Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   2   3   4   5   6   7   8   9   ...   64

 
Язизхан Танрыверди 
 
 

ğan, İltiriş, İlbilgə, Bilge Kağan, Kül Tegin, Yoluğ, Makaraç və 
s. kimi qədim türk antroponimləri barədə də izahlar verilmişdir. 
A.Qaben  bir  sıra  türk  antroponimlərinin  mənası,  leksik-
semantik  xüsusiyyətləri,  xüsusilə  rəng  anlamlı  apelyativlərin  
antroponim yaradıcılığında iştirakı ilə bağlı ―Vom Sinn Symbo-
lischer  Farbenbezeichzunq‖  (rəng  bildirən  sözlərin  simvolik 
mənası)  əsərində  (105a)  geniş  məlumat  vermişdir.  N.A.Baska-
kov  ―Saraqurı‖  türk  etnoniminin  yaranmasında  rəng  anlamlı 
saru (sarı) vahidinin əsas olduğunu göstərəndə A.Qabenə əsas-
lanır  (34a-15).  Çünki  Qaben  rəng  anlamlı  vahidlərin  etnonim 
yaradıcılığında  iştirakından  bəhs  edərkən  bu  cür  vahidlərin 
müxtəlif etnoslarda fərqli funksiya daşıdığını da izah etmişdir. 
Məsələn,  qədim  türklərdə  aq  (ağ)  və  sarı–  ―cənub‖,  qara  - 
―şimal‖, qızıl (qırmızı) - ―qərb‖, kök (göy) – ―şərq‖ mənasında 
işlənmişdir. 
A.Qabenin  əsərlərində  türk  mənşəli  antroponimlərin  mo-
tivləşmə  meyarlarından  bəhs  edilməmiş,  apelyativ  və  antropo-
nimik  vahidlərin  ədəbi  dildəki  funksiyasına  münasibət  bildiril-
məmişdir. 
Suzanna Kakuk türk dillərinin tarixi-linqvistik tədqiqi ilə 
bağlı araşdırmalar aparan Qərb mütəxəssislərindəndir. Çin əra-
zisindəki  salarlar  və  onların  dili  müəllifi  daha  çox  maraqlan-
dırıb. Macar türkoloqu xanım Suzanna Kakuk 1960-cı ildə Çinə 
gedərək salarlarla bağlı mətnlər toplayıb. O, həmin mətnlərdəki 
türkköklü vahidləri fonetik və leksik istiqamətdə təhlil etməklə 
yanaşı,  sözlərin  mənasını  əks  etdirən  lüğət  də  hazırlayıb. 
Salarların  dilində  Çin  və  Tibet  mənşəli  sözlərin  çox  işlənmə 
səbəbini türkologiyada ilk dəfə  olaraq araşdıran da S.Kakukdur 
(182a-215-223).  Müəllif  türk  xalqları  antroponimlərinin 
təhlilinə  ―Quelques  cateqories  de  noms  de  personne  turcs‖ 
(―Türk  şəxs  adlarının  bir  neçə  kateqoriyası‖)  əsərini    həsr  et-
mişdir. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

L.Razoni  türk  antroponimlərinin  təhlili  ilə  məşğul  olan 
Qərb mütəxəssislərindəndir. O, türk antroponimlərinə dair ―Der 
Frauenname bei Turkvolkern‖ (―Türk xalqlarında qadın adları‖) 
(142a), ―Les noms de nombre dans‖ (―anthroponymie turque‖) 
(―Türk  şəxs  adlarında  say  məzmunlu  vahidlər‖)  (142a),  ―Les 
noms de personnes imperatifs chez les peuples turques‖ (―Türk 
xalqlarında  imperativ  adlar‖),  ‖Sur  quelques  cateqories  de 
noms de  personnes  en turc‖ (―Türk antroponimləri bir neçə  ad 
kateqoriyasında‖)  (142a)  əsərlərinin  müəllifidir.  A.Nikonov 
L.Razoninin  qeyd  etdiyimiz  əsərlərini  təhlil  edərkən  yazır: 
―L.Razoninin əsas xidməti  antroponimləri adlandırma motivlə-
ri üzrə təsnif etmək cəhdidir. Yalnız kitablardan götürülmüş an-
troponimlərin  tədqiqata  cəlb  edilməsini  müəllifə  irad  tutmaq 
olmur. Çünki minlərlə müasir adın bizə məlum olan linqvistik 
izahı  ona  bəlli  deyildir.  L.Razoni  özünəqədərki  tədqiqatçıların 
elmi  nəticələrini  ümumiləşdirməyə  çalışarkən  bir  sıra  hallarda 
onların səhvlərini də təkrar edir, yəni adların yox, onların əsa-
sında duran sözlərin leksik-semantik bölgüsünü verir. Məsələn, 
müəllif ―titul və rütbələrdən yaranan adlar‖ və digər bölmələrdə 
―niyə sualına‖ yox, ―nədən törəyib‖ sualına cavab axtarır. O, iki 
tamamilə  müxtəlif  məzmunlu  təsnifatı  bir-birinə  qarışdıraraq 
hər ikisini məhv edir‖ (135 - 95-96). 
A.Nikonov ―Имя и общество‖ kitabında L.Razoninin yu-
xarıda  təqdim  etdiyimiz  əsərlərini  təhlil  etməklə  yanaşı,  onun 
əsas  müddəalarını  rus  dilinə  tərcümə  etmişdir.  Həmin  tər-
cümələrə əsasən aşağıdakıları söyləmək olar: 
L.Razoni türk antroponimlərinin leksik-semantik xüsusiy-
yətlərinə  görə qruplaşdırılmasında 4 istiqaməti əsas götürür: 1. 
Deskriptiv  şəxs  adları  (təsviri  adlar);  2.Deziderativ  şəxs  adları 
(arzu  və  istək    ifadə  edən  şəxs  adları);  3.  Totemlərlə  (heyvan, 
bəzən  də  bitkilərə  sitayiş  etmə)  bağlı  olan  şəxs  adları;  4.  Me-
morativ şəxs adları (xatirə xarakterli şəxs adları). 


 
Язизхан Танрыверди 
 
 

Türk  antroponimləri  sistemindəki  qadın  və  kişi  adlarının 
sayından  bəhs  edən  müəllif  göstərir  ki,  geniş  yayılan  qadın 
adları məlumdur. Bu cür adlar kişi adlarından 20-30 dəfə azdır 
(Rasonyi  –  1962,  224).  A.Razoni  qədim  türklərdə  qadının  cə-
miyyətdəki funksiyasına uyğun olaraq formalaşan adlar barədə 
yazır: ―Qədim dövrlərdə qadın cəmiyyətin ikinci dərəcəli üzvü 
hesab edildiyindən onlara ayıq düşüncə ilə verilən müsbət mə-
nalı  adlar  emosiyalar  əsasında  formalaşan  müsbət  adlarla  mü-
qayisədə  daha  az  yayılmışdır.  Bu  da  həmin  motiv  əsasında 
yaranan  kişi  adlarından  daha  çox  idi‖  (Rasonyi  –  1962,  239). 
Bu qeydlərə onu da  əlavə etmək lazımdır ki, türk etnoqrafiya-
sındakı bir sıra qadın adları mənfi emosiya əsasında yaransa da, 
gözəlliyi ifadə edir. Məsələn, Gülbəs, Gülyetər. 
L.Razoni  türk ad sistemindəki  dini adlar barədə  göstərir:  
―İslam dini islamaqədərki şəxs adlarının işləkliyinə mənfi təsir 
etdi. Türk şəxs adları əvəzinə kütləvi şəkildə islam dini ilə bağlı 
olan antroponimlər işlənməyə başladı‖ (Rasonyi – 1962, 222). 
―Anadolu türkləri qızlarına ona görə ―Beşbine‖ adını ve-
riblər ki, qız böyüyüb ərə gedəndə başlıq pulu kimi 5 min türk 
lirəsi  alsınlar‖  (Rasonyi  –  1962,  230)  fikri  göstərir  ki,  müəllif 
qədim  türk  etnoqrafiyasına  yaxından  bələd  olmayıb.  Çünki  bu 
cür antroponimik vahidlər türk ad sistemində təsadüfi xarakter 
daşıyır. 
L.Razoni  türk  xalqları  antroponimikası  baxımından    xa-
rakterik  olan,  lakin  qədim  və  müasir  Azərbaycan  antroponim-
ləri  sistemində  müşahidə  edilməyən  ―Turbek‖  antroponiminin 
yaranmasında qədim türk dilindəki ―düzgün‖, ―ədalətli‖ anlamlı 
turi  (duru)  apelyativinin  əsas  olduğunu  göstərir  (Rasonyi  – 
1962, 235). 
Onu da qeyd etmək lazımdır ki, A.Nikonov deskriptiv (təs-
viri)  adlardan  danışarkən  L.Razoninin  təsadüflərlə  bağlı  for-
malaşan antroponimləri deskriptiv adlar sisteminə daxil etməsini 
qəbul etməsə də, Sevinc, Arzu, Ayım kimi qadın adlarından bəhs 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə