Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   96   97   98   99   100   101   102   103   ...   111

 
264
- Hara gedirsiniz, bibi oğlu? 
- Təzə bir tapşırığı yerinə yetirməyə. 
Növrəstə bir an susdu, daha sorğu-sual eləmək istəmədi. Lakin yenə özünü 
saxlaya bilməyib soruşdu: 
- Nə tapşırıqdır? Məndən gizli deyil ki? 
Şahmərdan arvadının narahatlıq ifadə edən gözlərinə baxıb gülə-gülə dedi: 
- Daha səndən gizli mənim nə sözüm ola bilər?! Daşnaklar Qızıl Ordu 
komandanlığının ikinci təklifini də  rədd elədilər, təslim olmaq istəmədilər. 
Görünür ki, qan tökməkdən, adam qırmaqdan doymayıblar… Nə isə, biz 
düşmənlərin içinə gedirik… Gedirik erməni  əsgərlərini başa salaq ki, dava 
eləməsinlər, tüfənglərini onları qırğına verən Njdeyə və başqa zabitlərə çevirsinlər. 
–  Şahmərdan cibindən bir kağız çıxartdı. – Al bunu, mən gələnə kimi saxla, 
Növrəstə. Ancaq lap möhkəm saxla! Bu mənim firqə biletimdir. İndi get mənim 
pencəyimi,  şalvarımı  gətir. Qızıl  əsgər paltarını  hələlik soyunub yerə qoymaq 
lazımdır. 
Növrəstə yerindən tərpənmədi.  Şahmərdanı birinci dəfə görürmüş kimi
başdan ayağa süzüb soruşdu: 
- Bibi oğlu, tək gedirsən, yoldaşın da var? 
- Vahanla gedirik. O, polk qərargahında məni gözləyir. Hə, niyə donub 
qaldın? Rəngin niyə qaçdı? 
Növrəstə köksünü ötürdü: 
- Vallah, bibioğlu, səni heç gözümdən kənara qoymaq istəmirəm… - O, 
duruxdu, demək istədi ki: «Niyə başqasını göndərmirlər, Allah eləməmiş 
birdən…» Lakin demədi, təkcə onu soruşdu ki: - Tez qayıdacaqsınızmı barı? 
- Nə deyim, Növrəstə… Çöl işini bilmək olmaz. Bir də, nə üçün narahat 
olursan? Əmin, dayın, qardaşın yanındadır. Allaha şükür, özün də bərkdən-boşdan 
çıxmısan! 
Növrəstə daha sual vermədi, hər ikisi otağa getdi. 
Şahmərdan paltarını dəyişdi. Tapançasını qoltuq cibinə qoydu. 
Növrəstə, bişirdiyi kartofdan çörəyin arasına qoyub, balaca bir dəsmala 
bağladı. 
- Al, bibioğlu, - dedi, - evdə yemədin, yolda yeyərsən. Kartof, çörəkdir. 
Şahmərdan dəsmalı pencəyinin cibinə basdı. Arvadına əlini uzadıb: 
- Di sağ ol, - dedi, - mən gedirəm. 
Növrəstə ona əl vermədi, bərk-bərk boynunu qucaqladı.  Şahmərdan onu 
köksünə basdı. Bir neçə dəqiqə bu sayaq dayandılar… 
- Gözüm yenə yollarda qalacaq, bibioğlu! – Növrəstə  nə  qədər çalışdısa, 
özünü saxlaya bilmədi. Əvvəl alçaqdan, sonra hönkürtü ilə ağladı. 
Şahmərdan arvadının qollarını ehmalca boynundan götürüb zarafatla dedi: 
- Pəh-pəh!.. Bizim partizanımıza, bolşevikimizə bax!.. Elə bil ki, səngərdə 
yatan, güllə atan Növrəstə bu deyil!.. 
- Mən öz ölümümdən qorxmuram, bibioğlu. Məni də apar… 
Şahmərdan özünü eşitməməzliyə vurdu. 
-  Əminlə, dayınla görüşmüşəm. Ancaq Yusiflə görüşə bilmədim. Öz 
aramızda qalsın, o gedib kəşfiyyata. Sənin partizan qardaşın indi qoçaq bir qızıl 


 
265
əsgər olub. O gün yoldaş Gerasimov bərk tərifləyirdi. Özünü də polkda komsomola 
götürüblər… Hə, belə, daha gedim. Yoxsa Vahan dalımca gələr. Daha nə deyim… 
-  Şahmərdan Növrəstənin hər yanağından bir dəfə öpüb qapıya tərəf addımladı. 
Pilləkənin başında yenə dayandı. Növrəstəyə baxdı… - Fikir eləmə! Qayıdıb 
gələcəyəm. Özü də bacardıqca tez gələcəyəm. Sən özündən muğayat ol, 
naxoşlama! 
Növrəstə aynabənddə dayanıb  ərinin dalınca baxdı… Küçə  aşağı gedən 
Şahmərdan tini burulanda o buna, bu ona əl elədi… 
Növrəstə yaylığının ucunu gözlərinin üstünə basdı… 
Ayaq tappıltısı  eşidildi. Növrəstə sanki yuxudan ayıldı. Geri çevriləndə 
Siranuşu aynabənddə gördü. 
- Xoş gördük, Nösrəstəcan! Evdə təksən? 
- Təkəm, Siranuş. 
Siranuş ona yaxın gəldi. 
- Ay qız, gözümə bikef görünürsən? Deyəsən ağlamısan da, hə? 
- Ağlamışam. 
- Yenə sənə nə olub? Şahmərdan qardaş hardadır? 
- Getdi… 
- Hara? Yoxsa yenə aranız dəydi? Vallah, elə iş olsa ha, bir də ona qardaş 
demərəm. 
Növrəstə Şahmərdanın hara və nə üçün getdiyini söylədi. 
Siranuş güldü. 
- Elə bundan ötrü ürəyini sıxırsan! Nə olsun ki, işdir, tapşırıblar, yerinə 
yetirib gələcək də… 
- Nə bilim, ay Siranuş, qorxuram, deyirəm, Allah eləməsin, başına bir iş 
gələr. O qədər həsrətini çəkmişəm… 
- Yaxşı, yaxşı, ağızın xeyirliyə aç. Özün də hazırlaş, səni gəzməyə aparmağa 
gəlmişəm, deyirəm bir «Çanaqqalaya» tərəf gedək. Nə qədər ki, dava-şava yoxdur, 
Şuşanın hər yerini doyunca gəzək. Qəşəng  şəhərdir. Sizin kəndi bilmirəm, 
Növrəstə, bizimki çox yaxşı yerdir. Qoy bir dünya düzəlsin… Vallah, elə günlər 
görəcəyik ki, ha… Sən bizə qonaq gələcəksən, mən sizə, eləmi? 
- Sağlıq olsun, ay Siranuş… 
- Sağlıq da olacaq, Növrəstəcan. Gedək. 
Növrəstə bir söz demədi. Hər ikisi həyətə endi. 
 
 
Vahanla  Şahmərdan Yancinin qırağına çatanda, səhərin açılmasına az 
qalmışdı. Onlar kəndə girməyib, özlərini yaxındakı bağa verdilər. Böyük bir qoz 
ağacının altında oturub çörək yedilər. Dinclərini almaq üçün göy otun üstündə 
uzandılar. Yorğun olduqlarından tez yuxuya getdilər. 
Gün çeşt yerinə qalxanda oyandılar. Durub kəndə tərəf yollandılar. Kəndin 
girəcəyində qabaqlarına qoca bir arvad çıxdı. O, ağlaya-ağlaya qarğış eləyirdi… 
- Allah evinizi yıxsın! Balamı niyə əlimdən alırsınız?.. 
Vahan arvadı əyləndirib nə üçün ağladığını və kimə qarğış elədiyini soruşdu. 


 
266
- Kəndə hökumət adamları  gəlib. Divanxanada əsgər yığırlar. Mənim də 
təkcə oğlumu apardılar. Nə qədər yalvardım, əl çəkmədilər. Ondan başqa övladım 
yoxdur.  Ərim də ölübdür. Mən necə dolanacağam, Allah?! – deyib arvad yoluna 
davam elədi. 
Vahanla Şahmərdan divanxanaya getdilər. 
Vahan qapını açıb içəri girmək istəyəndə, ucaboy, enlisifət, çal bığlı zabit 
ona qışqırdı: 
- Qapını ört, bayırda gözlə, özüm çağıracağam. 
Vahan geri çəkildi.  Şahmərdanla qapının yanında çöməltmə oturdular. Hər 
ikisi içəridən gələn danışığı dinləməyə başladılar. 
- …Hansı cəhənnəmə gedib qardaşın Mixitar? Hara qaçıb? 
- Allaha and olsun, a kişilər, qaçmayıb… Daha niyə gizlədim, Mixitar qonşu 
kənddən nişanlısını gətirməyə gedib. 
- Nə? Gəlin gətirməyə? – Nersesyan ucadan güldü, sonra ciddi dedi: - Bizim 
dərdimizə, odumuza bax, bunların kefinə, damağına bax! 
- Bir ildir ki, nişanlıdır. Möhlət verin toyunu eləsin, sonra aparın,  əsgərlik 
qaçmır ki… 
- Səsini kəs! – deyə Nersesyan bağırdı. – Hökumət öz işini bilir. Sən də 
fırıldaqçısan, qardaşın da. Daha sizin kimi tülkü adamların  əlindən zinhara 
gəlmişik. Biri yalvarır ki, oğlumu əsgərliyə aparma, dolana bilmərəm, biri ağlayır 
ki,  ərimə  dəymə, uşaqlarım başsız qalar, biri özünü xəstəliyə vurur, biri meşəyə 
qaçır, biri toy eləyir… Bəs hökumət əsgəri hardan yığmalıdır. Get, kişi, qardaşını 
tap gətir! 
Qoca kişi bir qədər susub sonra dedi: 
- Mən sizdən təvəqqə eləyirəm möhlət verəsiniz. Xeyir işə pəl vurmaq heç 
yaxşı deyil… 
- Get, dedim! Qardaşını gətirməsən onun yerinə sənin özünü aparacağam. 
- Gərək hamı qırıla ki, mənim kimi əldən, girdən düşmüş qocalar əsgər gedə. 
- Biz indi qoca, cavan axtarmırıq. Adam olsun, silah götürüb düşmən 
qabağına getsin, başa düşdün? 
Qoca deyinə-deyinə içəridən çıxıb yola düzəldi. 
Nersesyan Vahanla Şahmərdanı çağırıb soruşdu: 
- Siz kimsiniz? Kiminlə işiniz var? 
- Bizə kəndxuda lazım idi. 
- Kəndxuda nəyinizə gərəkdir? Haralısınız? 
- Dağlıyıq. Allahdan gizlin deyil, bəndədən nə gizlin, çörək dalınca 
düşmüşük… İş axtarırıq. 
- Kəndxuda sizə nə kömək eləyə bilər? 
- Biz sənətkarıq, qardaş, dülgərik. Dedik, bəlkə bu kənddə qapıdan, 
pəncərədən, vəldən, cütdən qayırtdıran ola. Kəndxudanı görsək o bizə deyər. 
- Bu saat mən sizə iş verərəm. – Nersesyan üzünü stol arxasında oturub nə 
isə yazan hərbi geyimli cavan oğlana tutub dedi: 
- Elə əsli bizim adamlarımız bunlardır. Öz ayaqlarıyla gəliblər… Yaz ora… 
Cavan oğlan başı ilə onun sözünü təsdiq elədi. Nersesyan Vahandan 
soruşdu: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə