8
Üzrə Çərçivə Konvensiyasının, Biomüxtəlifliyin Qorunması və
Səhralaşmaya Qarşı konvensiyaların tələblərinə tam ziddir.
Deyirlər ki, hər ağac torpağa əkiləndə, onun becərilməsi
təşkil ediləndə onu əkənin, becərənin də ömrü düz bir il artar.
Bəli, “Hərəyə bir ağac əkək” adlı layihə Azərbaycanın hər bir
bolgəsində, hər bir təhsil ocaqları və müəssələrində həvəslə
yerinə yetirilir. Hər il demək olar ki, Bakı və Bakı ətrafı
bölgələrdə yüzlərlə, minlərlə agac əkmə kompaniyası keçirilir.
Beynəlxalq Meşə Günü ilə bağlı F. Köçərli adına Respublika
Uşaq Kitabxanasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. Belə tədbirlərin maraqlı və yaddaqalan keçməsi
üçün kitabxananın nağıl otağında kiçik yaşlı oxucular üçün
“Nağıl saatı” keçirilir. Nağıl saatında uşaqlar üçün “Meşə Kralı”
adlı təmsil səhnələşdirilib göstərilir.
MEŞƏ KRALI
(təmsil)
Biri vardı, biri yoxdu, bir şir vardı. Bu şir hamıdan güclü idi.
Ona meşənin kralı deyirdilər. O hər səhər heyvanları yığıb
9
əmrlər verirdi. Vay o heyvanın halına ki, kralın əmrini yerinə
yetirməyəydi.
Şir çox qəddar idi. Heyvanlara göz verib işıq vermirdi. Onun
sözündən çıxanları amansız cəza gözləyirdi. Meşənin bütün
sakinləri kraldan qorxurdu və heç kim onu sevmirdi.
Bir gün səhər meşə sakinləri, həmişəki kimi, talada toplaşıb
kralı gözləyirdilər. Ancaq şir gəlib çıxmaq bilmirdi ki, bilmirdi.
Gözləməkdən yorulan çaqqal dedi:
– Kral səhər yığıncağına gecikən deyildi. Yəqin, nə isə baş
verib. Gəlin birimiz gedək, ondan bir xəbər bilək.
Meşə sakinləri belə qərara gəldilər ki, meymunu kralın yanına
göndərsinlər.
Şiri öz yuvasında halsız görən meymun soruşdu:
– Ey böyük kral, sənə nə olub? Yoxsa yaralanmısan?!
- Xəstələnmişəm, – deyə şir cavab verdi. – Ayaq üstə dura
bilmirəm. Dünəndən bəri dilimə bir şey dəyməyib. Mənə yemək
tapın.
Meymun “baş üstə” deyib bayıra çıxdı. Xəbəri meşədəkilərə
çatdırdı. Bunu eşidən tülkü dedi:
– Lap yaxşı oldu. Onu görüm həmişə yataqda qalsın. Qoy öz
yuvasında acından ölsün. Sağalsa, yenə bizə zülm edəcək.
Hamı tülkü ilə razılaşdı.
Günlər keçir, heç kim şirə baş çəkmirdi. Meşə kralı günü-
gündən zəifləyirdi. O öz-özünə düşünürdü: “Əlbəttə, heç kim
mənə kömək etməyəcək…
Nağılın sonunda kitabxanaçı uşaqlara hər zaman yaxşılıq
etməyi, heç kimi incitməməyi tapşırır və bildirir ki, əgər şir
vaxtında meşədə olan heyvanlara yaxşı davransa idi, həmin
heyvanlar da onun qayğısına qalardı. Biz hamımız bu nağıldan
ibrət götürməlik.
Beynəlxalq Meşə Günü ilə bağlı F. Köçərli adına Respublika
Uşaq Kitabxanasında şeir müsabiqəsinin keçirilməsi də
vacibdir. Şeir müsabiqəsini orta yas qrub oxucularla keçirmək
10
daha
məqsədəuyğundur.
Oxucular
Tofiq
Mahmudun
“Azərbaycan meşələri” adlı şeirini soyləyirlər.
Balaca dost! Gəl səni
Meşələrə aparım.
İlk dəfə görəcəyin
Guşələrə aparım.
Sevinib güləcəksən
Meşəni görən kimi,
Bir muzey biləcəksən
Meşəyə girən kimi.
Ağaca bax...Nəhəngdir
Bu meşənin cökəsi.
Sanki, nəhəng çiçəkdir,
Özü boyda kölgəsi.
Cığırla qalxacaqsan,
Qalxacaqsan yuxarı,
Hər yana baxacaqsan,
Əyərək budaqları.
Bax ağacın başına
Gəz çiçək dərə-dərə,
Çıxacaqdır qarşına
Birdən böyük bir dərə.
Keçmə, dayan... o tərəf
Uçurum, yarğan, yamac...
Yenə düzülüb səf-səf,
Ətraf ağacdır, ağac.
Hər yan gözəllik dolu,
Cənnətdir hər guşəsi.
Günəşə qalxır yolu,
Gözəldir dağ meşəsi.
Ağaclar tutur mamır,
11
Qayalar tutur mamır,
Yarpaqlardan yağışın
Suları yenə damır.
Sən çiçəklər görərsən,
Ağ, sarı, göy, qırmızı.
Göbələklər görərsən
Ağ, sarı, göy, qırmızı.
Marallardır, marallar
Meşənin gözəlləri.
Xalılardır, xalılar
Yüz illik xəzəlləri.
Çatmaq üçün yuxarı,
Balaca dost! Tələs sən!
Görərsən ağacları;
Palıd, fıstıq, vələs, sən.
Görsən sərin bir bulaq,
Dayanıb dincini al.
Bura, əyilib budaq,
Burdan su içir maral.
Nələr çıxar qarşına,
Ürəyin gələr dilə.
Çatarsan dağ başına,
Meşə qurtarmaz hələ.
Qalıb yaraşığında
Yenə uzanar meşə,
Günəşin işığında
Parlayıb yanar meşə.
Balaca dost! Gəl səni
Tanış olasan deyə,
Görüb duyasan deyə
Apardım bir meşəyə.
Belə gözəl meşələr
12
Nə qədərdir, nə qədər!
Düşsən bu təbiətə
Səyyahlıq həvəsinə,
Gəl, aparım səni mən
Bizim doğma torpağın
Ən gözəl guşəsinə,
Batabat meşəsinə,
Talıstan meşəsinə,
Şabalıd meşəsinə
İlusu meşəsinə.
Hər meşə-bu torpağın
Yaşıl nəğməsi, səsi,
Gözəldən də gözəldir
Cəngi Leşkər meşəsi,
Qarayazı meşəsi,
Topçu, Fil-fil meşəsi.
Meşə-Azərbaycanın
Təbiətin əsəri
Oxu, öyrən indidən
Bu əsər-meşələri!
Tədbirin sonunda kiçik yaşlı uşaqlar təbiət və ağaclar haqqında
tapmacalar söyləyirlər.
Uzanar, ha uzanar
Qollarınan balalar Açması: Ağaclar
Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar Açması: Söyüd ağacı