Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə69/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 222
səhnəsindən silindi, ya da bu dinlərə etiqad edənlər çox kiçik 
azlığa çevrildi; onların  əvvəlki dilləri demək olar ki tamamilə 
ortadan qaldırıldı. Yalnız bəziləri öz mövcudluğunu dini 
liturgiyada saxlaya bilmişdir və hələ də çox ucqar əyalətlərdə bu 
dillərdə danışılır. Amma ümumilikdə unuduldu. İraq, Suriya və 
Misirin qədim sivilizasiyaları bu gün Ərəb dünyası adlandırılan 
kimliyə yol açdı.  İran da islamlaşdırıldı, amma ərəbləşdirilə 
bilinmədi. Farslar elə farslar olaraq qaldı. Və bir müddət 
fasilədən sonra İran islam daxilində fərqli, özünəməxsus element 
kimi yenidən ortaya çıxdı, hələ islam mədəniyyətinə yeni 
elementlər daxil etdi. İranlıların və türklərin timsalında islam dini 
Anadoluya, Mərkəzi Asiyaya, Hindistana yayıldı.”
178
 
Elmi dairələrdə  Ərəb sivilizasiyasının qabarma dövründə 
müşahidə olunan islamlaşma və  ərəbləşmə prosesinin İrana 
münasibətdə  fərqli nəticələrinin olmasının bir sıra səbəbləri 
səslənir. Səbəblərdən bir kimi dil amilinə üstünlük verənlər var. 
Belə ki, Ərəb sivilizasiyasının yayılma arealına baxdıqda İran və 
Türk sivilizasiya daşıyıcıları istisna olmaqla bütün digər 
ərazilərdə yerli əhali ərəb dilinə yaxın semit dillərində danışanlar 
idi və çox güman ki, bu yaxınlıq hesabına qısa müddətdə öz 
dillərini unutdular. Hind-Avropa dil qrupuna daxil olan fars dili 
isə olduqca fərqli olduğundan unudulmadı. Bu mülahizə özünü tam 
şəkildə doğrultmur. Çünki, Bernard Levisin də qeyd etdiyi kimi, 
Misirdə kopt dili semit dil qrupuna aid deyildi, olduqca fərqli idi, 
amma unuduldu, hazırda isə yalnız kopt xristian kilsələrinin 
liturgiyalarında işlənir.  
İkinci bir mülahizə 
İran sivilizasiyasının 
Ərəb 
sivilizasiyasından daha yüksək mədəniyyətə malik olması ilə 
                                                 
178
 www.tau.ac.il/dayancenter/mel/lewis.html 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 223
bağlıdır. Yəni, yüz illər boyu şəhərsalmadan başlayaraq ədəbiyyata 
qədər  əksər sahələrdə daha yüksək mədəni səviyyəyə malik İran 
köçəri ərəblərin bəsit mədəniyyətindən daha yuxarıda durduğundan 
ərəbləşməyə  məruz qalmadı. Bu mülahizənin qarşısında tarixi 
keçmiş dayanır. Çünki belə olan halda, tarixi təcrübə  ən yaxşı 
yolgöstərəndir. Belə ki, tarixdə daha aşağı mədəni səviyyəyə malik 
olan işğalçı ilə ondan daha yüksək mədəni pillədə dayanan işğal 
olunan arasında münasibətlərdə  işğal olunanın işğalçı üzərində 
mədəni planda dominantlığı barədə onlarca nümunə var. Qüdrətli 
Roma imperiyasının Yunanıstanı işğalı zamanı ellin mədəniyyətini 
qəbul etməsini, Britaniyada norman işğalının anqlo-sakslara təsirini 
göstərmək olar. İşğal olunanın işğalçı üzərində  mədəni 
dominantlığı barədə başqa nümunələr də gətirə bilərik. Lakin İran-
Ərəb münasibətlərində bu tendensiya hiss olunmur. Tarix göstərdi 
ki, daha yüksək mədəni səviyyədə olan İranın mədəni dəyərləri 
(dili, ədəbiyyatı və s.) ərəblər tərəfindən qəbul olunmadı. 
Beləliklə, əsas səbəb kimi siyasi hakimiyyət və tarixi yaddaş 
prizmasına üstünlük verən mülahizə daha inandırıcı görünür. Biz 
də,  İran sivilizasiyasının  ərəbləşməyə  məruz qalmamasında bu 
yanaşmaya üstünlük veririk (Qeyd etmək lazımdır ki, Türk 
sivilizasiyasına münasibətdə də bu yanaşma dolğun görünür). Belə 
ki, ərəb işğalına məruz qalan digər ərazilər - İraq, Suriya, Fələstin, 
Misir, Şimali Afrika artıq uzun müddət idi ki, başqa bir imperiyanın 
əyalətləri idi və ərəb işğalınadək həm siyasi, həm mədəni, həm də 
dini baxımdan müdaxiləyə  məruz qalmış  və  dəfələrlə 
transformasiya olunmuşdular.  İran isə qüdrətli imperiya idi. 
Doğrudur, Makedoniyalı  İskəndərin dövründə  məğlub olmuş  və 
nəticədə ellin mədəniyyətinin bu əraziyə də nüfuz etməsinə mane 
ola bilməmişdi. Amma ellin hakimiyyəti burda qısamüddətli 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 224
olduğu kimi, ellin mədəniyyəti də bütün əzəmətinə baxmayaraq 
Aralıq hövzəsi ölkələrində olduğu qədər burda hakim ola 
bilməmişdi. Tarixi yaddaş da öz rolunu oynamışdı. İranlıların yaxın 
keçmişdəki  şöhrətli tarixləri onların milli kimliyinin qorunmasına 
təsir etmişdir. Misal üçün, digər  ərazilərdə zamanla əksər adam 
adları  ərəb adlarından götürüldüyü halda, İranda Xosrov, Şapur, 
Mehyar kimi İranın tarixi şəxsiyyətlərinin adları hələ də öz varlığını 
saxlayır. Bununla bağlı Bernard Levis yazır ki, indi Misirdə 
Tutanxamon və Ramzes adlarına rast gələ bilməzsiniz, amma 
İranda qədim  şahların adları  hələ  də yeni anadan olan uşaqlara 
verilir. Çünki İrandan fərqli bu sivilizasiyalar artıq ölmüş  və 
unudulmuşdu.
179
 Belə nəticəyə gəlmək olar ki, İranın tarixi keçmişi 
ilə bağlı yaddaşı bu sivilizasiya təmsilçilərinin öz milli dəyərlərini 
itirməsinə imkan verməmişdir. 
İran sırf dini əqidə baxımından islamda azlığı  təmsil edir. 
Müsəlman dünyasında İran şiəliyin əsas dayağı hesab edilir. Şiəlik 
mahiyyət etibarilə ərəb mənşəli olsa da, daha çox İranla assosiasiya 
edilir. Baxmayaraq ki, şiəlik  əslində Xilafətdə siyasi hakimiyyət 
uğrunda mübarizədə imam Əli tərəfdarı deməkdir, islam cəmiyyəti 
üçün  şiə-İran tandemi xarakterikdir. Bunun da əsl səbəbləri 
arasında  İran sivilizasiyasının qədim  ənənələrini bu yolla yaşada 
bilməsində axtarmaq lazımdır. Bununla bağlı  Əhməd bəy 
Ağaoğlunun fikirləri xüsusi maraq doğurur: “Hələ  Xəlifə Ömərin 
(hakimiyyət illəri 634-644) zamanında islamiyyətlə  zərdüştlük ilk 
təmasa gəldiyi gündən etibarən  ələvilik, zərdüştlüyün islamiyyətə 
qarşı apardığı  əksüləməlin bir ifadəsi oldu. Daha o zamanlar 
Zərdüştün “Hüquqi-ilahiyyə” nəzəriyyəsi ilə  Məhəmməd 
peyğəmbərin “İcmayi-ümmət” nəzəriyyəsi və  İran peyğəmbərinin 
                                                 
179
 www.tau.ac.il/dayancenter/mel/lewis.html 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə