Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   2   3   4   5   6   7   8   9   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
15 
T.Qaripov  müasir  başqırd  ad  sistemindəki  ərəb  mənşəli 
Fatimə, Xədicə, Xəlimə, Kasım, Əxməd, Ədhəm və s., Avropa 
mənşəli Venera, Svetlana, Darvin, Ernest kimi antroponimlərin 
işlənmə tarixi barədə qısa məlumat vermişdir. 
A.Qafurov ərəb, fars, tacik və türk mənşəli antroponimlə-
rə  kompleks  şəkildə  yanaşan  müəlliflərdəndir.  Onun  «Лев  и 
Кипарис» (1971),  «Имя и история» (1987),  «Имя  – этнос – 
история» (1989) əsərlərində antroponimik vahidlərə təkcə dil-
çilik deyil, həm də tarix və etnoqrafiya baxımından münasibət 
bildirilmişdir. 
Müəllifin yaradıcılığında «Имя и история» kitabı xüsusi 
yer tutur. Giriş, 6 fəsil, ərəb, fars, tacik və türk adlarının lüğəti, 
ixtisar  və  ədəbiyyat  siyahısından  ibarət  olan  əsərdə  ərəb,  fars, 
tacik  və  türklərdə  adqoyma  ənənəsi  xarakterik  nümunələrlə 
əsaslandırılır, islam və xristian dini ilə bağlı olan antroponimik 
vahidlər  müqayisəli  şəkildə  tədqiq  edilir.  Uşağı  bəd  nəzərdən 
qorumaq inanışının taciklərdə Paxol (keçən ilki ot), özbəklərdə 
Sarımsaq (sarımsaq) kimi antroponimlərdə mühafizə olunduğu 
göstərilir.  Dini  motivli,  rəng  anlamlı,  qəhrəmanlıq  və  igidlik 
məzmunlu, gözəllik çalarlı vahidlərin antroponim kimi işlənmə 
səbəbləri  faktlarla  təsdiqlənir.  İmamali,  Sultanali,  Muxamma-
dali,  Karim,  Nabi  və  s.  kimi  ərəb  mənşəli  antroponimlər  linq-
vistik  baxımdan  araşdırılır.  Məhəmməd  adı  əsasında  yaranan  
mürəkkəb quruluşlu  antroponimlərin tacik  ad sistemində geniş 
yayıldığı  göstərilir.  Məsələn,  Muxammad  Karim,  Muxammad 
Latif, Muxammad Nasir, Muxammad Raxim və s.  Xatun, ağa, 
bəy, xan və s.  türk mənşəli titulların  tacik  dilində antroponim-
yaratma imkanları açıqlanır. Kərbalayı, Məşədi, Hacı və s. kimi 
antroponimik vahidlərin mənasına  münasibət bildirilir, yayılma 
arealları müəyyənləşdirilir. 
Nəsəb, nisbə kimi patronimik adlardan, onların şərq ölkə- 
lərində  işlənməsindən  bəhs  edən  müəllif  nəsəbin  göstəricisi 
kimi ―ibn‖, ―abi‖ (Abu Ali İbn Sina), nisbənin göstəricisi kimi 


 
Язизхан Танрыверди 
 
 
16 
–i elementinin  (Xani, Xusayni, Rumi, İsfaxani və s.) antropo-
nimik vahidlərdəki funksiyasını araşdırmışdır. Orta Asiyada ge-
niş yayılan antroponimlər sistemində xodja (xoca), sayit (seyid) 
və  tora  (törə)  komponentli  adların  işləklik  dərəcəsi,  mənası, 
işlənmə tarixi təhlil edilir. Həmin vahidlərin  mənşəyinə müna-
sibət bildirən müəllif ―xodja‖nın İran, ―sayid‖in ərəb,  ―tora‖nın 
türk mənşəli olduğunu göstərir. 
Kitabın ən müsbət cəhətlərindən biri də ərəb, fars, tacik və 
türk  mənşəli  antroponimlərə  dair  lüğətin  verilməsidir.  Lüğətdə 
antroponimlər kiril, latın və  ərəb qrafikaları ilə verilmiş, hər bir 
antroponimin semantikası və mənşəyi dəqiq göstərilmişdir. 
A.Qafurovun  yaradıcılığında  türk  mənşəli  antroponimik 
vahidlərə ayrıca, həm də  kompleks və sistemli şəkildə münasi-
bət  bildirilməmiş, daha çox  ərəb, fars və tacik  adlarından bəhs 
edilmişdir. 
F.F.İlimbetov  ―Личных  имена  как  источник  при  изуче-
нии древних верований Башкир‖ adlı məqaləsində (96a-89-95) 
başqırd  antroponimləri  sistemindəki  heyvan  anlamlı  apelyativlər 
əsasında formalaşan antroponimlərdən, xüsusilə büre (qurd, cana-
var), et (it), ayıu (ayı) sözləri əsasında yaranan antroponimik va-
hidlərin yayılma areallarından bəhs edir. Büre, it, ayı apelyativləri 
əsasında  formalaşmış  totemik  funksiyalı  antroponimlərin  uşağı 
bəd nəzərdən qorumaq inanışı ilə bağlı yarandığını göstərən müəl-
lif  həmin    tip    vahidlərdə  dini-mifoloji  məzmunun  qabarıq  oldu-
ğunu  dəqiqləşdirir.  Qurd  (büre)  kultunun  türk,  monqol  və  hind-
Avropa dillərində antroponim kimi işlənmə səbəbi, eyni zamanda 
bu kultun daha çox Orta və Mərkəzi Asiya ilə bağlılığı, ―kort‖un 
qədim türk,  ―büre‖nin qədim sak elementi olması müəllifin tədqi-
qatında xüsusi yer tutur. 
F.İlimbetov  ―Büre‖  apelyativli  Bürebay,  Baybüre,  Büri-
boy və s.,  it apelyativli İtbay, İtalmas, İtbikə, kuçuk apelyativli 
Kuçuk, Kuçukey, ayı apelyativli Ayıuxan, Ayıuğolak və s. An-
troponimik vahidlərin daha çox qədim başqırd etnoqrafiyası ba-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
17 
xımından  xarakterik  olmasını  müxtəlif  prizmalardan  izah  et-
mişdir. 
Müasir  Azərbaycan  antroponimik  vahidləri  sistemində 
―it‖ və ―ayı‖ apelyativləri əsasında düzələn əsl şəxs adları yox 
dərəcəsindədir.  Belə  adlar,  əsasən,  ləqəblərdə  müşahidə  edilir. 
―Büre‖  apelyativli  antroponimik  vahid  də  müasir  Azərbaycan  
antroponimikasında  yox  dərəcəsindədir  (―Beyrək‖dəki  büre 
istisna olunmaqla). Tarixən işlənmiş  ―Baybura‖ adı  isə  igidlik, 
cəsurluq mənasındadır. 
V.Maxpirovun  «Собственные  имена  в  памятнике  XI  в. 
«Дивану  лугат-ит-тюрк»  Махмуда  Кашгарского»  adlı  nami-
zədlik dissertasiyasında B.Atalay və S.Mütəllibovun çap etdirdiyi 
nəşrlər  əsas  mənbə  kimi  götürülmüşdür  (114  a).  V.Maxpirov 
M.Kaşğarinin  ―Divanü  lüğat-it-türk‖  əsərindəki  105  antroponim, 
72  etnonim  və  115  toponimi  linqvistik  tədqiqata  cəlb  etmişdir. 
Müəllifə qədər V.V.Bartold, B.Atalay, S.Mütəllibov və başqaları 
M.Kaşğarinin ―Divanı‖ndakı bəzi onomastik vahidlərə münasibət 
bildirmişlər. Lakin V.Maxpirov ―Divan‖dakı onomastik vahidləri 
ilk dəfə olaraq kompleks və sistemli şəkildə tədqiqata cəlb etmiş-
dir. Giriş, 4 fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və əla-
vələrdən ibarət olan dissertasiyada antroponim, etnonim və topo-
nimlərin  leksik-semantik  və  qrammatik  xüsusiyyətləri    sistemli 
şəkildə tədqiq olunmuşdur. 
V.Maxpirov  göstərir  ki,  ―Divan‖da  müşahidə  edilən  an-
troponimik  vahidlərin  70%-i  türk,  qalanları  isə  ərəb  və  fars 
mənşəlidir.  ―Divan‖da  İbrahim,  İsa,  Nuh,  Yafəs  və  s.  antropo-
nimlərin yəhudi mənşəli olduğu da diqqətdən yayınmamış, on-
ların  işlənmə  tarixinə  ayrıca  münasibət  bildirilmişdir.  Müəllif 
islam dini ilə bağlı olan adların türk adları ilə yanaşı, bəzən isə 
hər  ikisinin  bir  antroponimik  model  daxilində  işlənməsinə 
xüsusi  diqqət  yetirir  və  fikrini  ―Nizaməddin  İsrafil  Toğan  Te-
gin‖, ―Muhammed Çakur Tonqa Xan‖ kimi antroponimik mo-
dellərlə təsdiqləyir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə