Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   20   21   22   23   24   25   26   27   28

82 

 

olan  fikirləri  də  dəyişə  bilər.  Opponentlərin  fikirlərinin  yeni  şəraritlə,  situasiyaya 



uyğun  olaraq  dəyişilməsinin  özü  də  bir  sıra  obyektiv  və  subyektiv  amillərdən 

asılıdır.    Bu,  bir  tərəfdən  opponentlərin  öz  statusundan,  digər  tərəfdən  isə  onlara 

təsir  edə  bilən  rəsmi  orqanların  ranqından,  yəni  hakimiyyət  səviyyəsindən  asılı 

olur. 


Mövcud  ədəbiyyatlarda  münaqişələrin  müxtəlif  təsnifatı  verilmişdir.  Lakin 

göstərilən təsnifatı heç də ideal hesab etmək olmaz. Məsələn  münaqişələrin əmələ 

gəlməsi  yalnız sosial psixoloji köklərlə bağlı deyildir. Burada  iqtisadi amillər əsas 

rola malikdir. Lakin bu sxemdə o nəzərə alınmamışdır.  

 

Burada  iqtisadi  amillər  əsas  rola  malikdir.  Lakin  bu  sxemdə  o  nəzərə 



alınmamışdır.  Bundan  başqa,  münaqişələr  onloarın  digər  cəhətlərinə  görə  də  bir-

birindən  fərqlənə  bilirlər.  Həm  də  bu  sxemdə  münaqişələrin  qarşılıqlı  əlaqəsi, 

qarşılıqlı təsir dairəsi və nəticələri əks olunmamışdır. 

Sxem 7. 


 

Müxtəlif  münaqişələrin  qarşılıqlı  əlaqəsi  və  təsiretmə  diapazonunun 

müəyyən  edilməsi  onun  həlli  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünku,  hər  bir 

münaqişənin  öz  xassəsi  olduğuna  görə  onların  həlli  də  özünəməxsus  üsullar  tələb 

edir.  Məsələn,  əmək  intizamı  və  maliyyə  ilə  əlaqədar  olan  münaqişə  arasında 

prinsipial  fərqlər  olduğuna  görə  onların  həlli  yolları  da  prinsipcə  fərli  olur.  Çünki 

bu  münaqişələrin  məzmununda  kollektiv  üzvlərinin  bir-birinə  qarşı  olan  qarşılıqlı 

Münaqişələrin növləri 

Həlletmə yolları 

Meydanagəlmə 

xassəsi 

Təsir 


istiqamətləri 

Ifadə dərəcəsi 

Işçtirakçıların 

sayı 


Barışmaq, 

güzəştetmə 

Sosial, milli, 

etnik, 


millətlərarası, 

təşkilat


 

emosional 

Üfüqi, şaquli 

Açıq, gizli 

potensial 

Şəxsiyyətdaxili, 

şəxsiyyətləraras

ı, qruplararası 




83 

 

tələbləri  çərçivəsində  həll  etmək  olar.  Maliyyə-kreditlə  bağlı  münaqişələrin  həlli 



daha mürəkkəb olur və belə çərçivəyə sığmır. 

Münaqişələr  öz  təbiəti  etibarilə  həll  oluna  bilən  və  bilməyən,  həlli  qısa  və 

uzun  müddət  tələb  edən,  böyük  və  nisbətən  az  sosial-iqtisadi  itki  verən 

münaqişələr xarakterinə malik olurlar. Çünki, elə münaqişələr var ki, o öz vaxtında 

həll  olunmadıqda  gələcək  həlli  daha da çətinləşər  və  böyük  itkilər  verə bilər. Ona 

görə  də  belə  ziddiyyətlərin  qanunauyğunluqları  elmi  cəhətdən  nəzərə  alınmalıdır. 

Bunu münaqişənin kəskinliyini xarakterizə edən cədvəldən görmək olar. 

Göründüyü  kimi,  bu  cədvəl  variantı  (modeli)  münaqişənin  ən  kəskin,  ən 

barışmaz  səviyyəyə  çatmasını  ifadə  edir.  Burada  ayrı-ayrı  amillər  sderasındakı 

vəziyyət  elədir  ki,  onları  bir  anda  həll  etmək  mümkün  olmur.  Ona  görə  də  bəzi 

hallarda və bəzi sferalar üçün taktiki, bəziləri üçün strateji, habelə radikal və qeyri-

radikal tədbirlərin görülməsi tələb olunur.  

Stress  ingiliscə  gərginlik  mənasında  işlədilir.  Ayrı-ayrı  təşkilatlarda  baş 

verən  ağır  situasiyalar  adamları  stress  vəziyyətinə  salır,  situasiyaların  özü  isə 

nəzarətdən  çıxmış  olur.  Problemin  həlli  gecikəndə  və  yaxud  tapılmayanda  yeni 

stress vəziyyəti yarana bilir. Əgər problem operativ qaydada həll olunarsa stress öz 

başlanğıc fazasında qalar, pik səviyyəsinə, zirvəsinə çatarsa da tezliklə sönə bilər.  

Stress  çoxcəhətli,  genişaspektli  problemdir.  Ona  görə  də  stress 

nəzəriyyələrinin  özü  də  bir  növ  problematik  səciyyə  daşıyır.  Lakin  istər 

nəzəriyyəyə  və  istərsə  də  gündəlik  təcrübə  göstərir  ki,  stress  hər  hansı  bir 

dəyişikliklərlə, xüsusilə radikal dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliklər özünə 

adekvat olan situasiyalar yaradır. Bununla yanaşı, bütün adamlar situasiyalara eyni 

dərəcədə reaksiya vermirlər. 

Firmalarda partnyorluq ideologiyasının əsasını aşağıdakılar təşkil edir: 

a)  münaqişələrin üstün olaraq danışıq yolu ilə həll edilməsi; 

b)  sosial-iqtisadi  siyasətin,  birinci  növbədə  gəlirlər  və  əmək  haqqı 

problemlərinin razılaşdırılması; 

c)  sosial  ədalət  meyarları  və  göstəricilərin  razılaşdırılması  və  sosial 

partnyorluq subyektlərinin mənafelərinin təminatı müdafiəsi; 



84 

 

d)  əmək, istehsal sferasında ümumbəşəri dəyərlərin təsdiq edilməsi; 



e)  muzdlu  işçilərin  istehsalın  idarə  edilməsində  iştirakı  (bəzi  Qərb 

ölkələrində bu istehsal demokratiyası adlanır).  

Sosial  partnyorluğun  təmin  olunmasında  kollektiv  müqavilələrin  böyük 

əhəmiyyəti  vardır;  çünki  bu  müqavilələr  tərəflərin  imzası  zamanı  meydana  çıxan 

anlaşılmazlığın, münaqişəli halların nəzərə alınmasına imkan yaradır.  

Yaponiyada  əmək  münaqişələrinin  tənzimlənməsi  haqqında  Qanun  qəbul 

olunmuşdur.  Bu  qanunda  əmək  mübahisələrinin  və  meydana  çıxan  münaqişə 

hallarının  həlli  yolları  və  qaydaları  bütün  incəliklərinə  qədər  göstərilmişdir. 

Münaqişələri  həll  etmək  üçün  mərkəzi  və  prefektur  komissiyalar  yaradılır.    Bu 

komissiyalara  ictimaiyyətin,  həmkarlar  ittifaqlarının  və  iş  verənlərin  – 

sahibkarların  nümayəndələri  daxil  olur.  Komissiyanın  tərkibinə  mütəxəssislərin, 

alimlərin və vəkillərin daxil olunmasına xüsusi fikir verilir. Yaponiyada minimum 

əmək haqqı məsələsinə də elmi cəhətdən yanaşılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə