ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Əşir Bəşiroğlu 
102 
 
H.Z.Tağıyevin  fəaliyyətində  geniş  yerlərdən  birini  torpaq  sahələri  ilə 
əməliyyatlar, ev, mülk və digər əmlakın alınması tuturdu. Yuxarıda Tağıyevin 26 min 
desyatinlin  “Yevlax  mülkü”nü  alması  qeyd  olunmuşdur.  1900-cü  ildə  Mir  Əhməd 
xan  Talışxanovun  mülkünü  –bütün  kəndləri,  Ərkivan  prıstavlığındakı  torpaqları  və 
Lənkəran  şəhərindəki  evi  ilə  birlikdə  Tağıyevə  girov  qoydu.  Sonradan  bu  mülkün 
sahiblik hüququnu ələ keçirən Tağıyev, onun idarəsini vəkili Hacı Hüseyn Tağıyevə 
tapşırdı.  
H.Z.Tağıyevin başlıca fəaliyyət sahəsi, sənaye müəssisələri tikmək üçün torpaq 
sahələri  almaqdan  ibarət  idi.  H.Z.Tağıyev  Bakıda  ən  iri  ev  sahiblərindən  biri  idi. 
Lakin  tam  məlumatlar  olmadığından  ona  məxsus  olan  evlərin  dəqiq  sayını 
müəyyənləşdirmək mümkün deyildir.  
XX yüzilliyin əvvələrində Rusiyanın bir çox şəhərlərində H.Z.Tağıyevin ticarət 
firmasının  nümayəndəlikləri  açılmışdır.  Moskvada  onun  dördmərtəbəli  ayrıca  evi, 
İranda  karvansarası  var  idi.  Bakıda  qızğın  ticarət  mərkəzlərindən  biri  Tağıyevin 
Passajı idi.  
 
BAKI TĠCARƏT BANKI 
Bu  dövrədək  Bakıda  yaranmış  kredit  müəssisələri  şəbəkəsinə  1904-1913-cü 
illərdə “H.Z.Tağıyev” bankir kontoru da əlavə olundu. Onun özü isə dövlət bankının 
uçot  komitəsinin  üzvü  seçilmişdir.  Bəzi  digər  Azərbaycan  kapitalistləri  kimi, 
H.Z.Tağıyev  də  iri  Rusiya  banklarının  himayə  etdiyi  arzuolunmaz  müştərilərindən 
birinə  çevrilmişdir.  Təkcə  dövlət  bankındakı  veksellərin  uçotuna  görə  1907-ci  ildə 
Tağıyevə  300  min  manat  kredit  verilmişdir.  Dövlət  bankının  Bakı  şöbəsi 
H.Z.Tağıyevə verilmiş kredit barədə bildirirdi ki, “müştəriyə məxsus əmlakın dəyəri 
ilə  müqayisədə  açılmış  kreditlər  olduqca  az  hesab  edilməlidir”.  Bu  o  demək  idi  ki, 
Tağıyevə daha böyük kredit vermək olardı, çünki Bankın hesablanmalarına görə, bu 
zaman Hacının varidatı 16 milyon manat məbləğində qiymətləndirilmişdi.  
XIX yüzilliyin 90-cı illərindən ticarət və sənayenin çoşğun inkişağı ilə səhmdar 
kommersiya bankları sayca artdı və fəaliyyət forması dəyişdi. Özünün “H.Z.Tağıyev” 
adlı  xüsusi  bankir  kontoru  əsasında  Bakıda  tacir  bankının  açılması  sənaye 


Hamının Sevimlisi 
 
103 
 
müəssisələrini  daha  geniş  miqyasda  və  bilavasitə  müliyyələşdirilməsi,  ilk  növbədə 
Azərbaycan  sahibkarlarına  hər  cür  kömək  göstərilməsi  sahəsində  Tağıyevin 
planlarının  həyata  keçirilməsi  idi.  Lakin  bu  planı  ancaq  birinci  dünya  müharibəsi 
ərəfəsində  real  surətdə  həyata  keçirmək  mümkün  oldu.  Bakı  tacir  bankının 
nizamnaməsi  1913-cü  ildə  təsdiq  edildi. Nizamnaməyə  grə  20  səhm  1  həlledici  səs, 
50  səhm  2,  80  səhm  3,  120  səhm  4  həlledici  səsə  malik  olmaq  hüququ  verirdi.  Az 
səhm  sahiblərinin  də  mənafeyi  nəzərə  alınmışdı.  Məsələn,  20-dən  az  səhmə  malik 
olan  səhmdar  1  və  daha  çox  səs  hüququ  almaq  üçün  ümumi  ehtibarnamə  üzrə  öz 
səhmlərini birləşdirə bilərdilər.  
1914-cü  il  aprelin  12-də  Bakı  tacir  bankı  səhmdarlarının  birinci  ümumi 
yığıncağı olmuş, burada bankın aprelin 15-də işə başlaması qərara alınmışdır.  
Səhmdarların  ilk  ümumi  qığıncağı  H.Z.Tağıyevin  Qorçakov  küçəsindəki 
evində,  Bankın  yerləşdiyi  binada  keçirildi.  Tağıyev  yığıncağı  açaraq  bildirdi  ki,  bu 
vaxtadək  Nizamnamənin  6-cı  və  61-ci  paraqraflarına  uyğun  olaraq,  332  səs  hüququ 
verən bütün 12 000 səhmin pulu verilmiş və səhmdarlar kitabına salınmışdır, ümumi 
yığıncağa  özlərinə  görə  və  10 053  səhmlə  razılaşma  üzrə  155  səsə  malik  olan  38 
səhmdar gəlmişdir.  
H.Z.Tağıyevin  Tacir  bankı  qısa  müddətdə  təsisçilərin  ümüdlərini  doğrultdu. 
Onun  müştərilərinin  sayı  kreditcə  artırdı,  həm  də  “müştərilərin  xeyli  faizi 
müsəlmanlar  idi”  .  Volqa-Kama  bankı  Bakı  şöbəsinin  arayışında  bildirilirdi  ki, 
Tağıyev “çox varlı və kommersiya dairələrində hörmət və ehtibara malik bir adamdır. 
Səhmdarların  1915-ci  il  fevralın  15-də  keçirilmiş  yığıncağında  H.Z.Tağıyev,  Əlibəy 
Aşurbəyov,  Ağa  Muxtarov,  Səfər  Əliyev,  Zeynalbəy  Səlimxanov  Bank  Şurasının 
üzvü  seçildilər.  Ümumi  yığıncağın  qərarına  əsasən  və  maliyyə  nazirinin  icazəsi  ilə 
bank ümumi məbləği 2 mln manat olan 8 min yeni səhm buraxdı. Bu əsas kapitalın 5 
mln. manatadək artırılması demək idi.  
Bakı  rayonunun  kredit  müəssisələri  arasında    Bakı  tacir  bankının  səhmlərinə 
böyük  tələbat  var  idi.  Eyni  zamanda  tacir  bankı  da  digər  bankların  qiymətli 
kağızlarına  maraq  göstərirdi.  Məsələn:  onun  idarə  heyəti  1916-cı  il  noyabrın  12-də 


Əşir Bəşiroğlu 
104 
 
hər biri 149 manat 50 qəpik olan Petroqrad kommersiya bankının 5800 səhmini satın 
aldığını bildirirdi. 
Hörmətli  oxucular  bütün  bu  yazdıqlarımızdan  H.Z.Tağıyevin  nece  adam 
olduğu gün kimi aydın olur. O, nə iş görür, görsün xalqın mənafeyi ilə öz mənafeyini 
paralel  aparır.  Hətta,  bəzən  xalqın  mənafeyini  öz  mənafeyindən  üstün  tutur.  Buna 
misal olaraq dəyəri 20 milyon manat olan öz neft şirkətini 5 milyon manata satmasını 
göstərmək olar. Hacı özü qeyd edir ki, neft şirkətində yüzlərlə adam özünə çörək pulu 
qazanırdısa, toxuculuq fabrikində minlərlə adam özünə çörək pulu qazanır.  
 
AZƏRBAYCAN DEMOKRATĠK RESPUBLĠKASININ YARANMASI 
1918-ci  ilin  yazında  Azərbaycan  Demokratik  Respublikasının  yaranması 
Azərbaycan xalqı qarşısında mədəni, ictimai, iqtisadi, siyasi rejimlərin dəyişdirilməsi 
və  müstəqillik  uğrunda  gərgin  silahlı  mübarizə  nəticəsində  gənc  dövlətin  daxili 
vəziyyəti son dərəcə ağır idi. H.Z.Tağıyev əsl vətənpərvər kimi öz vətəninin taleyinə 
ürəkdən  yanırdı.  Bu  1919-cu  ilin  iyunun  29-da  onu  Azərbaycan  Demokratik 
Respublikası Nazirlər Şurasının sədri N.Yusifbəyliyə müraciət etməyə sövq etmişdi. 
Həmin məktubda Azərbaycanın iqtisadi vəziyyətinin dərin təhlili verilmiş, hökümətin 
maliyə  siyasətinin nöqsan  və  qüsurları  göstərilmişdir.  O,  yazırdı  ki,  “Ölkədə qayda-
qanunu  və  ədaləti,  şəxsiyyət  və  mülkiyyət  hüquqlarına  hörməti  elan  edən  qanuni 
hakimiyyət  bərqərar  olan”  bir  vaxtda  respublikada  bürokratik  təzyiqlərin  və 
məhdudluqların bütöv bir şəbəkəsi qurulmuşdur. Bu siyasət həddən artıq girovlarda, 
cərimələrdə, aparılan neftin müqabilində başqa yox, hökmən bu məhsulun gətirilməsi 
barədə tərəddüdlərdə və i.a. öz əksini tapmışdır ki, bu da dövlətin xeyrinə ziddir. Elə 
bir  qayda  yaradılmışdır  ki,  mal  göndərilməsi  üçün  verilən  icazə  alver  və 
qarmaqarışıqlıq  obyekti  olmuş,  əməliyyatın  özü  isə  təhlukəli  möhtəkirlik  işinə 
çevrilmişdir.  Nəticədə  dövlətin  iqtisadi  müstəqiliyi  üçün  son  dərəcə  vacib  olan 
ticarətin aktiv balansı aşağı düşmüşdür. 
Bu kədərli vəziyyətdən çıxış yolunu H.Z.Tağıyev əvvəla, şəxsi təşəbbüsə geniş 
meydan  verilməsində,  ikincisi  isə  aparılan  bütün  malların  haqqının  hökmən 
Azərbaycan valyutası ilə ödənilməsində görürdü. 


Hamının Sevimlisi 
 
105 
 
O, qeyd edirdi ki, “Əhalinin istismarina qarşı ən yaxşı təminat öz təbiəti etibarı 
ilə,  ancaq  möhtəkirlik  və  sui-istifadə  törədən  qadağan  sistemi  deyil,  azad  bir 
rəqabətdir”.  Qadağan  sisteminin  sənaye  və  ticarətin  inkişafına  necə  fəlakətli 
nəticələrə  gətirdiyini  görən  Tağıyev  ticarət  və  sənaye  idarələrinin  siyasəti  ilə 
müəssisələrin  üzərinə  qoyulan  bütün  məhdudiyyətlərin  aradan  qaldırılmasını 
məsələnin yeganə düzgün həlli hesab edirdi. Firmalara öz məhsulunun  sərəncamçısı 
kimi qanuni hüquqlar vermək lazımdır.  
Axırda  H.Z  Tağıyev  yazırdı  ki,  onu  hökümətin  başçısına  müraciət  etməyə 
vadar edən tacir və sənayeçi kimi şəxsi marağı deyil, “Səmimi vətənpərvərlik hissi və 
belə  bir  inamdır  ki,  dövlətin  möhkəmliyi  onun  həqiqi  siyasi  müstəqilliyi  əsasında 
mümkündür. Siyasi mənada azad vətəndaşlar, azad sənaye və ticarət olacaqlar”. H.Z. 
Tağıyevin  hökümətin  başçısına  açıq  məktub  yazmaqda  məqsədi  yeni  yaranmış 
dövlətə maddi kömək etmək və qayda qanun yaradılması arzusunda olamsıdır. 
Məlumdur  ki,  Hacı  yazı-pozu  bilməzdi.  İmzasını  yazmağı  güclə 
öyrənmişdir.”T”və  “Z”  hərflərini  birtəhər  yazıb  ,  doqquz  dənə  xətt  çəkərdi.  Ancaq 
onun  güclü  yaddaşı  vardı.  O,  fars,  ərəb,  fransız,  və  rus  dillərində  çıxan  qəzetləri 
oxutdurar,  tərcümə  etdirər  və  əsas  faktları  yadında  saxlardı,  hansı  məqalənin  hansı 
qəzet və  jurnalda olmasını dəqiq  yadında  saxlayar  və savadlı adamlarla  mübahisəyə 
girərdi. 
XIX  yüzilliyin  yetmişinci  illərində  heç  kimin  tanımadığı  hacı  qısa  müddətdə 
80-ci  illərdə  nəinki  Azərbaycanda,  hətta  onun  hüdudlarından  çox  uzaqlarda, 
Rusiyanın  ucqar  yerlərində,  bütün  Yaxın  Şərqdə  tanındı,  məşhurlaşdı.  Nəinki  XX 
yüzilliyin  Azərbaycan,  Bakı  mətbuatında,  hətta  onun  sərhədlərindən  çox-çox 
uzaqlarda  olan  mətbuat  səhifələrində  öz  əksini  tapmışdı.  Biz    bu  kitab  üzərində  işi 
onun  haqqında  həmin  mətbuat  orqanlarında  öz  əksini  tapmış  yazıları  verməklə 
tamamlamaq istəyirik. 
Böyük rus dramaturqu A.N. Ostrovski 1888-ci ildəki, səyahətindən sonra H.Z. 
Tağıyevi çox ağıllı adam, böyük rus alimi D. Mendeleyev isə onu təvazökar xadim, 
ağıllı və ehtiyatlı adam adlandırmışdır. 


Əşir Bəşiroğlu 
106 
 
N. Nərimanov 1900-cü ildə çap olunmuş (“Hacının 50 illik məişəti və caamata 
xidmətləri”)  və  1903-cü  ildə  Orucov  qardaşlarının  mətbəəsində  Azərbaycan  və  fars 
dillərində çıxan “sərvət və səxavətdə məşhur Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-
əhvalı”,  Tağıyevə  gələn  məktub,  teleqram  və  təbriklərin  toplandığı,  1904-1906-ci 
illərdə çap olunmuş 2 cildlik “Hümamül rical” kitabını vərəqlədikcə Hacı zəhmətkeş, 
vətənpərvər,  humanist,  maarifpərvər,  yetim-yesirin  dadına  çatan  bir  insan  kimi 
gözlərimiz önündə canlanır.  
O zaman hacının səxavətinə mahnılar da qoşmuşdular. Budur onlardan biri: 
Hacı Zeynalabdin 
Xoş bəndədir xudaya 
Açıb dügü anbarın 
Paylayır füqaraya 
Hacı məhz bu insani xüsusiyyətləri  ilə başqalarından fərqlənirdi. Varlandıqca 
onun  daxili  və  mənəvi  keyfiyyətləri  daha  da  durulurdu.  Tağıyev  heç  zaman  özünü 
cəmiyyətdən  xaric  hiss  etməmişdir.  O,  ətrafında  baş  verən  hadisələrin  həmişə 
mərkəzində olmağa çalışmışdır. XX əsrin əvvəllərində Bakının tarixində ele bir tarixi 
hadisə olmamışdır ki, H.Z. Tağıyev orada birinci şəxs kimi çıxış etməsin. Maarif və 
mədəniyyət  məsələləri  onu  daha  çox  narahat  edirdi.  Şəhərin  abadlaşması  və  su  ilə 
təhcizi Tağıyevi hər zaman düşündürürdü. “Təzə həyat ” qəzetinin 10 aprel 1907-ci il 
tarixli 8-ci nömrəsində Haşım bəy Vəzirov Hacının fəaliyyətindən danişaraq yazırdı: 
“Hacı  Zeynalabdin  Tağıyevin  müsəlman  milləti  üçün  elədiyi  xidmətlərini  durub 
burada  bir-bir  saymaq  fikrinə  düşsək,  heç  olmasa  bir  ay  qəzetimizi,  ancaq  bu 
təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik.” 
H.Z  Tağıyev  böyük şəxsiyyət  idi.  Öz  şəxsi ləyaqəti  ilə də hamının  nəzərində 
yüksəlmşdi.  “Baku”  qəzeti  1912-ci  il  18  mart  tarixli  məqalələrinin  birində  belə 
yazırdı: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram 
və  məhəbbətlə  çəkilir.  Müsəlmanlar  arasında  Tağıyevdən  başqa  xeyli  varlı 
müsəlmanlar  da  vardı.  Lakin,  onlar  deyil,  məhz  Tağıyev  Qafqaz  müsəlmanlarının 
mərkəz dayağı oldu. Şübhəsiz, onda elə bir cəhət var ki, xalq kütləsini özünə çəkir, öz 
ləyaqəti ilə onları zəbt edə bilir”. Sonra qəzet bu cəhətin mahiyyətini açaraq, sözünə 


Hamının Sevimlisi 
 
107 
 
davam  edirdi:  “Qoy  elə  bilməsinlər  ki,  Tağıyevi  xoşbəxtlik  yüksəkliklərə  qaldırmış, 
milyonlara  çatdırmışdır.  Doğrudur,  bəxt  və  uğur  böyük  işdir,  lakin,  uğurdan  başqa 
ağıl da, güc də lazımdır, dəmir inadkarlıq, insan əməyi də lazımdır. 
Bakıya qonaq gəlmiş səyyah və yazıçılar da H.Z. Tağıyev haqqında xoş sözlər 
söyləmişlər. XIX əsrin axırlarında Bakıda olmuş Şair Zeynalabdin Marağayi özünün 
“İbrahim bəyin səyahət”ində yazırdı: “Deyilənə görə Bakıdakı müsəlman tacirlərdən 
bəzisinin  bir  neçə  milyon  sərvəti  vardır.  Bunların  içərisində  H.Z.  Tağıyev  öz 
dindarlığı  və  səxavəti  ilə  hamının  hörmətini  qazanmışdır.  Danışırlar  ki,  o, 
müsəlmanlarının maariflənməsi tərəfdarıdır, xeyriyyə işləri ilə məşğul olur və islamın 
ən qızğın tərəfdarlarındandır. Allah belə müsəlmanları bizə çox görməsin.” 
Keçən əsrin 90-cı illərində Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı 
Hacının  qonağı  olmuşdur.  O,  Hacının  insanpərvərliyinə  və  vətənpərvərliyinə  elə 
valeh olmuşdur ki, vətənə qayıtdıqdan sonra İngiltərənin edinburq şəhərində öz pulu 
ilə Hacının abidəsini ucaltmışdır. 
Farnsanın  görkəmli  coğrafiyaşünası  Baron  de  Bey  1901-ci  ildə  çap  etdirdiyi 
“Tatarların yanında” adl kitabında Bakının tarixi abidələri və görkəmli şəxsiyyətləri 
barədə geniş məlumat vermişdi. Həmin kitabın bir nüsxəsinin üstündə alim yazmışdı: 
“Hacı cənablarına son dərəcə hörmət əlaməti olaraq təqdim edirəm. Boron de Bey. 30 
avqust-12 sentyabr, 1901-ci il.” 
“Baku”  qəzetinin  9  mart  1912-ci  il  tarixli  nömrəsində  Hacının  bütün 
Rusiyadakı  şöhrətindən  danışan  jurnalist  yazırdı:  “Bütün  Rusiya  Tağıyevi  tanıyır. 
Yalnız  Moskvada,  Peterburqda  deyil,  hər  hansı  yerə  gəldikdə,  orada  söhbət 
Qafqazdan, Bakıdan düşdükdə, sizə mütləq deyəcəklər:  
-Hə, hə...Tağıyev yaşayan yer” 
Tağıyevin Rusiyanın hər bucağında belə tanınması onun milyonları sayəsində 
idimi? Qətiyyən yox, Hacı haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları 
barədə  deyil,  insanpərvərliyi  və  maarifpərvərliyi,  xalqa  əl  tutması  haqqında 
ağızdolusu  söhbət  açırdılar.  1912-ci  il  mart  ayında  “Baku”qəzeti  yazırdı:  “Tağıyev 
bütün  Qafqaz  müsəlmanlarının  fəxridir.  Onun  adı  həmişə  ehtiram  və  məhəbbətlə 


Əşir Bəşiroğlu 
108 
 
çəkilir.  O,  müsəlmanlrın  qeyri-rəsmi  hökümdarıdır.  Bu  hökmranlıq  və  qüdrətin,  bu 
tanınmanın  sirri  nədədir?  Sərvətdəmi?  Halbuki,  müsəlmanlar  arsında  ondan  da 
dövlətliləri var. Lakin, onlar deyil məhz Tağıyev Qafqazda mərkəzi fiqura olmuşdur.” 
Adi  bənna,  savadsız  azərbaycanlı  olan  Tağıyev  xalqın  ən  aşağı  təbəqəsindən 
çıxaraq  ucalmış,  böyük,  parlaq,  orijinal  bir  şəxsiyyətdir.  O,  böyük  kamal  və  enerji 
sahibidir. 
Məlumdur ki, 1912-ci ilin mart-aprel aylarında Tağıyevlə mühəndis Behbudov 
arasında baş  vermiş  bir  əhvalat  əsasında məhkəmə  prosesi  olmuşdu.  Bu kiçik daxil 
ailə  məsələsi  idi.  Hacının  düşmənləri  ilk  növbədə  erməni  varlıları  tərəfindən  Hacını 
rüsvay  etmək  məqsədilə  qızışdırlmışdır.  Uzun  sürən  məhkəmə  prosesindən  sonra 
Hacı bəraət qazanmışdı. Böyük sensasiyaya səbəb olan bu hadisə ilə əlaqədar Duma 
üzvü, ədliyyə vəkili V.İ.Maklanov belə yazırdı: “Bakıya çağrıldıqda mənə dedilər ki, 
bu  iş  Tağıyevin  əleyhinə  düzəldilmiş  intriqadan  başqa  bir  şey  deyildir.  Tağıyev 
özlüyündə  ictimai  bir  xadim,  müsəlmanların  xeyixahi  kimi  hər  cür  müdafiəyə 
layiqdir.  Proses  zamanı  heç  bir  şahid,  hətta  Behbudovun  dostları  belə  Tağıyev 
barəsində pis danışmırdılar.  
H.Z.Tağıyev  1908-ci  il  fevralın  12-də  “Təzə  həyat”  qəzetində  nəşr  etdirdiyi 
“Mənim  təcrübəmdən”  məqləsində  yazırdı  ki,  “Kasıb  olduqları  üçün  atamdan  və 
anamdan  məhəbbət və  nəvazişdən başqa bir  şey  görməmişəm  və  indiki vəziyyətimə 
görə bu məhəbbətə və nəvazişə borcluyam. Mənim ən çox sevdiyim iş mənim sənaye 
işimlə  yanaşı,  mən  belə  hesab  edirəm  ki,  bundan  da  artıq  məni  öz  xalqımın 
məsələləri,  onun  gələcək  xoşbəxtliyi  və  həyatının  davamı  məşğul  edir.  Bu  məqsədə 
nail  olmaq  üçün,  mən  belə  hesab  edirəm  ki,  xalqımın  tərbiyyəsi  və  maariflənməsi 
lazımdır. Xalqımın maariflənməsi və tərbiyylənməsi zərurətini görərək, mən qüvvəm 
çatana  qədər  kömək  etməkdən  çəkinmədim.  Bunu  isə  kiçik  uşaqların  tərbiyyəsi  və 
maariflənməsində,  böyüklər  üçün  isə  kitab  və  qəzetlərin  nəşrində  gördüm.  Bu  işə 
qayğı  göstərdim  və  göstərməkdə  davam  edəcəyəm.  Söylədiklərimə  yekun  vuraraq 
mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi 
ana qucağının tərbiyyəsi ilə bağlıdır”  


Hamının Sevimlisi 
 
109 
 
H.Z.Tağıyevin  çox  təvaze  ilə  söylədiyi  bu  sözlər,  onun  fəaliyyətinin  cüzi  bir 
hissəsini əks etdirir. Qədir bilən xalqımız, nəhayət, özünün böyük oğluna qəlbinin ən 
dərin  güşəsində  gizlətməyə  məcbur  olduğu  böyük  minnətdarlığı  nümayiş  etdirmək 
imkanı əldə etmişdir.  
Xalq  arasında  “el  atası”  adı  ilə  tanınan  məşhur  maarifpərvər  milyonçu, 
messenat  Hacı  Zeynalabdin  tağıyevin  adını  əbədiləşdirmək  məqsədilə  Mərdəkanda 
dəfn  olunduğu  qəbirstanda  abidə  ucaldılmış,  keçmiş  Nasosnu  qəsəbəsinə,  Bakı 
şəhərindəki  vaxtilə  yaşayış  evi  (indiki  Azərbaycan  tarixi  muzeyi)  olan  küçəyə, 
Mərdəkan  qəsəbəsində  bir  küçəyə,  Mərdəkanda  tikdirdiyi  məktəbə  (indiki  123 
nömrəli  məktəb)  onun  adı  verilmişdir.  Son  zamanlarda  H.Z.  Tağıyev  xeyriyyə 
cəmiyyəti yaradılmış, adına mükafatlar təyin olunmuş, bir sıra digər tədbirlər həyata 
keçirilmişdir. 
 
 
 


Əşir Bəşiroğlu 
110 
 
SON  SÖZ 
Xalqımızın  böyük  oğlu  həmişə  ürəklərdə  yaşayan,  məşhur  azərbaycanlı 
milyonçu, messenat Rusiya imperiyasının həqiqi dövlət müşaviri, müsəlman şərqində 
ilk  qızlar  məktəbinin  (Tağıyev  qızlar  məktəbi)  yaradıcısı,  maarifpərvər.  Xeyriyyəçi 
insan olan H.Z. Tağıyev haqqında  kitab yazmaq mənim çoxdanki arzum idi. Lakin, 
müəyyən əsaslı səbəblər üzündən bu iş xeyli gecikmişdir. 
Bildiyimiz kimi, Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, 
həm  böyük  balıq  sənayeçisi  (bütün  Kür  ətrafı  və  Xəzər  qırağı  vətəgələr  onun 
ixtiyarında  idi),  həm  bankir,  həm  də  ticarət  və  yük  gəmilərinin  sahibi  idi.  Quba 
tərəfdə Atlıxanda, Yevlax tərəfdə böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də 
Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o 
cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı. 
Yuxarıda  qeyd  etdiyim  kimi  H.Z.Tağıyev  haqqında  kitab  yazmaq  mənim 
çoxdankı  arzum  idi.  Nəhayət  bu  il  mən  arzumu  həyata  keçirməli  oldum.  Kitabı 
yazarkən  aşağıdakı  ədəbiyyatlardan  istifadə  etmişəm.  1.  Azərbaycan  tarixindən  yüz 
şəxsiyyət.  2.  Azərbaycan  xalq  Cümhuriyyəti  ensiklopediyası.  3.  Hacı  Zeynalabdin 
tağıyev adlı kitabdan. 4. El atası kitabından. 5. Bakı milyonçuları kitabından və sair. 
Elə  böyük  Şəxsiyyət  haqqında  oxuculara  bəzi  məlumatları  verə  bilmişəmsə 
özümü  xoşbəxt  sayaram.  Kitaba  qiyməti  əlbəttə  oxucularım  verəcəkdir.  Bu  kitab 
mənim  oxucularla  11-ci  görüşümdür.  Mən  KİVİHİ-nin  və  Azərbaycan  yazıçılar 
birliyinin üzvüyəm.  Qızıl qələm və xalqın nüfuzlu ziyalısı fəxri diplomları ilə təltif 
olunmuşam. 
 
 


Hamının Sevimlisi 
 
111 
 
ƏġĠR  BƏġIROĞLUNUN  NƏġR  OLUNMUġ  KĠTABLARININ 
SĠYAHISI 
 
Sıra 
N-si 
Kitabın adı 
Nəşriyyatın adı 
Nəşr 
tarixi 
Səhifə 
Nüsxə 

Xatirəyə dönən günlər 
Memar nəşriyyatı 
2005 
225 
300 

İşıqlı şəxsiyyətlər 
unudulmur 
Memar nəşriyyatı 
2006 
300 
500 

Dağlar ağladı 
Min bir mahnı 
nəşriyyatı 
2007 
340 
300 

Mətanət 
Hərbi nəşriyyatı 
2008 
184 
250 

Mənim ana dilim 
Hərbi nəşriyyatı 
2008 
196 
300 

Yarımçıq ömür 
Hərbi nəşriyyatı 
2008 
176 
400 

Nəbi yurdu 
Hərbi nəşriyyatı 
2009 
420 
300 

Qəm karvanı 
Hərbi nəşriyyatı 
2011 
424 
300 

Dünya düzəlməz 
Təknur nəşriyyatı 
2011 
304 
250 
10 
Pələng, şir və ayı 
Təknur nəşriyyatı 
2012 
370 
300 
11 
Hamının sevimlisi 
Təknur nəşriyyatı 
2012 
200 
250 
 
İnternet ünvanı: www.anl.az 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə