Ətraf müHİTİn monitoriNQİ


Sanitariya-epidemioloji monitorinq



Yüklə 164,68 Kb.
səhifə36/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   30   31   32   33   34   35   36   37   38
ƏMM.müh.

Sanitariya-epidemioloji monitorinq - ətraf mühit amillərinin öyrənilməsi və onların insanların sağlamlığına təsirinin qiymətləndirilməsi məqsədi ilə orqanoleptik, sanitariya-kimyəvi, fiziki-kimyəvi, bakterioloji, radioloji, toksikoloji göstəricilər üzərində aparılan nəzarətdən ibarətdir.
Ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqinə - torpaqların, şəhər, qəsəbə və kəndlərin, sənaye və mülkiobyektlərinsürüşmələrdən, sellərdən, subasmalardan, bataqlaşmalardan, şoranlaşmadan, külək və su eroziyasından qorunması, baş verə biləcək proseslərin dinamikasının nəzarətdə saxlanılması, proqnozlaşdırılması, onlardan dəyə biləcək ziyanın minimuma endirilməsi məqsədi ilə kompleks hidrogeoloji, mühəndis geoloji, geofiziki tədqiqatların aparılması və bu məqsədlə müşahidə şəbəkəsinin yaradılması daxildir.
Xüsusi mühafizə olunan təbiət ərazilərini monitorinqi - Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi – təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi, vəziyyətin qiymətləndirilməsi və proqnozlaşdırıl­masın­dan ibarətdir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin dövlət kadastr hüdudlarında aparılır.


Ekoloji monitorinqin struktrunda idarə etmə.

Müasir ekoloji proseslərin mahiyyətinin öyrənilməsi, təbii və təbii-texnogen tarazlığın tənzimlənmə cəhdləri, müxtəlif miqyaslı sistemlərin elmi əsasda idarə edilməsindən kənarda qala bilməz. Hal-hazırda ekoloji sistemlərə tətbiqdə idarə etmə sxemi onun məzmununun analizində ən mürəkkəblər sırasına keçir, insan cəmiyyəti ekoloji idarəetmə məsələlərini tam şəkildə həll etmək üçün imkanlara malik deyildir. Ekoloji idarəetmə dedikdə, dərk edilmiş təbii və texnogen xarakterli obyektiv ekoloji qanunauyğunluqlar əsasında insan cəmiyyətinin praktiki məqsədlərə müvafiq olaraq, ekosferin tənzimlənməsi üzrə şüurlu fəaliyyət nəzərdə tutulur. Ekoloji idarəetmə, ekosistemin əvvəlki və cari göstəriciləri nəzərə almaqla məqsəd funksiyaları, təşkilatı texniki təbiəti mühafizə tədbirlərinin planlaşdırılması hesaba alınmaqla model proqnoz parametrləri əsasında yerinə yetirilir. Ümimiyyətlə, ekoloji monitorinq sistemi eyni zamanda iki məsələni həll edir: dərk etmə və idarəetmə, özü də birincisinin ikinciyə keçməsi ilə qarşıya qoyulur. Müşahidə və nəzarət məlumatları yeni biliklərin alınması üçün baza rolunu oynayır və obyektin idarə edilməsinin əsasını təşkil edir. Obyekt haqqında nə qədər az məlumat olsa, nəzarət obyekti və idarəetmə haqqında maksimal informasiyanın əldə edilməsi üçün verici bir o qədər mükəmməl olmalıdır. Ən sərt təbiəti mühafizə normaları çərçivəsində təbii mühitin keyfiyyətinin effektiv surətdə tənzimlənməsi və keyfiyyətinin iqtisadi cəhətdən səmərəliyinin əldə edilməsi aşağıdakı məsələlərin həll edilməsi ilə mümkündür:


• təbii mühitin hansı keyfiyyətləri kompleks və vahid göstəricilər şəklində “normal” və “yüksək” kimi qəbul ediləcək; • ekoloji və iqtisadi nöqteyi nəzərdən təbiəti mühafizə fəaliyyətinin bərpaedici fəaliyyətində ətraf mühitin hansı keyfiyyət səviyyəsinə çatmaq üçün səy göstərmək lazımdır; • bundan əvvəlki sualın cavabında, bu və ya digər halda hansı meyarları rəhbər tutmaq lazımdır;
∙ zərərli texnogen təsirlərin azaldılması, aşağı salınması və ya tam kompensasiyası, ekoloji ziyanların aşağı salınması və ya tam aradan qaldırılması, təbii mühitin keyfiyyətinin yeni daha yüksək səviyyəsinin əldə edilməsi üçün hansı tədbirlər görülməsi tələb edilir; • uzunmüddətli zaman intervallarında təbiəti mühafizə, bərpaedici və ya kompensasiya hərəkətlərinin effektivliyi və faydalılığı nə dərəcədədir (uzunmüddətli ekoloji proqnoz); • iqtisadi və ekoloji maraqların toqquşduğu zaman görülən tədbirlərin prioritetliyini necə müəyyən etməli.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə