Ətraf müHİTİn monitoriNQİ


Bioloji ehtiyatların monitorinqi



Yüklə 164,68 Kb.
səhifə35/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   30   31   32   33   34   35   36   37   38
ƏMM.müh.

Bioloji ehtiyatların monitorinqi – bitki örtüyü, o cümlədən meşələrin monitorinqi və heyvanat aləmi, o cümlədən balıq ehtiyatlarının monitorinqi.
Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının, ekoloji funksiyalarının arıtırılması, meşələrin deqradasiyasının əsas səbəblərinin müəyyənləşdirilməsi, meşələrin davamlı və dayanıqlı inkişafı üçün proqnozların və tədbirlərin işlənməsi, onların uzunmüddətli və müntəzəm monitorinq sisteminin yaradılması məqsədi ilə aparılır.
Heyanat aləmi, o cümlədən balıq ehtiyatlarının monitorinqinə - respublika ərazisində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvanlar, quşlar və balıqların yayılmasının, sayının, fiziki vəziyyətinin, onların yaşayış mühitinin strukturunun, keyfiyyətinin müntəzəm müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması və eləcə də onların mühafizəsi və səmərəli istifadə olunması sahəsində tövsiyyələrin işlənib hazırlanması daxildir.
Radioaktivliyin monitorinqi – kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində yaratdığı təbii şüalanma dozasının monitorinqidir.
Ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi. Elektromaqnit şülanmanın monitorinqi – respublikanın ərazisində əsas şüalanma mənbəyi olan Qəbələ Radiolokasiya stansiyasının müxtəlif radioteleviziya stansiyalarının, radarların, yüksək gərginlik xətlərinin, peyk və mobil telefon rabitələri stansiyalarının yaratdığı elektromqnit şüalanmasının ətraf mühitə, canlılarla və əsasən də insanların sağlamlığına vura biləcəyi zərərin öyərnilməsi məqsədilə aparılır. Bu məqsədlə elektromaqnit şüalanması yaradan mənbələrin yerləşdiyi ərazilər müəyyənləşdirilir.
Tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsilları göstərilməklə, uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə