Hamının Sevimlisi
15
heykəlini kombinatın önündən kimlər götürüb? Onun adına Bakıda niyə metro
stansiyası yoxdur?
MĠLYONÇU QIZI – ÇĠLĠNGƏR KÖMƏKÇĠSĠ...
Bolşeviklər gəlib və Hacının hər şeyini əlindən alblar. Mərdəkandakı bağında
yaşamağa başlayıb. Sona xanım xəstə olub. Kürəkəni – Saranın əri Zeynalabdin də
xaricə gedib. Sara xanım atasıyla qalıb.
Tağıyevin qız rus-türk məktəbinin müəllim və şagirdlərinin dedikləri:
1924-cü ildə Hacı vəfat eləyib, daha sonra Sona xanım. Sara da baş götürüb
gedib Leninqrada. Əvvəlcə kitabxanada çalışıb, sonra zavodda tokar köməkçisi...
Orada tatar Nikalar Sarayev adlı bir nəfər buna vurulub. Ailə qurublar. Müharibə
başlayanda Nikolay cəbhəyə gedib. 1942-ci ildə ölüm xəbəri gəlib. Saranın o vaxt iki
övladı varmış. Onları da götürüb Bakıya gəlib...
-
Bakı Sara xanımı necə qarşılayıb?
ATA EVĠNDƏN BĠR GECƏLĠK YER...
Sara xanım Bakıda qalmağa yer tapmayıb. Oğlanlarını yetimxanaya verib.
Axşamçağı gəlib atasının evinin qabağına. Bu bina o vaxt hərbi hospital olub. Onu
içəri buraxmayıblar. Deyib, ərim cəbhədə ölüb, sabah Hərbi komisarlığa gedəcəyəm.
Xahiş edirəm, bir gecəlik yer verin. Səsə baş həkim gəlib. Sara ona deyib ki, küçədə
soyuqdur, mənə elə qapının ağzında yer verin, çantamı başımın altına qoyub
yataram... Ona icazə veriblər.
BAĞIROB SORUġUB KĠ, KĠMDĠR GƏLƏN?
Sabahı Hərbi Komissarlığa gedib, vəziyyətini danışıb. Hərbi komissar
M.C.Bağırova zəng çalıb ki, bir nəfər gəlib Leninqraddan, qeydiyyatı yoxdur.
Bağırov maraqlanıb ki, kimdir o adam? Deyib Sarayeva Sara Zeynalabdinovna.
Bağırov onları yaxşı tanıyırmış. Tapşırıb ovaxtki Maarif naziri Süleyman Rəhimova.
Deyib, savadlı qadındır, ona münasib iş tap. Sara xanım rus dilini ruslardan yaxşı
Əşir Bəşiroğlu
16
bilirdi. Bu dildə elmi məqalələr, dissertasiyalar yazmışdı. Özüm görmüşəm. Sara
xanımı Maarif Nazirliyinin kadrlar şöbəsinə təlimatçı götürürlər. Yaxşı maaş, ev
verirlər. 1956-cı ilə qədər orada işləyib. 1956-da göndəriblər ovaxtki Rus dili və
Ədəbiyyaitı İnstitutunun kitabxanasına. 1956-da Bağırov güllələnir, bir il sonra
kommisiya yaranır və komissiya qərara alır: “Atası milyonçu Tağıyevin
maarifpərvərliyindən disertasiya yazmaq istədiyinə görə institutdan kənar edilsin”. O
komissiyanın qərarı məndədir. Arxivdən götürmüşəm.
-
Bəs işsiz-gücsüz necə yaşadı Sara xanım?
1957-CĠ ĠLDƏN KÜÇƏLƏRƏ ATILDI...
Nə qədər məktublar yazdı, baxan olmadı. 1970-ci ildən sonra Sara xanımın
daha ağır günləri başlayır. Mən onda Respublika Xalq Nəzarəti Komitəsində
tərcüməçi işləyirdim. Boş vaxtlarımda gələn ərizələrə baxırdım. 1972-də Sara
Sarayevadan ərizə daxil olmuşdu. MK-ya yazılan ərizə Heydər Əliyevin dərkənarı ilə
komitəyə göndərilmişdi. Vəziyyətondən şikayət edir, iş istəyir. “Pensiya azdır” –
deyir. Dolana bilmədiyini yazır. Amma Sara xanım heç vaxt, heç kimin yanında
qürurunu sındırmazdı. Bəziləri deyir o, dilənirdi. Xeyr! Belə şey olmayıb. Ona kömək
edənlər
də elə edərdilər ki, bir Allah, bir də özləri bilərdi...
DƏRMAN ĠÇMĠRDĠ, HƏKĠM ÇAĞIRMIRDI
Sara xanım dərman içmirdi, həkim çağırmırdı, onlardan qorxurdu, onu
öldürmək istəyirdilər. Bu qadın ölmürdü. Və deyirdi ki, mənim atamın nə günahı var?
Tağıyev maarifçi olub. Millət üçün çox işlər görüb. Mən onlardan yazıram. Bunu
sübut etmək istəyirəm. Güclə aparırdılar onu təcili yardıma ruhi xəstəxanaya...
SARA XANIM SOVET HÖKÜMƏTĠNĠN ÇÖKÜġÜNÜ GÖRDÜ...
1985-ci ildə yenidənqurma başlayanda, Sara xanım sağ idi. Mən yenə onun
yanına gedirdim. Başa düşürdü ki yeni cəmiyyət gəlir, demokratik quruluş olacaq.
Ürəklənirdi, sevinirdi. Mühasibələri var. Deyir, mən sevinirəm ki, atamın arzuları
yerinə yetir. Hətta fond yaratmaq istəyirdi. Özünə qismət olmadı. Amma qızı Səfiyyə