Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

51 

 

31,5  faiz  artıb.  Bununla  yanaşı,  zərərlə  işləyən  bankların  sayı  5-dən  6-dək,  ümumi 



zərər isə 2,3 dəfə artıb. 

Kommersiya  banklarının  mənfəətinin  artımı  kredit  aktivliyinin  canlanması  və 

aktivlərin keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.Başqa sözlə, ötən ilin müvafiq dövrü 

ilə  müqayisədə  faiz  gəlirlərinin  artımı  və  ehtiyatların  formalaşmasına  yönəldilən 

vəsaitlərin azalması  mənfəəti artırıb. Problemli kreditlərin artması  fonunda bankların 

faiz  gəlirlərinin  artması    səbəb  banklar  bir  qayda  olaraq  özlərini  sığortalamaq, 

problemli  kreditlər  nəticəsində  dəyən  zərəri  aradan  qaldırmaq  üçün  kredit  faizlərini 

artırmağa  və  daha  çox  istehlak  kreditlərinə  üz  tutmağa  başladılar.  Eyni  zamanda 

qeyri-faiz  gəlirləri  kəskin  azalıb.Mənfəətin  artmasının  əsas  səbəbi  istehlak 

kreditlərinin  artmasıdır.Çünki  kreditlərin  37  faizi  məhz  istehlak  kreditlərinin  payına 

düşür.Getdikcə  də  onların  payı  artır.Banklar  uzunmüddətli  kreditlərdən  yayınıb 

istehlak  kreditlərinə  üstünlük  verir.Istehlak  kreditlərinin  əməliyyət  xərcləri  çox 

olduğundan banklar faizləri də artırır.Kreditlərin faizini artırmaqla daha çox gəlir əldə 

edirlər.  Faiz  dərəcələrini  nə  qədər  artırsalar  da,  əhali  gəlib  kredit  alacaq,çünki 

insanların  bu  gün  kreditə  ehtiyacı  var.  Banklar  da  bundan  istifadə  edərək  faizləri 

artırır. Nəticədə mənfəətləri əvvəlki illərlə müqayisədə artır. 



                                                                                                                    Cədvəl2.11 

                                                            Bank fəaliyyətinin maliyyə nəticələri,mln manat 

Dövrlər 

Mənfəətlə 

işləyən 

bankların 

sayı 

Bank sisteminin 



ümumi mənfəəti 

(mənfəətlə 

işləyən banklar 

üzrə) 


Zərərlə 

işləyən 


bankların 

sayı 


Bank sisteminin 

ümumi zərərləri 

(zərərlə işləyən 

banklar üzrə) 

Bankların 

yekun 


mənfəəti (+) 

və ya zərəri (-

01.11.2013 



38 

299,29 


-13,54 


285,75 

01.11.2014 

38 

393,63 


-32,26 


361,37 

 



52 

 

Əhalinin  mənzil  şəraitinin  yaxşılaşdırılması  məqsədinə  xidmət  edən  ipoteka 



kreditləşməsinin  inkişafı  2013-cü  ildə  də  davam  etmişdir.  Hesabat  ilində  müvəkkil 

kredit  təşkilatları  vasitəsiləverilmiş  ipoteka  kreditlərinin  həcmində  2012-ci  illə 

müqayisədə 51% artım  müşahidə olunmuş vəümumilikdə, 2700-ə yaxın şəxsə 113,5 

mln.  Manat  ipoteka  krediti  verilmişdir.  2013-cü  ilin  sonuna  Azərbaycan  İpoteka 

Fondunun (AİF) vəsaitləri hesabına əhaliyə verilmiş ipoteka kreditlərinin sayı 13600-

ə, həcmi isə 534,7 mln. manata çatmışdır. Fondun yenidən maliyyələşdirilmiş kredit 

portfeli  360,9  mln.  manat  təşkil  etmişdir.  İl  ərzində  xüsusi  kateqoriyaya  daxil  olan 

gənc  ailələrin  üzvlərinə  (şəhid  və  Milli  Qəhrəman  ailəsinin  üzvləri,  məcburi 

köçkünlər,  dövlət  qulluqçuları,  elmi  dərəcəsi  olanlar,  idman  sahəsində  xüsusi 

xidmətləri olan şəxslər) və hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi 

istiqamətində  də  dövlətin  sosial  siyasəti  davam  etdirilmişdir.  Azərbaycan 

Respublikası  Prezidentinin  04  fevral  2013-cü  il  tarixli  811  nömrəli  Fərmanı  ilə 

«Azərbaycan  Respublikasında  güzəştli  ipoteka  kreditlərinin  verilməsi  Qaydaları»na 

dəyişiklik  edilmiş,  güzəştli  kreditlər  üzrə  maksimal  kredit  məbləği  35000  manatdan 

50000  manatadək artırılmışdır.  Fərmanla  güzəştli  ipoteka  krediti almaq  hüququ olan 

hərbi  qulluqçuların  dairəsi  genişləndirilmişdir.  Ötən  il  ərzində  verilmiş  güzəştli 

ipoteka  kreditlərininhəcmi  də  2012-ci  illə  müqayisədə  44%  artaraq  42,8  mln.  manat 

təşkil etmişdir. Ümumilikdə, 2007-2013- cü illərdə verilmiş güzəştli kreditlərin həcmi 

isə  114,7  (3200-ə  yaxın  kredit)  təşkil  etmişdir.  İpoteka  kreditlərinin  yenidən 

maliyyələşdirilməsi  üçün  dövlət  büdcəsindən  2005-2013-cü  illərdə  ayrılmış 

vəsaitlərin həcmi 176 mln.manata çatmışdır. 

2014-cü  ildə  bank  sektorunun  sabitliyi  və  dayanıqlığı  təmin  olunub,  sektor  aktiv 

olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib.Bankların kapitalizasiyası 

davam 


etdirilib.Bank 

aktivlərinin 

keyfiyyət 

göstəriciləri 

qənaətbəxş 

səviyyədədir.2014-cü ildə bank sektorunun aktivləri 21% artıb.Bank kreditləri 18%, o 

cümlədən  uzunmüddətli  kreditlər  19%  artıb.2014-cü  ildə  biznes  kreditləşməsinin 

genişlənməsi  davam  etdirilib.Biznes  kreditlərinin  cəmi  kredit  portfelində  xüsusi 

çəkisi  73%  olub.Biznes  kreditləri  18%,  o cümlədən,  sənayeyə  36%  artıb.Regionlara 



53 

 

kredit  qoyuluşlarında  isə  39%  artım  olub.2014-cü  ildə  yüksək  maliyyə  risklərinin 



qarşısını  almaq  üçün  istehlak  kreditləşməsinin  artımı  Mərkəzi  Bank  tərəfindən 

tənzimlənib.Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə 

azalaraq  19%-ə,  ipoteka  kreditləri  istisna  olmaqla  isə  13%-ə  enib.Avtomobil 

kreditlərinin  mütləq  həcmi  31%  azalıb.2014-cü  ildə  faiz  dərəcələrinin  azalması 

prosesi  davam  edib.Son  illərdə  kreditlər  üzrə  orta  faiz  dərəcələri  18%-dən  hazırda 

14%-ə, o cümlədən biznes kreditləri üzrə 10%-ə düşüb. 

2014-cü  ildə  də  ölkədə  ödəniş  infrastrukturunun  inkişafı  davam  edib.Son  10  ildə 

elektron  hesablaşmaların  həcmi 15 dəfə artaraq ÜDM-in 2  mislini təşkil edir.Plastik 

kartların sayı artıq 5.9  milyon ədədə çatır. Son 7  ildə kartlarla əməliyyatların  həcmi 

2.5  dəfə  artıb.POS-terminalların  sayı  təkcə  ötən  il  ərzində  2  dəfədən  çox  artıb. 

Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. 

Dünya təcrübəsi göstərir ki, banklar ekstensiv böyümə  modelindən tədricən  intensiv 

böyümə  modelinə   keçir,  mənfəət  anlayışı  isə  əməliyyat  effektivliyi  və  xidmət 

keyfiyyəti anlayışları  ilə daha sıx bağlı olmağa başlayır. Burada  həlledici amillərdən 

biri  bankların  əsas  mənfəət  mənbəyi  olan  faizlər  arasında  fərqin  bazarın  təsiri 

nəticəsində  aşağı  düşməsi,  digəri  isə  daha  çox  məlumat  və  seçimə  sahib  olan 

müştərilərin  dəyişən  tələbidir.Artıq  Azərbaycan  bankları  üçün  də  bu  tendensiyalar 

getdikcə aktuallaşır  və böyüməyin əsas  yollarından  biri  müştərilərə  fərqli  məhsulları 

effektiv yolla və keyfiyyətli şəkildə çatdırmaqdan keçir. 

 

 



 

 

 



 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə