Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 225
“Bəşəri iradənin sərbəstliyi” haqqında düşüncəsi ilə  ərəb 
peyğəmbərinin “qədər və qismət” haqqında duyğuları  və eynilə 
Zərdüştün bəşəri allahlıq vəsfinə  iştirak etdirilməsinə müqabil 
Məhəmməd peyğəmbərin allahlıq vəsfi ilə  bəşər arasına keçilməz 
ayrılıqlar qoyması kimi bir-birinə tamamən zidd olan zehniyyətlər 
arasında dərin çarpışmalar meydana gəlmiş  və bu çarpışmaların 
məhsulu olaraq şiəliyin teoloji cəbhəsi qurulmuşdu. Onun siyasi 
cəbhəsinə  gəlincə, son İran  şahı III Yəzdigirdin (hakimiyyət illəri 
632-651) qızı  Şəhrəbanu ilə imam Əlinin oğlu Hüseynin 
izdivacından doğulan Zeynalabdinin hüquqi-ilahiyyətçi olan 
iranlıların nəzərində bir tərəfdən Sasani sülaləsinin, digər tərəfdən 
də Məhəmməd peyğəmbərlə imam Əlinin doğrudan-doğruya varisi, 
“fasiləsiz xəlifəsi” olması çox təbii idi. Bu Xilafətin intixab təhriki 
ilə deyil, oğlan övladdan miras yolu keçməsi hökmdarlıq 
haqqındakı  əski  İran nəzəriyyəsinə çox uyğundur”.
180
Beləliklə, 
islam mədəniyyəti daxilində  İran sivilizasiyası özünəməxsus 
mövqeyə malik olması ilə seçilir. 
İslam mədəniyyətinin  əhatə dairəsində Türk və  İran 
sivilizasiyalarının əlaqələrində bir məqam də diqqəti cəlb edir. Belə 
ki,  İranın islamlaşmasında türklər müstəsna rol oynamışlar. Eyni 
fikri iranlıların türklərə qarşı münasibətində demək olmaz. Məlum 
olduğu kimi, VII-X əsrlərdə  İran  əhalisinin böyük hissəsi islam 
dinini qəbul etsə  də, iranlılar arasında zərdüştilik geniş  şəkildə 
qalmaqda idi. Ərəblər, xüsusən  Əməvilər dövründə atəşpərəstlərə 
xristian və yəhudilər kimi monoteist din daşıyıcıları olaraq dözümlü 
yanaşırdılar və  nəticədə  İran  əhalisi  əvvəlki dinlərinə etiqad 
etməkdə davam edirdi.
181
Türk sivilizasiya daşıyıcılarından 
                                                 
180
 Əhməd Ağaoğlu. İran və inqilabı. Bakı: Azərnəşr, 2009, səh. 34-35 
181
 Авторы – сост. А.Эбрахими Торкаман, С.М.Бурыгин, Н.Н.Непомнящий. 
Загадки старой Персии. Москва: Вече, 2010, стр.138 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 226
səlcuqların hakimiyyəti dövründən başlayaraq  İranda islamın tam 
bərqərar olması siyasəti yeridilməyə başlanmışdı. Tarix səhnəsində 
səlcuqlardan  əlavə, Qəznəvilərin, Teymurilərin, Səfəvilərin, 
Qacarların da əski  İran dini inamını saxlayanlara qarşı 
mübarizəsinin  şahidi oluruq. Türk sülalərindən yalnız Böyük 
Moğol imperiyasını bu mənada fərqləndirə bilərik. Çünki, bu 
xanədan hakimləri bütün dinlərə qarşı dözümlü olmaları ilə tarixdə 
tanınmışlar.  
Türk və  İran sivilizasiyalarının münasibətləri dövlətlərarası 
çərçivədə də daim ziddiyyətli xarakteri ilə fərqlənmişdir. Orta əsrlər 
dövründə bu əlaqələrə baxdıqda maraqlı mənzərənin şahidi oluruq. 
Böyük imperiyalar yaratmış və İranı da öz hüdudlarına daxil edən 
bir çox türk dövlətləri tarixdə bəzən İran dövləti olaraq tanınmışlar. 
Abbasilər zamanından bəri XX əsrin  əvvəlinədək  İran fasiləsiz 
türklər tərəfindən idarə olunmuşdur. Səlcuqlar, xarəzmşahlar, 
teymurilər, ağqoyunlular, səfəvilər,  əfşarlar, qacarlar hamısı 
türkdür. Bəs bu paradoks nədən qaynaqlanır. Zamanında bu suala 
Əhməd bəy Ağaoğlu cavab verməyə çalışmışdır: “İranı min 
sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət 
verdirən türklərdir. Hətta bu gün də  İranın dövlət adamları, 
komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında 
İranda zühur edən dini və siyasi hərəkatlar da bilxassə türklərə 
istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər. 
Beləliklə,  İranın son min sənəlik tarixi həqiqətdə  və doğrudan-
doğruya Türk tarixinin bir şöbəsidir. Fəqət nə çarə ki, türklər başqa 
yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və 
maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini 
qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraət və 
hətta  ədəbiyyat  əllərində ikən  şəxsiyyətlərinin  ən canlı  və  ən 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 227
davamlı amili olan dilləri qəbul etdirməmişlər. Tərsinə olaraq, 
başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahib 
olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu 
surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir”.
182
 Nə qədər 
təəssüf doğursa da, böyük alimin bu sözləri Türk-İran sivilizasiya 
daşıycılarının münasibətlərini tam xarakterizə edir. 
Beləliklə, sivilizasiya müstəvisində bu iki mədəni tipin 
təmsilçiləri arasında daim disharmoniya müşahidə olunmuşdur. 
Lakin diqqəti cəlb edən  əsas məqam Türk və  İran sivilizasiya 
daşıyıcılarının bir-birinə qarşı assimilyativ meylli olmasıdır. Belə 
olmasaydı, tarixi inkişaf prosesində Türk - İran dövlətlərinin şahidi 
olmazdıq. Bu nümunəni bir harmoniya, yüksək sinxronluq kimi 
qiymətləndirmək isə yalnız zahiri görünüş  əsasında ola bilər. 
Reallıqda bu cür faktların olması onların bir-birinə qarşı 
assimilyasiya prosesinə dözümsüz olmasının nəticəsidir. Bunun isə 
səbəbləri arasında ilk növbədə  hər iki sivilizasiyanın bənzər təbii 
landşafta sahib olmasını göstərmək lazımdır. Buna görə  də “Çöl” 
mədəni tipini təmsil edən Türk sivilizasiyası və “Dağ-Çöl”ü təmsil 
edən  İran sivilizasiyası arasında münasibətlər eyni təbii landşaft 
daxilində 
hər hansı birinin passionarlıq dövründə 
özününküləşdirmə ilə nəticələnir.  
 
                                                 
182
 Əhməd Ağaoğlu. İran və inqilabı. Bakı: Azərnəşr, 2009, səh. 28 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə