F. Köçərli adına Respublika Uşaq Kitabxanası


Dəniz nəhəngləri  Balinalar



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   ...   5   6   7   8   9   10   11   12   13

36 

 

Dəniz nəhəngləri  Balinalar 

Dünyanın  ən böyük heyvanı  balinadır. Mavi  balina isə 

onların  ən  böyüyüdür.  Kökü  kəsilmiş  dinozavrları  belə  keçə 

bilən mavi balinanın boyu 30 metrə, agırlığı isə 130 tona çatır. 

Doğularkən balina balalarının boyu 6 metrə qədər olur.  

Balinalar  balıq  deyillər.  Çünki  onlar  bir  çox  balıqlar  kimi 

balalarını  kürü  tökməklə  deyil,  doğaraq  dünyaya  gətirir  və 

əmizdirirlər.  Balıqlarda  olan  qəlsəmələr  balinalarda  yoxdur. 

Onlar ağciyərləri ilə nəfəs alır və bundan ötrü beş-on dəqiqədən 

bir  suyun  üzərinə  çıxmaq  məcburiyyətində  qalırlar.  Hər 

çıxışdada  başlarının  üstündəki  nəfəs  aldığı  dəlikdən  bayıra  su 

püskürürlər.  Balinalar  iki  yarımdəstəyə  bölünürlər:  dişli  və 

dişsiz  (bığlı).  Ümumiyyətlə,  balinaların  38  cinsə  mənsub  83 

növü  var.  Balinaların  çoxu  Şimal  və  Cənub  yarımkürələrinin 

sularında  miqrasiya  edir;  qışda  çoxalmaq  üçün  isti  dənizlərə, 

yayda piy bağlamaqdan ötrü soyuq sulara üzürlər. Dişi balinalar, 

əsasən, balıq və molyuskları diri-diri udmaqla, dişsiz balinalar 

isə ancaq kiçik dəniz canlıları ilə qidalanırlar. Balinalarda dad, 

lamisə və dəri hissləri inkişaf etsə də, gözləri kiçikdir və qoxu 

bilmirlər.  Onlar  müxtəlif  səslər  çixararaq  uzaq  məsafələrdən 

danışırlarmış  kimi  xəbərləşir  və  okeanlarda  ailə  üzvlərinin 

hamısı  bir  araya  gələrək  dolaşırlar.  Balinaları  ətinə  və  yağına 

görə ovlayırlar. Müasir balina gəmiləri övlanan heyvanların ətini 

və yağını ayıra bilən işlək bir üzən fabrik şəklində qurulmuşdur. 

Təyyarə,  vertalyot  və  radar  qurğuları  ilə  də  balina  ovçuluğu 

edənlər  vardır.  200-300  il  yaşaya  bilən  balinaların  bəzi 

növlərinin,  çox  ovlandıqları  üçün  kökləri  kəsilmək  təhlükəsi 

qarşısındadır.  

Balinaların  səbəbi  hələlik  elmə  məlum  olmayan 

qəribəlikləri  var.  Onlar  bəzən  sürülər  halinda  və  anlaşılmaz 

şəkildə sahilə atılaraq özlərini öldürürlər. 




37 

 

Balinakimilər  dəstəsinə  80  növ  daxildir.  Onların  hamısı  suda 



yaşayır  və  heç  vaxt  quruya  çıxmır.  Balinanın  bədəni  torpedo 

formalıdır,  başı  iridir,  boynu  isə  uzundur.  Dərisi  çılpaq  və 

qalındır. Quyruğu üzgəcə oxşayır və çox güclüdür. Agciyərləri 

elastikdir.  Balina  2  ilə  bir  bala  verir.  Balinakimilərin  15  növü  

“Qırmızı  kitab”a  düşüb-Atlantika  delfini,  boz  delfin,  cənub 

balina  finval,  seyval,  komanda  narva,  Qrenladiya  balinası, 

butulkaburun agsifət delfin, Qara dəniz delfini. 

 

Delfinlər haqqında iki ovçunun söhbəti: 



-Bir  gün  Afrikada  mən  500  m-lik  məsafədən    fili  vurub 

öldürdüm. 

-Bu nədi ki?! Bu yaxinlarda mən Şimal dənizdə nəhəng bir ağ 

ayını əllərimlə boğub öldürmüşdüm.  

-Hə, dəniz demişkən

-Ölü dəniz haqda eşitmisən? 

-Əlbəttə ki! 

-Hə, Bax, onu qardaşımla mən öldürmüşəm.  

 

                    



Beynəlxalq Yarasalar Gecəsi  (20-21.09) 

 

 



 

 

 



 

 

 



 

 

 




38 

 

2012-ci  il  Beynəlxalq  Yarasalar  İli  elan  edilib.  Avqustun 



sonundan  sentyabr  ayı  boyunca  bütün  Avropada  bu  maraqlı 

heyvanların  ən  çox  yayıldıqları  yerlərdə  "Avropa  yarasalar 

gecəsi"  keçirilir.  Bu  il  Avropa  yarasalar  gecəsi  beynəlxalq 

statusa malik olub. Belə ki, bu gün eyni zamanda dünyanın 30 

ölkəsində  keçirilir.  Bu  günün  əsas  məqsədi  ətraf  mühitin 

mühafizəsi  və  ictimaiyyətin  diqqətini  bu  yeganə  uçan 

məməlilərin mühafizəsi probleminə yönəldilməsidir. 

F.  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  Beynəlxalq 

Yarasalar  gecəsi  ilə  əlaqədar    bir  çox  tədbirlər  keçirmək  olar. 

Nağıl  otağında  kiçik  yaşlı  uşaqlarla  kitabxanaçı  rəngli 

kağızlardan Yarasalar düzəldib sərgi hazırlayır. Sərgi qarşısında 

isə  kitabxanaçı  Yarasalar  haqqında  bir  neçə  tapmaca  söyləyir. 

Onların nümunəsini sizlər üçün veririk: 

 

Gündüz yatar yuvada, 



Gecə gəzər obada. 

Açması: Yarasa 

 

Halalar, ha halalar, 

Dağda ceyran balalar, 

Quşlardan hansı quşdur, 

Yumurtasız balalar? 

Açması: Yarasa 

 

Çıxdım qız qalasına, 

Ox atdım yuvasına, 

Quşlardan hansı quşdur, 

Süd verir balasına 

Açması: Yarasa 

 

 



39 

 

Göylə uçar, görünməz, 



Yerə düşər sürünməz, 

Doğar-törər, əri yox, 

Qanadının pəri yox. 

Açması: Yarasa 

 

Sıçan görsə dişin açar, 

Quş görəndə qanad açar 

Açması: Yarasa 

 

Filləri  Ümumdünya Müdafiə Günü (22. 09) 



 

 

 

 

                    

 

Sentyabrın  22-i  dünyanın  bir  çox  ölkələrində  Filləri 

Ümumdünya  Müdafiə  Günü  kimi  qeyd  edilir.  Bu  gün  təbiəti 

mühafizə  təşkilatlarının,  ekoloqların  və  fillərin  sayının 

azalmasına görə narahatlıq keçirən insanların təşəbbüsü ilə təsis 

edilib.  Fillər  fəsiləsinin  xortumlular  dəstəsinə  aid  olan  bu 

nəhəng  heyvanlar  planetimizdə  yaşayan  ən  iri  məməlilərdir. 

Ağıllı  və  çox  mütəşəkkil  fillər  əvvəllər  qurunun  böyük 

hissəsində  məskunlaşan  qədim  xortumlular  qrupunun  bizim 



Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə