Hamının Sevimlisi
21
əlli illik məişəti və cəmaətə xidmətləri” sözlərindən məlum olur ki Hacı əmək
fəaliyyətinə 1850-ci ildə başlamışdır. Axund Yusif Talıbzadənin N.Nərimanovun
“Nadir Şah” faciəsinin farsca tərcüməsinə yazdığı müqəddəmədəki məlumatda
N.Nərimanovun məlumatını təsdiq edir. O yazır “Mən Bakıda milli məktəblərə şəriət
müəllimi təyin olunduqdan sonra dəfələrlə Hacı Zeynalabdin Tağıyev ilə görüşmək
şərəfinə nail oldum. H.Z.Tağıyevin maarif və mədəniyyət sahəsindəki xidmətləri
barədə bir kitab yazmaq istədim, lakin N.Nərimanov bu barədə Azərbaycan dilində
müxtəsər bir əsər yazıb çap etdirmişdir. Mən Hacının1901-ci il sentyabrın 20-də
keçiriləcək fəaliyyətinin 50 illiyi münasibəti ilə həmin kitabı fars dilində tərcümə
etməyə başladım”. Hacının 1901-ci ildə çəkdirdiyi şəkildən də onun təxminən 50-60
yaşlarında olduğunu demək olar. Belə olduğu halda, bəs Hacı nə üçün 1899-cu ildə
yazdırdığı doğum haqqında şəhadətnamədə özünün 1823-cü ildə anadan olduğunu
qeyd etdirmişdir? Fikrimizcə, bu tarixi yazdırmaqda Hacının nə isə müəyyən bir
məqsədi olmuşdur. Çox ehtimal ki, gələcək təddiqatlar Hacının öz təvəllüdünü 1823-
cü il yazdırmasının səbəblərini aşkar edəcək. Məlumdur ki, Şimali Azərbaycan 1828-
ci ildə Rusiyanın müstəmləkəsinə çevrilmişdir. Ola bilər ki, bu tarixdən əvvəl
doğulmuşlar üçün nə isə bir imtiyaz və sair varmış.
Hacının təvəllüdü ilə əlaqədar bir şeyi də qeyd etmək istəyirəm. Məlumdur ki,
Hacının böyük oğlu İsmayıl 1865-ci ildə anadan olmuşdur. Əgər Hacının 1823-cü
ildə anadan olduğunu qəbul etsək, deməli, Hacının ilki onun 42 yaşı olarkən anadan
olmuşdur. Adi halda azərbaycanlılar 20-30 yaşlarında evlənir, ilk uşağı 1-3 ilə anadan
olur. Əgər Hacının 1840-cı ildə anadan olduğunu nəzərə alsaq, İsmayılın 1865-ci ildə
anadan olması təbii görünür.
10 yaşında atası Məhəmmədtağı tərəfindən bənna şagirdliyinə verilən
Zeynalabdin ilk günlər 6 qəpiyə işləyir, palçıq qayırmaq, daş və kərpic verməklə
məşğul olur. Öz zəhməti və işgüzarlığı sayəsində gündən-günə tərəqqi edən Hacı
1873-cü ildə pul toplayıb neftli torpaq alır və quyu qazdırır. Neft fantanları onu
milyonçu-neftxuda Haxı Zaynalabdin Tağıyeva çevirir. Lakin Hacı milyonlarını
banklara qoymaqla kifayətlənmir. Özünün kasıb günlərini bir an belə unutmur. Buna