Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
27 
çap etdirdiyi ―Azərbaycan onomastikası‖ (Bakı, 1987) kitabının 
I  bölməsində  ―Antroponimika‖  məsələlərindən  bəhs  etmişdir. 
Burada  Azərbaycan  antroponimləri  funksiyasına  və  antropo-
nimik sistemdə tutduqları yerə görə 2 qrupa bölünür: 1. Əsas ad 
kateqoriyaları; 2. Köməkçi ad kateqoriyaları. 
Əsas ad kateqoriyalarına əsl şəxs adı, ata adı və familiya-
lar,  köməkçi  ad  kateqoriyalarına  isə  təxəllüs,  ləqəb,  titul  və 
fəxri adlar daxil edilmişdir. 
Əsərdə  antroponimlərin  leksik-semantik  xüsusiyyətləri, 
quruluşu, ləqəblə təxəllüsün, titulla fəxri adların fərqli və oxşar 
xüsusiyyətləri elmi-nəzəri cəhətdən təhlil edilmişdir. 
Müəllif adqoyma zamanı 3 prinsipə (millilik, tarixilik və 
müasirlik)  əməl  etmənin  zəruriliyindən  bəhs  edir  və  hər  bir 
prinsipi konkret faktlarla təsdiqləyir. M.Adilov antroponimika-
mızda  Kimya,  Makina,  Tarix,  Mükafat,  Traktor,  Samovar, 
Kombayn, Kolxoz və s. kimi adların əsl şəxs adı kimi sabitləşə 
bilməməsini    onların  yuxarıda  qeyd  olunan  prinsiplər  əsasında 
yaranmadığında  görür. 
Əsərdə kiçiltmə və əzizləmə adlarının motivləşmə səbəb-
ləri ilk dəfə olaraq öyrənilmiş və onlar iki qrupa ayrılmışdır: 1. 
Kiçiltmə adlar; 2. Qısaltma adlar. 
M.Adilov  ―Antroponimlərin  tarixi-müqayisəli  tədqiqinə 
dair  (ay  formantı)‖  (11-46-48)  adlı  məqaləsində  -ay  formantlı 
antroponimlərin  etimologiyasından  bəhs  edir,  -ay  formantının 
insan, şəxs anlamında Xasay, Qaçay, Tokay, Alay, Azay və s. 
kimi antroponimlərdə mühafizə olunduğunu göstərir. Bu forma-
tın geniş semantik çalara malik olması və əksər türk dilləri üçün 
xarakterikliyi  kimi  məsələlər  də  məqalədə  elmi  həllini  tap-
mışdır. 
M.Çobanov  Azərbaycan  antroponimikasının  müxtəlif  cə-
hətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdir-
mişdir.  Onun  1983-cü  ildə  çap  olunan  ―Azərbaycan  antropo-
nimiyasının  əsasları‖  kitabında  antroponimlərin  leksik-


 
Язизхан Танрыверди 
 
 
28 
semantik  qrupları,  quruluşu,  adqoyma  ənənələrindən  bəhs  edi-
lir,  köməkçi  ad  kateqoriyalarından  təxəllüs  və  ləqəbin  leksik-
semantik  xüsusiyyətləri  və  s.  məsələlər  zəngin  dil  faktları  ilə  
təsdiqlənir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müş-
tərək  adlar,  polinim  və  polindromik  adlar,  adların  abbreviasi-
yası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir. 
Müəllifin ―Azərbaycan antroponimiyasının əsasları‖ kita-
bında  antroponimik  vahidlərə  sinxronik  istiqamətdən  yanaşıl-
dığından  istər  dildaxili,  istərsə  də  dilxarici  faktorlar  əsasında 
yaranan antroponimlər  geniş  elmi  həllini tapa bilməmiş  və  bə-
zən də qüsurlu nəticələrin alınmasına səbəb olmuşdur. Məsələn,  
motivləşməsində  müdriklik  mənası  əsas  olan  ―Qoca‖  antro-
poniminin yaranmasınnda yaş mənasını ifadə edən ―qoca‖ sözü 
əsas  götürülür  (s.39);  Qara,  Qaraşir  və  s.  kimi  böyüklük, 
qüdrətlilik,  igidlik  rəmzli  adların  rəng  bildirən  sözlər  əsasında 
yarandığı  göstərilir  (s.38);  Antroponimikamıza  yunan  dilindən 
fars  dili  vasitəsilə  daxil  olan  ―Nərgiz‖  adı  əsl  Azərbaycan  adı 
kimi  təqdim  edilir  (s.55);  Bəsirət,  Xəyalət,  Səbahət  və  s.  kimi 
antroponimik vahidlər izah olunarkən -ət şəkilçisi əsl Azərbay-
can  şəkilçisi  kimi  göstərilir  (s.76);  sadə  cümlənin  inkişafı 
əsasında mürəkkəb quruluşlu antroponimə çevrilən İmamverdi, 
Tanrıverdi  kimi  antroponimik  vahidlər  sözlərin  birləşməsi 
nəticəsində düzələn antroponimlər kimi izah edilir (s.82).  
M.Çobanovun  1987-ci  ildə  çap  etdirdiyi  ―Familiya.  Tə-
xəllüs‖  kitabında  ilk  dəfə  olaraq  familiya  və  təxəllüslər  geniş  
şəkildə tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata 
adı  məsələlərini  türkoloji  istiqamətdə  şərh  etdikdən  sonra 
familiyaların  motivləşməsi  məsələlərindən  bəhs  edir  və 
Azərbaycan  familiyalarının  formalaşmasında  üç  prinsipin  əsas 
olduğunu  müəyyənləşdirir:  kişi  adı  əsasında  düzələn 
familiyalar,  qadın  adı  əsasında  düzələn  familiyalar,  kökü  şəxs 
adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
29 
Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə mə-
qamları, mənaları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə 
üzvlənmə  sistemi  və  s.  kimi  məsələlər  izah  olunmuş,  600-ə 
qədər  təxəllüsü  əhatə  edən  Azərbaycan  təxəllüs  lüğəti  tərtib 
edilmişdir.  Lüğətin  tərtibində  müsbət  cəhətlərlə  yanaşı,  bəzi 
qüsurlar  da  müşahidə  edilir.  Məsələn,  lüğətdə  təxəllüslə  ləqəb 
qarışdırılır.  Dəqiq  desək,    Dəli,  Dədə  və  s.  kimi  ləqəblər 
təxəllüs  kimi verilmişdir. 
M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiy-
yətləri  ilə  yanaşı,  fərdi-şəxsi  ləqəb,  ailəvi-nəsli  ləqəb,  məhəlli-
kollektiv  ləqəb  məsələlərinə  də  münasibət  bildirmişdir. 
M.Çobanov  Azərbaycan  antroponimləri  ilə  bağlı  tədqiqatlarını 
davam  etdirərək  1992-ci  ildə  ―Azərbaycan  antroponimikasının 
əsasları‖ adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 
H.Həsənovun  ―Söz  və  ad‖  kitabında  söz  və  əşya,  söz  və 
məfhum, əşya və ad  və s. məsələlər ümumi dilçilik baxımından 
şərh  edilmişdir.  Burada  antroponimika  ilə  bağlı  bir  sıra 
məsələlər, o cümlədən adların tədqiqi tarixi, ad sistemi, adların 
yaranması,  advermə,  adların  taleyi,  adseçmə,  adların  təsnifi, 
adların  mənşəyi  və mənası,  ad və  familiyaların  dəyişdirilməsi, 
adların  yazılışı,  adların  bədii  əsərlərdə  işlədilməsi  və  s.  izah 
edilmişdir. Müəllif qeyd olunan məsələlərin izahında fikri  təs-
diq üçün təkcə Azərbaycan  yox, həm də digər xalqların antro-
ponimlərindən istifadə etmişdir (174). 
H.Həsənov Azərbaycan antroponimlərinin təhlili ilə bağlı 
bir  sıra  məqalələr  çap  etdirmişdir.  Bu  məqalələrdə  təxəllüs  və 
ləqəblərin  xarakterik  xüsusiyyəti  (175),  türk  mənşəli  Azərbay-
can  antroponimlərinin  Qafqaz  xalqları  ad  sistemində  mövqeyi 
və  işləkliyi  (176),  familiyanın  sosial-ictimai  hadisə  olması 
(177) və s. məsələlər elmi həllini tapmışdır. 
Z.Sadıqovun  1975-ci  ildə  ―Azərbaycan  dilində  şəxs  ad-
ları‖  mövzusunda  müdafiə  etdiyi  namizədlik  dissertasiyası 
Azərbaycan antroponimikasının tədqiqində xüsusi mövqe tutur. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə