ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

Əşir Bəşiroğlu 
42 
 
ümidsiz  vaxtlarda  da  xoşrəftar,  həlim  olardı,  onun  insanlığı  bizi  vadar  edirdi  ki, 
xidmətində  olaq.  Yaman  söz  deməz,  acıqlanmaz,  səhv  edənin  təqsirindən  keçərdi. 
Sağlam adama havayı pul verməzdi, xəstəyə, əlilə, yetim uşağa, dul qadına əl tutardı. 
Şəhərdən  Bibiheybətdəki  mədəninə  şosse  yolunu  öz  xərcinə  çəkdirir,  eyni 
zamanda yolu ziyarətgaha qədər uzatdırır. 
Üç  ilə  şəhərin  mərkəzində  (1895-1897-ci  illər)  böyük  bir  saray  tikdirir.  Bu 
kaşanənin hər dörd fəsadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir, bir 
üzü  Bariyatinski  (Fioletov),  digəri  Starıy  Politseyski  (Məmmədəliyev),  üçüncü 
Merkuri (Şaumyan), dördüncü isə Qarçekov (Malıkin) küçələrinə baxır. Hər cəhətdən, 
həm  xarici  arxitekturasına,  həm  də  daxili  bər-bəzəyinə  görə  şəhərin  ən  yaraşıqlı 
binalarından  biridir.  Layihəsinin  müəllifi  Qoslavski  əsasən  Avropa  order  memarlıq 
üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarix muzeyi). 
Binanın  hər  dörd  tinində  və  baş  girəcəyinin  qabağında  nəhəng  qaz  fənarı 
yanardı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı. 
Hacı  Zeynalabdin  Tağıyev  əvvəl  baba  mülkündə  neftxuda  olandan  sonra 
Aramyanın  Sadovi  (Çkalov)  küçəsindəki  (xanəndə  Seyid  Mirbabayevə  satdığı) 
mülkündə kirayəçi olmuşdu. Həmin evi sonra M.Nağıyev kirayələmişdi. 
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq 
sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəkələr onun ixtiyarında idi), həm də 
ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük 
meşələri  vardı.  Ənzəli  və  Rəşt  ərazisində  də  Hacının  meşələri,  böyük  malikanəsi, 
binaları  və  nümayəndəliyi,  başqa  şəhərlərdə,  o  cümlədən  Moskvada  dörd  mərtəbəli  
sarayı, İranda  karvansarayları vardı. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  İmperator  II  Nikolayın  qardaşı  böyük  Knyaz 
Mixail  Aleksandroviç  polyak  qızına  evlənib,  taxt-tacdan  əl  götürəndən  sonra 
Tağıyevdən  xahiş  edir  ki,  Yevlax  ətrafı  meşələrdə  ov  edib  dincəlməyə  ona  icazə 
versin.  O,  Hacıya  cəvahiratla  bəzədilmiş  bir  qızıl  çarka  (neymanə)  bəxşiş 
göndərmişdi. 
Xəzərin  Azərbaycan  sahilindən  tutmuş  Dağıstanın  sahillərinə,  Dərbənd,  Port-
Petrovsk  (indiki Mahac-Qala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq alıb 


Hamının Sevimlisi 
 
43 
 
vətəkə  salmışdı,  əsasən  siyənək    balığı,  Kür  ətrafındakı  vətəkələrdə  isə  qızıl,  nərə, 
ağbalıq və sairə tuturdular. Bankada kürü zavodu vardı. Rusiyaya və Avropaya ixrac 
edilirdi. Kür qırağındakı vətəkələri dövlətdən icarəyə götürmüşdü. 
Tağıyev  xeyriyyə  işlərinə  çox  pul  xərcləyirdi.  İstedadlı  gəncləri  Rusiya  və 
Avropanın ali məktəblərinə göndərir,  məktəb binaları tikdirir, ümid verən ziyalılara 
maddi  yardım  edirdi.  Seyid  Əzim  Şirvaninin  oğlu  Seyid  Cəfər  deyirdi  ki,  “Hacı 
Zeynalabdin  Tağıyev  atamın  ilk  külliyatını  öz  xərcinə  Bakıda  çap  etdirmək  istədi, 
senzor  və  ruhanilər  bu  işə  mane  oldu,  Tehrana  göndərdi,  daş  üsulla  çap  etdirdi. 
Mətbəəsi  vardı,  həm  azərbaycanca,  həm  də  rusca  qəzet  və  jurnal  çap  etdirirdi. 
Əvvəllər    hər  ay  atama  10  manat,  sonralar  isə  20  manat  pul  göndərirdi.  Neçə  dəfə 
Bakıya  dəvət  etmişdi,  qonaq  saxlamış  və  yaxşı  hədiyyələr  və  pulla  yola  salmışdı. 
Məhəmməd  Hadinin  ilk  kitabı  “Firdövsülhamat”ı  öz  xərcinə  “Kaspi”  mətbəəsində 
çap etdirmişdi”. 
1883-cü  ildə  dram  teatrı  üçün  bina  tikdirir.  Hacıya  ilk  təbrik  teleqramını 
məşhur  erməni  artisti  göndərir,  xalqı,  milləti, doğma  şəhəri  üçün  gördüyü  bu  nəcib, 
şərəfli, mütərəqqi iş üçün bir vətəndaş kimi minnətdarlığını bildirir. Hacı çox sevinir. 
1893-cü  ildə  təzədən  böyük  xərc  qoyaraq  teatr  binasını  genişləndirir.  1909-cu  ildə 
teatr  binasını  yandırırlar,  təzədən  bərpa  etdirir.  1910-ce  ildə  Bakıda  teatr  tamaşası 
verilməsinin  30  illiyi  bayram  edilir.  Bu  münasibətlə  Üzeyir  Hacıbəyov  xüsusi  marş 
bəstələyir,  Hacı  təntənəli  mərasimə  girəndə  artistlər  və  həvəskarlar  ehtiram  əlaməti 
olaraq kənara çəkilib ona yol verirlər, orkestr marşı ifa edir, hacı ortadan keçir. 
H.Z.Tağıyev haqqında qısa məlumatda yazdığımız kimi o zamanlar dustaqları 
Nargin  adasında  saxlayırdılar.  Camaat  oraya  gedib-gələndə  çox  əziyyət  çəkirdi. 
Axırda Hacı Zeynalabdinə müraciət etdilər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə 
qıl.  O,  da,  o  zaman  şəhərin  ucqar  yeri  hesab  edilən  Quba  (Qüzuli)  meydanı  ilə 
Kömürçü  meydanı  arasında  tikdirdiyi  beşmərtəbəli  dəyirmanı  (indiki  şirniyyat 
fabrikini) dustaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək 
rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək 
lazımsa,  utanmayın,  söyləyin,  mən  padşahlıqdan  heç  nə  müzayiqə  edən  deyiləm. 


Əşir Bəşiroğlu 
44 
 
Yüksək rütbəli şəxs izah edir ki, “dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-
qayıtmağa  çox  vaxt  sərf  edirlər,  həm  də  əziyyət  çəkirlər.  Mümkünsə  bu  işdə  bizə 
kömək edin”. Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün 
hökumətə  verir.  Xaricdən  gətirdiyi  dəyirman  avadanlıqlarını  toxuculuq  fabriki 
yerləşən  əraziyə  daşıtdırıb,  orda    dəyirman  tikdirir.  Özü  və  ailəsi  yaşamaq  üçün 
fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orada qalırdılar. 
Müəllim  Soltan  Məcid  Qənizadə  maarif-mədəniyyət  işlərilə  əlaqədar  tez-tez 
Tağıyevlə  görüşürmüş.  Nəql  edirdi  ki,  məşhur  rus  kimyagəri  Mendeleyev  Bakıya 
gələndə  Tağıyev  onu  evinə  dəvət  edib,  şərəfinə  ziyafət  verir.  Hacının  kabinetində, 
stol  üstündə  Mendeleyevin  avtoqrafı  ilə  xatirə  foto-şəkli  dururdu.  Mendeleyev 
Avropada 
ən  ətraflı  ensiklopediya  hesab  edilən  Brakqauz  və  Yetron 
ensiklopediyasında  Hacı  Zeynalabdin  Tağıyev,  onun  palçıq  daşıyan  fəhlədən 
milyonçu olması barədə xüsüsi məqalə nəşr etdirir. Mendeleyev deyir: - 1863-cü ildə 
V.A.Kokoryev  neft  zavodlarına  baxmaq  üçün  məni  Bakıya  dəvət  edir.  Dövlət 
idarələri  ilə  əlbir  neft  sənayesində  6  nəfər:  Bakıda,  Kokoryev,  Burmeyster,  Hacı 
Tağıyev,  Lents,  Nobel,  Kubanda  isə  polkovnik  A.N.Novoseltski  mühüm  mövqe 
tuturdular. 
Hacı  Zeynalabdin  Tağıyev  Bakı  neft  sənayesində  əsas  hərəkətə  təkan  verən 
şəxslərdən  biridir.  Bakıda,  Bibiheybətdə  dəniz  qırağında  torpaq  ələ  keçirib  əqlə 
gəlməyən qüvvə ilə, inadla quyu qazmağa başlayır və qazdığı çoxlu quyuların hamısı 
güclü fontan vurur, neft hasil edilən yerin lap yaxınlığında böyük zavod tikir, Rusiya 
şəhərlərilə  ticarətə  başlayır  və  işlərini  çox  ehtiyat  və  bacarıqla  elə  idarə  edir  ki, 
Bakıda hər gün baş verən çoxlu böhrandan salamat çıxır. 1863-cü ildə Bakıda olanda 
mən Tağıyevi balaca bir podratçı (ev tikən bənna) kimi tanıyırdım, işi ağılla aparmaq 
sayəsində zəngin vəsait və sərvət əldə etmək olar. 
1883-cü ildə Tağıyevin mədənlərində 13 milyon put neft fontan vurmuşdu. 
“Mazut” şirkətinin yaranması ilə əlaqədar, Hacının məsləhətilə yerli varlılardan 
çolaq  Ağabala  Quliyevin  başçılığı  ilə  “Bakı-Batum”  neft  kəməri  aksioner  şirkətini 
yaradırlar. Bu neft kəmərinin əleyhinə həm açıq, həm də gizli çıxış edənlər olmuşdur. 
Əlaltından  iş  görənlər  vardı,  çünki  bəziləri  çox  qazancın  əllərindən  çıxmasından 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə