F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
  1   2   3   4   5   6   7   8   9   ...   13


                          

           

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər №3 

 

 



F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi-metodika 

şöbəsi    tərəfindən  uşaqlar  üçün  maraq    kəsb  edən  əlamətdar 

tarixi  günlərə  həsr  olunmuş  mərkəzi  kitabxanaların  uşaq 

şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana filialları üçün 

hazırlanmış metodik vəsait 

 

 



 

                                                  Bakı - 2017 




 

 



Tərtibçi:                                         Könül Səmədzadə 

 

 

 

 

 

İxtisas  redaktoru və                     Şəhla Qəmbərova 

buraxılışa məsul:                           Əməkdar Mədəniyyət işçisi   

 

 

 

 

 

 

 

Uşaqların  maraq  dünyasında  əlamətdar  tarixi  günlər№3: 

metodik vəsait / tərt.ed. K. Səmədzadə;  ix. red. və burax. məsul 

Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. - 

Bakı, 2017. - 67 s. 



 

                                  

 

 



 

 

 



 

 

 



 

       ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                  


 

                                      Tərtibçi: 



Müasir dünyada uşaqların maraq dünyasına aid olan bir 

çox  ələmatdar  tarixi  günlər  qeyd  edilir.  Hər  il  belə  əlamətdar 

tarixi günlərin keçirilməsi demək olar  ki, bir ənənəyə çevrilib. 

Respublikamızın hər bir təhsil ocaqlarında, elm və mədəniyyət 

sahələrində,  eləcə  də  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  da  belə  günlərin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. F. Köçərli adına Respublika Uşaq kitabxanasının 

“Elmi-metodika” şöbəsi tərəfindən hər il hazırlanan “Ələmətdar 

tarixi günlər təqviminə” əsasən belə günlər seçilir və tədbirlərin 

hazırlanmasi üçün kitabxanaçılara təqdim olunur.  Kitabxanaçı 

öz növbəsində belə günlərin keçirilməsi üçün müxtəlif mövzular 

əsasında  metodiki  vəsaitlər  hazırlayır.  Bu    vəsaitə  əsasən 

tədbirlər keçirilir. Vəsaitdə qeyd olunan Ələmətdar tarixi günləri 

sizlər üçün təqdim edirik:Beynəlxalq Meşə günü (21.03.2013) , 

Beynəlxalq  Quşlar  günü  (1.04.1894),  Ümumdünya  Ətraf 

Mühitin  Müdafiəsi  Günü  (05.06.1972),  Ümumdünya    Qarpız 

Günü  (03.08),  Ümumdünya  Balina  və  Delfinlər  Günü 

(23.07.1986),  Beynəlxalq  Yarasalar  Gecəsi  (20-21.09),  Filləri  

Ümumdünya  Müdafiə  Günü  (22.  09),  Beynəlxalq  Dovşanlar 

Günü  (27.09),    Ümumdünya  Düyü  Günü  (20.09.2004), 

Ümumdünya  Heyvanları  Müdafiə  Günü  (04.10.1931), 

Ümumdünya  Yumurta  Günü  (13.10.2017),  Morj  Günü  (24. 

11.2008),  Ümumdünya  Ev  Heyvanları  Günü  (30.11.1931), 

Beynəlxalq  Dağlar  Günü  (11.12.2003),  Beynəlxalq  Çay  Günü  

(15.12.2004-2005). Belə metodiki vəsaitlərdə hər bir əlamətdar 

günün  yaranması  haqqında  məlumatlar,  həmin  tarixlərlə 

əlaqədar  keçiriləcək  tədbirlərdən  nümunələr  verilir.    Vəsait 

məktəb,  lisey,  gimnaziya  tələbələri,  kitabxana,  muzey  işçiləri, 

müəllimlər və s. üçün nəzərdə tutulmuşdur. Hazırlanmış vəsaiti 

sizlər üçün təqdim edirik.  




 

 



21 mart-Ümümdünya Yer kürəsi və Beynəlxalq Meşələr 

Günüdür 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-

ci  ildə  martın  21-ni  “Beynəlxalq  Meşələr  (meşə  və  ağaclar) 

günü” elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi 

vurğulanır,  onların  qorunmasına  və  artırılmasına  diqqət 

yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional 

və  beynəlxalq  fəaliyyətlər,  təşviqat  və  təbliğat  işləri  ilə  yadda 

qalır. 


Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. 

Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon 

hektarı  Braziliyanın,  310  milyon  hektarı  Kanadanın  və  303 

milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə 

meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. 

XVIII-XIX  əsrlərdə  indiki  Azərbaycan  ərazisinin  35 

faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi 

sahəsi  1021  min  hektardır.  Bu  da  respublika  ərazisinin  11,8 

faizini  təşkil  edir.  Ölkəmizin  meşə  ehtiyatının  49  faizi  Böyük 

Qafqaz,  34  faizi  Kiçik  Qafqaz,  15  faizi  Talış  və  2  faizi  Aran 

zonasının  (Naxçıvan  MR  ilə  birlikdə)  payına  düşür. 

Azərbaycanda  adambaşına  düşən  meşə  sahəsi  0,12  hektardır. 

Hazırda  261  min  hektar  meşə  fondu  sahəsi  Ermənistan 

tərəfindən işğal edilib. 

BMT-nin  Baş  Məclisinin  qərarı  ilə  2013-cü  ildən 

etibarən  hər  il  martın  21-də  qeyd  ediləcək  Beynəlxalq  Meşə 

Günü  meşələrin  və  meşə  sahələrinin  Yer  kürəsində  davamlı 

inkişaf  və  təhlükəsizlik  üçün  böyük  əhəmiyyət  daşımasına 

diqqəti  cəlb  etmək  məqsədi  güdür.  BMT-nin  Ərzaq  və  Kənd 

Təsərrüfatı Təşkilatı Baş Məclisin bu qərarını alqışlamış və üzv 

dövlətləri  həmin  gün  xüsusi  tədbirlər,  o  cümlədən  ağacəkmə 

kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır. 

Yer  kürəsi  ərazisinin  quru  hissəsinin  31  faizi  meşələrlə 

örtülmüşdür.  Haqlı  olaraq  meşələri  planetimizin  ağ  ciyərləri 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə