Cədvəl 1. Ətraf mühitin monitorinq sistemi
Monitorinq pillələri
|
Monitorinq obyektləri
|
Monitorinq göstəricilərinin xarakteristikası
|
Bioekoloji (sanitar- gigiyenik)
|
Havanın yerüstü layı
|
Toksiki maddələrin BBH-i
|
Yerüstü və yeraltı su, sənaye və məişət tullantıları və müxtəlif axıntılar
|
Fiziki və bioloji (səs, allergenlər və s.) qıcıqlandırıcılar
|
Radioaktiv şüalanma
|
Radio şüalanmanın buraxılma dərəcəsi
|
Geosistem
(təbii-təsərrüfat)
|
Heyvanların və bitkilərin yox olan növləri
|
Növlərin populyasiya vəziyyəti
|
Təbii ekosistemlər
|
Onların strukturu və pozulması
|
Aqroekosistemlər
|
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı
|
Meşə ekosistemləri
|
Becərmənin məhsuldarlığı
|
Biosfer (qlobal)
|
Atmosfer
|
Radiasiya balansı, tərkibi və tozlanması
|
Hidrosfer
|
Çaylarm, su hovuzlarının çirklənməsi, kontinentlərdo su dövranı
|
Bitki və torpaq örtüyü
Heyvanlar aləmi
|
Torpağm qlobal xüsusiyyəti.
Heyvan və bitki örtüyü,
CO2 və O balansı və qlobal dövranı
|
Təbii mühitin monitorinqi nəticəsində alınan informasiya çoxşaxəli təyinata malikdir.İlkin informasiya ictimai informasiya sisteminə, müəssisələrin idarəedici orqanlarına çatdırılmalıdır.
14.ƏTRAF MÜHİTİN GƏLƏCƏK EKOLOJİ VƏZİYYƏTİN PROQNOZLAŞDIRILMASI.
Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ətraf mühitə təsir göstərən antropogen faktorların sayı və təbiətdə baş verən dəyişikliklərin miqyası artır. Bununla əlaqədar olaraq bisferdə baş verən antropogen dəyişikliklərin qiymətləndirilməsi monitorinqin başlıca problemlərindən birinə çevrilir. Bunun üçün antropogen təsirlər nəticəsində baş verən itkiləri müəyyən etmək və təbiətin bərpaedici imkanlarından istifadə etməklə həmin itkilərin bərpa edilməsi yollarını müəyyənləşdirmək lazımdır. Antropogen təsirlərdən meydana gələn itkilər aşağıdakılardır:
1.Ekoloji itkilər
2.İqtisadi itkilər
3. Estetik itkilər
Ekoiloji itkilər biosferə göstərilən antropogen təsirlərlə bilavasitə bağlıdır. İqtisadi və estetik itkilər isə bilavasitə ekoloji itkilərlə əlaqədardır.
Ekoloji itkiləri müəyyən etmək üçün ekoloji monitorinq sistemi tərəfindən əldə edilən informasiyalardan istifadə edilir. Burada ilk növbədə nəzarət blokunun informasiya məlumatlarından istifadə edilir. Daha sonra isə müvafiq ərazi üçün ekoloji itkilər təyin olunur. Ekoloji itkiləri müəyyən edərkən təbiət elementləri arasındakı qarşılıqlı asılılığı ifadə edən qanunauyğunluqlardan istifadə etmək lazımdır.
İnsan cəmiyyəti biosferə təsir göstərən və ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevrilmişdir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində biosferə birbaşa və ya dolayı yolla təsiri antropogen təsir adlanır. Antropogen təsir gücünə görə yalnız geoloji proseslə, miqyasına görə isə biosferdə baş verən maddələr və enerji dövranı ilə müqayisə edilə biər. Cəmiyyətin yaşaması üçün ilkin bioloji məhsula və mineral xammala olan tələbat antropogen təsirin mahiyyətini təşkil edir. Həmin tələbatı ödəyən yeganə mənbə kimi biosfer çıxış edir.
Təbii sərvətin mənimsənilməsi, emalı və istifadəsi zamanı yaranan tullantılarla ətraf mühitin çirklənməsi biosferə antropogen təsirin ekoloji nəticələridir. Biosferin ilkin və təkrar tullantılarla çirklənməsi müşahidə olunur.
İlkin tullantılar təbii sərvətin mənimsənilməsi nəticəsində istifadə tapmayan, təbii əlaqələri pozulmuş biosfer məhsullarının birbaşa qalıqlarından ibarətdir.
Təbii sərvətin emalı, işlənməsi və istifadəsi nəticəsində yaranan tullatılar ikinci (təkrar) adlandırılaraq, ətraf mühitin çirklənməsinə səbəb olur. İkinci tullantılar sırasına həm də insan tərəfindən sintez edilmiş və təbii ekosistemlərə əsas olmayan maddələr aiddir.
Biosferin təkrar, yəni ikinci tullantılarla çirklənməsi daha ağır təzadlar yaradır.
Çirklənmənin mahiyyəti ekosistemin tərkibinə ona əsas olmayan maddə əşyaların daxil edilməsidir. Alman filosofu Hegelin ifadəsinə görə: “Təbiətdə mövcud olan bütün cisimlər qüdrətli olub, insana müxtəlif şəkildə müqavimət göstərir. Onları fəth etməkdən ötrü, insan onların arasında təbiətin başqa cisimlərini yerləşdirir.”
Ekosistemə yad olan maddə, enerji və birləşmələrin ətraf mühitə (atmosferə, litosferə və hidrosferə) gətirilməsi, yerləşdirilməsi və atılması nəticəsində mühit amillərinin fiziki parametrlərinin, kimyəvi xassələrinin və daxili qanunauyğunluqlarının pozulması çirklənmə adlanır.
Biosferin çirklənməsi insan cəmiyyəti yaranan gündən mövcuddur. Ətraf mühitə antropogen təsirin zəruriliyi irəli gəlir:
Dostları ilə paylaş: |