Ətraf müHİTİn monitoriNQİ


Dövlət monitorinq sisteminə daxil olan məsələlər



Yüklə 164,68 Kb.
səhifə33/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   30   31   32   33   34   35   36   37   38
ƏMM.müh.

15.Dövlət monitorinq sisteminə daxil olan məsələlər.

Monitorinq ətraf mühitin hərtərəfli analizi, onun ekoloji vəziyyətinin qiymətləndirilməsi, ona təbii və antropogen təsirlərin öyrənilməsi məqsədini daşıyır. Monitorinq latınca monitor (nəzər salmaq) sözündən götürülmüşdür. Monitorinq antropogen təsirlərdən biosferdə və yaxud da onun ayrı-ayrı elementlərində baş vermiş dəyişikliklərə nəzarət (ölçülməsi), onların qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir.


Ətraf mühitin monitorinqi — təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.
Ətraf mühitə antropogen və təbii təsirlərin məhdudiyyət səviyyəsinin göstəricisi buraxıla bilən ekoloji yükdür (BBEY). Ekosistem və biosferin normal fəaliyyəti yalnız BBEY səviyyəsində mümkündür.
Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinq sistemini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradır və bu fəaliyyəti Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçirir. Təbiətdən istifadəçilər ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə ətraf mühitin və təbii ehtiyatların monitorinqi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş formalar əsasında lazımi məlumatlar təqdim edirlər. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi Azərbaycan Respub­likasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konvensiyalar, sazişlər və s.) və bu Əsasnamə əsasında həyata keçirilir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə aşağıdakı məsələlər daxildir:

  • atmosfer havasının monitorinqi;

  • su obyektlərinin monitorinqi;

  • torpaqların monitorinqi;

  • mineral-xammal ehtiyatlarının monitorinqi;

  • bioloji ehtiyatların monitorinqi;

  • atmosfer yağıntılarının (yağış, qar) monitorinqi;

  • radioaktivliyin monitorinqi;

  • ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi;

  • tullantıların monitorinqi;

  • sanitariya-epidemioloji monitorinq;

  • ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi;

  • xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi.


Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə