Hamının Sevimlisi
13
edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə
minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.
Nacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu
uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir – məni
onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.
Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın
yoxluğundan 20 il keçdi.
Azadlıq Radiosunun “İz” proqramı bu nəcib xanımın xatirəsini yazıçı Teyyub
Qurbanla anır.
DÖġÜMDƏ KOMSOMOL NĠġANI VARDI
-
Teyyub müəllim, Sara xanımla necə tanış oldunuz?
-
Mən 1954-cü ildə Universitetin Jurnalistika fakultəsinə daxil olmuşam.
Universitet o zaman indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Sara xanımı ilk dəfə o
küçədə görmüşdüm. Əlində çanta, qoca, kimsəsiz bir qadın kimi... Bir il sonra Sara
xanımla elə universitetdə tanış oldum. Universitetin əsaslı kitabxanasının
şərqşunaslıq bölümü vardı. Onun müdiri Kiçikxanım adlı ziyalı bir xanım idi. O, bir
gün mənə dedi ki, yanıma bir qadın gələcək, de ki, onu qapıdan buraxsınlar. Gəlib
gördüm küçədə gördüyüm qadındır. Onunla içəri keçmək istədim, Kiçikxanım dedi
hələ gəlməginən. Çünki döşümdə komsomol nişanı vardı, rəsmi adamlardan da Sara
xanım çəkinirdi. Kiçikxanım dedi ki, hər cümə günü Sara xanım mənim yanıma gəlir.
Bir yerdə nahar edirik. Çantasında da yağını, pendirini, çörəyini gətirir. Və heç kimin
də çörəyini yemir. Gələn cümə gələrsən, tanış edərəm. Gəldim, tanış elədi ki, bu,
əlaçıdır, jurnalistikada oxuyur. Day demədi ki, mən komsomol katibiyəm (gülüşmə)
QAPISI AÇIQ OLARDI
Söhbətə başladıq. Dedim Sizin həyatınızla maraqlanıram. Beləcə tanış olduq.
Universiteti bitirəndə evinə də getdim. O, Şərifzadə küçəsində yaşayırdı. Birinci
mərtəbədə tək qalırdı. Qapısı həmişə açıq olardı. Qapını döyərdin, deyərdi ki, gəlirəm.
Əşir Bəşiroğlu
14
Gözləri yaxşı görmürdü onun. Tanıdığı adamların əlini sıxmaqla kim olduğunu
bilərdi. Bir neçə dəfə getdim yanına, həyatını mənə danışdı. O zamanlar bir jurnalist
vardı – Mailə Muradxanova, ona
dedim ki, belə bir yazı yazmaq istəyirəm. Dedi, yaz!
Mən də yazdım. Arxivlərdən də sənədlər tapdım. Sonra da yeni sənədlər əlavə edib
“Sara” adlı bir əsər yazdım. Təəssuflər olsun ki, az tirajla çıxıb – cəmi 200 nüsxə.
Amma onu təkrar nəşr etdirmək fikrim var.
SARA XANIM ĠNDĠKĠ TARĠX MUZEYĠNĠN BĠNASINDA DUNYAYA
GƏLĠB...
Sara xanım indiki Tarix muzeyinin binasında dünyaya gəlib, atasının binasında
– 1899-cu il mayın 20-də. Günləri cox firavan keçib. Hacı Zeynalabdin başqa
milyonçular kimi var-dövlətini kef məclislərində qoymurdu. Bir dəfə halalca ailə
qurub – buzovnalı Zeynəb xanımla. Onun vəfatından sonra bir neçə il evlənməyib.
İkinci dəfə general Ərəblinskinin qızı Sona xanımla ailə qurub. Ondan olan övladları
da çox istedadlı olub. Onlar piano çalıblar, bir neçə dil biliblər. Ədəb-ərkan, ataya
hörmət olub. Hacı Zeynalabdin İçərişəhərdə doğulub. Uşaqlıqdan azan səsi eşidib.
Quranı oxuyub, Həcc ziyarətinə gedib. Ona görə Hacı Zeynalabdin çağırılıb. İslam
tərbiyəsi Hacının ata-anasının da, övladlarının da qanına hopub. Sara xanım da
atasının açdığı Qızlar Məktəbini bitirəndən sonra Peterburq Universitetinə daxil olub.
Əla oxuyub. Oranı bitirəndən sonra onların firavan həyatına son qoyulub.
HACI CUMHURĠYYƏTĠ YARADANLARDAN BĠRĠDĠR
Hacı Zeynalabdin olmasaydı, Azərbaycan Cumhuriyyətinin iqtisadi bünövrəsi
olmayacaqdı.
Cumhuriyyət baniləri – xüsusən M.Ə.Rəsulzadə Hacının yaxın adamı olub.
Hacının var-dövləti Müsavat Partiyasına xərclənib. Bu partiya “İsmailiyyə” binasında
yerləşirdi. Yəni, Hacı Zeynalabdin Tağıyev müstəqil Azərbaycan Cumhuriyyətini
yaradanlardan biridir. İndi məni yandıran budur ki, nə Tağıyevə qiymət verirlər, nə də
qızı Sara xanıma. Heykəlini götürüblər. Mən başa düşmürəm Tağıyevin əzəmətli