Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə30/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
ƏMM.müh.

I. Ekoloji monitorinq (latınca: monitor - qabağı görən, qabaqcadan xəbərdar edən, nəzarət edən deməkdir).
Ətraf mühitdə insanı maraqlandıran parametrlərin müşahidə vasitəsilə dinamikada öyrənilməsi ekoloji monitorinq vasitəsilə həyata keçirilir.Antropogen faktorların nəticəsində ətraf mühitdə baş verən dəyişiklikləri, proqnozu və qiymətləndirməni nəzarət sistemi həyata keçirir. Nəzarətin əsas məqsədi müxtəlif səviyyələrdə geosistemin vəziyyətinin proqnozlaşdırılması və qiymətləndirilməsi, ətraf mühitə antropogen təsir faktorlarının və mənbələrinin təzahürü, ətraf mühitdə neqativ dəyişiklikləri vaxtında xəbərdar etməkdən və s. ibarətdir. Nəzarət sistemində əsas aşağıdakı fəaliyyət növləri var: 1. Çirklənmə ilə bağlı ətraf mühitin dəyişməsi; 2. Təbii fəlakət, hətta ekoproblemlər. Nəzarətə aşağıdakı fəaliyyət növləri daxildir:

  • Ətraf mühitə təsir göstərən faktorlara nəzarət;

  • Ətraf mühit faktının qiymətləndirilməsi;

  • Ətraf mühitin vəziyyətinin proqnozu.

Bir sözlə, monitorinq - ətraf mühitə nəzarətin qiymətləndirilməsi və proqnozu deməkdir. Ətraf mühitin keyfiyyətini idarə etmək üçün nəzarət sistemi əsas şərtlərdən biridir. Bununla əlaqədar, bir neçə məsələlər meydana gəlir ki, İ.P.Gerasimov bununla bağlı monitorinqi üç pilləyə bölür.
Birinci pillədə ətraf mühitin insana olan təsiri verilib.Bu pillə sanitar-gigiyenik normalara əsaslanır.
İkincipillədə əsas nəzarət obyekti .
Üçüncü pillədə ətraf mühitin qlobal parametrləri müşahidə edilir.Bu, qlobal monitorinq şəbəkəsini, əsasən biosferin stansiyaları təşkil edir; həmin bu stansiyalara həm biosfer qoruqları, həm də antropogen zonalar aiddir.
Bu sistemin uğurlu işləməsi stasionar nəzarətin metodlarından asılıdır.Biosferin müxtəlif komponentlərinə nəzarət (ekomonitorinq), əsasən peyk sistemləri vasitəsilə həyata keçirilir.
Ekstremal hadisələri müəyyən edən monitorinq də əsas yer tutur: fırtına, meşə yanğınları, epidemiyaların yayılması və s.
Geosistemin obyektlərini xarakterizə etmək üçün eko göstəricilərdən istifadə edirlər.
Monitorinqin keçirilməsində əsasən 4 göstəricidən istifadə olunur:

  1. təbii komponentlərinin xarakteristikası (relyef, iqlim, su, heyvanat aləmi, bitki və torpaq örtüyü) və landşaft bütövlükdə;

  2. müxtəlif səviyyədə əmələ gələn geoekosistemlərin antropogen dərəcəsi;

  3. təbii mühiti çirkləndirən maddənin tərkibi;

  4. subyektlərin vəziyyəti: insan, bitki, heyvanlar, təbii mühit və s.


Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə