Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə73/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   69   70   71   72   73   74   75   76   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 234
Bununla belə, türkün dini dünyagörüşündə monoteizm yalnız 
islamla əlaqədar deyildir. Yəni, Türk sivilizasiya təmsilçiləri üçün 
xarakterik olan təkAllahlılıq islamdan əvvəl də mövcud olmuşdur 
və bu mənada islam dini türklər tərəfindən öz qədim inanclarına 
yaxın olduğuna görə daha tez qəbul edilmişdir. 
Türk xalqlarının inanclarında hər zaman Tanrı  əsas yer 
tutmuşdur. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı türk xalqları 
islam, xristianlıq, iudaizm, buddizm, tenqriçilik, atəşpərəstlik, 
şamanizm kimi din və inanc sistemlərinə tapınmışlar. Lakin xüsusi 
vurğulanmalıdır ki, qədim dövrlərdən bəri türk xalqlarının tarixinə 
baxdıqda aydın olur ki, türk xalqları  təkAllahlı etiqada üstünlük 
vermişlər. Zaman-zaman kənar müdaxilələr hesabına türklərin dini 
inancında fərqli təsirlər olsa da, monoteist dini inanc türklər üçün 
daim xarakterik olmuşdur. Bu xarakterik xüsusiyyət isə Türk 
sivilizasiyası daşıyıcılarını bu gün daxil olduğu islam dini 
çərçivəsində belə digər daşıyıcılardan (Ərəb,  İran, Malay) əsaslı 
fərqləndirmişdir.  İslam mədəniyyəti  ətrafında birləşən digər 
sivilizasiyaların islamaqədərki dini görüşü ilə təkAllahlı islam dini 
arasında kəskin fərqlərin olduğu halda, türklərin islamaqədərki dini 
dünyagörüşü daha çox təkAllahlı olmuş  və türklərin 
müsəlmanlaşmasından sonra islam dini dünyagörüşü ilə bir 
ahəngdarlıq təşkil etmişdir. Beləliklə, bu qənaətə  gəlmək olar ki, 
monoteist dini əqidə Türk sivilizasiyasının bütün inkişaf 
mərhələlərində onun üçün xarakterik xüsusiyyət olmuşdur. 
Türk sivilizasiyasının daşıyıcıları üçün əsas səciyyəvi 
cəhətlərdən biri də müxtəlif azlıqlara dözümlü yanaşmadır. Bu mədəni 
tip üçün assimilyasiya etmək heç zaman xarakterik olmamışdır. Hətta 
öz həyat siklində passionarlığın kulminasiya mərhələsi hesab olunan 
imperiya dövründə belə dövlətin sərhədləri daxilində digər xalqlara 
(sivilizasiya daşıyıcılarına) münasibətdə  hər zaman tolerantlıq 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 235
müşahidə olunur. İlkin dövr türk imperiyalarında hakim türklərlə asılı 
digər xalqlar arasında münasibətlər çox zaman şaquli hökmranlıq 
prinsipi  əsasında deyil, üfüqi bağlılıq formasında olmuşdur. Böyük 
Hun imperiyasında, Göytürk xaqanlığında türklərin dövlətin digər 
xalqları ilə münasibətləri daha çox ittifaq xarakterli olmuş, türk 
hakimiyyəti həmin xalqların daxili həyat nizamına toxunmamışdır. 
Türklər heç zaman assimilyativ meylli olmamış, hətta tabeçiliyində 
olan xalqlarla belə münasibətlərini onların daxili müstəqilliyi 
prizmasından qurmuşlar. Eləcə  də inanc müstəvisində onlar digər 
xalqların fərqli dini etiqadlarına ehtiram göstərmişlər. Beləliklə, 
müasir terminologiya ilə desək, Türk sivilizasiyası  qədim dövrdən 
indiyədək demokratik və tolerant cəmiyyət olması ilə seçilmişdir.  
Başqa bir xarakterik xüsusiyyət olaraq türk cəmiyyətinin qadına 
münasibətini göstərmək olar. Qadın-kişi bərabərliyi günümüzün 
aktual mövzusu olduğu halda, bu problem qədim türklərdən 
başlayaraq hər zaman Türk sivilizasiyası üçün mühüm əhəmiyyət 
kəsb etmişdir. Qədim dövrdə  həm Qərbdə, həm də  Şərqdə  əksər 
xalqlarda qadınlara yalnız nəsil artırma və məişət işləri icraçısı kimi 
baxıldığı halda, türklərdə qadın kişiyə bərabər tutulurdu. Qadınlar həm 
bir döyüşçü, həm rəhbər, həm ailədaxili təsərrüfatın idarə edicisi kimi 
türk cəmiyyətində hər zaman üstün mövqe tutmuşlar. Sonrakı dövrdə 
islam dəyərlərinin birbaşa təsiri altında bir qədər fərqli mənzərə 
yaranmağa başlasa da, türk qadınının cəmiyyətin bərabər hüquqlu 
üzvü olması öz mahiyyətini qoruyub saxlamışdır. Hələ XII əsrdə 
Naxçıvanda böyük memar Əcəmi Naxçıvaninin Yusif Küseyir oğlu 
ilə yanaşı, Mömünəxatun anaya da möhtəşəm abidə ucaltması bu 
düşüncənin sənət dili ilə ifadəsidir. Şərqdə qadınlara seçki hüququ da 
ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində verilmişdir. Lakin bu 
yerdə xüsusi qeyd etməliyik ki, qadının türk cəmiyyətində tam hakim 
olması, türk cəmiyyəti üçün matriarxatın xarakterik olması ilə bağlı 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 236
yanlış  təsəvvür də yaranmamalıdır.  Əgər biz tarixi rakursdan 
müşahidə etsək, görərik ki, türk elində qadınlar hər zaman öz kişiləri 
ilə birgə, yanaşı olduqda üstün mövqedə durmuşlar. Beləliklə, 
göründüyü kimi, yüksək demokratik dəyərlərə malik Türk 
sivilizasiyası üçün qadın hökmranlığı deyil, qadın-kişi bərabərliyi 
səciyyəvidir. Bu xarakterik xüsusiyyət də Türk sivilizasiyasının 
daşıyıcılarını vahid islam aləmi daxilində qadına ikinci dərəcəli varlıq 
kimi baxan, çox zaman hüquqsuz, cəmiyyətdə mühüm rolu olmayan 
təbəqə sayan digər daşıyıcılardan (həm  Ərəb, həm də  İran 
sivilizasiyasından) fərqləndirir. 
Türk sivilizasiyasını  səciyyələndirən özünəməxsus cəhətlər 
haqqında bəhs edərkən türk mədəniyyətinə adət-ənənənin dindən 
daha çox təsir göstərdiyini də qeyd etmək lazımdır. Belə ki, hansı 
dinə inanmasından asılı olmayaraq türk mədəni tipi üçün əskidən 
gələn adət-ənənə hər zaman daha üstün olmuşdur. Son illərdə Azər-
baycanda və ümumən türk dünyasında mifologiya istiqamətində 
aparılan tədqiqatlarda bu amili təsdiq edən çoxsaylı faktlar və 
tezislər vardır. 
Beləliklə, yayıldığı coğrafi areal, daşıdığı dini əqidə, təmsil 
etdiyi konkret etnos və ya dövlətdən asılı olmayaraq, biz hazırkı 
tədqiqatda tarixdə Türk sivilizasiyasının izinə vahid bir mədəniyyətin 
daşıyıcısı kimi baxmağa çalışmışıq. Çünki sadalanan kriteriyalar üzrə 
bir sıra fərqliliklərin olmasına baxmayaraq, bəşər tarixində 
özünəməxsus izi olan Türk sivilizasiyası daha çox oxşar mənəvi 
dəyərlərə söykənir. Türk sivilizasiyasının formalaşmasında onun 
xarakterik xüsusiyyətləri - bütün tarixi dövrlər  ərzində arasıkəsilmə-
yən dövlətçilik ənənəsi, adət-ənənələrin (törənin) cəmiyyətdə yüksək 
mənəvi keyfiyyət kimi hakim mövqeyi (törənin hətta bir çox hallarda 
dini inancdan üstün tutulması), dini baxışda monoteist əqidə, ailə 
dəyərləri (ordu və ailə türk cəmiyyətinin iki əsas dayağını  təşkil 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə