Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

 
261
- Onu düz deyirsən, Növrəstə. Amma hələ öz kəndimizə dönə bilməyəcəyik. 
Çünki döyüşümüz, mübarizəmiz qurtarmayıb. Hələ daşnakları  Zəngəzurun hər 
yerindən təmizləyə bilməmişik. Sən daha bir neçə il bundan əvvəlki, gözü bağlı 
Növrəstə deyilsən, odun-alovun içindən çıxmısan… Bilirsən ki, bir tərəfdən Dro, 
bir tərəfdən də Njde dişlərini üstümüzə  qıcıdıblar. Amma darıxma. Düşmən nə 
qədər cilov gəmirsə  də, axırda təslim olmağa məcbur olacaq. Bizim arxamızda 
Qızıl Ordu kimi böyük qüvvə var… - Şahmərdan susdu, nə isə fikirləşib soruşdu: - 
Sən bizim komandanlığın Njdenin yanına iki adam göndərdiyini bilirsənmi? 
- Yox, nə üçün göndərib? 
- Njdenin təslim olub silahı yerə qoyması üçün. Təslim olmasa, onun üstünə 
yeriyəcəyik.  İlanın başını birdəfəlik  əzəcəyik. Bax, onda öz kəndimizə qayıdıb 
rahat yaşayacayıq. Keçirdiyimiz günləri həm acı, həm də  şirin xatirələr kimi 
yadımıza salacayıq. Qərəz, görək Levonla Qurgen nə xəbərlə gələcəklər… 
Sağsağanın pırıltı ilə ağacdan uçmasından nazik budaqlar tərpəndi. Yetişmiş 
tutlar yerə səpələndi. İri bir tut düz Şahmərdanın alnına düşdü. Şahmərdan başını 
qaldırdı. Növrəstə yaylığının ucu ilə onun alnındakı dırnaq yekəlikdə ləkəni sildi. 
Hər ikisi qalxıb gülə-gülə evə tərəf getdilər. 
Onlar otağa girəndə Hayk Comərdlə Vahana nə isə danışırdı. O, arvadını 
Xınzirəkdə aparıb qoyduqdan sonra, təzəcə qayıtmışdı.  Şahmərdanla Növrəstə 
oturub söhbətə qulaq asdılar. 
Hayk deyirdi: 
- Xınzirəkdə  mənə  məlum oldu ki, Njde Kafana qaçandan sonra bir çox 
kəndə  əl altınca kağız göndərib. Kağızında dövlətliləri qorxudub ki, Qızıl Ordu, 
Şura hökuməti sizin hər şeyinizi əlinizdən alacaq, özünüzü də öldürəcək, qazamata 
salacaq. Yazıb ki, sizin arxanız, köməyiniz mənəm, bolşeviklərlə mübarizə eləmək 
üçün mənim başıma toplanın… Manuçar Sarumov da kənddən çıxıb Njdenin 
yanına gedib… 
Qapı açıldı, Levon baş-gözü sarıqlı içəri girdi. 
- Bəs Qurgen hanı? – deyə Vahan soruşdu. – Başını, qulağını niyə 
sarımısan? 
Levon bir tərəfdə oturub həyəcan və qəzəblə hər şeyi danışdı. Axırda dedi:  
- Getdim saqqal gətirməyə, bığı da qoyub gəldim… 
- Hə… - deyə Vahan fikirli-fikirli dilləndi. – Bu heç yaxşı olmadı. Qurgen 
əlimizdən tez getdi… Sən şikəst oldun… 
- Mən öz halıma yanmıram. Ancaq Qurgen yazıq oldu… 
- Bəli, o da inqilabın qurbanı oldu, - deyə Şahmərdan köksünü ötürdü. 
Aralığa ağır bir sükut çökdü. Adamların gözündə həm kədər, həm də böyük 
bir qəzəb hiss olunurdu. 
Vahan sinəsinə əyilmiş başını yuxarı qaldırıb Levondan soruşdu: 
- Qərargaha getmisənmi? 
- Yox, elə gəlişim buradır. 
- Dur gedək, yaranı Arakel dərmanlayıb bağlasın, sonra qərargaha, 
Gerasimovun yanına gedək, əhvalatı danış. 
Levonla Vahan durub getdilər. 


 
262
…Dan yeri təzəcə sökülürdü. Xoruzlar bir-biri ilə  bəhs edirmiş kimi, arası 
kəsilmədən banlaşırdı… Ancaq çox çəkmədi ki, harada isə lap yaxında partlayan 
mərmilərin səsi onları susdurdu… 
İyirmi-iyirmi beş gün qulağı top-tüfəng səsi eşitməyən və  Şura quruluşuna 
alışmağa başlayan Gorus əhalisi sərasimə yuxudan oyandı. 
Qızıl Ordu hissələri, kommunist dəstələri hücuma keçmiş general Droya 
cavab vermək üçün mövqelər tutmaqda idilər. 
 
Njde və Dro öz qoşunlarını, toplaya bildikləri yeni qüvvələrinin hesabına, 
Denikin zabitləri və  ağ kazakların hesabına artırmışdılar. Döyüşə  rəhbərlik edən 
həm daşnak, həm Denikin zabitləri idi. 
Qızıl Ordu hissələri və Kafan fəhlələri Njdenin qabağını  kəsib döyüşə 
girdikləri üçün o, Dro ilə bərabər Gorusa hücuma keçə bilmədi. Lakin çox ciddi və 
qanlı döyüşlərdən sonra Dro Gorusu, onun ətrafındakı kəndləri, Sisyan kəndlərini 
tutmağa müvəffəq oldu. 
Bolşeviklər Njdeni əvvəlcə Kafandan çıxartdılar. Lakin o, şəhəri və bir çox 
kəndləri təzədən alıb öz yerini bərkitdi. 
Zəngəzur tamamilə daşnakların  əlinə keçdi. Bu dövrdə  ən vəhşi terror 
başlandı. Daşnaklar  ələ keçən kommunistlərə, partizanlara və onların ailələrinə 
ağla gəlməz divan tutdular. Bir çoxunun evini yandırdılar. Mal-qarasını  çəkib 
apardılar. Bir çox kommunistlərin və partizanların intiqamını arvadlarından aldılar, 
əvvəl  ələ salıb, sonra güllələdilər. Belə qurbanlardan biri də  Şuşanik və onun 
balaca oğlu oldu. Njde şəxsən özü ana ilə balanın həyatını bircə güllə ilə 
söndürdü… 
 
 
On səkkizinci fəsil 
 
1921-ci ilin aprel ayı idi. 
Otaq adamla dolmuşdu. Daşnak ordusunun bəzi zabitləri, Njdenin ətrafına 
toplaşan mauzeristlər,  əksinqilabçılar burada idilər. Njde onları müşavirəyə 
çağırtdırmışdı. Müşavirə neçə saat idi ki, davam edirdi. 
«Odlu-alovlu» danışmağı sevən və danışdıqca qızışıb özündən çıxan Njde 
deyirdi: 
- Cənablar! Neçə müddətdir ki, Qırmızı Ordunun ayağı  Zəngəzurdan 
çəkilmişdir. Bu, bizim böyük qələbəmizdir. O adamlar ki, bolşeviklərlə bacara 
biləcəyimizə  şübhə edirdilər, indi böyük qüvvə olduğumuza inanmaya bilməzlər. 
Ancaq bizi narahat edən partizanlardır. Onlar gah gündüz, gah gecə, bəzən açıq, 
bəzən gizli olaraq qoşun hissələrimizə, kəndlərə hücum edirlər. Cənablar, mən onu 
demək istəyirəm ki, bolşeviklər hələ gözlərini Zəngəzurdan çəkməyiblər. Bundan 
əlavə, vəziyyət bu son aylarda dəyişilib, bizim üçün daha ağır olub. Açıq 
danışacağam. Cidanı çuvalda gizlətmək olmaz. Gürcüstan və Ermənistan hökuməti 
tamamilə süqut etdi… - Adamlar təəccüblə bir-birlərinin üzünə baxdılar. Kimi 


 
263
başını  kədərlə  aşağı saldı, kimi gözünü Njdenin ağzına dikib sonra onun nə 
deyəcəyini gözlədi, kimi özünü saxlaya bilməyib yerindən qışqırdı: 
- Yəni deyirsən, bizim Xatisov hökuməti tamam yıxıldı?.. 
Njde: 
- Bəli, - dedi. – Parlament üzvlərindən bəzilərini bolşeviklər həbs ediblər, 
bəziləri canlarını təhlükədən qurtarıb Zəngəzura qaçıblar. Cənablar, açıq deyim ki, 
indi Zəngəzurdan başqa Zaqafqaziyanın hər yerinə  qırmızı  rəng çəkilmişdir.  İndi 
Zəngəzur hər tərəfdən bolşeviklərlə əhatə olunmuş təkcə bir adaya bənzəyir. Ancaq 
bu xəbər bizim sıralarımızda, qoşun hissələrimizdə çaxnaşma yaratmamalıdır. 
Çünki arxamızda Antanta durub. O, bizə  hərbi yardım göstərir, mənəvi qüvvət 
verir. Bolşeviklər bunu bilirlər. Məhz buna görə də, Zəngəzuru tezliklə əlimizdən 
almağa can atırlar. Qırmızı Ordunun bu gün-sabah yenidən hücuma keçəcəyi də 
şübhəsizdir. Onda biz nə eləməliyik? Təslim olmalıyıqmı? Yox, cənablar, mən bu 
fikri beynimə  sığışdıra bilmirəm. Mənim vuruşmağa hünərim və  hərbi qüvvəm 
kifayət qədərdir. Mən bu gündən etibarən Zəngəzuru  Şura Ermənistanından 
ayırıram. Zəngəzurda dağlar hökuməti yaratdığımı sizə elan edirəm. Mən ona 
Syunik
1
 hökuməti adı verirəm. Özümü isə, Syunik sparapeti
2
 elan edirəm. 
Cənablar, dostumuz Antantanın köməkliyi ilə bolşevikləri Ermənistandan 
təmizləyəndən sonra, Zəngəzur yenə onun bir qəzası olacaqdır.  İndi parçalanmış 
Ermənistan torpağının yenə birləşəcəyinə  əminəm. Cənablar, hər kəs öz işində 
möhkəm olmalıdır. Zabitlər  əsgərləri döyüşə yaxşı hazırlamalıdırlar. Ordudan 
fərariliyə yol verilməməlidir. Heç bir əsgər Ermənistan hökumətinin yıxıldığını 
bilməməlidir. Aydındırmı? 
«Bəli», «Aydındır», «Biz öz işimizi bilirik» sözləri eşidildi. 
Heç kəsə danışmaq üçün söz verməyən Njde müşavirəni bağladı… 
 
 
Növrəstə ikimərtəbəli evin aynabəndində oturub şəhərə tamaşa edirdi. Açıq 
pəncərədən içəri  əsən sərin meh onun üzünə vurur, alnına tökülmüş saçını 
oynadırdı… 
Ömründə  şəhər görməmiş Növrəstə  Şuşanın yaraşıqlı evlərinə, təbii 
mənzərələrinə heyran olmuşdu. Ancaq bu gözəl şəhər ona zövq verdiyi kimi, qüssə 
də verirdi. «Qəşəng  şəhərdir, yaşamalı yerdir, amma heyif ki, bir tərəfi şikəstdir. 
Bunun da bir yanını bizim kənd kimi yandırıb xarabalığa çeviriblər. Heyif ki…». 
Növrəstə ayaq səslərinə geri döndü. Gələn  Şahmərdan idi. Növrəstə tez ayağa 
qalxıb dedi: 
- Bibi oğlu, niyə çox yubandın? 
- Qərargahda işimiz vardı. Gerasimovun polku axı indi burdadır… 
- Səhərdən getmisən, indi günortadır. Yəqin ki, lap acmısan… Elə buradaca 
otur, çörək gətirim, ye. Kartof bişirmişəm. 
- Ac deyiləm.  Əsgərlərlə bir yerdə yemişəm. Oturmağa da vaxt yoxdur. 
Vahan məni gözləyir. Səninlə xudahafizləşməyə gəldim. 
                                                 
1
 Qədim Ermənistanda Zəngəzur Syunik padşahlığı adlanırdı. 
2
 Sparapet – qədim Ermənistanda bütün silahlı qüvvələrin komandirinin tituludur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə