirələrlə  çıxış  edirdi.  O,  deyirdi  ki,  “Dünya  meşələrinin 

çox kiçik tərkib  hissəsi olan Azərbaycan meşələri cins tərkibi 

ilə  yüksək  zənginliyə  malikdir.  Ümumi  ərazimizin  12  faizə 

qədərini  təşkil  edən  meşə  fonunda  dünyada  nəsli  kəsilməkdə 

olan 70-dən artıq ağac və kol cinsləri mövcuddur. Bu məqsədlə 

bizim  təşəbbüsümüzlə,  1982-ci    ildə    Azərbaycan    hökuməti  

belə 

əraziləri  təbiət  abidələri  kimi  qiymətləndirərək 



pasportlaşdırılmasını    həyata  keçirdi.  Bu  işləri  təqdirəlayiq 

hesab etmək lazımdır.  




                                

                                                  

 

16 


 

IV iştirakçı:  Həsən Əliyev hesab edirdi ki, Kür Boyu Eldar şamı 

əkilməsi  təqdirəlayiqdir.  Lakin  onun  yanğın  təhlükəsi  daha 

böyük  olduğu  üçün  müxtəlif  cinslərlə  qarışıq  əkilməsi  daha 

məslətlidir.  O,  meşəçilərlə  söhbət  zamanı  deyirdi  ki,  biz  indi 

artıq  yüksək elmi  nailiyyətlərə və təcrübəyə  malikik. Odur ki, 

elmi-tədqiqat institutlarının tövsiyələrinə əsaslanaraq təsərrüfat 

planlarını tərtib etməliyik.  Azərbaycanın müxtəlif ərazilərində, 

xüsusilə  Aran  Qrabağda  daha  böyük  massivə  saqqız  meşələri 

onun diqqət mərkəzində idi. O, 1970-ci illərdən başlayaraq 400 

ildən  də  yuxarı  yaşı  olan  saqqız,  palıd,  digər  cinslərdən  ibarət 

Soltanbud  meşəsində  stsionar  təcrübə  sahəsi  yaratmışdı. 

Akademik mütəmadi olaraq həmin sahəni müşahidə edir, əsasən 

təbii  bərpanın  gedişatını  izləyirdi.  Həmin  sahələrdə  müşahidə 

aparmaqla  müşahidələri  qeydə  alırdı.  Saqqız  ağaclarının  suya 

daha  az  tələbkar,  oduncağı  qiymətli,  meşə  əmələgətirmə 

xüsusiyyəti yüksək olduğunu nəzərə alaraq onun əvəzsiz rolunu 

qiymətləndirir  və  dünyada  nəsli  kəsilməkdə  olduğundan  bu 

ağacı  daha  çox  öyrənməyi  təklif  edirdi.  Həsən  müəllim  Kiçik 

Qafqazın  da ən qiymətli meşə sahələrinin  ciddi qorunmasını və 

onun  bərpasını  arzulayırdı.  O,  çinarın,  qırmızı  palıdın  və 

ayıfındığı  kimi  başcinslərin  Kiçik  Qafqazda  böyük  meşə 

əmələgətirmə əhəmiyyətindən danışır və həmişə qeyd edirdi ki, 

bu  ərazilər  ciddi  mühafizə  olunmaqla  təbii  bərpa  üçün  yüksək 

təsərrüfat  fəaliyyəti  tələb  edir.  Həsən  Əliyevin  elmi 

fəaliyyətlərinin  mühüm  hissələrindən  biri  də  Böyük  Qafqaza 

həsr  olunmuşdur.  Eləcə  də  Böyük  Qafqazın  cənub-şərq 

yamaclarını,  Abşeron  yarımadasını  və  Bakı  ətrafı  florasını 

dərindən  öyrənirdi.  Onun  Abşeron  yarımadasında,  Dəvəçi, 

Siyəzən rayonları  ərazisində  apardığı  elmi-praktiki  işlərdən bu 

gün də qiymətli əsər kimi yararlanırıq. Qeyd etmək lazımdır ki, 




Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə