Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   2   3   4   5   6   7   8   9   ...   64

 
Язизхан Танрыверди 
 
 
12 
Hülakü  xanın  oğlu,  həmin  dövlətin  2-ci  hökmdarıdır;  Kutluk 
Nigar  xanım  (1505)  –  Hindistanda  hökm  sürən  türk-moğol 
imperatorlarından məşhur Babur şahın anasıdır. Teymur soyun-
dan Ömər Şeyx Mirzə ilə evlənmişdir; Şahzadə Mehmet Korkut 
(1512)  –  İkinci  Bəyazidin  oğlu,  Yavuz  Səlimin  qardaşıdır; 
Dəmirtaş  (1327)  –  Elxanilər  əmirlərindən  olub,  Azərbaycanda 
hökm  sürən  Əmir  Çobanın  2-ci  oğludur;  Qazan  xan  (1271-
1304) – Çingiz xan nəslindən Arğun xanın oğludur, Elxanilərin 
yeddincisi  və  ən  böyüyüdür.  Qazan  xanın  adına  buraxılmış 
pulun üstündə yazılıb: ―Tanrı birdir və Məhəmməd peyğəmbər-
dir‖;  Səlcuq  xatun  (1408-1485)  –  Çələbi  Sultan  Məhəmmədin 
qızıdır. 
Göründüyü  kimi,  qeyd  olunan  mənbələrdəki  tarixi  şəx-
siyyət adları türk tarixini və bu kontekstdə Azərbaycan tarixini 
öyrənmək  üçün    dəyərlidir.  Fikrimizcə,  mənbələrdəki  Şahzadə 
Mehmet  Korkut  (1512)  antroponimik  vahidi  ümumtürk  ədə-
biyyatşünaslığı  baxımından  maraqlıdır.  ―Korkut‖  adı  ―Kitabi--
Dədə Qorqud‖dakı ―Qorqud‖ adı ilə  səsləşir ki, bu da ―Kitabi-
Dədə  Qorqud‖  dastanı  xalqın  folklor  yaddaşında  yaşamamış-
dır‖, - deyənlərə ən tutarlı cavabdır. 1052-ci ildə yazıya alınan 
―Kitabi-Dədə  Qorqud‖  dastanı  türkün  qan  yaddaşında  olmasa 
idi, təbii ki, XVI əsrdə ―Korkut‖ (Qorqud) adı işlənə bilməzdi. 
Lüğətdə  türk  mənşəli  antroponimlərin  etimoloji  izahı, 
apelyativlərin antroponim yaradıcılığında iştiraketmə səbəbləri, 
arxaik  apelyativli  antroponimlər,  apelyativi  arxaizm  səciyyəli 
dialektizm olan antroponimik vahidlər və s. barədə heç  bir in-
formasiya verilməmişdir. Bu da əsərin xarakteri ilə bağlıdır. 
Bəllidir ki, türk xalqları ilə rus xalqının çoxəsrlik əlaqələri 
nəticəsində  türk  dillərindən  rus  dilinə  yüzlərcə  ad  keçmişdir. 
Bu, bir tərəfdən, Azərbaycan və ümumiyyətlə, türk antroponim-
ikasının  zənginliyi,  digər  tərəfdən,  rus  antroponimik    vahidləri 
sistemində  rus  mənşəli  antroponimlərin  az  olması  ilə  bağlıdır. 
Buna  səbəb  isə  vaxtilə  kilsənin  qədim  rus  adlarını  işlətməyi 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
13 
qadağan  etməsi,  qədim  rus  adlarının    isə  Vizantiya  adları  ilə 
əvəz olunmasıdır‖ (174-43). 
Türk dillərindən rus dilinə keçən onomastik vahidlər sıra-
sında  türk  mənşəli  antroponimik  vahidlər  üstünlük  təşkil  edir. 
Bu,  hər  şeydən  əvvəl,  türk  antroponimikasının  zənginliyi  ilə 
bağlıdır. Rus antroponimikasında işlənən türk mənşəli familiya-
ları ilk dəfə olaraq geniş və sistemli şəkildə linqvistik tədqiqata 
cəlb  etmək  kimi  ağır  bir  işi  öhdəsinə  götürən  N.A.Baskakov 
olmuşdur.  O,  türk  mənşəli  rus  familiyalarının  formalaşması, 
leksik-semantik və qrammatik xüsusiyyətləri ilə bağlı daha çox 
tədqiqat  aparan  alimlərdəndir.  Müəllifin  tədqiqatları  onlarca 
məqalə  və  monoqrafiyada  öz  əksini  tapmışdır.  N.A.Baskakov 
«Русские  фамилии  тюркского  происхождения»  kitabında 
türk  mənşəli  rus  familiyalarının  yaranma  xüsusiyyətlərini  şərh 
etməklə  bərabər,  onların  leksik-semantik  qruplarını  da  müəy-
yənləşdirmişdir:  şəxsin  anadan  olduğu,  yaxud  yaşadığı  yerlə 
bağlı, titulla bağlı, xüsusi şəxs adı ilə bağlı və ləqəblər əsasında 
yaranan  familiyalar  (34).  Əsərdə  türk  mənşəli  Балашов, 
Дашков, Карташев,  Лачинов, Чарыков, Таптыков və s. 
familiyaların  etimoloji  izahı  geniş  şəkildə  verilmişdir.  Amma 
burada  elə  familiyalara  da  rast  gəlinir  ki,  onlar  türk  mənşəli 
deyildir.  Məsələn,  Ахматов  (ərəb  dilindəki  şanlı,  şöhrətli 
anlamlı ―Əhməd‖), Лашкарев  (fars dilindəki  ordu, qoşun an-
lamlı  ―ləşkər‖),  Булатов  (fars  dilindəki  bulat//polad)  və  s. 
Fikrimizcə, müəllif  burada həmin tip adların  rus antroponimi-
kasına ərəb və fars dilləri vasitəsilə deyil, türk dilləri vasitəsilə 
daxil olmasını əsas götürmüşdür.  
Əsərdə  bəzi  familiyaların  izahı  düzgün  deyil.  Məsələn, 
―Шерапов‖ familiyası şərab və şərəf sözləri ilə əlaqələndirilir 
və  hansının  əsas  olması  göstərilmir.  Bizcə,  ―Шерапов‖  şərəf 
sözü ilə bağlıdır; «Кочубей» antroponimi ―kiçik bəy‖ (малый 
князь), ―qoyçu‖ (пастух, овец) + бей kimi izah edilir. Əslində 
isə  hər  iki  izah  qüsurludur  və  «Кочубей»  antroponimindəki 


 
Язизхан Танрыверди 
 
 
14 
koçu  (qoçu)  vahidi  igidlik  anlamlıdır.  «Туманский»  famili-
yasının  izahında  мрак,  штаны,  шаровары,  темник,  нача-
льник  sözləri  ilə  bağlılıq  göstərilir,  nəticədə  isə  peşə  və  peşə 
əsasında formalaşan ləqəblərlə əlaqələndirilir. Əslində isə «Ту-
манский»  familiyasının  apelyativi  (tuman-duman)  təbiət  ha-
disəsi ilə bağlıdır. 
T.M.Qaripov «О древных кыпчакских именах в антро-
понимии  Башкир»  (40-52-58)  adlı  məqaləsində  başqırd  an-
troponimlərinin tarixi inkişaf prosesini göstərmiş, qıpçaq antro-
ponimlərinin  başqırd  ad  sistemindəki  rolunu  faktlarla  əsas-
landırmışdır. 
Müəllif  göstərir  ki,  qədim  qıpçaq  antroponimləri  türk 
xalqları  antroponimikasında,  xüsusilə  qıpçaq  dil  qrupuna  daxil 
olan başqırd, tatar, qazax, qırğız, karaim, noqay və s. dillərdə, 
əsasən, eyni fonetik variantda işlənməkdədir. Başqırd ad siste-
mindəki  qıpçaq  antroponimləri  məhz  başqırd  tarixi  üçün  ən 
qiymətli  mənbədir.  Məqalədə  qeyd  edilir  ki,  Ayhılıu  (ay  kimi 
gözəl),  Karasaç,  Yoldaş,  Boqatıy  və  s.  kimi  antroponimlərin 
mənası hər bir başqırd üçün aydındır. 
Müəllif ikikomponentli (İlbikə, Yalanbikə, Akhılıu, Altın-
bay,  İsbuldı  və  s.)  və  təkkomponentli  (Yoldoz-ulduz,  Səsək-
çiçək, Timer-dəmir) qıpçaq antroponimlərinə münasibət  bildir-
miş,  Aybikə,  Artıkbikə,  Karağali,  Akyal,  Biktimer,  Buranbay, 
Köməşbay və s. kimi antroponimlərin başqırd folklorunda mü-
hafizə olunduğunu göstərmişdir. 
T.Qaripov başqırd antroponimlərini tədqiq edərkən Q.Yu-
supov,  E.İştvan,  R.İqnatev,  R.Kuzeyev,  A.Yoldaşev,  V.Velya-
minov kimi müəlliflərin lüğət və materiallarına müraciət etmiş, 
statistik  hesablamalarını  da  məhz  həmin  mənbələr  əsasında 
aparmışdır.  Müəllif  rus  yazıçılarının  əsərlərində  işlənən    baş-
qırd  antroponimlərindən  bəhs  edərkən  T.Belyayevin  «Куз-
Купряч» əsərindəki Ay-kara, İş-karı, Tulkubay, Yalanbay və s. 
kimi qıpçaq antroponimlərini fakt kimi təqdim etmişdir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə