Ətraf müHİTİn monitoriNQİ


· Cəmiyyətin ətraf mühitdən təcrid olunmuş avtonom şəkildə yaşamasının qeyri-mümkünlüyündən;  ·



Yüklə 164,68 Kb.
səhifə32/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
ƏMM.müh.

· Cəmiyyətin ətraf mühitdən təcrid olunmuş avtonom şəkildə yaşamasının qeyri-mümkünlüyündən
· Tullantıların və əlavə təsirin aradan qaldırılmamasının qanunauyğun xarakter daşımasından; 
Bu qanuna əsasən təsərrüfat fəaliyyətinin bütün sahələri tullantıların yaranması və aradan qaldırılması, prinsip etibarilə, qeyri-mümkün olan əlavə təsirlərlə nəticələnir. Həmin tullantılar və əlavə təsirlər ya bir formadan digərinə keçirilə bilər, ya da hər hansı bir məkanda yerləşdirilə bilər. 
Antropogen təsirin yaranması tarixi xarakter daşısa da, sənaye dövrünə qədər (XVIII əsr) ətraf mühitin çirklənməsi lokal yayılaraq geniş əraziləri əhatə etmirdi. Əhalinin sayının az, təbii sərvətlərin isə bol olduğu dövrlərdə antropogen təsirin nəticələri də o qədər nəzərə çarpmırdı. 
· Yeni yaranan ibtidai insan təbiətdə “həll olaraq” biosferə adi bioloji növ kimi təsir göstərirdi; 
· Bioloji növ kimi formalaşmış insan (Homo sapiens) intensiv şəkildə ovçuluqla və bitki toplamaqla məşğul olsa da, ekosistemlərdə köklü dəyişikliklər yaratmırdı; 
· Əkinçilk və heyvandarlığın yaranması ilə bağlı biosferə təsir intensivləşmişdir. Geniş ərazilərdə mal-qaranın otarılması, meşələrin qırılaraq yandırılması, çəmənliklərin şumlanması nəticəsində əkin sahələrinin genişləndirilməsi təbii ekosistemlərin sıradan çıxması və biosferdə tarazlığın pozulması ilə nəticələnmişdir. Biosferə antropogen təsirin nəticələri aşağıdakı formalarda özünü biruzə verir: 
· Litosferin strukturunun dəyişdirilməsi, xam torpaqların, çöl və çəmənliklərin əkilməsi, meşə örtüyünün məhv edilərək geniş sahələrin meşəsizləşdirilməsi, səhralaşma və bozqırlaşma, meliorasiya və irriqasiya işlərinin aparılması, süni su hövzələrinin və dəryaçaların yaradılması və s. nəticəsində; 
 · Biosferi təşkil edən komponentlərin əlaqələrinin və maddələr mübadiləsinin balansının pozulması, faydalı qazıntıların çıxarılması, sənaye və məişət tullantılarının litosferdə toplanması, çirkləndirici maddə və birləşmələrin atmosferə və hidrosferə atılması, quraqlaşma və s. nəticəsində; 
 · Yer kürəsinin ayrı-ayrı regionlarında və planetdə bütövlükdə enerji, o cümlədən istilik balansının pozulması: atmosferdə karbon qazının (CO2) qatılığının artması nəticəsində “parnik” (istixana) effektinin yaranması, iqlimin istiləşməsi, ozon təbəqəsinin deqradasiyaya uğraması üzündən dəliklərin açılması və s. nəticəsində; 
 · Biotanın (bitki və heyvanlar aləminin məcmusu) dəyişdirilməsi: bir çox bitki və heyvan növlərinin məhv edilərək itirilməsi, yeni heyvan cinslərinin və bitki sortlarının yaradılması, bioloji müxtəlifliyin sıradan çıxması, ətraf mühitdə (torpaq, su, hava) arzuolunmayan biogenlərin və hansısa ərazidə yeni orqanizmlərin peyda olması, kənd təsərrüfatı bitkilərinin və mal-qaranın infeksion və parazitar xəstəlik törədicilərinin və ziyanvericilərinin yayılması, mikrobioloji çirklənmə və s. 
Hal-hazırda 200-ə qədər təbii sərvətdən istifadə olunur. Müasir texnologiyanın təkmilləşməməsi, mineral xammalın tam emalı və istifadəsini təmin etmir. Onun əksər hissəsi tullantı şəklində təbiətə qaytarılır. Bəzi mənbələrə görə, istehsal olunan məhsul istifadə olunan xammalın yalnız 1-2%-ni təşkil edir, yerdə qalanı isə tullantıya gedir. Bu fakt ətraf mühitin çirkənməsini təsdiqləməklə yanaşı, təbii sərvətdən qeyri-rasional istifadəyə münasibətin olmasını, qənaətedici yanaşmanın yaranmamasını göstərir. 
Elmi-texniki tərəqqinin inkişaf səviyyəsi bu gün 10 milyona yaxın maddə sintez etməyə imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hazırda 500 minə yaxın kimyəvi birləşmə praktiki tətbiqini tapır. Onlardan 40 minə yaxın birləşmə insan üçün zərərli,12 mini isə tosik hesab olunur. 
Biosferin antropogen çirklənməsinə əsasən sənaye, energetika və nəqliyyat vasitələri (birlikdə 76%) səbəb olur. Onların iştirakı təşkil edir: sənaye – 38%; energetika – 22%; nəqliyyat vasitələri – 16%; kənd təsərrüfatı – 14%; məişət tullantıları – 7%; digər mənbələr – 3%. 
Biosferə antropogen təsirin nəticələri və miqyası (1 ildə): Yerin təkindən 300 mlrd. Ton mineral sərvət çıxarılır; o cümlədən, 100 mlrd. ton dəmir filizi; tikinti və dağ-mədən işləri zamanı 4 min km2 qrunt və suxur daşınır; 800 mln. ton metal əridilir; 50-70 mln. km2 torpaq səhralaşma, şoranlaşma, tikinti və s. nəticəsində itirilir; 18 mln. hektar meşə sahəsi məhv edilir; minə yaxın bitki və heyvan növü itirilir; Dünya okeanına 10 mln. ton neft məhsulları düşərək onu çirkləndirir; 7 mlrd. ton şərti yanacaq yandırılır; 4 mln. ton pestisid istifadə olunur; 30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və qaz halında atmosferə, hidrosferə və litosferə atılaraq biosferi çirkləndirir. 
Böyük şəhərlərin böyük də ekoloji problemləri mövcuddur. İri şəhərlərin yaranmasına sənayenin inkişafı, urbanizasiya və demoqrafik partlayış başlıca səbəb olmuşdur. 
Demoqrafik partlayış planetimizdə əhalinin sayının sürətli artımı deməkdir. Başlanğıcı XVIII-XIX əsrlərdə müşahidə olunmaqla XX əsrdə əsl sıçrayışa – demoqrafik partlayışa çevrilmişdir. Buna başlıca səbəblərdən biri əhalinin təbii artım göstəricisinin dəyişməsidir. Qədim dövrlərdən əhalinin təbii artımı 0.1 % təşkil edirdisə, bu göstərici XX əsrin ikinci yarısında artıq 2%-ə çatmışdır. 
Sənayenin inkişafı ilə bağlı iri şəhərlər yaranmağa başladı. Həmin şəhərlərin əhalisi kənd yerində yaşayan əhalinin hesabına formalaşırdı. Şəhərlər inkişaf etdikcə kənd əhalisinin şəhərə axını (urbanizasiyası) gücləndirdi. Nəticədə şəhər və kənd əhalisinin sayında qeyri-bərabərlik yaranmışdır və bu gün əhalinin yarıdan çoxu şəhərlərdə məskunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu göstərici 80%-dən çoxdur. 
Ətaf mühitin çirklənməsində və biosferin deqradasiyaya uğramasında iri şəhərlər əsas yer tutur. Bununla bərabər, iri şəhərlərin özünəməxsus ekoloji problemləri də mövcuddur. Ətraf mühiti çirkləndirən əsas mənbələr – sənaye, energetika və nəqliyyat vasitələri şəhərlərdə cəmləşmişdir. Şəhərin sosial-iqtisadi problemlərinin həllinə xidmət etməklə bərabər onun ekoloji durumunun gərginləşməsinə səbəb olurlar. Digər problem şəhərin həyat fəaliyyəti təchizatı və onun nəticələri ilə bağlıdır. Şəhər əhalisinin ərzaq, su və s. ilə təchizatı problemi ilə yanaşı, məişət tullantıları da əsl ekoloji bəlaya çevrilmişdir. 
İnkişaf etmiş ölkələrdə əhalisinin sayı 1 mln. nəfər olan şəhərin suya, ərzağa və yanacağa olan sutkalıq tələbatı yüksək olsa da, bunların müqabilində yaranan tullantıların miqdarı düşünməyə daha çox vadar edir. 
Əhalisi 1 mln. nəfər olan şəhər sutka ərzində 500 min ton çirkab su, 2 min ton bərk tullantı və 1.9 min ton müxtəlif aqreqat halında və kimyəvi tərkibdə atmosferi çirkləndirən maddə yaradır. 
Mənşəyinə görə çirklənmə bölünür: təbii-təbiətdə müşahidə olunan hadisə və proseslərin nəticəsində yaranır (vulkan püskürməsi, sel hadisələri, meteoritlərin atmosferin Yerə yaxn təbəqələrinə daxil olması, meşə yanğınları və s.); antropogen – insanın fəaliyyəti ilə bağlı bütün çirklənmələr. 
Çirklənmə obyektinə görə: suyun; atmosferin; torpağın; təbii landşaftın çirklənməsi. Əhatə etdiyi əraziyə - miqayasına görə: lokal kiçik əraziləri əhatə etməklə,məhdud, yerli xarakter daşıyır; regional-ölkə daxilində ərazinin hər hansı hissəsini əhatə edir; transsərhəd – bir neçə ölkənin ərazisinə aid edilir (Kür çayının, Xəzər dənizinin və s. çirklənməməsi); qlobal ölkələr çərçivəsindən kənara çıxaraq bütün sivilizasiya üçün təhlükə yaradır (Dünya okeanının çirklənməsi, ozon təbəqəsinin deqradasiyaya uğraması və s.). 
Çirklənmə yaranma mənbəyinə və növünə görə fiziki, kimyəvi, bioloji və biotik olub təsnifatı daha çox elmi-praktiki əhəmiyyət kəsb edir. 
Fiziki çirklənmə mühitin istilik-energetik, elektromaqnit, dalğa, radioaktiv şüalanmavə s. parametrlərinin normadan kənara çıxmasında müşahidə olunur: istlik (termal) çirklənmə - metallurgiya sənayesində, istilik elektrik stansiyalarında və s. qızdırılması hava kütləsinin atmosferə buraxılması və isti suyun hidrosferə axıdılması zamanı müşahidə olunur; elektromaqnit şüalanma (EMŞ)-mühitin təbii elektromaqnit xassələrinin dəyişdirilməsi nəticəsində baş verir, əsas mənbə kimi müxtəlif teleradio qurğularının yaratdığı elektromaqnit şüaları çıxış edir. 
Radioaktiv çirklənmə - mühitdə radioaktiv şüalanmanın miqdarının təbii fonu keçməsi nəticəsində yaranır. 
Radioaktiv və elektromaqnit şüalanmaları ən təhlükəli çirklənmə növləri olub, insanla bərabər bütün canlı aləmə (biosenoza) güclü təsir göstərir. 
Kimyəvi çirklənmələrin əsas mənbələri sənaye, energetika, nəqliyyat vasitələri və kənd təsərrüfatı istehsalı olub, çirkləndiricilərin tərkibi çox geniş diapazona malikdir: karbon birləşmələri; kükürd birləşmələri; azot birləşmələri; karbohidrogen məhsulları; ftorlu birləşmələr; ağır metallar; pestisidlər; üzvi metal birləşmələri; mərgümüş birləşmələr; yuycu maddələr; plastik kütlə; aerozollar; sintez olunmuş üzvi maddələr; radioaktiv elementlər (bəzi mənbələrdə fiziki çirklənməyə aid edilir) və s. 
Biosferin çirklənməsində kənd təsərrüfatının intensivləşdirilməsi (sənayeləşdirilməsi) sayəsində kimyanın – gübrə və pestisidlərin tətbiqi xüsusi yer tutur. Miqyasına və törətdikləri təzadlara görə sənayedən sonra ikinci yerdə durur. 

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə