Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə72/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   69   70   71   72   73   74   75   76   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 231
Türk sivilizasiyası yayıla bilsə də, öz mövcudluğunu ciddi şəkildə
sonadək saxlaya bilməmiş, yalnız onun hegemon olduğu 
dövrlərdən maddi-mənəvi izləri qalmışdır. Biz bunu Türk 
sivilizasiya daşıyıcılarının Misirdə, Avropada, Hindistanda, Çində 
tarixin müəyyən dövrlərində hökmranlığı zamanından görürük. 
Türk sivilizasiya daşıyıcıları olan müxtəlif dövlətlər bu əraziləri 
uzun müddət öz hakimiyyətləri altına alsalar da, passionarlıq 
dövrünü yaşadıqdan sonra həmin məkanlarda öz mövcudluğunu 
saxlaya bilməmişlər. Bu yerlərdə türk mədəniyyəti böyük təsir 
göstərsə  də, bir sivilizasiya olaraq qalıcı ola bilməmişdir. 
Ümumiyyətlə, bizim qənaətimizə görə heç bir sivilizasiya öz təbii 
landşaftından kənarda yaşamaq iqtidarında deyildir. Məsələn, Ərəb 
sivilizasiyası öz passionarlıq dövründə səhra olmayan İspaniyadan 
Əfqanıstanadək böyük bir ərazini əhatə etsə də, sonradan çəkilmə 
dövründə yalnız səhra landşaftında öz sivilizasiyasını saxlaya 
bilmişdir. Eyni sözləri Çin sivilizasiyası haqqında da demək olar. 
Böyük insan resurslarına, güclü dövlət aparatına malik olmasına 
baxmayaraq, Çin sivilizasiyası heç zaman öz təbii sərhədlərinin 
əhatələndiyi Böyük Çin səddini adlaya bilməmişdir. 
Tarixi baxımdan isə Türk sivilizasiyasının izləri daha geniş 
ərazini  əhatə edir. Artıq bu məkan təkcə türkün vətənini deyil
onunn müxtəlif tarixi dövrlərdə yayılma arealını da əhatə edir. Belə 
ki, böyük türk dövlətləri - Hun imperiyası, Göytürk Xaqanlığı, 
Xəzər Xaqanlığı, Uyğur Xaqanlığı, Qaraxanlı dövləti, Böyük 
Səlcuq imperiyası, Xarəzmşahlar dövləti, Eldəgizlər dövləti, 
Osmanlı imperiyası, Teymurilər dövləti, Böyük Moğol imperiyası, 
Dehli Türk Sultanlığı, Misir Məmlük dövləti, Səfəvi dövləti, Qacar 
dövləti Türk sivilizasiyasının sərhədlərini bir tərəfdə Hindistana, 
digər tərəfdə isə Avropanın dərinliklərinə - Macarıstana, 
Balkanlara,  şərqdə  və  cənubda  isə Misirə,  Əlcəzairə,  Ərəbistana 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 232
doğru genişləndirmişdir. Biz bu mərhələdə  də yuxarıda qeyd 
etdiyimiz etno-mədəni landşaft bağlılığı  nəzəriyyəsinin özünü 
təsdiq etməsini müşahidə edirik. Belə ki, təbii landşaftından kənar 
Türk sivilizasiya təmsilçiləri öz inkişaflarında qabarma dövrünü 
keçirdikdən sonra həmin məkanda öz varlıqlarını axıradək yaşada 
bilməmişlər. Lakin bu zaman da Türk sivilizasiyası üçün xarakterik 
olan bir xüsusiyyət ortaya çıxır. Tarixdə türk dövlətlərinin sayı neçə 
olursa olsun, tarixin hər dövründə türklər dövlətçilik  ənənələrini 
qorumuşlar. Bütün tarixi dövr ərzində müxtəlif türk xalqlarının 
dövlətçilik ənənəsində heç zaman fasilə olmamışdır. Buna görədir 
ki, dövlətçilik Türk sivilizasiyası üçün əsas xarakterik 
xüsusiyyətlərdən biridir.  
Sivilizasiya təsnifatında Türk sivilizasiyası çoxqütblü olaraq 
səciyyələndirilir. Tarixin müxtəlif zamanlarında və hətta bəzən eyni 
zaman periodunda Türk sivilizasiyası bir neçə  mərkəzi güc 
üzərində qurulmuşdur. Məsələn, birinci nəsil sivilizasiyalar 
dövründə Ön Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının 
izlərinə rast gəlinir. Sonrakı  mərhələlərdə Osmanlı, Səfəvi, Misir 
Məmlük sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk 
sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, 
çoxqütblülük Türk sivilizasiyasının zəngin mədəniyyətinin və 
çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindəndir. Bu 
prinsipdə də bir qanunauyğunluq mövcuddur. Belə ki, əhatə etdiyi 
ərazinin böyüklüyünü nəzərə alaraq bir mərkəzdən idarə olunmaq 
və yaxud bütün proseslərin eyni istiqamətə yönəldilməsi faktiki 
olaraq mümkün deyildi və bu səbəbdən də çoxqütblülük labüd 
görsənir.  
Tədqiqat zamanı toxunduğumuz  əsas məqamlardan biri də 
Qərb alimləri arasında, istər sivilizasiyaşünaslar, istərsə 
geopolitiklər tərəfindən sivilizasiyalar təsnifləşdirilərkən heç bir 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 233
halda Türk sivilizasiyasının müstəqil bir sivilizasiya olaraq 
nəzərdən keçirilməməsi ilə bağlıdır. Nə Samuel Hantinqtonda, nə 
Arnold Toynbidə, nə Frensis Fukuyamada, nə  də  əksər rus 
mütəxəssislərinin (Avrasiyaçı  məktəbin bir sıra nümayəndələri 
istisna olmaqla) nəzəri baxışlarında “Türk sivilizasiyası” anlayışına 
müstəqil bir sivilizasiya növü kimi rast gəlmirik. Fikrimizcə, bu 
yanaşmanın səbəblərini bəzi Qərb sivilizoloqlarının qeyri-elmi, 
qərəzli mövqelərində axtarmaq lazımdır. Müşahidə olunan cəhət 
bundan ibarətdir ki, onlar tarixin ən qədim dövründən 
günümüzədək maddi-mənəvi özünəməxsusluğunu qoruyub 
saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, yaxud bu 
fenomenə  qısqanc yanaşırlar. Halbuki Türk sivilizasiyası dünya 
sivilizasiya tarixində nəsildəyişmə mərhələlərindən öz seçkinliyini 
qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya tiplərindəndir. Türk 
sivilizasiyası dünyadakı çox nadir sivilizasiya tiplərindəndir ki, həm 
birinci nəsil (Qədim Misir, Şumer, Çin, Hind və s.), həm də 
sonuncu nəsil (sənayedənsonrakı) sivilizasiya tipləri ilə  bərabər 
mövcud olmuş və hazırda da öz varlığını yaşatmaqdadır. 
Türk sivilizasiyasının digər sivilizasiya təmsilçiləri ilə mü-
nasibətlərini araşdırarkən ilk növbədə önə çıxan onun özünəməxsus 
xarakterik xüsusiyyətlərindən yaranan prinsiplər özünü göstərir. Bu 
prizmadan yanaşdıqda dini əqidə, adət-ənənə, sosial normalar, 
ictimai xüsusiyyətlər və s. məsələlər xüsusi əhəmiyyət kəsb edir. 
Türk sivilizasiyasının özünəməxsus xüsusiyyətlərinin müəyyənləş-
məsi ilə bağlı bunlardan bəzilərini yada salmaq istərdik.  Əvvəlcə 
dini inancın türklərdə hansı yer tutduğuna baxmaq olar. Qeyd 
etməliyik ki, hazırda əksər türk xalqları islam dininə etiqad edirlər 
və Türk sivilizasiyası ümumilikdə islam mədəniyyətinin  əhatə 
dairəsindədir.  İslam bir fəlsəfə, din, həyat tərzi olaraq türkün 
ruhuna yaxındır və onunla əksər hallarda harmoniya təşkil edir. 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə