Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   2   3   4   5   6   7   8   9   10   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
21 
V.A.Nikonov
2
,  qumıq  dilçisi  A.A.Satıbalov
3
,  qazax  dilçisi 
T.Canuzakov
4
,  tatar  dilçisi  Q.F.Sattarov
5
,  başqırd  dilçisi 
T.X.Kasimova
6
, özbək dilçisi E.Beqmatov
7
 və başqalarının xü-
susi  rolu  olmuşdur.  Adları  çəkilən  müəlliflərin    əsərləri  türk 
xalqlarının dili, tarixi, etnogenezi, etnoqrafiya və psixologiyası 
barədə  müəyyən  təsəvvür  yaradır.  Burada  antroponimik  va-
hidlərin  fonetik,  leksik-semantik,  morfoloji  və  sintaktik  xüsu-
siyyətləri, əsasən, müasir dil prizmasından işıqlandırılmışdır. 
Türk  xalqları  antroponimlərinin  tədqiqi  məsələlərindən 
bəhs  edərkən  «Ономастика  Узбекистана»  (Ташкент,  1989) 
konfrans materiallarındakı ―Antroponimika‖ bölməsinə də mü-
nasibət bildirmək lazımdır. Bu bölmədə 32 məqalə verilmişdir. 
Məqalələrdə qədim türk  antroponimləri, alınma antroponimlər, 
dastanlarda  antroponimlər,  antroponimlərdə  motivləşmə  məsə-
ləsi,  antroponimlərin  yaranma  yolları,  bəzi  türk  mənşəli  antro-
ponimlərin  etimologiyası,  antroponimlərin  üslubi-linqvistik 
                                                 
2
  В.А.Никонов.  «Имя  и  общество».  Москва,  1974,  Среднеазиатские 
материалы для словаря личных имен: В кн: Ономастика Средней Азии: 
Москва, 1978. 
3
  А.А.Сатыбалов.  К  вопросу  о  личной  ономастике  у  кумыков: 
«Советской языкознание», т.II, Ленинград, 1936. 
4
  Т.Жанузаков. Казак тili  ономастикасынын  кеjбiр мəселерi.  Алма-Ата, 
1960.  Обычайии  традиции  в  казахской  антропонимии.  В  кн.  Этног-
рафия имен Москва, 1971,  Esiminiz kim? Alma-Ata, 1989. 
5
    Г.Ф.Саттаров.  Сословные  титулы  и  древнетатарские  личные  имена. 
В. Кн. Ономастика Повольжя – I, Удьяновск, 1969; Татарская антропо-
нимия  в  этнолингвистические  связи.  Баку,  «Советская  тюркология», 
1978, № 3, с.22-23. 
6
  Т.Х.Касимова.  Антропонимы  в  Башкирских  шежере.  В  кн.  Ономасс-
тика  Поволжья,  Уфа,  1973,  с.66-71,  Древнебашкирские  антропонимы: 
АКД,  Уфа,  1975,  Некоторые  обычаи  наречения  имен  у  Башкир.  Кн. 
Ономастика Повольжя –  2; Гормкий, 1971, с.52-54. 
7
 Э.Бегматов. Исмингизнинг магноси нима? Ташкент, 1968, 
Антропонимика узбекского языка, АКД, 1965. 


 
Язизхан Танрыверди 
 
 
22 
xüsusiyyətləri və s. məsələlər elmi təhlilə cəlb edilmiş və uyğun 
dil faktları ilə əsaslandırılmışdır. 
Türk xalqları antroponimiyasında  antroponimik  vahidlə-
rin  tarixi-etimoloji  istiqamətdə  araşdırılması,  antroponimlərin 
fonetik,  leksik  və  qrammatik  baxımdan  müqayisəli  tədqiqi, 
əksər türk xalqları üçün xarakterik olan adlar, türk mənşəli şəxs 
adlarının sistemli tədqiqi, antroponimlərin transkripsiyası, apel-
yativi arxaikləşən antroponimlərin müəyyənləşdirilməsi, arxaik 
antroponimlərin  dəqiqləşdirilməsi  və  s.  kimi  məsələlər,  demək 
olar ki,  öyrənilməmişdir. 
    
 
b) Azərbaycan dilçiliyində şəxs  
adlarının tədqiqi tarixi 
 
Azərbaycan antroponimlərinin təhlili ilə bağlı ilk qeydlərə 
A.Bakıxanovun  əsərlərində  təsadüf  olunur.  Müəllifin  yara-
dıcılığında toponim, hidronim və etnonimlərin təhlili ilə yanaşı, 
antroponimlərin araşdırılması da müşahidə edilir. Bu baxımdan 
onun 1843-cü ildə  yazdığı  ―Adlar və  titullar‖ adlı  əsəri  antro-
ponimiyamız üçün qiymətli mənbədir. Əsərdə xan, sultan, mə-
lik, bəy, ağa, minbaşı, yüzbaşı, naib, qalabəyi, usmi, qazı, mül-
kədar, vəkil, sərkar, darğa, mirab, mizandar, kovğa, kəndxuda, 
nökər,  qul,  bəyzadə,  eşikağası,  tərxan  və  s.  titulların    leksik 
mənası,  mənşəyi  və  işlənmə  dairəsi  izah  edilir  (27-136-141). 
Bundan  əlavə,  A.Bakıxanov  ―Gülüstani-İrəm‖  (1841)  əsərində 
Şirvanşahların  ləqəbləri,  nəsəbləri  və  tarixi  şəxsiyyətlərin 
tərcümeyi-halları,  onların  təxəllüsləri  haqqında  məlumatlar  da 
vermişdir (28). 
Azərbaycan  antroponimlərinin  hərtərəfli  şəkildə  öyrənil-
məsi  son  40  illə  bağlıdır.  Aşağıda  haqqında  bəhs  edəcəyimiz 
əsərlər bunu daha aydın şəkildə göstərir: 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
23 
Ş.Sədiyev Azərbaycan antroponimlərinin təhlilinə bir sıra 
məqalələr  həsr  etmiş  və  fikirlərini  1969-cu  ildə  çap  etdirdiyi 
―Adlar necə yaranmışdır? kitabında ümumiləşdirmişdir. Əsərdə 
antroponimik vahidlərin funksiyası, antroponimlərin əmələ gəl-
məsi, inkişafı və təkmilləşməsi, antroponimlərin quruluşca  sa-
də,  düzəltmə  və  mürəkkəb  olması,  bəzi  antroponimlərin  leksik 
mənasının izahı, antroponimlərin cəmiyyətdə rolu və onun fərq-
ləndirici  xüsusiyyəti,  həmçinin  familiya,  ləqəb,  titul,  təxəllüs, 
ata  adları  və  s.  kimi  məsələlər  yığcam  şəkildə  öz  elmi  həllini 
tapmışdır
1

Ş.Sədiyev  ―Основные правила выбора имен для ново-
рожденных‖  (по  азербайджанской  антропонимии)  adlı  mə-
qaləsində  antroponimik  vahidlərin  milli  etiket  funksiyası  daşı-
dığını  əsas  götürərək  advermənin  prinsiplərini  müəyyənləş-
dirmiş,  yeni  doğulan  uşağın  adlandırılmasında  adın  mənasına 
diqqət  yetirməyin vacibliyini xüsusi vurğulamış, tarixi və milli 
adlardan  istifadəyə  üstünlük  vermiş,  adlarda  çoxkomponentli-
liyi deyil, təkkomponentliliyi məqbul hesab etmişdir. Uşağı bəd 
nəzərdən  qorumaq  inanışı  və  ya  tabularla  bağlı  olan  adlar  qə-
dim  türk  antroponimləri  sistemində  müəyyən  yer  tutsa  da, 
müasir  Azərbaycan antroponimləri sistemində, demək olar ki, 
təsadüf    edilmir.  Bu  məsələyə  münasibət  bildirən  Ş.Sədiyev 
qeyd  edir  ki,  tabularla  bağlı  olan  şəxs  adlarının  Azərbaycan 
antroponimləri  sistemində  işlənməməsi  valideynlərin  daha  çox 
istək və arzu ifadə edən təsviri adlara üstünlük verməsi ilə bağ-
lıdır.  Müəllif  antroponimlər  sistemindəki  Şirin,  Şövkət,  Gözəl 
və  s.  kimi  müştərək  antroponimlərin  ünsiyyət  prosesində  çə-
tinlik  yaratdığını,  nöqsan  və  narahatlıq  doğurduğunu  faktlarla 
                                                 
1
  Ş.Sədiyev.  İnsan  adları  necə  əmələ  gəlmişdir?  ―Sosialist  Sumqayıtı‖,  12 
mart, 1959; İnsan adları. ―Dil haqqında hekayələr‖, Bakı, 1959; Uşaqlara ad 
seçmək haqqında. ―Azərbaycan məktəbi‖, 1964, N 14;  Основные правила 
выбора  имен  для  новорожденных.  Личные  имена  в  прошлом,  насто-
ящем, будущем. М., 1970, с.185-188; Adlar necə yaranmışdır? Bakı, 1969. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə