Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
43 
 
Təbii  ki,  Qaratel,  Qaragöz,  Qaraqız,  Qarabirçək  kimi  qa-
dın  adlarımızın  yaranmasında  mənfi  keyfiyyətli  ―qara‖  sözlü 
vahidlər deyil, müsbət keyfiyyətli, yaxud gözəllik çalarlı ―qara‖ 
sözü əsas olmuşdur. 
 
Azərbaycan antroponimlərinin  
etimologiyasına dair 
 
Adıgözəl,  Adışirin.  Antroponimikamızda  I  komponenti 
―adı‖, II komponenti isə ―gözəl‖ və ―şirin‖ vahidlərindən ibarət 
olan  Adıgözəl,  Adışirin  kimi  mürəkkəb  quruluşlu  kişi  adları 
intensivliyi ilə fərqlənir. Adıgözəl antroponiminin hər iki kom-
ponenti  türk  mənşəlidir.  Adışirin  antroponiminin  isə  2-ci 
komponenti fars mənşəlidir (hibrid-qovuşuq antroponimdir). 
Bu adların motivləşmə meyarlarını müəyyənləşdirməzdən 
əvvəl,  onların  orfoqrafiyasına  diqqət  yetirmək  lazımdır.  Qeyd 
edək  ki,  rəsmi  sənədlərdə  bu  adlara  iki  variantda  (Adıgözəl-
Adgözəl, Adışirin-Adşirin) rast gəlmək mümkündür. Bu vəziy-
yət  Əliməmməd-Əlməmməd,  Əliheydər-Əlheydər  kimi  antro-
ponimlərdə  də  müşahidə  edilir.  Orfoqrafiya  qaydalarına  görə, 
mürəkkəb  quruluşlu  sözlərdə  1-ci  sözün  sonu  saitlə  bitərsə  və 
2-ci  söz  saitlə  başlayarsa,  1-ci  sözün  sonundakı  sait  düşür. 
Məsələn, Əli-İsa – Əlisa, Əli-Əkbər-Ələkbər. Deməli, orfoqra-
fiya  qaydalarına  görə,  ―Adıgözəl‖  və  ―Adışirin‖  kimi  yazılma 
məqbuldur. 
Etnoqrafiyamızda adın gözəl olması, gözəl səslənməsi hə-
mişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antro-
ponimikamızda semantikasında gözəllik, incəlik, saflıq, igidlik, 
mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın 
adları formalaşmışdır. Adıgözəl, Adışirin antroponimlərində də 
―adı  gözəl  olma‖,  ―adı  şirin  olma‖,  yaxud  ―gözəl  adlı‖,  ―şirin 
adlı‖  kimi  cəhətlər  motivləşmə  üçün  əsas  götürülmüşdür. 


 
Язизхан Танрыверди 
 
 
44 
Buradakı  ―adı‖  vahidi  birbaşa  dəqiqləşdirmə,  qüvvətləndirmə 
funksiyasını ifadə edir.  Əlavə edək ki,  ―adı‖ sözü ilə başlayan 
antroponimlər  ―Koroğlu‖  dastanında  əsl  şəxs  adı  funksiyasını 
yerinə  yetirən  ləqəb  kimi  işlənmişdir.  Məsələn,  Adıbəlli  (yəni 
adı məlum. Burada qəhrəmanın igidliyinə işarə olunur). 
Antroponimikamızda  Adıgözəl,  Adışirin  antroponimləri 
ilə yanaşı, lüğətlərə düşməyən Adıgül (hibriddir), Adıbala kimi 
antroponimlər də işlənir. 
Adıgözəl antroponiminin əsası olan ―adı gözəl‖ ifadəsinin 
folklorumuzda işlənmə tarixi qədimdir. Məsələn, ―Kitabi-Dədə 
Qorqud‖ dastanının boyları belə bir cümlə ilə bitir:  
 
               ―Adı görklü Məhəmməd Mustafa yüzi suyına 
                Bağışlasuŋ xanım, hey!...‖ (103-34). 
 
Bu,  dastan  poetikası  baxımından  nə  qədər  qiymətlidirsə, 
antroponimiyamız  üçün  də  bir  o  qədər  əhəmiyyətlidir.  Çünki 
burada  ―adı  görklü‖  ifadəsinin  qədimliyi  aşkarlanmaqla  bəra-
bər, onun (adı gözəl - adı müqəddəs) antroponimdən  əvvəl gə-
lərək   təyinetmə funksiyasında işləndiyi də təsdiqlənir.  
―Bənövşə‖ uşaq oyununda müşahidə olunan ―...adı gözəl, 
özü  gözəl  filankəs  gəlsin‖  –  cümləsində  şəxsin  adı  məlum  ol-
masa da, şəxs adı yerində qeyri-müəyyən əvəzlik olan filankəs 
sözü  işlənmişdir.  Göründüyü  kimi,  ―adı  gözəl‖  ifadəsi  burada 
da təyinetmə funksiyasını yerinə yetirir. 
Bu  forma  Aşıq  Ələsgərin  yaradıcılığında  da  qabarıq    şə-
kildə müşahidə olunur: 
 
                       Adı Tərlan, özü tərlan balası, 
                       Cilvələnib tərlan tavarı kimi (26-39). 
Yaxud: 
                       Adı Kövsər, ləbi kövsər, 
                       Dürr düzülüb zənəxdana (26-144). 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
45 
Folklorumuzda    müşahidə  olunan  ―adı  görklü‖,  ―adı  gö-
zəl‖,  ―adı şirin‖  və s. kimi birləşmələrin sonradan (XVI əsrdən 
sonra)  antroponimə  çevrilməsində  həmin  vahidlərin  semantik 
tutumundakı gözəllik çalarları əsas olmuşdur. 
Adıgözəl, Adışirin, Adıbəlli kimi mürəkkəb quruluşlu an-
troponimlər təyini söz birləşmələrinə daxil olmayan ismi birləş-
mə  modelindədir.  Birləşmələrin  birinci  tərəfi    mənsubiyyət 
şəkilçili ―adı‖ vahididir. Birinci tərəfin, əsasən, əlamətini ifadə 
edən ikinci  tərəf isə sifətlərlə  ifadə  olunmuşdur.  Həmin birləş-
mələr daxili semantik əlaqənin möhkəmliyi nəticəsində bir mü-
rəkkəb vahidə çevrilmişdir. 
Annax.  Müasir  Azərbaycan  antroponimikasında  müşahi-
də  edilmir.  Aşıq  Ələsgərin  yaradıcılığında  bir  neçə  yerdə  üs-
lubla  bağlı  deyil,  məhz  əsl  şəxs  adı  kimi  işlənmişdir  (Annax 
bəy) (26-201). 
―Annax‖ antroponiminin ―anlaq‖ sözü əsasında yarandığı 
aydın şəkildə görünür. ―Anla‖ sözünün kökü tarixən ―an‖ şək-
lində  olmuşdur  (178-137).  ―Anla‖  sözü  Orxon-Yenisey  abidə-
lərində  də  ―anla‖  kimi  işlənmişdir  (200-174).  Həmin  söz  kök-
dən şəkilçiyə assimilyasiya nəticəsində ―anna‖ şəklinə düşmüş-
dür. 
―Annax‖  antroponiminin  sonundakı  ―x‖  feldən  sifət  dü-
zəldən  şəkilçi  olub,  xasiyyət,  əlamət  və  keyfiyyət  bildirməyə 
xidmət  edən  -aq,  -ək  şəkilçisinin  danışıq  dili  və  ədəbi  tələffüz 
variantıdır (―anla‖ sözü saitlə qurtardığından və  ona saitlə baş-
lanan  şəkilçi  artırıldığından  birinci  sözün  sonundakı  ―a‖  səsi 
düşmüşdür). Əlavə edək ki, q>x əvəzlənməsi müasir dialekt və 
şivələrimizin bir  qrupu üçün xarakterik hadisə olma ilə yanaşı, 
ədəbi tələffüz normaları baxımından da məqbuldur. M.Şirəliyev 
yazır:  ―...qərb,  şimal  və  cənub  qrupu  dialekt  və  şivələrində 
çoxhecalı sözlərin axırında ―x‖ səsinə üstünlük verilir. Məsələn, 
yarpax,  torpax,  balıx,  palçıx  və  s.  (199-96).  Müəllifin  verdiyi 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə