Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

35 

 

illərin  makroiqtisadi  göstəricilərində daha  aydın  görünür. 1991-1994-cü  illər ərzində 



ölkə  iqtisadiyyatında  ÜDM  hər  il  orta  hesabla  16,5%  azalmışdı.    Ölkə  istehsal 

potensialının  demək  olar  ki,  2/3-ni  itirmişdi.  Ümumiyyətlə,  iqtisadi  tənəzzül  dövrü 

adlandırdığımız  1991-1995-ci  illərdə  aparılmış  sistemsiz  iqtisadi  islahatlar  aşağıdakı 

neqativ  hallara  səbəb  oldu:  1)  maliyyə-bank  sistemi  iflic  vəziyyətə  düşdü;  2).  büdcə 

kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı; 3). bütünlüklə büdcə kəsiri Milli 

Bank  tərəfindən  maliyyələşdirildi  ki,  bu  da  pul  kütləsinin  həddindən  çox  artmasına 

səbəb olmuşdur; 4). 1992-1994-cü  illərdə pul emissiyası əhalinin pul  gəlirinin 40-45 

faizini  təşkil  etmişdir;  5).  1992-1994-cü  illərdə  kredit  həcminin  ümumi  daxili 

məhsula  nisbəti  55-60  faiz  təşkil  etmişdir;  6).  1994-cü  ildə  Milli  Bankın  faiz 

dərəcələri  250  faizə  çatmışdır;    7).  1992-1994-cü  illərdə  xarici  ticarət  dövriyyəsinin 

həcmi 42  faiz azalmışdır.  1991-ci ildən başlayaraq 4  il ərzində əhalinin əmək  haqqı 

üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 5.7 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü 

xeyli  sürətləndirmiş  və  bu  dövrdə  inflyasiya  özünün  ən  yüksək  səviyyəsinə  -  hiper 

inflyasiya  mərhələsinə  qədəm  qoymuşdur  (1994-cü  ildə  inflyasiya  səviyyəsi  1763.5 

faiz  olmuşdur).  Belə  ki,  istehsalın  kəskin  şəkildə  azalması,  siyasi  qeyri-sabitlik, 

müharibə,  bazar  elementlərinin  kortəbii  fəaliyyəti  kimi  iqtisadi  proseslər  və  dövlət 

xərclərinin, əmək  haqqı səviyyəsinin bir  neçə dəfə artırılması,  maddi  vəziyyyəti ağır 

olan  sosial  təbəqəyə  güzəştlər,  düşünülməmiş  pul-kredit,  vergi-büdcə,  maliyyə-bank 

və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından 

inflyasiyanı daha da sürətləndirirdi. 

    1993-  cü  ildən  etibarən  Azərbaycan  Respublikasının  mərhum  Prezidenti, 

ümummilli  liderimiz  Heydər  Əliyevin  uzaqgörən  siyasəti  və  gərgin  fəaliyyəti 

nəticəsində,  ağır  ilkin  şərtlərə  baxmayaraq,  1995-  ci  ildən  başlayaraq  ölkəmizin 

sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  sahəsində  çox 

böyük nailiyyətlər əldə olunmuşdur.  

    1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandı və 

bununla  da  ölkənin  enerji  təhlükəsizliyinin  möhkəm  təməli  qoyuldu.  Bu  müqavilə 

siyasi-iqtisadi  və  hüquqi  baxımdan  qlobal  əhəmiyyəti  ilə  bərabər,  milli 




36 

 

maraqlarımızın  təmin  olunması  üçün  güclü  strateji  saziş  idi  .  “Əsrin  müqaviləsi”  



ölkəmizin  müstəqilliyinin  ,iqtisadi  bünövrəsinin  möhkəmlənməsi  və  Azərbaycanın 

dünyada  analoqu  olmayan  templə  davamlı  inkişafı  üçün  zəmin  yaratmaqla 

yanaşı,respublikamızın qlobal layihələrdə iştirakına  ,Böyük İpək Yolunun bərpasına 

və 


trans-nəqliyyat 

dəhlizlərinin 

ölkəmizin 

ərazisindən 

keçməsinə 

zəmin 


yaratdı.Şişirtmədən  demək  olar  ki,  “Əsrin  müqaviləsi”  yeni  neft  strategiyasının 

başlanğıcı oldu. Müqavilənin 1-ci mərhələsinin gerçəkləşməsi gedişində Azəri-Çıraq-

Günəşli  neft  ehtiyatlarının  qiymətləndirilməsi  üzrə  məsələlər  uğurla  həll 

edilmişdir.Xəzərdə neftin çıxarılmasında yeni texnologiyalar tətbiq edilmiş və dünya 

bazarlarına  Xəzər  neftinin  nəqlində  yeni  sistemlər  yaradılmışdır.İştirakçılar  bu 

nəticələrə,5 il ərzində nail oldular.Həmin dövr ərzində investisiya vəsaitlərinin həcmi 

2,4  mlrd  dollar  təşkil  etmiş  və  onlar  ilk  növbədə  istehsal  obyektlərinin 

yaradılmasında  istifadə  olunmuşdur(boru  kəmərləri,platformalar)  .Azəri,Çıraq 

yataqlarının  və  Xəzər  şelfinin  Günəşli  yatağının  dərin  sulu  hissəsində 

karbohidrogenlərin birgə mənimsənilməsini nəzərdə tutan bu layihənin iştirakçılarına 

aşağıdakı  pay  %  təqdim  edilir:  ARDNŞ-10,LUKoyl-10,  AMOKO-17,Yunokal-

8,Penzoyl,BP-17,1,Remko-2,Norveç 

Statoil-8,56,Itoçu-3,92,Türkiyə 

TKAO-


6,75,Səudiyyə  Delta-1,68.  Bu  saziş  Azərbaycanın  enerji  və  iqtisadi  təhlükəsizliyinin 

möhkəmlənməsi,güclü  maliyyə  ehtiyatlarının  formalaşması,iqtisadiyyatın    kapital  

resurslarına olan ehtiyacının ödənilməsi  üçün  möhkəm əsaslar demək idi. 

      Bu istiqamətdə həmçinin başqa tədbirlər də həyata keçirildi.Əsrin müqaviləsindən 

sonra  bağlanmış  neft  müqavilələri,bazar  iqtisadiyyatına  keçid  və  sahibkarlığın 

inkişafı  istiqamətində  qəbul  olunmuş  qanunlar  və.s  normativ  hüquqi  sənədlər 

iqtisadiyyatın  böhrandan  çıxması  və  bazar  iqtisadiyyatına  keçiddə  mühüm  rol 

oynadı.Nəticədə  1996-1997  ci  illərdə  iqtisadiyyatın  bütün  sahələri  böhrandan 

çıxdı,sabitləşdi,kiçik  və  orta  sahibkarlar  sinfi  formalaşmağa  başladı,bütün 

makroiqtisadi  göstəricilərdə  artım  başlandı.Belə  bir  faktı  qeyd  etmək  kifayətdir 

ki,1996-cı  ilə  nisbətən  1997-ci  ildə  ÜDM  105,8%,sənaye  məhsulu  100,3%,capital 

qoyuluşu 167,əmtəə dövriyyəsi 114,9% və əmtəə ixracı 123,8% təşkil edirdi. 




37 

 

       Yuxarıdan  da  göründüyü  kimi  1997-ci  ilə  qədər  Respublikamızda  bazar 



iqtisadiyyatına  keçidin  və  dünya  iqtisadiyyatına  inteqrasiyanın  yalnız  əsasları  yaran 

mışdır.Sosial-iqtisadi inkişafın 1997-2001 illəri əhatə edən bu mərhələsi iqtisadiyyata 

dövlətin  qısa  və  orta  müddətli  proqram  xarakterli  tənzimləmə  müdaxiləsinin 

başlanması, onun bütün sahələrində,iqtisadiyyatın sürətli inkişaf yoluna çıxması üçün 

zəmin hazırlanması ilə səciyyələnir. 

     Bazar  iqtisadiyyatının  əsaslarını  möhkəmlətmək,iqtisadiyyatın  əksər  sahələrinin 

davamlı inkişafını təmin etmək ,müəssisələrin  təsərrüfat fəaliyyətinin mənfəətliliyini 

imkan  daxilində  iqtisadi  inkişafın  ikinci  mərhələsinin  strateji  vəzifələri  kimi  qarşıya 

çıxmışdır. 

     Bu  strateji  vəzifələri  yerinə  yetirmək  üçün  dövlət  ilk  dəfə  olaraq  idarəetmənin 

təşkilati  mexanizmi    kimi  qeyri-neft  sektorunun  ayrı-ayrı  sahələrinin  qısa  və  orta 

müddətli  məqsədli  inkişaf  proqramlarını  hazırlamış  və  icrasını  təmin  etmişdir.Bu 

məqsədlə  “  Azərbaycan  Respublikasında  iqtisadi  yüksəliş  və  struktur  yenidən 

qurması  üzrə  orta  müddətli  proqram”,  “Dövlət  sektoruna  investisiya  qoyuluşunun 

orta  müddətli  proqramı”,  “  2002-2005-ci  illərdə  turizmi  inkişaf  etdirmək  və  turizm 

ehtiyatlarından  səmərəli  istifadə  etmək  proqramı”  və  digər  proqramlar  qəbul 

edilib,sahibkarlığın  inkişafına  maliyyə-kredit  dəstəyi  vermək  üçün    Sahibkarlara 

Kömək  Milli  Fondu  təşkil  olunmuş,Kiçik  və  Orta  Sahibkalığın  inkişafı  agentliyi 

yaradılmışdır və.i.a . 

    Bu proqramların yerinə yetirilməsi və sahibkarlığın inkişafı ilə bağlı digər çoxsaylı 

tədbirlərin  görülməsi  nəticəsində  inzibati  rayonlar  və  şəhərlər  iqtisadiyyatın  sabit 

sürətlə davamlı  inkişafı  mərhələsinə daxil  olmuş, onların  maliyyə  imkanları da  xeyli 

artmışdır. 

    Müstəqilliyini  yenidən  bərpa  etmiş  Azərbaycanın  dinamik  templərlə  iqtisadi 

tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi 

yalnız  ümummilli  lider  Heydər  Əliyevin  xalqın  tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə 

qayıdışından sonra mümkün olub. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə