F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   2   3   4   5   6   7   8   9   ...   13

22 

 

Azərbaycanda torağayların 10 növü (dünyada 70-dək növü var) 



bəzən  oturaq,  bəzən  də  köçəri  halda  yaşayır.  Qızılğac, 

Türyançay,  Zaqatala  qoruqlarında  çöl  torağayı,  tarla  torağayı, 

kəkilli torağay, kiçik torağay və s. olur.  

Torağayların bəziləri 2400 metrədək yüksəklikdə qayalı-çınqıllı 

subalp və alp qurşaqlarında məskən salırlar.  

Torağay boyca balacadır, tünd-boz rəngi  və  çilləri var. 

Torağay  yerə endikdə bu rəng ona düşmənlərdən qorunmaqda 

kömək edir.  Torağay yerdə yaşayır, burada özünə qida tapır və 

yuva tikir. Yuvasının içərisinə quru ot döşəyir. O, belə bir şəraitə 

çox gözəl uyğunlaşir: uzun və düz pəncələri sayəsində torağay 

otların üstündə rahatca gəzir. 

 

Meşə həkimi-Ağacdələn 

 

 

 



 

 

 



 

 

 



 

 

Yəqin  ki,  ağacdələnlərin  “meşə  həkimi”  olduğunu  hamınız 



eşitmisiniz.  Bəs  necə?  Axı  o,  ağacları  zərərli  həşəratlardan, 

cücülərdən təmizləyir, onları xəstəliklərdən xilas edir, vaxtından 

əvvəl qurumadan qoruyur. Bəs bu quş haqqında daha nə demək 

olar?  Ağacdələn  dırmananlar  sinfinə  aid  olan  meşə  quşudur. 

Onun uzun, düz, iskənəyəbənzər dimdiyi, nazik və xeyli uzağa 

hərəkət  edə  bilən  dili  var.  Dilin  belə  hərəkətli  olmasina  səbəb 




23 

 

dilaltı sümüyün çox inkişaf etməsidir. Ağacdələn əla dırmanma 



qabiliyyətinə  malikdir.  Lakin  yerdə  yalnız  yöndəmsiz  şəkildə 

tullanmaqla hərəkət edə bilir. Qanadlarını örtən lələklər qısadır. 

Ağacdələn, əsasən, həşəratlarla qidalanır. Bəzi növləri isə toxum 

və giləmeyvə də yeyir. Bu quş öz yuvasını ağacların gövdəsində 

qurur. Çoxalma zamanı dişi, yuvaya 3-8 ədəd ağ, şəffaf yumurta 

qoyur.  Onlar  üçün  döşəkcə  rolunu  isə  tikanlar  oynayır. 

Yumurtaların  üzərində  dişi  və  erkək  növbə  ilə  otururlar.  Adi 

vaxtlarda  isə  ağacdələn  təkliyi  sevir.  Bu  quşun  350  növü 

məlumdur. Onlar Avstraliya və Madaqaskardan savayı, demək 

olar ki, dünyanın hər yerində yaşayırlar.  



 

Leylək

  

 

 

 

 



 

 

 



 

 

 



 

Yəqin  ki,  hamınız  onun  haqqında  nağıl  da  eşitmisiniz, 

mahnı  da,  şeir  də.  Bu  böyük  ağ  quş  kəndlərin  yaxınlığında 

çəmənlikdə gəzişir, bəzən yuvasını lap kənd evlərinin damında 

qurur. Çox faydalı quşdur. Bu quşa hacıleylək də deyirlər. Bir 

çox ölkələrdə, o cümlədən Azərbaycanda müqəddəs quş hesab 

edilir.  Leyləklər  insanlarla  çoxdan  dostlaşıblar,  onlardan 

qorxmurlar.  İnsanlar isə bu dostluğu  yüksək qiymətləndirir və 

səbirsizliklə  gözləyirlər  ki,  leylək  onların  da  damında  yuva 



24 

 

qursun. Axı belə bir inam var ki, bu gözəl quşlar ev sahiblərinə 



xoşbəxtlik gətirir. Əgər leylək bir evin damında yuva qurubsa, 

hər  bahar  öz  köhnə  yuvasına  qayıdacaq.  Yenə  də  yuvada 

uzunqıç  leylək  balaları  bütün  günü  öz  ata-  analarının  ovdan 

qayıtmasını  gözləyəcəklər.  Ata-ana  isə  öz  balalarına  yem 

daşıyacaq. Axı balalar hələ uça bilmirlər, onlar valideynlərinin  

gətirdikləri qurbağaları, siçanları, kərtənkələri və başqa cücüləri 

yeyirlər. Aprelin əvvəlində leyləklər üç-beş ağ yumurta qoyur. 

Yumurtadan  çıxan  balalar  payıza  qədər  böyüyüb  qüvvətli 

quşlara çevriləcək və isti yerlərə uçub gedəcəklər. İnsanlar isə 

yenə də hər bahar öz vəfalı dostlarını gözləyəcəklər.  

Leyləklər sakit və ehtiyatla tərpənən quşlardır. Onlar bir-biri ilə 

dimdiklərini  şaqqıldatmaqla  “danışırlar”.  Ag  leyləklərin  yaxın 

qohumları  olan  qara  leyləklər  yalnız  sıx  meşələrdə  yaşayırlar. 

Sayları  azdır.  Qara  leyləklər  mühafizə  edilir.  Onun  adı 

Azərbaycanın “Qırmizi kitab”ına salınmışdır.  

 

 



Durnalar qatar-qatar... 

 

Durnalar  köç  edərkən  V  hərfi  şəkilində  qatarlanırlar.  Elm 



adamları bunun səbəblərini araşdırmış və bəzi maraqlı nəticələrə 


25 

 

gəlmişlər.  Məlum  olmuşdur  ki,  dəstənin  başında  gedən  durna 



uçarkən    hava  müqaviməti  ilə  çox  üzləşir.  Bu  səbəbdən 

başqalarına nisbətən daha tez  yorulur. Yorulan quş lap arxaya 

keçir  və  bu  dəfə  qatarın  başına  cərgədə  ondan  sonrakı  durna 

gəlir.  Bu qayda ilə  liderlik  növbə  ilə  bütün durnalara ötürülür. 

Beləcə, hər bir durna qatarın bütün nöqtələrində yer almış olur. 

Bundan başqa, hər quş qanad çalarkən özündən sonrakı quş üçün 

onu qaldıran hava axını yaradır. V şəklində uçan durna qatarı 

yaranmış  hava  axınının  hesabına  güclərini  70%-ni  mühafizə 

edirlər.  Başqa  sözlə,  təkbaşına  gedə  biləcəkləri  ən  uzaq  yolu 

dəstə halında uçarkən iki dəfə artıra bilirlər.  

Durnalar haqqında bir çox mahnı və şeirlər yazılmışdır 

ki, bunlardan ən məşhuru Molla Pənah Vaqifin “Durnalar” adlı 

şeiridir. Bu şeirə C.Cahangirov musiqi də bəstələmişdir. Mahnı 

Azərbaycanın ən məşhur müğənnilərinin ifasında səslənmişdir.   

(Şövkət Ələkbərova, Akif İslamzadə, Gülüstan Əliyeva)  

  

Bir zaman havada qanad saхlayın, 



Sözüm vardır mənim sizə, durnalar! 

Qatarlaşıb nə diyardan gəlirsiz, 

Bir хəbər vеrsəniz bizə, durnalar! 

  

Sizə müştaq durur Bağdad еlləri



Gözləyə-gözləyə qalıb yоlları, 

Asta qanad çalın, qafil tеlləri, 

Hеyifdir salarsız düzə, durnalar! 

  

Хеyli vaхtdır yarın fərağındayam, 



Pərvanə tək hüsnün çırağındayam, 

Bir ala gözlünün sоrağındayam, 

Görünürmü görün gözə, durnalar! 

  

 




Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə