ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   ...   34

Əşir Bəşiroğlu 

 
Xalqların  sayca  böyük  kiçikliyindən  asılı  olmayaraq  onların  yetişdirdikləri 
böyük şəxsiyyətlər cismən həyatdan köçsələr də yaşayırlar və ən azı məxsus olduqları 
xalq  nə  qədər  yaşasa  onlar  da  yaşayacaqdır.  Onların  adları  kimi  yadigarları  da 
yaşayacaqdır.  Hər  xalq  özünün  belə  oğulları,  qızları  ilə  fəxr  edir,  onların  adlarını 
həmişə  fəxrlə  çəkirlər.  Yüzilliklərini,  iki  yüzilliklərini,  beş  yüzilliklərini  təntənəli 
surətdə qeyd edirlər.  
Belə  şəxsiyyətlərə  malik  olan  xoşbəxt  xalqımız  özünün  böyük  yaradıcı 
qızlarını və oğullarını yaşatmış, bizim günlərə gətirib çıxartmışlar. Ancaq xalq bəzi 
hallarda  yaşamaq  hüququna  malik  yaşatmaqda  müstəqil  olmamışdır.  Dövran,  siyasi 
quruluş,  cəmiyyət,  həmin  quruluşun  istək  və  amalları  ilə  səslənməyən  yaradıcı 
adamları  unutmağa  çalışmış,  hətta  həmin  yaradıcı  insanların  adlarını  bir  müddət 
tarixin  səhifələrindən  çıxara  da  bilmişdir.  Ancaq  xalqın  hafizəsinə  həkk  olmuş 
qüdrətli  şəxsiyyətləri  çıxarıb  atmaq  mümkün  deyildi.  Onları  unutdurmağa  çalışan 
cəmiyyət  yalnız  dilləri  bağlaya  bilərdi,  hafizəyə  nüfuz  edə  bilməzdi,  bilmədi  də. 
Şərait  yaranan  kimi  xalq  öz  hafizəsindəkini  dilinə  gətirdi,  o  böyük  şəxsiyyətləri 
nəsillərə  qaytardı.  Bizim  nəslin  yaşadığı  dövr,  bəşər  tarixində  ən  əcaib  dövr, 
bolşevizm, sosiolizm, kommunizm ideyalarının hakim kəsildiyi dövrü olmuşdur. Düz 
söz  danışanın  dili  kəsildiyi  bu  dövrdə  düşünən  beyinlərin  məhv  edildiyi,  ağı  qara, 
qaranı ağ etməyə məcbur edildiyimiz bu dövrdə xalqımızın ən yaxşı oğul və qızları 
məhv  edildi,  onların,  eləcə  də  yurdumuzun  bolşevizm  taununa  məruz  qalmasından 
qabaq  yaşamış  yaradıcılarımızın  adlarının  dilə  gətirilməsi  qadağa  edildi.  Tarixdə 
yetmiş ildən bir qədər artıq ömür sürmüş belə əcaib bir cəmiyyət bəlkə də heç vaxt 
olmayıb.  Cəsarətlə  söyləmək  olar  ki,  quldarlıq  dövründə  də  düşünən  insanın, 
düşünmək qabiliyyəti olan insanın qiyməti bizim yaşadığımız sosiolizm cəmiyyətində 
olduğundan qat-qat yüksək olub.  
Tarixin öz yaddaşı var. Tarix boyu yaşamaq hüququnu əldə etmiş heç kimi ona 
zorla  unutdurmaq  olmaz.  Sular  durulduqda  onun  dibindəki  hər  şey  ortaya  çıxdığı 
kimi, cəmiyyət həyatında böyük rol oynamış, xüsusi fəaliyyəti olmuş şəxsiyyətlər də 
eləcə təzədən üzə çıxır. Xatirələrdə hər şey yerbəyer edilir. Sahmana düşür, ağ ləkələr 
ləğv olunur, unutqanlıq pərdəsi qaldırılır.  


Hamının Sevimlisi 
 

 
Bizim  yaşadığımız  günlərdə  də  belə  olmuşdur.  Komunnist  partiyasının 
yaratdığı ən əcaib müstəmləkə zülmündən azad olduqdan sonra əldə etdiyimiz dövlət 
müstəqilliyimiz  əlimizdən  alınmış  çox  şeyi  bizə  qaytardı.  Ağ  ilə  qaranı  seçməyə 
başladıq.  Susmuş  vicdanımızın  səsini  təzədən  eşitdik,  illərlə  adları  qadağanlar 
siyahısına  düşənləri  xatırladıq,  axı  adlarını  çəkmək  mümkün  olmasa  da,  onların 
xatirəsi xalqın qəlbində yaşayırdı. Keçmişdən bizə yadigar qalmışları unutmamışdıq. 
Gizlini  gizlin,  aşkarı  aşkar  yada  salırdıq.  Belə  şəxsiyyətlərin  cəmiyyətimizin 
inkişafında,  tariximizin  tərəqqisində  xidməti  varsa,  həmişə  yad  edilmiş,  edilir, 
xatirələri əziz tutulur.  
Orta  yüzilliklərdə  yaşamış  görkəmli  Azərbaycan  şairi  Sahib  Təbrizi  öz 
şeirlərinin birində insana müraciətlə demişdir: - “Yadında varmı ki, sən bu dünyaya 
gələndə hamı gülür, sevinir, sən isə ağlayırdın. Həyatda elə et ki, sən bu dünyanı tərk 
edərkən hamı ağlasın, sən isə güləsən... Həyatdan alnı açıq, vüqarla gedəsən”. 
Bəli,  belələri olub, var  və  olacaqdır. Bizim  xalqımızın  da belə  oğul və  qızları 
olmuşdur,  indi  də  var,  gələcəkdə  olacağı  da  şübhəsizdir.  Kim  unuda  bilər,  hələ  iki 
min beş yüz il bundan əvvəl yaradılmış qüdrətli dövlətimizin başçısi, Kir-Keyxosrov 
kimi fatehi diz çökdürən Tomris ananı? Minnətdarlıqla, qürur hissilə adını çəkdiyimiz 
XV yüzilliyin görkəmli diplomat qadınımız Sara Xatunun adını xalqımız heç zaman 
unutmayacaq.  
Azərbaycan  xalqı  orta  yüzilliklərdə  Nizami,  Xəqani,  Məhsəti  xanım,  Şah 
İsmayıl,  Fizuli,  Vaqif,  XIX-XX  yüzilliklərdə  A.A.Bakıxanov,  H.B.Zərdabi, 
X.B.Natəvan, 
M.F.Axundov,  S.Ə.Şirvani,  M.Ə.Sabir,  Üzeyir  Hacıbəyov, 
M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Süleyman 
Rəhimov,  Əli  Vəliyev,  Səməd  Vurğun  və  yüzlərlə  başqalarını  yetişdirmiş,  onlarla 
fəxr  edir,  onları  yaşadır.  Başqa  xalqların  da  belə  böyük  oğul  və  qızları  var.  Onları 
yaşadırlar.  Kimlərdi  bu  böyük  şəxsiyyətlər:  -  Əsasən  şairlər,  yazıçılar,  bəstəkarlar, 
dövlət xadimləri və başqaları. Bizim xalqımız da tarixə düşən belə böyük oğul-qızları 
elə həmin qəbildən olan şəxsiyyətlərdi. Xalqımızın bir böyük oğlu da var, o, nə şairdi, 
nə  yazıçı,  nə  bəstəkardı,  nə  heykəltaraşdı,  nə  də  dövlət  xadimi.  O,  sadəcə  olaraq 


Əşir Bəşiroğlu 

 
zəhmətkeş, qəlbi dağlar qədər böyük, xalqı üçün yanan, xalq içindən çıxıb varlanan, 
lakin bu varını bütə  döndərməyən, onu xalq üçün sərf edən böyük şəxsiyyətdir. Bu 
şəxs Hacı Zeynalabdin Tağıyevdir.  
“Hacı  Zeynalabdin  Tağıyevin  əlli  illik  məişəti  və  camaata  xidmətləri”  adlı 
kitabçasında  (Bakı,  1900)  N.Nərimanov  yazırdı:  -  Müsəlmanlardan  bu  qeyrətdə 
olanlarını görməmişiksə də adlarını tarixdə oxuyuruz və düşünürük ki, millət yolunda 
can qoyanlar bizlərdə də var imiş. Bu Zati-möhtərəmlər hər əsrdə olublar, indidə var, 
gələcəkdə də olacaqdır. Ümum xeyirdən ötrü bu əsri- hazırda insafımız rəva görməyir 
ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə millətin 
balaları  bu  cənabın,  millətə  qeyrətini,  vətənə  məhəbbətini,  insana  himmətini  və 
həmiyyətini tarixdə oxuyub gözləri rövşan və qəlbləri şad olsun. Həqiqət hal! Bu zat-
möhtərəm bir qeyri-zatdır, ruzidir Allah bizlərə bəxşiş edibdir. Bu zat millət böyüyü, 
ruzigarın əvəzsiz böyüyü olub. Adını tarixə salmaya bilərikmi?” 
Kitabça  bu  sözlərlə  bitir:  -  “Əhli-qələm  qardaşlarımız,  bunların  millətə  olan 
xidmətlərini  nəzərə  alıb  millət  tarixinin  səhifələrinə,  tainki  gələcəkdə  balalarımızın 
oxuyub  qəlbləri  şad  olsun  və  gözləri  açılsın.  Bilsinlər  ki,  bizdə  də  millət  qeyrətini 
çəkənlər var imiş. Düşünsünlər ki, hərçənd bu şəxslər qeyri-bəqayə köçüblər, onlarla 
belə isimləri millətin dilində hörmətlə çəkilir.” 
Bəli,  biz  H.Z.Tağıyevi  unuda  bilmirik.  Bu  kitabımız  da  onun  xatirəsinə  kiçik 
bir  hədiyyədir.  Onun  adı  uşaqdan  tutmuş  böyüyə  qədər  hamının  dillər  əzbəri 
olmuşdur. O, təkcə Azərbaycanda deyil, bütün Rusiyada, hətta onun sərhədlərindən 
çox-çox uzaqlarda da tanınırdı, hamı onu böyük ehtiramla “Hacı” – deyə çağırırdı.  
 
H.Z.TAĞIYEV  HAQQINDA  QISA  MƏLUMAT 
Hacı Zeynalabdin Tağıyev  – məhşur azərbaycanlı milyonçu, mesenat, Rusiya 
İmperiyasının  Həqiqi  Dövlət  Müşaviri,  müsəlman  Şərqində  ilk  qızlar  məktəbinin 
(Tağıyevin qızlar məktəbi) yaradıcısıdır.  
Hacı  Zeynalabdin  Tağıyev  1823-cü  ildə  Bakıda  kasıb  başmaqçı  ailəsində 
anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik 
Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə