Ətraf müHİTİn monitoriNQİ


Atmosfer havasının monitorinqi



Yüklə 164,68 Kb.
səhifə34/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   30   31   32   33   34   35   36   37   38
ƏMM.müh.

Atmosfer havasının monitorinqi — atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu məqsədi ilə müşahidə və nəzarət sistemidir.Atmosfer havası təbii ehtiyat hesab edilmədiyindən, karbon iki oksid istisna olmaqla, atmosfer havasının komponentləri monitorinq zamanı nəzərə alınmır.
Su obyektlərinin monitorinqi — onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə su obyektlərinin hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir.
Su obyektlərinin dövlət monitorinqi dövlət su kadastrı hüdudlarında aparılır. Su kadastrı özündə vahid dövlət su fondunun tərkib hissələri olan: 1) yerüstü su obyektləri (çaylar, göllər, su anbarları, kanallar, gölməçələr və buzlaqlar); 2)yeraltı su obyektləri (quyular, kəhrizlər, məcraaltı su götürücüləri və s.); 3) sərhəd su obyektlərini saxlayır.
Torpaqların monitorinqi – torpaqların münbitlik xassəsini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemidir.
Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların monitorinqinin ayrılması qaydaları haqqında əsasnamə” ilə müəyyən edilir.
Mineral - xammal ehtiyatlarının monitorinqi – Azərbaycan Respublikasının mineral-xammal bazasının monitorinqinə Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və hərəkətinin uçotu daxildir.
Dövlət geoloji öyrənilməsinin əsas məqsədi ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatların aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyat, Yer təkində baş verən proseslərin öyrənilməsi, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və saxlanılmasından ibarətdir.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə