Sivilizasiyaların kəsişməsində türk dünyası
1
Ərəstü Həbibbəyli
SİVİLİZASİYALARIN
KƏSİŞMƏSİNDƏ
TÜRK DÜNYASI
«Elm və təhsil»
Bakı - 2011
Sivilizasiyaların kəsişməsində türk dünyası
2
Elmi redaktor:
fəlsəfə elmləri doktoru,
professor Məmməd Rzayev
Ərəstü Həbibbəyli: Sivilizasiyaların kəsişməsində türk dünyası.
Bakı, “Elm və təhsil”, 2011 – 264 səh.
Kitabda bəşər sivilizasiyaları arasında özünəməxsus
xüsusiyyətləri ilə seçilən Türk sivilizasiyası, onun qədim tarixi,
eləcə də digər sivilizasiyalarla əlaqələri və seçkinliyi kimi
problemlərdən bəhs olunur.
Sivilizasiyaların kəsişməsində türk dünyası
3
SİVİLİZASİYA – BƏŞƏRİYYƏTİ BİRLƏŞDİRƏN,
YOXSA AYIRAN ANLAYIŞ KİMİ
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır
və dünya xalqları içərisində fərqlənir. Bu
xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü
mədəniyyətdir.
Heydər Əliyev
Sivilizasiya-mədəniyyətin özidentifikasiysında
çatdığı elə bir hüduddur ki, burada o,
ümumbəşəri və ya qlobal sivilizasiya ola bilər.
Arnold Toynbi
eçən əsrdən başlayaraq ictimai fikir tarixində ən
aktual məsələlərdən biri bəşər cəmiyyətinin min
illərdir qarşılaşdığı müxtəlif sivilizasiyalar arasındakı
münasibətlər olmuşdur. Təsadüfi deyildir ki, fəlsəfə və
geopolitikada, hətta iqtisadiyyat və ədəbiyyatda belə bu mövzu əsas
oriyentir kimi götürülməyə başlanmışdır. Ümumilikdə, son dövrlər
elmi dairələrdə bəşər cəmiyyətinin müxtəlif sahələrdə qarşılaşdığı
problemlərin və ya qarşıdurmaların başlıca səbəbinin fərqli
sivilizasiya daşıyıcılarının uyğunsuzluğu ilə əlaqələndirilməsi daha
çox müzakirə olunur. İctimai həyatın bir çox sahələrində - istər
dövlətlərarası, istər xalqlar arasında olsun, cəmiyyətin subyektləri
arasında əlaqələrdə müsbət və mənfi məqamları ilə məhz fərqli
sivilizasiyaların özünəməxsus xüsusiyyətləri əsas səbəb olaraq
görülməkdədir. Bir sıra alimlər sivil dünyanın yaranmasını,
inkişafını və hətta dünyanın sonunu da sivilizasiyaların dialoqu və
K
Sivilizasiyaların kəsişməsində türk dünyası
4
ya qarşıdurması ilə əlaqələndirirlər. Xüsusi diqqət çəkən məqam
ondan ibarətdir ki, geosiyasətin əsas istiqamətverici meyarlarının
müəyyənləşdiriləsində də yeni yanaşma müşahidə olunmaqdadır.
Belə ki, geopolitika anlayışının yarandığı dövrdən indiyədək uzun
müddət əsas münasibətlər milli dövlətlərin və ya ideologiyaların
maraqları üzərində qurulduğu halda, qloballaşmanın getdikcə
dərinləşdiyi müasir dövrümüzdə artıq geopolitikada belə əsas
proseslərin sivilizasiyaların maraqları hesabına formalaşması fikri
ortaya atılmışdır. Məşhur sivilizoloqlar Samuel Hantinqton, Arnold
Toynbi, Fernan Brodel, Kristofer Dauson və başqaları qlobal
siyasətdə əsas yeri sivilizasiyalararası münasibətlərin tutduğunu
iddia edir və bu mülahizəni əsaslandırmağa çalışırlar. Bu mənada
tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan
üçün də qeyd olunan münasibətlər təmsil olunduğu sivilizasiyanın
daşıyıcısı olaraq mühüm geosiyasi əhəmiyyət kəsb edir.
Sivilizasiya anlayışı və onun əsasında dayanan dəyərlər
İlk növbədə sivilizasiya məfhumu altında nəyin nəzərdə
tutulduğuna diqqət yetirmək istərdik. Əksər ədəbiyyatlarda
“sivilizasiya” - cəmiyyətin tarixi inkişafının müəyyən mərhələsini
əks etdirən maddi və mənəvi dəyərlərin məcmusu və ya maddi və
mənəvi mədəniyyətin yüksək inkişaf mərhələsi kimi nəzərdən
keçirilir. Yəni, başlanğıc olaraq sivilizasiya özünəməxsus
xüsusiyyətlərə malik olmaqla sadə (ibtidai) cəmiyyətdən
fərqləndirilir. Belə olan halda isə sivilizasiyaların yaranmasını
bəşəriyyətin yaranış dövründən deyil, onun müəyyən nailiyyətlərə
çatdıqdan sonrakı mərhələsi hesab edirlər. Belə ki, sivilizasiya üçün
xarakterik xüsusiyyətlər olaraq sadalanan - dəmir istehsalı ilə
başlayan yeni dövrün meydana gəlməsi, yazı mədəniyyəti, şəhər
Sivilizasiyaların kəsişməsində türk dünyası
5
mədəniyyəti, müəyyən davranış normaları kodeksinin formalaşması
və s. bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələlərini
keçməsindən xəbər verir. Beləliklə, sivilizasiyanın qeyd olunan
sadalanan sistem yaradıcı elementləri onu ibtidai cəmiyyətdən
fərqləndirir. Bununla belə, dünya elmi fikrində erkən, yaxud ilkin
sivilizasiya anlayışı da vardır ki, bu da ümumdünya tufanı, yaxud
Nuh peyğəmbərin əfsanəvi gəmisinin hərəkəti ilə bağlı hadisələri
və ya mifologiyanı özündə əks etdirir. Bu mülahizənin
tərəfdarlarına görə bəşəriyyətin ümumdünya tufanından xilas
olması, yaxud da yer üzündə həyatın yenidən yaranması əsl mənada
sivilizasiyadır və ya növbəti sivilizasiyanın başlanğıcıdır. Buna
bəzən arxaik sivilizasiya da deyirlər. Qeyd etməliyik, hazırkı
tədqiqatda biz sivilizasiyaya Yer kürəsində həyatın yaranmağa
başladığı məkan olaraq deyil, cəmiyyətin yüksək inkişaf
mərhələsini əks etdirən məfhum kimi baxırıq.
Beləliklə, cəmiyyətin yüksək inkişaf pilləsini əks etdirən
sivilizasiyaların əsasında hansı dəyərlərin dayanması ilə bağlı
müxtəlif mülahizələrə rast gəlmək mümkündür. Misal üçün məşhur
fransız sosioloqu Gustav le Bon (1841-1931) sivilizasiyanı təşkil
edən elementlərin onları yaratmış xalqın ruhunu ifadə etməsi
qənatində olmuşdur. Onun fikrincə, “Sivilizasiyanı əmələ gətirən
müxtəlif elementlərə: dilə, təsisata, ideyaya, etiqada, incəsənətə,
ədəbiyyata onları yaratmış insanların ruhunun təzahürü kimi
baxılmalıdır. Lakin dövrdən və irqlərdən asılı olaraq bu
elementlərin hər hansı bir xalqın ruhunun ifadəsi kimi əhəmiyyəti
çox müxtəlifdir. Əgər hər bir xalqın sivilizasiyasının yalnız onun
bir elementini nəzərə almaqla tarixini yazmaq lazım gəlsəydi, bu
Dostları ilə paylaş: |