ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

Hamının Sevimlisi 
 
27 
 
qorxmayıb  başladığı işi  davam  etdirir.  Bu  vaxtlar  Hacı  üçün  çox  ağır  keçirdi.  Xərc 
günbəgün  artırdı,  qazılan  quyudan  isə  neft  nişanəsi  görünmürdü.  Bununla  belə 
zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Bu ağır günlərdə 
qazdığı  quyudan  neft  fəvvarə  edir.  Beləliklə  Hacı  məqsədinə  çatır.  Bundan  sonra 
Hacı günbəgün qabağa gedir. Zavodda işləyənlər söyləyirlər: - “Biz bu şəxsin səbrinə 
və  zəhmətinə  təəccüb  edirdik,  bilmirdik  Hacı  24  saatda  nə  vaxt  istirahət  edir”. 
Hörmətli Hacı atasının sözlərini işçilərə deyirmiş: - “Zəhmətdən qorxmayın uşaqlar!”. 
İşçilər  deyirdilər:  -  “Hərçənd  bizə  rahatlıq  yox  idisə  də,  Hacının  mülayimliyi  və 
İnsaniyyətliyi bizim ona canı dildən işləməyimizə kömək edirdi. Bizə heç vaxt ağır 
söz  deməz,  təqsirimizdən  keçərdi”.  Hacı  yetimləri,  əlsiz-ayaqzıları  yaddan 
çıxarmazdı, həmişə onlara yardım edərdi. Sağlam adamlar dilənəndə pul verməz işə 
qoyardı ki, özləri pul qazansınlar. Hacı bu etdiklərini az bilib millətin işlərinə kömək 
edirdi.  Yetim  uşaqları  öz  xərcinə  oxudur,  onlar  məktəbi  qurtaranda  iş  tapmalarına 
kömək edir və onların yerinə təzə uşaqlar götürüb, öz xərci ilə oxutmağa göndərirdi.  
Hörmətli  Hacı  millətin  xoşbəxtliyin  məktəbdə,  elmdə,  təhsildə  görürdü.  O, 
1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 yerlik bir sənət məktəbi açmışdır. Bu 
məktəbdə  dərslər  azərbaycanca  və  rusca  keçirilirdi.  Eyni  zamanda  məktəbdə 
təsərrüfat  və  bağ  işləri  də  öyrədilirdi.  Həmin  məktəbin  binasına  31240  manat  xərc 
çəkilmişdir. İllik xərci isə 5000 manat idi.  
Hacının  millətə  ikinci  bəxşişi  isə  təzə  açılan  qız  məktəbi  idi  ki,  orada 
müsəlman qızları oxuyurdu.  Qızlar məktəbində təhsil  müddəti 4 il idi. Onun 3 ilini 
azərbaycanca, 1 ilini isə rusca oxuyurdular. O, məktəbdə oxuyan qızlardan 20 nəfəri 
yetim  qızlar  idi.  Onlar  Hacının  hesabına oxuyurdular.  Bunlara  ildə  8000  manat  pul 
xərclənirdi. Həmin bina 300 000 manata başa gəlmişdir. 
1896-cı  ildə  Hacı  20  milyon  dəyəri  olan  zavodu  5  milyon  yarıma  satıb  bez 
fabriki açdı. Peterburqdakı qeyrətli müsəlmanlar 1896-cı ildə xeyriyyə binasını inşa 
etməyə  başlayanda  hörmətli  Hacı  11 000  manat  həmin  cəmiyyətə  pul  köməklik 
etmişdir. Bina inşa edildikdən sonra həmin cəmiyyət Hacını o cəmiyyətə çlen seçib 
və ona minnətdarlıqlarını bildirmişlər.  


Əşir Bəşiroğlu 
28 
 
Hacı millətə xeyir verən kitabları öz xərcinə çap etdirirdi. Hacının xərcinə çap 
olunan kitablar bunlardı: 
1)
 
“Tarixi-müqəddəs” Əsəri  -  Molla  Əbdülsələm  Axundzadə, 500  manat  xərc 
çəkilib. 
2)
 
“Şərabçı” (xərci bilinmir). 
3)
 
“Allah divanı” əsəri - Sultan Məcid Qəniyev, 300 manata qədər xərc çəkilib  
4)
 
“Əşyari” Seyid Əzim Şirvani, 500 manat xərc çəkilib. 
5)
 
“Nadir  Şah”  əsəri  –  Nəriman  Nərimanov,  350  manat  xərc  çəkilib.  Bu  əsər 
cənab Hacının xahişinə görə fars dilinə tərcümə olunub.  
1895-ci  ildə  Badkubədə  rus  dilində  verilən  “Kaspi”  qəzetini  Hacı  57 000 
manata  alıbdır.  Bu  qəzeti  almaqda  onun  məqsədi  xalqına  xidmət  etmək  olmuşdur. 
Badkubədə teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur. Teatrın bir gecəlik 
kirayəsinin  100  manat  olmasına  baxmayaraq  Hacı  o  pulu  almır,  əksinə  cəmiyyətin 
xeyrinə  pul  da  bağışlayırdı.  1900-cu  ildə  Hacı  100 000-ə  qədər  xərc  qoyub  teatrı 
təzələndirdi.  Teatrın  yeri  balalca  olsa  da  özü  gözəl  bir  teatr  idi.  Hörmətli  Hacının 
teatra olan xidmətlərini qiymətləndirən erməni artistləri 1900-cu ildə ona razılıqlarını 
bildirərək  öz  nitqlərini  ona  bağışladılar.  O,  nitq  yazılmış  kağızda  bu  sözlər 
yazılmışdır: 
“Hörmətli  Hacı  Zeynalabdin!  Qədim  zamandan,  qədim  yunanlardan, 
ərəblərdən, qeyri-mədəniyyət yolunda can qoyan tayfaların vaxtından bəri teatrın ağla, 
ruha  tərbiyyə  verməyi  gün  kimi  aşkardı.  Bədkubə  qeyri  şəhərlər  təki  qaranlıqdan 
işığa düşməyə çalışır, amma bu vaxtadək bu şəhərdə əvvəl kimin fikrinə düşübdür o 
evin  binası  ki,  teatrın  gözəl  olan  əsərini  xalqa  yaysın.  Bizə  yaxşı  məlumdur  ki, 
Bədkubədə bu işin fikrinə düşən əvvəl siz olubsunuz, hörmətli və qeyrətli Hacı!  
Ancaq suz bu fikirdə olub teatrı icad edibsiniz, hənuz bu teatrı, hansı ki, neçə 
ilin  ərzində  günün  şəfəqləri  kimi  şəfəqləri  yazıbdır.  Biz  erməni  teatrının  görkəmli 
qulluqçuları Sizin bu barədə olan zəhmətinizi və mərhəmətinizi hiss edib bu gün təzə 
bəzənmiş teatra nəzər yetirib və ürəyimiz şad olub, bu günü bayram edirik və canı-dil 
ilə  yekdil  sizə öz  hissiyatımızı  zikr  edirik:  Sağ olsun bu  teatrı bina  edən!  Sağ  olsun 
hörmətli və izzəli Hacı Zeynalabdin!” 


Hamının Sevimlisi 
 
29 
 
Bu sözlərdən sonra hörmətli Hacının şadlığından gözləri yaşarıb dedi: 
“Sizdən  çox  razıyam,  sizin  sözləriniz  gələcəkdə  teatra  daha  çox  xidmət 
göstərməyimə səbəb olur”.  
Hacının  xidmətləri  təkcə  müsəlman  millətinə  yox,  qeyri  millətlərə  də  olub. 
Badkubədə  və  qeyri  şəhərlərdə  təzə  açılan  xəstəxanalara,  məktəblərə,  cəmiyyəti-
xeyriyyələrə Hacı vəsait xərcləyib.  
Padşah (imperator-əzəm onun xidmətlərini yüksək qoymətləndirib, onu orden 
və  medallarla  təltif  edib.  1872-ci  ildən  cənab  Hacı  Badkubə  Dumada  qlasnı  hesab 
olunur,  bu  qulluqda  hörmətli  Hacının  həm  şəhərə,  həm  də  cəmaətə  böyük  köməyi 
çatır.  
Bu vaxtadək qeyrətli Hacının ümumi xalq və millət işlərinə 1 000 000 manata 
qədər xərci çıxıb. Bu fani dünyada dövlətdən ötrü insaflarını satanlar bunu oxuyanda, 
yəni  pulun  qədərini  görəndə  ağızları  açıla  qalacaqdır. Başqalarından  utanmasalar  da 
öz aləmlərində özləri özlərindən utanacaqlar!...  
Haz-hazırda  Hacı  63  yaşında  olsa  da  çox  diribaş  görünür.  O,  ortaboy,  tökmə 
şəxsdir.  Hər  bir  əzası  dürüst,  əqli,  kəmalı  yerində  bir  adamdır.  Səhər  saat  10-dan 
ikiyədək  kontorunda  olur.  30-40  nəfər  isə  söhbət  edir,  arada  məişət  işləri  ilə  də 
məşğul olur. Hər gün rus mirzəsi rus libasında məşhur qəzetləri oxuyur və arada sual-
cavab  olur.  Sonra  müsəlman  mirzəsi  İranda,  Osmanlıda,  Hindistanda  və  Misirdə 
verilən türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqətlə qulaq asır və öz fikrini 
söyləyir.  O,  siyasi  məsələlərə  çox  fikir  verir.  Onun  hafizəsi  çox  itidir.  Hər  gün  10 
qəzet  oxunur.    Sabah  hamısından  xəbər  verməyə  hazırdır.  Hansı  məlumatın  hansı 
qəzetdə olmasını səhvsiz soyləyir. O, nəinki türkcə və hətta rusca mədəniyyətdən və 
siyasətdən  söhbət  etməyə  hazırdır.  Savadlı  insanlar  Hacının  elmlərdən,  tarixdən 
xəbərdar  olmasına  təəccüb  edirlər.  Onun  xasiyyəti  çox  mülayim,  kiçiklərə  hörmət 
edən,  dediyi  bir  sözü  iki  olmayan,  verdiyi  vədə  əməl  edən,  haqq  sözdən  qaçmayan, 
günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən qaçan, ürəyi saf bir 
insandır. O, teatrı çox sevir, hər axşam öz lojasında əyləşib artistlərin oynamasına çox 
diqqətlə baxır.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə