Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə23/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

Mədinə onun  məktəbli  ikən  idman  cəmiyyətində basketbol  oynadığını,
Rusiyaya, hətta xarici ölkələrə yarışlara getdiyini sonralar bildi. Ağayana,
təmkinli təsir bağışlasa da təkəbbürlü deyildi. Müxtəlif millətlərdən olan
əks  cinsin  nümayəndələri  özləri  ona  yaxınlaşır,  cürbəcür  bəhanələrlə
danışmağa  can  atırdılar.  Göründüyü  kimi  diqqət  mərkəzində olmasına
öyrəncəli idi. Amma bu onu ərköyün, özündən razı etmirdi. Onda forma
ilə məzmun  vəhdəti  qırılmaz  idi.  Onunla  danışmaq  istəyən  qadınlarla
quru, həvəssiz, nəzakətlə salamlaşır, üz verməyərək yanlarından biganə,
soyuq ötürdü.
Mədinə onu  birinci  dəfə ekskursiyaya  getmək  üçün əyləşdiyi
avtobusun  pəncərəsindən  gördü.  Səhər  yeməyindən  sonra  avtobuslarla
şəhərə
gəzməyə
çıxırdılar. 
Bu 
dəfə
avtobusun 
ön 
şüşəsinə
“Литературная  и  музыкальная Одесса”  yazılmışdı.  Bu  ekskursiyalar
Mədinənin  çox  xoşuna  gəlirdi.  Kitablardan  Odessa  haqqında  məlumatlı
olsa  da  şəhəri  qarış – qarış  gəzmək,  baxmaq  bir  özgə aləm  idi.  Evlərin
fasadlarından, balkonlardan yaşıl yarpaqlar, al - əlvan çiçəklər sallanırdı.
Bir birinin  qucağındaymış  təki  yol  boyu  baş-başa  verən  akasiyalar,
salxım söyüdlər, yasəmənlər, mimozalar adamı valeh edirdi. Yaşıllıq göz
oxşayırdı.  Elə bil  parklara,  bağlara  yaşıl  xalı  sərmişdilər.  Kiyevli  bir
qadın deyirdi ki, Sovetlər məkanında Kiyevi o vaxt ən yaşıl şəhər hesab
etsələr də, Odessa onu ötürdü. Şəhərin başlıca nəqliyyat vasitəsi olan bir
başından  o  biri  başına,  lap  dənizin  sahilinə qədər  gedən  yaraşıqlı
tramvaylar  nə qədər  rahat  idi.  Dənizkənarı  bulvar  Bakı  bulvarını
xatırlatsa  da  məşhur  “Potyomkin  pillələri”,  şirə,  su,  dondurma  köşkləri,
buradakı  yüksək  xidmətlər,  salxım  söyüdlərin  sərinliklərindəki  rahat
skamyalar,  su  tramvaylarının,  irili – xırdalı,  yelkənli - yelkənsiz
qayıqların lövbər saldığı dəniz adamı valeh edirdi.
Xəzərlə,  Qara  dənizdə Mədinə elə də fərq  görmürdü.  Sadəcə
Xəzərin  suyu  daha  duzluydu.  Qara  dənizdə isə meduzalar  üzürdü,
bənövşəyi,  ağ  rənglərdə.  Belə ki,  suda  hər  an  qabağına  çıxa  bilirdi.
Mədinə onlardan  çimçəşir,  Kəmalə isə qorxurdu.  Mədinə onları əli  ilə
itələyib yan keçirdi.
Qara dəniz daha böyük, daha dərin idi. Dənizin içərisindən görünən
ucsuz-bucaqsız  yaşıl  sahillər,  mixəyi  qayalıqlar  bir  vaxt  Puşkinin  vəsf
etdiyi sevimli mənzərələr olmuşdu. Şəhərin kənarındakı katakombalar da
maraqlı  idi.  Yerin  altındakı  havası  az  bu  qaranlıq  dəhlizlərdə adamı
vahimə basırdı.  Bu  katakombalar  ikinci  dünya  müharibəsinin  şahidi


olmuşdu.  Amma  heç  nə əbədi  qalmırdı.  Hər  şey  axır,  dəyişirdi.
Ekskursiya  rəhbərinin  də üzü  beləydi.  Müharibədən  danışanda  kədərli,
gözəl şeylərdən danışanda gülürdü.
Mədinə şəhərdə bir neçə dəfə teatra da getmişdi. Teatrın binası da
diqqəti cəlb edirdi. Öz memarlıq üslubuna görə onu Fransadakı teatrlarla
müqayisə edirdilər.  Teatrın  fasadı,  o  cümlədən  içərisindəki  model
naxışlar, fiqurlu yapmalar, möhtəşəm çılçıraqlar, güzgülər, qızıl suyu ilə
işlənmiş amfiteatr və lojalar həqiqətən maraq doğururdu.
İki gün qabaq isə Odessa kinostudiyasında olmuşdular. Mədinə bu
kinostudiyanın  istehsal  etdiyi  çox  filmə baxdığından  onun  yerləşdiyi
ərazini də seyr etməyi qərara almışdı.
İndi də qabaq sırada uşaqla əyləşmişdi. Digər gedənlərin avtobusa
əyləşməsini  gözləyirdilər.  Çox  istiqanlı  litovlu ər- arvad  da  ona  yaxın
ikinci sırada oturmuşdular. Qızları Virqanı gözləyirdilər. Uzun, gur saçlı,
mütənasib qamətli, günəşdən yanıb şokolad rəngi alan şirin təbəssümlü,
füsünkar  Virqa  isə avtobusa  minməyə tələsmirdi.  O,  cavan,  yaraşıqlı
kişidən  qopmurdu.  Onun  qolundan  elə yapışmışdı  ki,  sanki  kiminsə
çəkib  aparacağından  qorxurdu.  Zövqlə qısa  vurulmuş  açıq  şabalıdı
saçları  olan,  qısaqol  mavi  köynək,  cins  şalvar  geymiş  atletik  görünüşlü
bu  adamın  milliyyətini  təyin  etmək  çətin  idi.  Mis  rəngli  üzü  cənublu
olduğunu  deyirdi.  Açıq  qolları  da  günəşdən  yanmışdı.  Çox  təravətli
görünürdü.  Amma  Mədinəyə bütün  bunlar  yox,  onun  adamda  özünə
qarşı  ehtiram  doğuran  mənalı  üzü,  təbəssümü,  ağıllı,  düşüncəli  gözləri
xoş gəlirdi. Virqa ilə yaraşırdılar. Uyğun, gözəl, ahəngdar görünürdülər.
-
Virqa gəlməyəcək, - anası Mədinəyə sarı çevrildi.
-
Hə,  mən  çoxdandır  onu  bizim  ekskursiyalarda  görmürəm, -
Mədinə dedi.
-
Bu  oğlana  vurulub.  Bütün  gününü  onunla  keçirir.  Gündüz
gəzirlər,  axşamlar  da  restorana,  konsertə,  teatra  gedirlər. – Virqa
böyüyüb, biz nə edə bilərik, - anası bir qədər nigaranlıqla qeyd etdi.
-
Hə,  onlar  bir-birilərinə çox  yaraşırlar, - Mədinə də öz
növbəsində bildirdi.
-
Yaraşırlar  azdır.  Bu  oğlan ər-arvad  bizi  də valeh  edib.
Hüquqşunas olsa da, deyəsən, qəzetdə işləyir. Dediyinə görə subaydır. -
Elə bunu soruşmaq istəyirdim. Axı, o, Bakıdandır, azərbaycanlıdır. - Sən
onu tanımırsan? – Sizin Bakıda necə maraqlı kişilər var! - Litovlu qadın


qızının  yerinə sevincək  olmuşdu. -Teymurun  istirahət  evindəki  çoxsaylı
qızların içərisindən onun qızını seçməsindən çox məmnun idi.
-
Bakıdandır,  deyirsiz, - bizdə işləmirsə tanımaram- Mədinə
bildirdi.
-
Amma ərim  səninlə onda  uyğun  bir  şey  görür.  Deyir  sizdə
nəsə bir oxşarlıq var.
Mədinə çiynlərini  çəkdi.  Amma  ürəyində fikirləşdi  ki,  bu
“xoşbəxt”,  “işıq  saçan”  oğlanla  onun  arasında  litovlu  kişinin  gördüyü
oxşarlıq  görəsən  nədədir?!  Sonralar  Mədinə özü  də Teymurun  yüksək
davranış tərzinə, mənəvi zənginliyinə, əxlaqi saflığına valeh oldu. Bütün
bu müqayisələr ərinin miskin, eybəcər kefiyyətlərini daha çox qabardırdı.
Özündən  razı, ərköyün əri  ali  təhsilli  olsa  da  çox  qaba  insan  idi.  Onda
humanizm, ədalət,  incə qavrama  qabiliyyəti  çatmırdı.  Teymurdakı
kamillik, hərarət onda yox idi. Mədinəyə həmişə onun şəxsiyyətini əzən,
qəlbini sındıran suallar verirdi :
-
Məktəbdə hansı  oğlanla  otururdun? - Yəqin  hərdən  səni
qucaqlayırmış. Yaxud:
- Gizlətmə,  boynuna  al,  de  görüm  blokda  qonşu  oğlanların  hansı  ilə
öpüşürdün? – Özünü  mələk  kimi  aparsan  da,  kim  bilir,  yəqin  belə
işlərin  də az  olmayıb. – Sonra  onu  dümsükləyir,  zorla  boynuna
qoyurdu.  Onda  Mədinə onun  parıldayan  şit  gözlərindən    iyrənirdi.
Sadəlövhcəsinə and-aman eləyirdi ki, onunla belə şeylər baş verməyib.
Buna görə indi özünə acığı tuturdu.
Ərinin onu belə təhqir etməsinə görəsən niyə dözürdü. -Yoxsa
ondan  qorxurdu?! – Əlbəttə qorxurdu.  Təkcə ərindən  yox,  onu  doqquz
ayda  bir  dəfə də olsun  ata  evinə, bacılarıgilə qoymayan  qaynanasından,
baldızından,  elə hamısından  qorxurdu.  Evdəheç  kəs  onunla  şirin
danışmırdı. Elə bil nəsə qəbahəti vardı. Sanki əl-ayağa dolaşan lüzumsuz,
artıq  bir əşya  idi.  Amma  bütün  bunları  qabartmır, ədəbə sığınır,  başını
salıb  ona həvalə olunan  işləri  görürdü.  Bir  sözlə,  pərdəni  aradan
götürmək istəmirdi.
İlahi  nə yaxşı  atası,  böyüyü  vardı.  Mədinəni  onların  caynağından
birdəfəlik qopartdı. Atası olmasaydı, kim bilir, indi bu qız uşağı ilə onu o
evdə nələr  gözləyirdi.  Atasının  qətiyyətinə sevinirdi. Ər  evindən
valideynlərinə heç  bir  şikayət  etməsə də
atası,  elə bil,  onun
qəlbindəkilərini  oxuyurdu.  “Daha  o  evə ayağın  dəyməyəcək,  onlarla


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə