F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   10   ...   13

26 

 

Mən sеvmişəm ala gözün sürməsin



Bədnəzər kəsibən ziyan vеrməsin

Sağın gəzin laçın gözü görməsin

Qоrхuram səfnizi pоza, durnalar! 

  

Nazənin-nazənin еdərsiz avaz, 



Ruhlar tazələnir оlur sərəfraz, 

Vaqifin də könlü çох еdər pərvaz

Hərdəm sizin ilə gəzə, durnalar! 

 

Ümumdünya ətraf mühitin mühafizəsi günü



   

(05.06.1972) 

 

 

 



 

 

 

 

 

 

 

 

XIX  əsrin  sonlarından  başlayan  elmi–texniki  tərəqqi, 

sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər 

XX  əsrin  ortalarında  öz  mənfi  nəticələrini  büruzə  verməyə 

başladı.  Artıq  insanlar  təbiətə  olan  münasibətlərini 

dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son 

qoymayacaqları  təqdirdə  bu  prosesin  onların  özlərinə  qarşı 

çevriləcəyini  və  arzuolunmaz  nəticələrə  gətirib  çıxaracağını 

anladılar.  Bu  problemin  gələcəkdə  qlobal  kataklizmlərə  səbəb 

olacağını  başa  düşən  alimlər,  ekoloqlar  öz  etiraz  səslərini 

ucaltmağa, 

həyəcan 


təbili 

çalmağa 


başladılar.  

Problemin  ciddiliyini  dərk  edən  beynəlxalq  təşkilatlar, 




27 

 

tərəqqipərvər  dünya  ictimaiyyəti  məsələni  daim  diqqət 



mərkəzində saxlamağa çalışırdı. 

      5  iyun  1972–ci  il  tarixdə  Birləşmiş  Millətlər  Təşkilatı  Baş 

Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən 

iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində 

olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun 

yüksəldilməsinin,  ətraf  mühitin  mühafizəsi  problemlərinə 

diqqətin  yönəldilməsinin  vacibliyini  nəzərə  alan  iştirakçılar  5 

iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına 

qərar verdi və növbəti ildən həmin gün bütün dünyada təntənəli 

şəkildə qeyd olunmağa başlandı. 

     Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  hər  il  5  iyun 

“Ümumdünya  ətraf  mühit  günü”  ərəfəsində  ətraf  mühitin 

qorunması,  təbiətdən,  yeraltı  sulardan,  mineral  xammal 

ehtiyatlarından  və  yerüstü  sərvətlərdən  səmərəli  istifadə 

edilməsi,  onların  bərpası  və  mühafizəsi,  bioloji  müxtəlifliyin 

qorunub  saxlanılması  məqsədi  ilə  müxtəlif  tədbirlər  həyata 

keçirir. 

Ümumdünya  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  F. 

Köçərli adına Respublika Uşaq Kitabxanasında “Təmiz Dünya-

Sağlam  Gələcək”  adlı  sərgi  keçirilir.    Sərgini  keçirməkdə 

məqsəd  gənclər  arasında  ekoloji  mədəniyyətin  təbliği,  ətraf 

mühitə 


daha 

diqqətli 

və 

qayğıkeş 



münasibətin 

formalaşdırılması,  eyni  zamanda  ekoloji  problemlərin  həllinə 

yönələn  fəaliyyətə  gənclərin  cəlb 

olunmasıdır.  Sərgidə  Ətraf  mühitin 

mühafizəsi  haqqında  fondumuzda  yer 

alan 


kitablar, 

bukletlər, 

dövrü 

mətbuatda  nəşr  olunan  məqalələrin 



nümayişi  nəzərdə  tutulur.    Sərgiyə 

baxışdan    sonra  kitabxanaçı  sərgidə 

nümayiş olunan “Ətraf mühit haqqında 

infoqrafika”  adlı  kitab  haqqında 

oxuculara dolgun məlumat  verir. Kitab 



28 

 

ilk  dəfə  Böyük  Britanityanın  “Capstone  Global  Library” 



nəşriyyatı  tərəfindən  “Raintree”  əmtəə  nişanı  altında 

“Environment  Infographics”  adı  ilə  nəşr  olunub.  Su  sərfi, 

elektrik  energisinə  qənaət,  təkrar  istifadə  və  tullantılar  barədə 

infoqrafikalarla    zəngin  kitab  “Capstone  Global  Library” 

nəşriyyatının  orijinalı  əsasında    TEAS  Press  Nəşriyyat  evində 

tərcümə edilərək  çapa hazırlanıb. Kitabda Tullantı nədir?, Su, 

Təkrar istifadə, Çirklənmə, Energiyə qənaət, Təbiət təhlükədədir 

və s. bu kimi bölümlərə cavab tapa bilərsiniz. Bir sözlə bu kitabı 

oxumaqla  ətraf  mühit  baərədə  daha  çox  və  maraqlı 

infoqrafikalarla tanış ola biərsiniz. 

 

 

     “Ümumdünya Qarpız Günü” (03. 08) 



 

 

 



 

 

 



 

 

 



 

Bu  gün  dünyada  Qarpız  günü  kimi  qeyd  edilir.  Ən  böyük 

giləmeyvə  olan  qarpızı  çox  sevən  amerikalılar  bu  günü  tarixə 

salıblar.  Cəmi  6%-ni  şəkər  təşkil  edən  bu  giləmeyvə  hər  kəsə 

faydalıdır,  eləcə  də  diabetdən  əziyyət  çəkənlərə  də.  Qarpızın 

tərkibinin 90%-i xiyarda olduğu kimi sudan ibarətdir. Bu isə o 

deməkdir ki, istədiyiniz qədər yeyə bilərsiniz... Dünyada qarpız 

istehsalına görə lider ölkə Çin olsa da, Yaponiya cürbəcür qarpız 

çeşidlərinə görə (hətta burada sarı, qara, dördkünc qarpızlar da 

yetişdirilir)  birinci  yeri  tutur.  Ən  ağır  qarpıza  isə  Amerikada 

təsadüf edilib, onun çəkisi 122 kq. idi. Elə isə siz də bu günü 



29 

 

qeyd edin, soyuducunuzda olan qarpızı dilimləyin və doyunca 



dadın! 

Hər  il  “Qarpız  Günü”  ilə  bağlı  çoxlu  tədbirlər  keçirilir.  Belə 

tədbirlərin  çoxu  Florida  və  Texas  ştatlarında  keçirilir.  Bu 

tədbirlərin  biridə  “Qarpız  Festivalı”  dır.  Hər  festival  qarpızın 

müxtəlif  cəhətlərini  üstün  tutur.  Məsələn,  “North  Carolina 

Watermelon  Festival”da  hər  il  “Ən  dadlı  və  şirin  qarpız” 

ugrunda  yarış  keçirilir.  “Missis-Sippi  Watermelon  Fest”də  isə 

“Ən böyük qarpız” axtarılır.  

Deyilənə  görə  qarpızın  vətəni  Afrika  sayılır.  Tarixi 

baxımdan bu məlumatın nə qədər dəqiq  olmasını sübut etmək 

bizim  işimiz  olmasa  da,  bunu  əminliklə  deyə  bilərik  ki,  barlı-

bərəkətli muğan torpağı olan Sabirabad yüz illərdir ki, “Qarpızın 

Vətəni”  statusunu  qazanıb  və  bu  estafeti  uğurla  davam 

etdirməkdədir.  Bu  gün  Sabirabadda  yetişdirilən  qarpızın  şan-

şöhrəti  və  sorağı  ölkəmizin  hüdudlarından  çox-çox  uzaqlarda 

yayılıb. Bu bərəkətli nemətin adını əbədiləşdirmək üçün hər il 

Sabirabadda  “Qarpız  festivalı”,  pəhləvanların  qarpız  yarışı 

keçirilir.  Hər  il  Sabirabadda  keçirilən  festival  demək  olar  ki, 

ənənə şəklini alib. Festivalda qarpız üzərində oyma sənətindən 

nümunələr,  qarpızdan  hazırlanmış  20  növ  kulinariya  məhsulu 

(qarpız  mürəbbəsi,  kompotu,  turşusu,  şərbəti,  tort,  cem,  keks, 

dondurma, qarpız kababı) sərgilənib.  

Qarpız  günü  ilə  bağlı  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  müxtəlif  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. Beləki, kitabxanamızda Qarpız günü ilə bağlı rəsm 

sərgisi keçirilir. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.  

Qarpız günü ilə bağlı tədbirlərin geniş və maraqlı olması üçün 

nağıl  otağında  kiçik  yaşlı  oxucular  üçün  “Nağıl  saatı”nın 

keçirilməsi nəzərdə tutulur.  Kitabxanaçı Dahi Azərbaycan şairi 

Məhəmməd  Füzulinin  “Meyvələrin  söhbəti”  adlı  əsərindən  bir 

parçanı  uşaqlar  üçün  oxuyur.  Nağıl  otağı  tədbirə  uyğun 

dekorasiya  və  üzərində  müxtəlif  cür  meyvə  olan  ağaclarla  

bəzədilir.  



Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə