Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   2   3   4   5   6   7   8   9   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

edəndə  məhz  L.Razoniyə  əsaslanır,  bu  cür  adları  türk  dilinin 
gözəllik və zənginlik əlaməti hesab edir (135 - 95-96). 
L.Razoni  deziderativ  antroponimlərin  yaranmasında  mis-
tik  (sufi,  təsəvvüf)  görüşlərin,  ovsunlamanın  əsas  olduğunu 
göstərərək,  bu  tip  adları  ―mistik  adlar‖  fəslində  qruplaşdırır 
(Rasonyi – 1962, 98). 
Totemlər  əsasında  yaranan  antroponimik  vahidlər  müəl-
lifin tədqiqatında belə ifadə edilir: ―Totemlər əsasında formala-
şan antroponimlərin etimoloji təhlili inandırıcı görünmür. Yal-
nız qazax dilindəki Akkoyan (ağ dişi dovşan) və Ayubikə (dişi 
ayı) antroponimlərində adların totemik mənşəyi müşahidə edilir 
(Rasonyi – 1961, 231). 
Türkologiyada türk mənşəli antroponimlərin tədqiqi tarixi 
M.Kaşğarinin ―Divanü lüğat-it-türk‖ (1072-1074) əsəri ilə baş-
lanır. Bu ensiklopedik əsərdə şəxs adlarının təhlil süzgəcindən 
keçirilməsi də diqqətdən yayınmamışdır. Belə ki, müəllif təkcə 
şəxs  adlarını  yox,  həm  də  apelyativləri  atalar  sözləri  və  şeir 
parçaları  tərkibində  təqdim  edərkən  onların  həqiqi  və  məcazi 
mənada  işlənməsini,  apelyativlərin  antroponimə  çevrilmə  sə-
bəbləri və sosiallığını geniş müstəvidə şərh edir. Maraqlıdır ki, 
bu cür araşdırmalara müasir türk antroponimiyasında az təsadüf 
olunur.  Burada  M.Kaşğarinin  türk  şəxs  adları  ilə  bağlı  bəzi 
izahlarını  təqdim  edirik:  Kılıç  xan.  Bu  atalar  sözündə  də 
işlənmişdir: koş kılıç kınka sığmas = qoşa qılınc qına sığmaz... 
Bununla  xaqaniyyə  xanlarına  ad  verilərək  ―Kılıç  xan‖  deyilir 
ki,  düşündüyü,  qurduğu  işlərdə  qılınc  kimi  kəsib  atan  xaqan 
deməkdir;  Köl  Bilgə.  Uyğur  xanına  ―Köl  Bilgə  xan‖  ləqəbi 
verilir,  çünki  ―kamalı  göl  kimi,  göl  qədər  deməkdir.  Burada 
ağılın  çoxluğunu  göstərmək  üçün  o,  gölə  bənzədilmişdir. 
Tonqa  – bəbir.  Qaplan cinsindən bir heyvandır. Fili öldürür... 
Uşaqlara  buna  bənzər  adlar  çox    qoyulur.  Türklərin  böyük 
xaqanı Əfrasiyabın əsl türk adı ―Tonqa Alp Ər‖dir, ―bəbir kimi 
qüvvətli,  igid  adam‖  deməkdir.  Bəktur.  Kişi  adıdır.  Əsli  bək 


 
Язизхан Танрыверди 
 
 
10 
tur=bərk dayan formasındadır (bax: Əzizxan Tanrıverdi. Qədim 
türk mənbələrində yaşayan şəxs adları. Bakı, 2009, s.327-361). 
Bu mənada M.Kaşğari türk antroponimikasının ilk tədqiqatçısı 
kimi xüsusi olaraq dəyərləndirilməlidir. 
Orijinal lüğətləri ilə məşhur olan V.V.Radlov türk mənşə-
li toponim və hidronimlərlə yanaşı, antroponimlərin də linqvis-
tik  baxımdan  təhlilinə  münasibət  bildirmişdir.  Belə  ki,  onun 
N.F.Katanovla  birlikdə  hazırladığı  ―Алфавитный  указатель 
собственных имен, встречающихся в  I-II томах  «Образцов 
нaродной литературы тюркских племен» (102) və «Титулы 
и  имена  уйгурских  ханов»  (140-165-270)  əsərlərində  türk 
xalqlarının etnoqrafiya, psixologiya və təfəkkürünü əks etdirən 
türk  mənşəli  antroponimlər  təhlil  olunmuş,  bir  sıra  antroponi-
mik  vahidlər geniş etimoloji araşdırmaya cəlb olunmuş, uyğur 
xanlarının  adları  və  titulları,  həmçinin  şəcərələri  verilmişdir. 
―Həmin şəcərəyə görə, uyğur xanlarının birincisi Peylo, sonun-
cusu (VII) Qutluq olmuşdur‖ (76-72). 
Türk  xalqları  antroponimlərinin  ilk  dəfə  olaraq  sistemli 
şəkildə tədqiqata cəlb olunması V.A.Qordlevskinin adı ilə bağ-
lıdır.  Müəllifin  1910-cu  ildə  ―Этнографические  обозрение» 
jurnalının III və IV nömrələrində nəşr etdirdiyi ―Рождение ре-
бенка  и  его  воспитание»  məqaləsində  uşağın  dünyaya  gəl-
məsi, adlandırılması, tərbiyəsi və s. məsələlərlə bağlı türk xalq-
ları arasında mövcud olan adət-ənənələrdən bəhs edilir (49). 
V.A.Qordlevskinin  1913-cü  ildə  çap  olunmuş  ―Личной 
ономастике у османцев» (47)  əsəri də türk xalqları antroponi-
mikasını  öyrənmək  baxımından  dəyərlidir.  Əsərdə  şəxs  adları 
və köməkçi ad kateqoriyasına daxil olan ləqəblərin motivləşmə 
səbəbləri, mənaları izah olunmuş, osmanlı (türk) dilində işlənən 
şəxs adlarının yaranma və inkişaf tarixinə münasibət bildirilmiş 
və  o,  iki  tarixi  dövrlə  əlaqələndirilmişdir:  1.  İslamiyyətə 
qədərki adlar; 2. İslamiyyətdən sonrakı adlar. Müəllif türk xalq-
ları  antroponimikasında  xarakterik  olan  Ay,  Qaraquş,  Toğ-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
11 
rulbəy, Dursun və s. kimi türk mənşəli adların şərhini verməklə 
yanaşı,  ərəb  dilindən  islam  dini  vasitəsilə  türk  ad  sisteminə 
daxil  olan  və  bu  gün  də  ənənəviliklə  bağlı  olaraq  işləkliyini 
itirməyən Əli, Məmməd, Məhərrəm, Həsən, Hüseyn və s. kimi 
antroponimlərin də işlənmə səbəbini izah etmişdir. 
V.A.Qordlevski oğuzlarda iki ad məsələsindən bəhs edər-
kən göstərir ki, onlarda uzun müddət iki ad mövcud olmuşdur: 
Yeni  müsəlman  adı  və  qədim  sıravi  ad  və  ya  ləqəb.  Məsələn, 
Ziyəddin Qara Aslan, Fəxrəddin Arslan Doğmuş, Mübarizəddin 
Ertokuş və s. (48). Müəllif bu hadisəni türk tayfalarından olan 
oğuzların milli xüsusiyyəti, psixologiyası ilə bağlamışdır. 
Türk Dil Qurumu yaradıcılarından biri, dilçi, ədəbiyyatşü-
nas  və  ictimai  xadim  Bəsim  Atalayın  yaradıcılığında  Mahmud 
Kaşğarinin  ―Divanü  lüğat-it-türk‖  əsərinin  ərəb  dilindən  tər-
cüməsi  (s.1-3,  1939-41),  ―Türk  dilində  şəkilçilər  və  köklər‖ 
(1942),  ―Türk  dilində  sözdüzəltmə  yolları‖  (1946)  əsərləri  
xüsusi yer tutur. B.Atalay qədim türk  antroponimik vahidlərini 
toplayıb nəşr etdirən ilk alimlərdəndir. Onu daha çox maraqlan-
dıran  türk  xalqlarının  tarixi  şəxsiyyətlərinin  adları  olub. 
Müəllifin türk tarixi şəxsiyyətlərinə məhəbbəti 1921 və 1935-ci 
illərdə  İstanbulda  çap  etdirdiyi  ―Türk  Büyükleri  ve  ya  türk 
adları‖ kitabında əks olunmuşdur. Kitabda 600-ə qədər şəxs adı 
haqqında məlumat verilmişdir. Əsər türk tarixinə dair faktlarla 
zəngindir.  Çünki  B.Atalay  lüğətdə  təqdim  etdiyi  antroponimik 
vahidləri M.Kaşğarinin lüğətindən, ―Kitabi-Dədə Qorqud‖ das-
tanından,  ―Tuziki  Teymuri‖,  ―Tərcümeyi-şəcəreyi-türki‖  və  s. 
tarixi  mənbələrdən  götürmüşdür.  B.Atalayın  lüğətindən  ―Məş-
hur  türklər‖  əsərində  geniş  şəkildə  istifadə  edilmişdir.  Həmin 
əsərin foto surəti Azərbaycan Respublikası Əlyazmaları İnstitu-
tunda  saxlanılır.  Bu  mənbədə  türkün  böyük  şəxsiyyətləri  haq-
qında  qısa  və  dəqiq  məlumatlar  verilmişdir.  Məsələn,  Dakak 
(1104) – Səlcuq hökmdarlarından Alp Arslanın nəvəsi, Tutuşun 
oğlu;  Abaka  xan  (1234-1282)  –  Elxanilər  dövlətini  qurmuş 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə