Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə18/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   14   15   16   17   18   19   20   21   ...   107

Nərgiz  həkim-ginekoloq  kimi  çox  qadınlar  görmüşdü.  Ona  elə
gəlirdi  ki,  qadınların  dilini  ondan  yaxşı  bilən  yoxdur.  Ancaq  Mədinəyə
yan  ala  bilmirdi.  Onu  görəndə sıxılırdı.  Danışmağa  söz  tapmırdı.  Sanki
dilini bilmədiyi əcnəbi ilə üz-üzəydi.
Uzaqdan  məsum  görünən  bu  ana-bala əslində Nərgizgilin  ailəsinə
bəla  gəlmişdilər.  Zahirən  kədərli,  zərif  olmalarına  baxmayaraq  Nərgiz
onları  xoşlamırdı. Əksinə,  hər  ikisinə qatı  nifrət  edirdi.  Xüsusi  ilə onun
yanına  müalicəyə gələn  tanış  qadının  söhbətindən  sonra  Nərgiz
qardaşının  yolunda “tələ”  olan  bu  qadını  canavar  təki  parçalamağa,
qanını içməyə hazır idi.
“Tetmuru  evləndirmisiz?”–qadın  maraqlanmışdı.“Maşallah,  “  nə
gözəl qızı var. Yəqin anası da belə qəşəngdir. Düzdür, anasını yox, qızla
Teymuru məktəbin həyətində maşına minən gördüm”.
Nərgizi  od  götürmüşdü.  Demək  qardaşı  onların  ailəsini  biabır
etməklə məşğuldur.  Teymur  ondan  maşını  Mədinənin  bu  küçüyünü
gəzdirmək  üçün  alırmış.  Bütün  bunlardan  bərk  narahat  olan  Nərgiz
Mədinənin  keçmiş ərini  soraqlayıb  tapmaq  qərarına  gəlmişdi  “Yaxşı
qadını  uşaqla  atmırlar,” – ürəyində onun  qarasınca  deyinirdi.  “Üz-
gözündən” görünür başına fırlananlar az olmayıb. Yəqin yolunu azmisan.
İndi özünü mələk kimi göstərsən də bizim gicbəsərdən fərqli olaraq mən
bilirəm  ki  sən  maskadasan.  Elə bilirsən  rola  girdiyini  görmürəm.  Sən
ancaq Teymuru başdan eləyə bilərsən, məni yox!”
Mədinənin əri  institutların  birində kiçik  elmi  işçi  işləyirdi.  Mövzu
götürsə də işləyə bilməyib yarıda atmış, içkiyə qurşanmışdı.  O, Mədinə
ilə yaşıd  olardı.  Suyuşirin  kişiydi.  Ancaq  qətiyyətsiz,  xaraktersiz,
xoşagəlməz  təsir  bağışlayırdı.  İşdə onu  “məsuliyyətsiz,  vecsiz”  adam,-
sayırdılar. İnstitutda hörməti yox idi.
Nərgiz  onu  yolu  keçərkən  saxladı.  “Sizə sözüm  var,” -dedi.
Ürəyində Mədinəni  lənətlədi:  “Gör  məni  nələrə vadar  edir.  Bu  alkaşla
danışmağa məcbur olmuşam. Özümü küçə qadınları kimi aparıram.”
Kişi dəblə geyinmiş bu yaraşıqlı qadına narazılıqla baxsa da sözünü
yerə salmayıb  ayaq  saxladı.  Nərgiz  də onunla  çox  danışmaq  istəməyib
birdəfəlik mətləbə keçdi:
- Məni arvadınızla nə üstündə ayrılmağınız maraqlandırır.
Kişi qaş-qabağını sallayıb it kimi mırıldadı.
-
Siz kimsiz axı! – heç dəxli var?


-
Dəxli  var  ki,  soruşuram,- Nərgiz  qəzəblə bildirdi.- Uşağını
atmısan,  özü  də qız  uşağını.  Heç  maraqlanmısan  o, necə yaşayır.  Adını
da kişi qoymusan.
Mədinənin əri  ona  təəccüblə baxır,  bu  qadının  haradan  peyda
olmasını, görünür, özündə götür-qoy etməyə çalışırdı.
-
Onun    da  başı  səninki  kimi  çatmırdı,  amma  sən  ondan  daha
səfehsən,–deyib geri baxmadan yoluna davam etdi.
Hər  yerdən əli  üzülən  Nərgiz  yazdırdığı  caduları  evə gətirib
Teymurun  yeməyinə qatır,  Mədinəninkini  də qapılarının  ağzına  tökür,
cəftəyə sürtürdü.  Deyəsən,  təsiri  olurdu.  Teymur  xoşbəxt  görünmürdü.
Rauf deyirdi ki, Mədinə Teymuru yaxın buraxmır, Kəmaləni məktəbdən
götürməyi də qadağan edib.
Ancaq, 
Nərgiz 
Teymur 
evlənməyincə
rahat 
nəfəs 
ala
bilməyəcəklərini  düşünürdü.  Ona  görə də tələsik  Rufiyyəni  axtarıb
tapmışdı. Hər halda hər iki ailə bir birini tanıyırdı. Amma, Teymur onları
pərt edib, pis vəziyyətə salmışdı.
Nərgiz  Mədinə ilə üz-üzə danışmağı  bacarmadığından  telefona
üstünlük verdi. Axşam idi, Mədinə evdəydi.
-
Mədinə xanım, -Nərgiz  salam  verdi.- Mən  Teymurun
bacısıyam, – dedi. Sizin barənizdə bilirəm. Yoldaşım Rauf da yaxşı insan
olduğunuzu  deyir.  Amma,  bilirsiz  Teymurun  nişanlısı  var,  həkimdir.
Uşaqlıqdan  adaxlıdırlar.  İndi,  deyəsən,  kimsə Teymuru  başdan  eləmək
istəyir, amma bu mənasızdır, heç nə alınmayacaq.
-
Mən  nə etməliyəm  ki?! – Telefonun  o  başından  Mədinənin
səsi eşidildi.
-
Onu başa salmalısan.
-
Mən  niyə?-
Mədinənin  səbirsiz  səsi  həm  də acıqlı  idi. –
“Guya bilmirsən, aferistka”, - Nərgiz düşündü. Ancaq özünü ələ aldı:
-
Sizə ümid edir, elə bilir ona “hə” deyəcəksiz.
-
Mən  sözümü  demişəm. - Xoşbəxt  olsunlar, - Mədinə
danışmaq istəməyib dəstəyi qoydu.
“Yalansa ciyərin yansın. Gör necə amiranə danışır. Guya qardaşımı
tovlayan bu deyil”.
Nərgiz  sonra  Rufiyyənin  telefonunu  yığdı.  Mədinənin  telefonunu
ona verib Mədinə ilə əməlli-başlı haqq-hesab çəkməsini tapşırdı.
-
Mən bunu eləyə bilmərəm,- Rufiyyə boyun qaçırtdı.


Amma  o  Nərgizə yalan  deyirdi.  Sinif  yoldaşı  dəstəyi  qoyan  təki
Mədinəyə zəng  edib,  Teymurun  nişanlısı  olduğunu,  Teymurun  onu    lap
məktəb  illərindən  sevdiyini  bildirdi.  O,  bununla  qadının əl-qolunu
bağlamaq, ümidlərini puç etmək, həm də öz intiqamını almaq  istəyirdi.
***
Qadınlardan  olan  zənglər  Mədinəni  təbdən  çıxarırdı.  O,  özünü
alçaldılmış  hiss  edirdi.  Teymur  onunla  görüşə bilməsə də,  görünür,
ondan  gizli  Kəmaləni  məktəbdən  evə aparırdı.  Qadınlar  da,  şübhəsiz,
buna işarə vurur, “onun yaxşı ana olmadığını,”- diqqətinə çatdırırdılar.
Mədinə ən birinci ata və anası ilə danışmaq qərarına gəldi:
- Əgər siz öz nəvənizi məktəbdən gətirmək istəmirsizsə, mən onun
üçün  dayə tutmağa  hazıram, – dedi. - Siz  niyə məni  başqalarının
qabağında  yerə vurur,  pərt  edirsiz.  Görmürsüz  bu  oğlan  tək  deyil,  onun
valideynləri, bacısı bu gün məlum oldu ki, nişanlısı da var.
-
Axı, onun ürəyi səndədir, – anası günahkar-günahkar dilləndi.
O,  bu  barədə mənimlə,  atanla  dönə-dönə danışıb.  Çox  məsuliyyətli,
ədəbli, tərbiyəlidir. Özü də şirin, sənə yaraşandır. Atana,  mənə, uşağa o
qədər  qayğı  göstərir.  Çox  gözəl  kefiyyətləri  var.  Sən  onunla  xoşbəxt
olardın.
-
Onunkular  mənim  barəmdə eşitmək  istəmirlər,- bu  məgər
azdır?! - Siz nəvənizi onun öhdəsinə atmayın. Bu ailə ilə Teymur bizim
həyatımıza  daxil  ola  bilməyəcək.  Uşağı  ona  öyrəşməyə qoymayın.
Onunkular  heç  vaxt  onu  öz  istəyilə azad  buraxmayacaqlar.  Elə mən
özüm  də onun  ailəsi  ilə düşmən  qalmasını  istəmirəm.  Tədricən  başa
düşüb bizdən uzaqlaşar. Belə daha yaxşı olar.
Bu  həmin  günlər  idi  ki,  Teymur  daha  Kəmaləyə yaxın  düşə
bilmirdi.  Valideynləri  Mədinənin  tapşırığını  yerinə yetirir,  nəvələrini
məktəbdən özləri gətirirdilər. Teymurla da üz-üzə gəlməməyə çalışırdılar.
Düzdür,  qızcığaz əvvəllər  çox  ağlayırdı.  Heç  kəslə danışmaq
istəmirdi.  Amma  Mədinə Teymurun  onların  heç  nəyi  olmadığını
Kəmaləyə başa  sala  bilmişdi.  O,  balaca  olsa  da  ağıllı  idi.  Daha
qaraqışqırıq  salmır,  dinməz  durur,  özünə qapılırdı.  Uşağın  bu  davranışı


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə