F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   ...   13

 

adlandırırlar.  Yerin  ekoloji  sistemləri  və  atmosfer  arasında 



karbon  qazı  mübadiləsi  prosesində  meşələr  mühüm  yer  tutur. 

Dünyadakı  meşələrin  13  faizi  xüsusi  qorunan  təbii  ərazilərə 

aiddir. Son illərdə meşələrin qırılması, deqradasiya və yanğınlar 

nəticəsində Yer kürəsində meşələrin təhlükəli dərəcədə azalması 

meylləri bütün beynəlxalq birliyi ciddi narahat edir.  

Yaşıllıqlar-yaşıl  libaslı  örtüklər  evlərimizə,  həyət-

bacalarımıza oldugu kimi, şəhərlərimizə, kəndlərimizə, küçə və 

meydanlarımıza, bag və  parklarımıza da xüsusu gözəllik verir. 

Yaşıllıq göz işığı oldugundan əhval-ruhiyyəmizin yüksək olması 

da  müəyyən  dərəcədə  bu  amildən  asılıdır.  Nahaq  demirlər  ki, 

insan  təbiətlə  sıx  təmasdadır.  Yaşıllıq  saglamlıq,  gümrahlıq 

rəmzi  olmaqla  bərabər,  onun başlıca amilidir.  İnsan orqanizmi 

üçün  lazım  olan  təmiz  havanı-oksigeni  məhz  bu  mənbədən 

alırıq. Ağ ciyərlərimizin normal və saglam fəaliyyəti də əsasən 

bu mənbədən qidalanır.  

Alimlərin  hesablamalarına  görə,  bir  çınar  ağacı  gündə 

200 kubmetr su buxarlandırır. Həmin ağac 10 saat ərzində 20,5 

kiloqram  karbon  qazı  mənimsəyir.  12  kiloqram  isə  oksigen 

buraxır.  Bir  ağacın  bir  gündə  buraxdığı  oksigen  həmin  vaxt 

ərzində 58 adama kifayət edir. Təbii ki, şəhərlərin yaşıl örtüyə 

ehtiyacları  daha  çoxdur.  Təkcə  o  mənada  yox  ki,  sənaye 

müəssələri,  ocaqxana  və  qazanxanalar  atmosferə  müəyyən 

ziyanlar  vurur,  zəhərlər  ötürür.  Həm  də  o  mənada  ki,  bu  iri 

yaşayış məskənlərində adambaşına düşən yaşıl aləm azlıq təşkil 

edir. Nahaq deməyiblər: “Agacı çox olan yerin məzarı az olar”.  

Meşə  müxtəlif  növ  ağaclar,  otlar,  yabanı  meyvələr,  cürbəcür 

təbiət  mənzərələri,  heyvanat  aləmi,  ümumiyyətlə  zəngin  flora, 

fauna və sularla zəngin olduğu üçün, həm də, insanlar üçün ən 

zəngin estetik zövq mənbəyidir. Meşənin təkcə mənzərəsi, bitki 

örtüyü  və  heyvanlar  aləmi  deyil,  onun  oksigenlə  zəngin  olan 

təmiz havası da insana xoş təsir göstərir.   



 

 



Azərbaycan  meşəsi  az  olan  ölkələr  siyahısındadır.  Onun 

ərazisinin cəmi 11, 4 faizi meşə ilə örtülüdür. Ölkə ərazisində 

meşələr pərakəndə yayılmışdır. Ümumi ərazimizin 57 faizi 

düzənliklərdən ibarət olduğundan, burada meşə örtüyünün 

sahəsi 5-6 faizə bərabərdir. Meşələrimizin qalan 94-95 faizi 

isə daglıq və dağətəyi bölgələrdə yerləşir.  

Daşıdıqları  funksiyalara  görə,  meşələrimiz  1-ci  qrupa  aiddir. 

Yəni,  onlar  sırf  torpaq  qoruyucusu,  su  saxlayıcısı,  iqlim 

tənzimləyicisi  və  s.  kimi  xeyirli  funksiyalar  yerinə  yetirir.  Bu 

səbəbdən  də  meşələrimizdə  sənaye  əhəmiyyətli  qırıntılar 

aparılması qadağan edilmişdir. Meşələrdə, yalnız məhsuldarlığı 

artırmaq,  cins  tərkibini  yaxşılaşdırmaq,  qoruyucu  funksiyaları 

yüksəltmək məqsədilə hər il xidməti qırıntılar aparılır və  yeni 

meşəliklər salınır.  

Məlum  səbəblərə  görə,  biz  iyirmi  beş  ildən  çoxdur  ki, 

işğal  altında  olan  ərazilərdən  və  Daglıq  Qarabağ  bölgəsindəki 

meşələrimizdən  ayri  düşmüşük.  Vaxtilə  bir  armud  ağacının 

kəsilməsi  ilə  kəskinləşən  münaqişə  işğal  altında  olan  260  min 

hektarlıq 

meşələrimizin 

faciəsinə 

çevrilmişdir. 

Bu, 


respublikamızın  ümumi  meşə  ərazisinin  20  faizini  təşkil  edir. 

Agdam,  Zəngilan,  Cəbrayıl,  Füzuli,  Laçın,  Qubadlı,  Kəlbəcər, 

Xankəndi, 

Xocavənd, 

Şuşa  və  Ağdərə  rayonlarının 



 

ərazilərindəki meşələrdə dag palıdı, fıstıq, vələs, ağcaqayın, adi 



qoz,  şərq  çinarı,  araz  palıdı,  qaraçöhrə,  ayı  fındığı  və  s.  kimi 

qiymətli  ağac  növləri  yetişirdi.  Respublikamızın  işğal  altında 

olan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri 

müəyyənləşdirən operativ mərkəzin hesabatında qeyd edilir ki, 

ermənilər  və  onların  xarici  ölkələrindəki  himayədarları 

tərəfindən  meşələrimizə  divan  tutulur.  Nadir  meşələrimiz 

səhralıqlara və bozqırlıqlara çevrilir. Azərbaycanın meşə ərazisi 

Ermənistanın meşə ərazisindən təqribən 3 dəfəyə yaxın çoxdur. 

Lakin buna baxmayaraq, Ermənistan Respublikası işğal altında 

olan  meşələrimizin  dağıdılıb  talan  edilməsi  hesabına,  mebel 

istehsalı  sahəsində  Müstəqil  Dövlətlər  Birliyinə  daxil  olan 

ölkələr arasında birinci yerdə gedir.  

Beynəlxalq 

informasiya 

agentliklərinin 

verdikləri 

məlumatlara,  xarici  ölkələrin  jurnalistlərinin  dərc  etdirdikləri 

yazılara  əsasən  deyə  bilərik  ki,  Zəngilan  rayonu  ərazisindəki 

Bəsitçayın hövzəsində 240 hektar sahədə yetişdirilmiş, dünyada 

analoqu  olmayan  endemik  Şərq  çinarı  meşəsi  vəhşicəsinə 

qırılaraq  mebel  istehsalı  üçün  xarici  ölkəyə  satılır.  Möhtəşəm 

çətir xüsusiyyətinə malik Araz palıdı və Laçın rayonu ərazisində 

geniş yayılan qırmızı palıd növləri də qırılıb-çatılmaqdadır. Bu 

palıd ağacı yüksək dağ palıdının qiymətli növü olmaqla yanaşı, 

oduncağının  qırmızılığına  görə  şərab,  konyak  çəlləklərinin 

istehsalında  geniş  istifadə  edilir.  Həmin  palıddan  hazırlanmış 

çəlləklərdə saxlanılan konyak içkiləri yüksək keyfiyyətliliyi ilə 

seçilir.  

Ermənilər  Laçın  rayonunda  olan  adi  qoz,  Kəlbəcər 

rayonunda yetişən ayı fındığı, həmçinin fıstıq, vələs, qaraçöhrə 

və s. ağacları sistemli şəkildə, heç bir meşəçilik qaydasına əməl 

etmədən kəsərək mebel istehsalına göndərirlər. Unutmaq olmaz 

ki, onların bu vəhşiliyi beynəlxalq konvensiyaların, o cümlədən, 

Birləşmiş  Millətlər  Təşkilatının  Dünya  İqliminin  Dəyişməsi 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə