Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

29 

 

3).Qeyri-istehsal təyinatlı fondlara mənzil fondu,məktəblər, xəstəxanalar, teatr, kino, 



muzey və s kimi mədəni-məişət əhəmiyyətli fondlar daxildir. 

 

4).Əhalinin şəxsi əmlakına yaşayış evləri, mənzil şəraiyi, məişət cihazları, geyim 



əşyaları və s. daxildir. 

 

5).Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlərə kənd təsərrüfatı sahə-ləri, 



meşələr, sular, faydalı qazintıların sənaye ehtiyatı, su enerjisi ehtiyatları və s. 

daxildir. 

2.Ümümi milli  məhsul- Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını yalnız bir 

neçə  göstərici  bir  qədər  dəqiq  ifadə  edə  bilir.  Bunlardan  biri  ölkədə  mallar  və 

xidmətlərin  illik  ümümi  istehsal  həcmidir.  Mili  iqtisadiyyat  səviyyəsində  iqtisadi 

fəaliyyəti  əks  etdirən  ümümi  milli  məhsul  milli  hesablar  sistemində  məsrəfləri 

"balanslaşdıran"  göstərici  olmaqla  milli  müəssi-sələrin  harada  yerləşməsindən  asılı 

olmayaraq  milli  iqtisadiyyatın  hər  iki  sahəsində  yaradılan  məhsul  və  xidmətlərin 

bütün həcminin ümümi dəyərini ifadə edir. 

3.Xalis  milli  məhsul-  Xalis  milli  məhsul  istehsalın  gedişində  kapital  istehlakına 

ayrılan  məbləğ  çıxılmaqla  hesablanır  və  ÜMM-də  öz  əksini  tapır.Bu  göstəricinin 

köməi ilə ev təsər-rüfatları ,firmalar, hökümətxaricilər də daxil oplmaqla bütövlükdə 

iqtisadiyyatda is-tehsalın ümümi həcmi hesablanılır. 

4.Ümumdaxili  məhsul-Ümumdaxili  məhsul  milli  iqtisadiyyatın  və  milli  hesabat 

sisteminini  mühüm  gös-təricilərindən  biridir.İstər  maddi,istərsə  də  qeyri-maddi 

istehsal  sahələrində  milli  is-tehsalçıların  istehsal  fəaliyyətinin  son  nəticəsini 

xarakterizə edir,onların son istehlak üçün  əmtəə  və  xidmətlər  istehsalı  üzrə yaratdığı 

əlavə  dəyərin  həcmi  ilə  ölçülür.  Mahiyyətcə  daxili  milli  məhsul  əlavə  edilmiş 

dəyərdir.Bu məbləğ bütün milli isteh-salçıların yalnız ölkə daxilində milli kapitallara 

əlavə  edilmiş  dəyər  hissəsini  cəmlə-məklə  əldə  edilir.Burada  xaricilərin  qoyduqları 

kapitalların dəyər hissəsi hesaba alın-mır. 



30 

 

Daxili  milli  məhsuldan  istifadə  edilməsi  mallar  və  xidmətlərin  son  istehlakını,  milli 



kapitalın  ümümi  yığımını,  yerli  dövriyyə  vəsaitləri  ehtiyatlarının  dəyişməsini,  milli 

istehsal mallarının və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. 

   5.Milli  gəlir-   Ümumi  milli  məhsuldan  sərf  edilen  istehsal  vəsaitlərinin  dəyərini 

çıxdıqda  xalis  milli  məhsul  əldə  etmiş  oluruq.  Öz  natural-əşya  formasına  görə  xalis 

milli  məhsul  istehsalın  genişləndirilməsi,  ehtiyatlarının  artırılması  üçün  nəzərdə 

tutulan,  yeni  istehsal  edilen  istehsal  vəsaitlərinin  və  istehlak  şeylərinin  bütün  kütlə-

sindən ibarətdir. 

   Milli  iqtisadiyyatın  sağlam  şəkildə  formalaşmasının  mühüm  amilləri  vardır.Onun 

bərqərar  olması  üçün  ilkin  həlledici  şərt  dövlətin,millətin  siyasi  və  iqtisadi 

suverenliyidir.Sağlam  milli  iqtisadiyyatın  təşəkkül  tapması  üçün  dövlət  tənzimləmə 

mexanizminə  malik  olmalı  və  onu  ardıcıl  həyata  keçirməlidir.  Dövlətin  milli 

iqtisadiyyatın  tənzimlənməsində  iqtisadi  metodlardan,formalardan  istifadə  edilməsi 

mühüm rol oynamalıdır. Sağlam milli iqtisadiyyatın bərqərar olması,təşəkkül tapması 

müxtəlif  mülkiyyət  formlarının  ,xüsusi  sahibkarlığın  güclü  olmasından  çox  asılıdır. 

Özəl  mülkiyyətsiz  istehsalçı  sərbəst,azad  hüquqa  malik  ola  bilmir.  Bu  cəhət 

istehsalçıda xüsusilə güclü stimul yaradır. 

    Sağlam  milli  iqtisadiyyatın  bərqərar  olmasının  mühüm  şərtlərindən  biri  kimi 

səmərəlilk və keyfiyyət onun bütün fəaliyyət sahələrini əhatə etməlidir.O , hər şeydən 

əvvəl,  təbii,iqtisadi  və  əmək  resurslarından    səmərəli  istifadə  olunmasına  ,  dinamik 

`inkişafa,  ahəngdar  geniş  təkrar  istehsal  tələblərinə  ,xalq  təsərrüfatının  ,xüsusi  ilə 

sənayenin  mütərəqqi  struktur  problemlərinin  düzgün  həllinə  ,maddi  dəyərlərin 

keyfiyyətliliyinə  və  onun  dünya  standardlarına  yaxınlaşmasına,uyğun  gəlməsinə  və 

beləliklə, rəqabət qabilliklərinə və.s cavab verməlidir. 

Milli  iqtisadiyyatın  inkişafına  bir  sıra  spesifik  amillər  təsir  göstərir  ki,bunları  da 

iqtsadi,sosial-mədəni,insitusional 

və.s 


amillər 

kimi 


təsnifləşdirirlər. 

Milli 


iqtisadiyyatın  iqtisadi  amilinə  ilk  olaraq  ölkənin  milli  bazarının  mövcudluğunu  aid 

etmək  olar.Milli  bazar  dedikdə  hər  şeydən  əvvəl    ölkənin  iqtisadi  inkişafını 




31 

 

stimullaşdıran,milli  istehsal  imkanlarına    əsaslanan  inkişaf  konsepsiyasının  olması 



nəzərdə  tutulur.Bununla  yanaşı,milli  valyutanın  mövcudluğunu  da  iqtisadi  amilə  aid 

etmək  olar.  Milli  iqtisadiyyatın  sosial-mədəni  amillərinə  isə  ölkənin  tarixi,milli 

mentalitet  və.s  aid  edilir.Milli  iqtisadiyyatın  insitusional  amilləri  iqtisadi  siyasətin 

işlənib 


hazırlanmasını,iqtisadi 

proseslərdə 

dövlətin 

rolunun 


müəyyənləşdirilməsini,bazar 

subyektlərinin 

hüquqi 

münasibətlərinin 



milli 

iqtisadiyyata xidmət etməsini nəzərdə tutur. 

Milli iqtisadiyyatın  məqsədlərinə aşağıdakıları aid etmək olar

5

 : 



1).  Sağlam 

milli  iqtisadiyyatın  bərqərar  olması,ictimai  təkrar  istehsalın 

fasiləsizliyinin təmin olunması; 

2).Müxtəlif mülkiyyət formalarının ,xüsusi sahibkarlığın inkişaf etdirilməsi; 

3).Maddi  və  qeyri  maddi  nemətlər  istehsal  olunan  sahələr  və  müəssisələr  arasında 

koordinasiyanın təmin olunması; 

4).Milli  iqtisadiyyatda  iqtisadi  dövriyyə  prosesinin  davam  etməsi  ilə  məhsul  və 

gəlirlərin geniş təkrar istehsalı və maddi,ictimai ehtiyatın yaradılması və.s   

  

 

 



 

 

 



 

 

                                                             



5

 Koşelev S.Milli iqtisadiyyat  səh.114-115 





Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə