ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Əşir Bəşiroğlu 
24 
 
maliyyələşdirilməsi  yerli  sahibkarlara  maddi  dəstək  verilməsi  sahəsində  əhəmiyyətli 
tədbirlər həyata keçirmişdir.  
1879-cu  ildə  Bakı  şəhər  Dumasının  üzvü  seçilən  Tağıyev  şəhərsalma 
məsələlərinə  böyük  diqqət  verir.  1905-ci  ildə  Tağıyev  şəhər  özünüidarəetmə 
sistemində  müsəlmanların  hüquqlarını  məhdudlaşdıran  qanunların  ləğv  olunmasını 
təklif etmişdir. 1904-cü ildə Şollar-Bakı su kəmərinin tikintisinə şəxsi vəsaitindən də 
xeyli pul ayırmış, ingilis mütəxəssislərini bu kəmərin çəkilməsinə dəvət etmişdir.  
Hacı  Zeynalabdin  Tağıyevin  xeyriyəçilik  tədbirləri  xalqın  yaddaşına  əbədi 
həkk olunmuşdur. Bakıda ilk teatr binasını o, inşa etdirmiş, müsəlman qızları üçün ilk 
tədris  məktəbi,  Abşeronda  fəhlələr  üçün  ilk  qəsəbə  saldırmışdır.  Qəsəbədə  abad 
evlərdən başqa ambulatoriya və məktəb də var idi. Onun vəsaiti hesabına kitablar, o 
cümlədən Seyid Əzim Şirvaninin, Sultanməcid Qənizadənin, Nəriman Nərimanovun 
və  başqalarının  kitabları  çap  etdirilmiş,  onlardan  bəziləri  Tağıyevin  hesabına  xarici 
dillərə  tərcümə  edilib  nəşr  olunmuşdur.  Tağıyev  1895-ci  ildə  “Kaspi”  qəzetini  və 
nəşriyyatını  alır.  “Kaspi”  nəşriyyatında  çap  olunan  ilk  kitab  “Quran”  olmuşdur. 
(Azərbaycan  dilində).  O,  maarifçiliklə  məşğul  olan  digər  qəzet  və  jurnalların 
nəşrlərinə də böyük sərmayələr qoymuşdur.  
Milli  kadrların  hazırlanmasında  Tağıyevin  müstəsna  xidmətləri  olmuşdur.  O, 
öz  hesabına  tələbələri  Rusiyanın  müxtəlif  ali  məktəblərində  oxudurdu.  Onun 
köməyini almış şəxslər arasında Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan 
bəy  Topçubaşov, Qara  bəy  Qarabəyli, Behbud  ağa  Cavanşir, Lütfəli  bəy  Behbudov, 
Nəsib  bəy  Yusifbəyli,  Mirzə  Davud  Hüseynov,  Maxac  Daxadayev,  Mir  Həsən 
Vəzirov,  Xudadat  bəy  Məlikaslanov,  Şövkət  Məmmədova,  Ruhulla  Axundov  və 
onlarca başqalarını göstərmək olar.  
1902-ci  ildə  Şamaxı  Zəlzələsi  zamanı  Tağıyev  bu  şəhərin  əhalisinə  böyük 
köməklik göstərmişdir. Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, rus, türk dilində 
kitablarla, tədris vəsaiti və məktəb avadanlığı ilə təmin etdirirdi. Onun “Nəşri-maarif”, 
“Nicat” cəmiyyətləri kitab və dərsliklərin çap edilməsində qabaqcıl yerləri tuturdular. 
O,  həmçinin  Bakı  texniki  məktəbində  12  yoxsul  müsəlman  tələbəni  öz  hesabına 
oxudurdu.  Bakıda  texniki-kommersiya  və  peşə  məktəblərinin  açılmasına,  onlarda 


Hamının Sevimlisi 
 
25 
 
kabinet  və  laboratoriyaların  təşkil  edilməsinə  əlavə  yardım  göstərirdi.  Tağıyev  öz 
hesabına yaşlılar üçün rus dili kursları təşkil etmişdi.  
1905-1911-ci illərdə Cənubi Azərbaycanda baş verən hadisələr zamanı Tağıyev 
inqilabçılara  maliyyə  köməyi  göstərmişdir.  O,  İranda,  Türkiyədə,  Hindistanda, 
Misirdə  və  başqa  müsəlman  ölkələrində  məktəblərə,  xeyriyyə  cəmiyyətlərinə  böyük 
vəsait  keçirmiş,  Rusiya  müsəlmanlarına  da  yardım  etmişdir.  Tağıyev  Moskva, 
Peterburq,  Odessa,  Vladiqafqaz,  Tiflis,  Kutaisi,  Xarkov,  Mahaçqala,  Həştərxan 
şəhərlərində,  eləcə  də  Krımın,  Sibirin,  Volqaboyu  ərazilərin  müxtəlif  şəhərlərində 
türk  dilində  məktəblərin  açılmasına  böyük  həcmdə  sərmayə  qoymudur.  Dərbənddə 
qızlar məktəbi onun vəsaiti hesabına fəaliyyət göstərirdi. Tağıyev Peterburqda gözəl 
bir məscid inşa etdirmişdir. Maraqlıdır ki, Misir məktəblərində Tağıyevin müsəlman 
dünyasının görkəmli xeyriyyəçisi kimi tanınmasına həsr edilən dərslər keçirilmişdir.  
Türkçülük  mövqeyindən  çıxış  edən  Tağıyev  bəzən  Rusiya  rəsmi  dairələrinin 
əleyhinə  getməkdən  də  çəkinmirdi.  O,  Balkan  müharibəsi  zamanı  osmanlılara  pul 
yardımı göstərmiş, I Dünya müharibəsi gedişində ermənilərin vəhşiliklərindən ziyan 
çəkmiş  osmanlı  vilayətlərinə  köməklik  etmişdir.  Tağıyev  hətta  gizli  fəaliyyət 
göstərən “Müsavat” partiyasına da yardım etmişdir. 1918-ci il mart hadisələri zamanı 
Azərbaycan  dəstələrini  təmin  edən  Tağıyev  əhali  Abşeron  kəndlərinə  çəkiləndə 
İrandan dəniz yolu ilə ərzaq gətirdib onu pulsuz olaraq camaata paylamışdı. İsmayıl 
bəy  Qaspralinin  “Təcrümən”  qəzetinin  Qafqazda  yayılmasına  öz  yardım  əlini 
üzatməş  Tağıyev  1917-ci  ildə  Qafqaz  müsəlmanlarının  qurultayına  pul  köməkliyi 
göstərmişdir.  
1918-ci  ildə  Azərbaycanın  müstəqillik qazanması  xəbərini sevinclə  qarşılayan 
Tağıyev Azərbaycan Xalq Cumhuriyyətinin bütün tədbirlərində fəal iştirak etmişdir. 
O, hökümət başçısı N.Yusifbəyliyə yazdığı təkliflər paketində qeyd edirdi: - “Siyasi 
müstəqillik  yalnız  maliyyə  və  iqtisadi  müstəqillik  əsasında  mümkündür.  Bunsuz 
siyasi  mənada  azad  vətəndaşlar  sənaye  və  ticarət  baxımından  özlərinin  daha  güclü 
qonşularının quluna çevrilirlər.  


Əşir Bəşiroğlu 
26 
 
Sovet hakimiyyəti Tağıyevin bütün  əmlakını milliləşdirdi, lakin Nərimanovun 
təkidi  ilə  ona  Mərdəkandakı  bağında  yaşamağa  icazə  verildi.  N.Nərimanov  onu 
həmişə  -  Bakıda  olanda  da,  Moskvada  işlədiyi  zamanda  himayə  etmiş,  hətta 
dünyasını  dəyişəndə  haqqında  qəzetlərdə  nekroloq  çap  olunmasını  tələb  etmişdir. 
N.Nərimanov Tağıyevi iqtisadi proseslərin gedişinə cəlb etmək məqsədi ilə yazırdı ki, 
o, hətta respublika üçün Qərb ölkələrindən kredit ala bilər: - “Qərbi Avropa ona daha 
çox etibar edər, nəinki bizə. Əgər o,  kredit açarsa, həmin pullarla “Qərbi Avropadan 
bizə lazım olan hər şeyi əldə edə bilərik”. Lakin Moskva bu təklifi rədd etdi.  
1924-cü ildə Mərdəkandakı bağında vəfat edən H.Z.Tağıyev elə həmin kənddə 
öz  vəsiyyəti  ilə  axund  Əbuturabın  məqbərəsi  yanında  dəfn  edilib.  N.Nərimanovun 
ölümündən  sonra  Tağıyevin  adı  tariximizdən  silinmiş,  onun  ailəsi  isə  təqib 
olunmuşdur.  
Hörmətli  oxucularım,  yuxarıda  müfəssəl  olaraq  haqqında  yazıb  sizə 
çatdırdığımız  kimi  Hacı  Zeynalabdin  Tağıyev  1823-cü  ildə  Bakıda  İçəri  şəhərdə 
anadan  olub.  Atası  Tağı  başmaqçılıq  edib  ailəsini  dolandırırmış.  On  yaşına  kimi 
atasının  himayəsində  olub.  On  yaşında  atası  onu  bənna  yanında  palçıq  daşımağa 
qoyur.  Bu  işdə  uşağa  gündə  6  qəpik  verirlər.  O,  birinci  gün  qazandığı  6  qəpiuyi 
gətirib atasına verir. Atası o pula pendir və çörək alıb evə gətirir və ailəlikcə yeyirlər. 
Atası oğluna zeyir-dua verib deyir: - Pərvərdigara! Çox Şükür ki, oğlumun qazancını 
yeyirəm.  Bu  sözlər  uşağın  qəlbinə  çox  təsir  edir.  Onun  işə  səyini  daha  da  artırır. 
Palçıq daşımaqla yanaşı daş yonanların işinə də fikir verir. 12 yaşından daş yonmağa 
başlayır.  15  yaşında  bənnalıq  sənətini  yaxşı  öyrənir.  Bənna  işləyən  zaman 
mühəndislərin  işinə  də  fikir  verirmiş.  Bənnalıqla  kifayərlənməyib  podrat  işlərinə 
başlayır. Götürdüyü podrat işlər  mənfəətli olub, bir qədər pul qazanır. 1873-cü ildə 
podrat işlərini buraxıb neft işləri ilə məşğul olmağa başlayır. İcarəyə torpaq götürüb 
neft  quyusu  qazir.  Bu  işdə  4  dəfə  uduzmasına  baxmayaraq  ruhdan  düşmür.  Səylə 
işinə  davam  edib.  İşinin  uğursuz  olmasına  baxmayaraq  uşaqlarının  tərbiyəsini  də 
unutmur.  Bu  vaxtlar  böyük  oğlu  İsmayıl  realnı  uçilişi  qutarıb  atasına  kömək  edirdi, 
kiçik  oğlu  Sadiq  oxuyurdu.  Bibiheybətdə  icarə  etdiyi  yerdə  səylə  işləsə  də  xeyir 
görmürdü.  Şəriki  buna  davam  gətirməyib  öz  payını  Hacıya  satır.  Hacı  isə  borcdan 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə