F. Köçərli adına Respublika Uşaq Kitabxanası


Ümumdünya Ev heyvanları günü (30. XI)



Yüklə 348,5 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix29.09.2017
ölçüsü348,5 Kb.
#2338
1   ...   5   6   7   8   9   10   11   12   13

56 

 

          Ümumdünya Ev heyvanları günü (30. XI) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



30 noyabr ümumdünya ev heyvanları günü kimi bayram 

edilir. Bu gün bütün ev heyvanlarına həsr olunur. Həmçinin, bu 

gün pişiklər günü kimi də qeyd edilir. Pişiklər ev heyvanlarının 

simvolu  kimi  tanındığı  üçün  bu  gün  ikinci  adını  pişiklər  günü 

kimi almışdır.  

Bu  gün  dünyanın  müxtəlif  ölkələrində  müxtəlif  formalarda 

həyata keçirlir. Kimsə öz heyvanına qoyduğu qadağanı götürür 

–  divar  kağızını  qoparmaq,  pərdənin  və  hətda  stolun  üzərinə 

tullanmaq. Kimisi öz heyvanı ilə gözəllik salonuna gedir, kimisi 

öz  sevimlisinə  istədiyi  ərzağı  alır,  kimisi  heyvanına  daha  çox 

qayğı  göstərir.  Sahibsiz  və  vəhşi  heyvanların  problemləri  ilə 

daha çox məşğul olmaq lazımdır. Bu məqsədlə itlər və pişiklər 

üçün xüsusi məntəqələr yaradılıb və həmin yerlərdə heyvanlar 

təmizlənir,  müalicə  olunur  və  onlar  qocalana  qədər  qida  ilə 

təmin olunur. 

Ev  heyvanları — insan tərəfindən  əhlilləşdirilən  və  ona evində 

və  ya təsərrüfatında  xeyir  verən heyvanlardır.  Dinimiz  də  ev 

heyvanları  saxlamağı  təqdir  edir.  Lakin  İslam  onları 

incitməməyi  tövsiyə  edir.  “Heyvanlar  insanlara  əmanətdir” 



57 

 

deyilir  bir  qiymətli  kəlamda.  O  da  nəql  edilir  ki,  sevimli 



peyğəmbərimiz  (s)  evə  girəndə  həmişə  əbasına  pişik 

toxunarmış. Hələ  qədim  zamanlardan  evdə  heyvan  saxlamaq 

insanlar  arasında  geniş  yayılıb.  Heyvan  saxlamağın  bir  çox 

səbəbləri  olub.  Kimi  it  saxlayıb  ki,  ətrafdakı  təhlükələrdən 

özünü qorusun, kimi isə başqa heyvanları bəsləyib ki, ətindən, 

südündən yararlansın. Müasir dövrdə heyvan saxlamağın başqa 

səbəbləri  də  var.  Psixoloqlara  görə,  ev  heyvanları  insanların 

əsəblərini  sakitləşdirir.  İnsana  ən  çox  müsbət  enerji  verən 

heyvan isə balıqlar və quşlar sayılır. 

Bir  çox  insanlar  evdə  xüsusi  seçilmiş  heyvanları 

saxlamağı özləri üçün hobbi hesab edirlər. Elə insanlar da var ki, 

bunun tamamilə əksini düşünürlər. Düzdür, heyvanları sevsələr 

belə, onlarda ya həmin canlıya qarşı allergiya, ya da müəyyən 

fobiya olur. Bəziləri hesab edir ki, ev heyvanları olmadan yaşaya 

bilməzlər.  Onlar  heyvanların  insana  heç  bir  zərəri  olmadığını, 

əksinə onlardan faydalandıqlarını düşünürlər. 

Bir  çox  xalqlar  var  ki,  onlar  ev  heyvanlarını  hətta  doğma 

övladlarından  belə çox istəyirlər. Onun qayğısına qalır, danışır, 

ən yaxın dostları olaraq qəbul edirlər. Sözsüz ki, bu heyvanların 

yemlənməsi də ən vacib nüanslardan hesab olunur.   

Ev heyvanları da nə vaxtsa vəhşi təbiətin üzvləri olub. Amma 

insanlar  onları  himayəsinə  götürərək,  əhilləşdirib  və  belə 

heyvanlar  tədricən  vəhşi  təbiətdə  yaşamalarına  kömək  edən 

instinktlərini itiriblər. Beləcə, həmin andan etibarən onlar vəhşi 

təbiətin  deyil,  düşünən  və  nə  etdiyini  bilən  insanın  dostuna 

çevriliblər. 

Ev  heyvanlarının  müdafiəsi  günü  ilə  bağlı  F.  Köçərli  adına 

Respublika Uşaq Kitabxanasında rəsm müsabiqəsi elan olunur. 

Rəsm  müsabiqəsi  əsasən  kiçik  və  orta  yaş  qrub  oxucular 

arasında keçirilir. Müsabiqədə yaxşı rəsm çəkmək bacarığı olan 

uşaqlar münsiflər heyəti tərəfindən qiymətləndirilir

.  



58 

 

      “



 Beynəlxalq Dağlar günü” (11.12. 2003) 

Beynəlxalq dağlar günü 2003-cü ildə BMT Baş Məclisinin 57-

ci  sessiyasında  planetimizin  dağlıq  rayonlarının  inkişafı 

problemlərinə  və  həmin  ərazilərdə  yaşayan  əhaliyə  kömək 

göstərilməsinə diqqəti cəlb etmək məqsədilə elan olunmuşdur. 

Bu  gün  daha  çox  etiraf  edilir  ki,  dağlar  dünyanın  içməli  su 

ehtiyatlarının mənbəyi kimi qlobal əhəmiyyətə malikdir. Dağlar 

biomüxtəlifliyi  ilə  zəngindir,  populyar  istirahət  və  turizm 

yerləridir. Yer kürəsinin ümumi ərazisinin dörddə bir hissəsini 

əhatə edən dağlar dünya əhalisinin təxminən 12 faizinin həyat 

mənbəyidir. 

Beynəlxalq  Dağlar  günü  ilə  əlaqədar 

olaraq  F.  Köçərli  adına  Respublika 

Uşaq  Kitabxanasında    fondunda  yer 

alan “Dağlar” adlı kitabın müzakirəsini 

keçirmək olar. Bu kitab ilk dəfə 2014-

cü ildə Böyük Britaniyanın “Capstone 

Library” 

nəşriyyatı 

tərəfindən 

“Heinemann  Library”  əmtəə  nişanı 

altında  “Mountains”  adı  ilə  nəşr 

olunub.  Dağların  necə  və  harada 

yaranması,  onların  bitki  və  heyvanlar 




59 

 

aləmi  barədə  ətraflı  məlumatı  əks  etdirən  kitab  “Capstone 



Global  Library”  nəşriyyatının  orijinalı  əsasında  TEAS  Press 

Nəşriyyat  evində  tərcümə  edilərək  çapa  hazırlanıb.  Kitabın 

Azərbaycan  dilinə  tərcüməsi  və  nəşri  hüququ  TEAS  Press 

Nəşriyyat evinə məxsusdur.  

TEAS Press Nəşriyyat evi “Üç alma” əmtəə nişanı  ilə 

kiçikyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də, müəllim və 

valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir. Kitabda 

Relyef  formaları  haqqında,  Qaya  və  buz,  Yer  kürəsinin 

quruluşu,  Qaymaqlı  dağlar,  Vulkanik  dağlar,  Qırışıq  dağlar  , 

Dağların aşınması və s. haqda  maraqlı məlumatlar yer alıb.  

Dağlar necə yaranır? 

Qırışıq dağ nədir? 

Dağın zirvəsi haradadır? kimi bir çox suıllara bu kitabda cavab 

tapa bilərsiniz.  

Bir  sözlə  “Dağlar”  kitabını  oxumaqla  siz  bu  füsunkar  relyef 

forması haqqında hər şey, o cümlədən, onların necə və harada 

yaranması,  dağlarda  mövcud  olan  bitki  və  heyvanlar  aləmi 

barədə ətraflı məlumatlar əldə edəcəksiniz. Daha sonra tədbirdə 

iştirak edən oxucular dağlar haqqında tapmacalar söyləyirlər.  

Uzun hacı, kök hacı, 

Duman başının tacı. 

Açması: Dağ 

 

 



60 

 

                            



“Beynəlxalq Çay günü”  

 

 

 

 

 

 

 

Demək olar ki, hər gün bir neçə dəfə həvəslə içdiyimiz 

çay həyatımızın ayrılmaz bir parçasına çevrilib. Ölkəmizdə elə 

bir ev tapa bilməzsən ki, gün ərzində orada ən azı bir dəfə çay 

dəmlənməsin. Bu  gün  səbəbsiz  yerə  çay  haqqında  danışmaq 

qərarına  gəlmədik,  axı  15  dekabr,  bütün  dünyada  Beynəlxalq 

Çay günü kimi qeyd olunur. 

Tarix  də  təsadüfən  seçilməyib  -  "Boston  çay  qonaqlığı" 

ərəfəsidir. ( 16 dekabr 1773 il ). Xatırladığınız kimi, həmin gün 

Britaniyadan  gələn  çay  yüklü  bir  neçə  gəmini  məhv  edən 

amerikan  kolonistlərinin  mitinqi  baş  tutmuşdur.  Bu  hadisə 

Amerika inqilabının başlanğıcı oldu. Bu bayramın məqsədi çay 

sənayesində olan problemləri həll etmək və ənənəni qorumaqdır. 

İnsanın  bu  sehrli  bitki  ilə  tanışlığı  haqqında  çoxlu  əfsanələr 

mövcuddur. Ən geniş yayılmış fərziyyələrdən biri də möcüzəvi 

içkinin  "səma  altındakı  ölkə"dən  gəldiyi  və  e.ə  III  minillikdə 

yaşamış imperator Şen Nunun adı ilə bağlı olduğudur. 

Bir gün  torpaqlarını gəzən hökmdar günəşin istisindən 

yorulub, ağacın kölgəsində əyləşir və xəyallara dalır. Qəflətən 

əsən  külək  ağacdan  bir  neçə  yarpağın  düşməsinə  səbəb  olur. 

Yarpaqlardan biri, sehrlənmiş kimi günəş şüalarının isitdiyi bir 

fincan  suyun  içinə  düşür.  Şen  Nun  xəyal  dünyasından  real 




61 

 

həyata  qayıtdığında  suyun  gözlənilməyən  rəng  aldığına,  hətta 



ətir  saçdığına  diqqət  yetirir.  Əlbəttə,  hökmdar  bu  kəşfini  öz 

əyanlarına bəyan  edir və beləliklə bütün  dünya bu içki barədə 

öyrənir.  Söylədiklərimiz  sübut  edir  ki,  respublikamızda 

özünəməxsus çay mədəniyyəti formalaşıb və odur ki, çay təkcə 

susuzluğu yatırma vasitəsi hesab edilmir. Yəni insanlarımız çay 

süfrəsi  arxasında  həm  də  söhbətləşir,  deyib-gülür,  bir-birinə 

ürəklərini açır, problemləri çözməyə çalışırlar...  

 

Çayın tarixi haqqında bir neçə cümlə... 



 

Çay  bitkisinin  vətəni  Çin  hesab  edilir.  Bu  ölkədə  çay 

yarpağından hazırlanmış həlimin insan orqanizmi üçün faydalı 

olduğu  bilinəndən  sonra  bu  bitkinin  becərilməsinə  başlanılıb. 

Tədqiqatçıların  araşdırmalarına  görə,  çayla  bağlı  ilkin 

məlumatlara  5  min  il  əvvələ  aid  olan  Çin  əlyazmalarında  rast 

gəlinir.  VIII  əsrdə  isə  çay  haqqında  traktat  yazılıb.  Həmin 

traktatda qeyd olunur ki,  çinlilər çaydan zəhər  əleyhinə vasitə 

kimi  istifadə  ediblər.  Yaşıl  çayı  qədim  zamanlarda  çinlilər  72 

növ  zəhərə  qarşı  dərman  hesab  ediblər.  XVIII  əsrdə  çinlilərə 

çayın yüzdən çox növü məlum olub və beləcə, Çində ən məşhur 

içkiyə çevrilib. 

Çayın Növləri: 

Assam - 1830 – cu illərdə Hindistanın şimal – şərqi 

vilayətlərindən biri olan Assamda şotlandiyalı Robert Bryus 

tərəfindən kəşf edilib. Tünd rəngi və xoş iyi var. 

Seylon  — Şri – Lankadan gələn çaylardır. Seylon çaylarının 

keyfiyyəti onun hansı yüksəklikdə yetişməsindən asılı olaraq 

dəyişir.Seylon dunyanın ən dadlı çaylarından sayılır. Ətri xoş 

və cəlbedicidir. 




62 

 

Darjeeling -  Dünyanın ən keyfiyyətli çaylarından biridir. 

Nepal yaxınlığındakı dağların zirvələrində yetişir. Darjeelingin 

dadı daha çox qarağat dadına bənzəyir. 



Earl Grey - Darjeeling, Seylon və Assam çaylarından birinin 

berqamont yağı ilə qarışığından hazırlanır. 



Formosa Oolong -İyi şaftalını xatırladır. Tayvanda yetişir.

 

Gunpowder – Yaşıl çay növlərindən biridir. Çində yetişir. Zərif 

dadı və ətri var. 

Jasmine – Yasəmən çiçəyinin yaşıl və qara çayla qarışığı 

nəticəsində alınır. 



Orange Pekoe – ” Pekoe” kiçik yarpaq deməkdir və çayın 

kiçik yarpaqlarından hazırlandığını göstərir. Ətri hansı çaydan 

hazırlanmasından asılı olmayaraq dəyişir. 

                           Azərbaycan çayı... 

 

 

 

 

 

Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı” 



adlandırılan  bu  növ  əsasən  Lənkəran,  Astara,  Masallı  və 

Zaqatalada  becərilməkdədir.  Çay  xalqımızın  əsrlərdən  bəri 

istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növü sayılır. 

Hələ  qədim  dövrlərdə  saraylarda  keçirilən  rəsmi  qəbullarda 

qonaqlara çay təklif edilərmiş. Elçilik mərasimlərində qonaqlara 

çay təklifi adəti isə bu gün də davam etməkdədir. Çay bitkisi ilk 

dəfə respublikamıza 1912-ci ildə Lənkəran rayonuna gətirilərək 



63 

 

əkilib. Çay emalı zavodu da ilk dəfə 1937-ci ildə məhz həmin 



rayonda  tikilib.  Bundan  sonra  Azərbaycanda  çayın  kütləvi 

istehsalına  başlanılıb.  Azərbaycanda  1970-1980-ci  illərdə  36 

min hektar sahədə çay əkilib-becərilib və 34 min tondan çox çay 

istehsal edilib. Sovet dövründə isə çaya olan tələbatın 8-10 faizi 

Azərbaycan  çayı  hesabına  ödənilib.  O  dövrdə  Bakıda  və 

Lənkəranda çayqablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərib 

və bu müəssisələrdə minlərlə işçi çalışıb. 80-ci illərin ortalarında 

Azərbaycanda 13,4 min hektar sahədə çay plantasiyası becərilib. 



Armudu stəkanda çay... 

Bizdə çay, adətən, armudu stəkanda içilir. Bunun konkret səbəbi 

olmasa da, insanlarda belə bir fikir formalaşıb ki, çayın armudu 

stəkanda  içilməsi  daha  xoş  təsir  bağışlayır.  Xalqımızda  çaya 

xüsusi  rəğbətin  olması  bu  sahəni  həm  də  gəlir  mənbəyinə 

çevirib. İndi elə bir rayon, elə bir kənd tapmaq olmaz ki, orada 

çayxana  olmasın.  Çayxanalarımızda  çay  süfrəyə,  adətən, 

şirniyyat,  çərəz  və  limonla  birlikdə  verilir.  Çox  maraqlıdır  ki, 

ölkəmizdə məclis və qonaqlıqlar həmişə çayla başlayır və çayla 

da yekunlaşır. Həkimlər yeməkdən sonra çay içməyi məsləhət 

görməsələr  də,  bir  çoxları  bu  ləzzətdən  özünü  məhrum  etmir. 

 

Çayın faydaları... 

Bəzi  insanlar  çaya  o  qədər  aludə  olublar  ki,  bir  neçə  saat  çay 

içməyəndə başı ağrıyır. Bu, bəlkə də, psixoloji məqamdır, ancaq 

reallıqdır.  Araşdırmalar  göstərir  ki,  isti  havada  çay  içilməsi 

əhvali-ruhiyyəni  yüngülləşdirir,  insanı  xeyli  gümrahlaşdırır. 

Çayın stresi aradan qaldırdığını düşünənlər də az deyil... 

Çay necə dəmlənməlidir? 



64 

 

Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayın 



keyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti 

böyükdür.  Bu  mənada  samovar  çayının  dadı  bir  aləmdir. 

Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan 

asılı  olaraq  quru  çay  tökülür,  onun  həcminin  3/4  hissəsi  təzə 

qaynadılmış su ilə doldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. 

Dəm çayı qaynamamalıdır. Belə olarsa, çayın keyfiyyəti aşağı 

düşür və ətri itir. 

 

Çay süfrəsi... 

 

Öncə  qeyd  etdiyimiz  kimi,  ölkəmizdə  çay  yalnız  susuzluğu 



yatırtma  vasitəsi  olma  mərhələsini  bir  növ  geridə  qoyub. 

Azərbaycanda  susuzlayıb-susuzlamamasından  asılı  olmayaraq, 

qonaq  qarşısına  çay  qoyulur.  Bu,  hər  şeydən  öncə,  qonağa 

hörmətin  əlaməti  sayılır.  Elçilik  mərasimlərimizin  də  tacı  çay 

sayılır.  Hər  halda,  mərasimin  sonunda  razılıq  əlaməti  olaraq, 

şirin  çayın  içilməsi  də  buna  dəlalət  edir.  Evdə  ürəyi  darıxan, 

yaxud şəhərə gəzməyə çıxan insanların əsas dayanacaq nöqtəsi 

çox zaman çayxanalar olur. Çayxanalar həm də dost-tanışların 

görüş  yeridir. Bizdə bir çox problemlərin müzakirəsi də məhz 

çay süfrəsi  arxasında aparılır.  İllərlə  çıxış  yolu  tapılmayan bir 

problem  bəzən  yarımsaatlıq  çay  süfrəsi  arxasında  oturub 

müzakirə  olunmaqla  həll  edilir.  Biz  də  sizə  ətirli  çay  süfrəsi 

arxasında mənalı istirahət və könülxoşluğu arzulayırıq. 

Beynəlxalq Çay günü ilə əlaqədar F. Köçərli adına Respublika 

Uşaq Kitabxanasında Çayın müxtəlif növləri ilə bağlı sərgi 

keçirilir. 

 



65 

 

 



 

“Ətirlisən, Dadlısan Cay...” 

 

 



Sərgiyə  baxış  keçiriləndən  sonra  Milli  Konservatoriyanın 

tələbələri  sözləri  Seyfəddin  Dağlıya,  musiqisi  Cahangir 

Cahangirova aid olan “Cay Gəlsin Çay” mahnısını səsləndirirlər.   

 

 



 

 

 



        

 

 


66 

 

          Ədəbiyyat siyahısı: 



           İnternetdə: 

www.books.google.com 

 

1.



 

Heyvanlar aləminin ensiklopediyası.- Bakı: Maarif, 

2006.-63 s.  

2.

 



Heyvanlar aləminin ensiklopediyası.-Bakı: Gənclik, 

1996.-64 s.  

3.

 

Heyvanlar haqqında infoqrafika.-Bkı: “TEAS PRESS” 



nəşriyyatı:”Üç alma uşaq ədəbiyyatı”,2-16.-32 s.  

4.

 



Planetin qəribə quşları.- Bakı: “Əli və Nino” nəşriyyatı, 

2013.-32 s. 

5.

 

Ətraf mühit haqqında infoqrafika.-Bakı: “TEAS 



PRESS” nəşriyyat evi, “Üç alma uşaq ədəbiyyatı”, 

2016.-32 s.  

6.

 

Dağlar.- Bakı: “TEAS PRESS” nəşriyyat evi, “Üç alma 



uşaq ədəbiyyatı”, 2015.-32 s. 

7.

 



Tapmacalar.-Bakı: Şərq-Qərb, 2014.-208 s.  

 

 



 

 

 



 

 

 




67 

 

Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər №3 



             

                                       (metodik vəsait) 

 

 



 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 



E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 27 

Çapa imzalanmışdır:15.05.2017 

Tirajı:100 



Pulsuz 

 

 



 

Yüklə 348,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə