Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   16   17   18   19   20   21   22   23   24

74 

 

bununla  da  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  hüquqi  bazasının  yaradılması 



təmin edilmişdir. 

Qanunda  Azərbaycan  Respublikasında  dövlət  mülkiyyətinin  aşağıdakı  ümumi 

prinsiplər əsasında özəlləşdirilməsi nəzərdə tutulmuşdur: 

1).Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  mərhələlərini,  növbəliliyini, 

özəlləşdirmənin  qruplar  üzrə  təsnifatını,  yollarını,  formalarını  və  variantlarını 

müəyyən etməklə dövlət tərəfindən tənzimlənməsi; 

2).Özəlləşdirmədə  dövlətin,  əmək  kollektivlərinin  və  əhalinin  bütün  sosial 

təbəqələrinin iqtisadi mənafeyinin nəzərə alınması; 

3).Azərbaycan  Respublikası  vətəndaşlarının  özəlləşdirmədə  iştirakını  təmin  etmək 

məqsədilə özəlləşdirmə payının müəyyənləşdirilməsi; 

4).Özəlləşdirilməsi  məcburi  sayılan  müəssisələr  (obyektlər)  istisna  olmaqla, 

özəlləşdirmənin  forma  və  variantlarının  seçilməsində  əmək  kollektivinin  rəyinin 

nəzərə alınması; 

5).Özəlləşdirmə prosesində antiinhisar siyasətinin tələblərinin nəzərə alınması; 

6).Respublikanın  xalq  təsərrüfatına  sərmayə  cəlb  etmək  və  işgüzar  dairələrin 

təcrübəsindən  istifadə  məqsədilə  xarici  hüquqi  və  fiziki  şəxslərin  özəlləşdirmədə 

iştirakına şərait yaradılması; 

   7).Özəlləşdirməyə  dair  tədbirlərin  aşkarlıq  şəraitində  həyata  keçirilməsi  və  onun 

nəticələri üzərində dövlət nəzarətinin, habelə ictimai nəzarətin təmin olunması. 

    Beləliklə  Azərbaycanda  genişmiqyaslı  özəlləşdirmə  Azərbaycan  Respublikasında 

1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət  Proqramı  (91, 

cilt,  s.6-33)  qüvvəyə  mindikdən  sonra,  1996-cı  ilin  ikinci  rübündən  etibarən  həyata 

keçirilməyə başlanılmışdır. 

    Birinci proqram dövlət mülkiyyətində olan kənd təsərrüfatı istehasalı müəssisələri, 

torpaq və  mənzil fondu istisna olmaqla xalq təsərrüfatının bütün sahələri üzrə dövlət 



75 

 

müəssisələrinin  və  əmlakının  özəlləşdirilməsi  tənzimləyən  hüquqi  sənəddir.  Bu 



proqramda  özəlləşdirmənin  başlıca  məqsəd  və  vəzifələri,  istiqamətləri,  üsulları 

müddəti  və  mərhələləri,  özəlləşdiriləcək  müəssisə  obyektlərinin  təsnifatı,  onların 

səhmdar  cəmiyyətlərə  çevrilməsi,  səhmləşdirmənin  konkret  variantları  öz  əksini 

tapmışdır. 

Özəlləşdirməyə  münasibətdə  dövlət  mülkiyyətində  olan  obyektlər  5  qrupa 

bölünmüşdür: 

a)Özəlləşdirilməsi qadağan olunan müəsisə və obyektlər; 

b)Azərbaycan  Respublikası  Prezidentinin  qərarı  ilə  özəlləşdirilən  müəssisə  və 

obyektlər; 

c).Azərbaycan Respublikası Nazirlər  Kabinetinin qərarı  ilə özəlləşdirilən  müəsisə və 

obyektlər; 

d)Yerli  icra  hakimiyyəti  orqanları  ilə  razılaşdırılaraq  Dövlət  Əmlak  Komitəsinin 

qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər; 

   e).Özələşdirilməsi  məcburi  sayılan  müəssisə  və  obyektlər.  Sonuncu  qrupa  daxil 

edilmiş  müəssisə  və  obyektlərin  özəlləşdirilməsi  haqqında  qərarlar  da  DƏK 

tərəfindən qəbul edilir. 

   Birinci proqramda göstərildiyi kimi, dövlət müəssisələrinin özəlləşdirilməsi hərrac, 

müsabiqə,  səhmləşdirmə  formalı  müxtəlif  investisiya  fondları,  qiymətli  kağızlar  və 

fond  birjalarının  vasitəçiliyi  ilə  həyata  keçirilmişdir.  Kiçik  müəssisə  və  obyektlər 

pullu hərrac vasitəsilə, orta və iri müəssisələr isə səhmdar cəmiyyətinə çevrilərək çek 

hərracları vasitəsilə özəlləşdirilmişdir. 

     Bütövlükdə  birinci  proqram  çərçivəsində  28.5  minə  yaxın  müəssisə  və  obyekt 

özəlləşdirməyə  açıq  elan  olunmuş,  lakin  bunlardan  təqribən  5.1  min  müəssisə 

müxtəlif səbəblər üzündən özəlləşdirilməmişdir. Dövlət Əmlak Nazirliyinin mətbuata 




76 

 

açıqlamasına  görə,  1  oktyabr  2000-ci  il  tarixinə  dövlət  mülkiyyətinin 



özəlləşdirilməsindən dövlət büdcəsinə 430 milyard manat vəsait daxil olmuşdur. 

   “Azərbaycan  Respublikasında  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında” 

Azərbaycan  Respublikasının  qanunu  və  Azərbaycan  Respublikasında  dövlət 

əmlakının özəlləşdirilməsinin II dövlət Proqramının təsdiqi (10 avqust 2000-ci il) ilə 

Azərbaycanın  özəlləşdirmə  siyasətində  yeni  dövr  başlamışdır.  Dövlət  rəsmiləri  yeni 

özəlləşdirmə siyasətinin daha çox ölkə  vətəndaşlarının  işlə təmin olunması  və daxili 

istehsalın  canlandırılması  məqsədini  güddüyünü  vurğulayırlar.  Bu  mənada 

özəlləşdirmə  siyasətinin  ölkə  vətəndaşlarının  əlində  istifadəsiz  qalmış  özəlləşdirmə 

çeklərinin  reallaşdırılmasına  imkan  yaradacağına  inamı  gücləndirir.  Yeni  qanun  və 

proqram  birinci  mərhələni  əhatə  edən  müvafiq  qanunvericilik  sənədlərindən  xeyli 

fərqlənir. Bu  fərqlərə bir sıra  yeni özəlləşdirmə  üsullarını, opsionlardan  yeni  istifadə 

qaydalarını,  özəlləşdirmədən  istifadə  ediləcək  vəsaitdən  özəlləşdirmə  prosesinə 

müstəqil  maliyyə  vasitəçilərinin  cəlb  edilməsini,  proseslə  bağlı  informasiya 

təminatının  təşkili    və  özəlləşdiriləcək  dövlət  müəssisələrinin  sağlamlaşdırılmasına 

ayrılan  vəsaiti,  özəlləşdirmə  prosesində  şəffaflığı  təmin  etmək  məqsədilə  xüsusi 

komissiyanın  yaradılmasını,  əmlakın  qiymətləndirilməsində  beynəlxalq  praktikada 

qəbul olunuş  üsullardan  istifadəni,  xarici  investorların özəlləşdirmə prosesində çeklə 

istifadə  üçün  opsionla  yanaşı  onların  Azərbaycan  Respublikası  ərazisində  əldə 

etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən iştirakını və s. aid etmək olar. 

İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  özəlləşdirmə  ilə  əlaqədar  yeni  qanunun  qəbul 

edilməsi  obyektiv  zərurətdən  irəli  gəlmişdir.  Məlum  olduğu  kimi  1995-ci  ildən 

Azərbaycanda  yeni  konstitusiya  fəaliyyət  göstərir    və  qüvvədə  olan  özəlləşdirmə 

qanununun  müddəaları  ali  qanunun  müddəalarına    uyğun  gəlmirdi.  Mövcud  qanun 

dövlət  əmlakının  özəlləşdirilməsi  kimi  mürəkkəb  məsuliyyətli  prosesləri  və 

proseslərlə  əlaqədar  meydana  çıxan  münasibətləri  hüquqi  cəhətdən  tənzimləyə 

bilmirdi. Qanunun 10-cu maddəsinin 2-ci bəndi (özəlləşdirmənin dövlət Proqramının 

təsdiqi ilə əlaqədar), 12-ci maddəsi (özəlləşdirilən müəssisə və obyektlərin təsnifatı), 

18-ci maddəsi (özəlləşdirmə payı) və s. reallığa cavab vermirdi. Odur ki, yeni qanun 




77 

 

beynəlxalq maliyyə qurumlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya 



Bankının  tövsiyyələri  nəzərə  alınmaqla  hazırlanmışdır.  Qanunda  xarici  investorlarla 

yanaşı  yeni  investorların  maraqlarının  qorunmasına  da  xüsusi  diqqət  yetirilmişdir. 

Belə ki, yeni qanuna əsasən “Yerli investorların dövlət əmlakının özəlləşdirilməsinin 

bütün forma və üsullarında məhdudiyyətsiz iştirak etmək hüququ vardır”. 



   Özəlləşdirməylə əlaqədar Dövlət Proqramı çərçivəsində  də özəlləşdirmə  üçün açıq 

elan  edilmiş  müəssisə  və  obyektlərin  özəlləşdirilməsini  başa  çatdırmaq  vəzifələri 

məqsəd qoymuşdur.  

Qanunda  mövcud  üsullarla  bərabər  dövlət  əmlakının  özəlləşdirilməsinin    iki  yeni 

üsulu göstərilir: 

a).Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 

b).Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 

Bu  üsulların  hər  ikisi  Baltikyanı  ölkələrin,  Şərqi  Avropa  ölkələrinin  özəlləşdirmə 

təcrübəsində sınaqdan keçirilmiş və səmərəli nəticələr vermişdir. 

İxtisaslaşmış  çek  və  pul  hərraclarının  keçirilməsi  qaydaları  ölkə  başçısı  tərəfindən 

müəyyən edilir. 

    Respublika  prezidentinin  fərmanına  əsasən,  özəlləşdirmə  ilə  bağlı  dövlət 

proqramlarının    icraçısı  və  əlaqələndiricisi  Əmlak  Məsələləri  üzrə  Dövlət 

Komitəsidir.  Bu  mərhələdə  özəlləşdirməyə  dövlət  nəzarətini  isə  Özəlləşdirməyə 

Nəzarət üzrə Dövlət Komissiyası həyata keçirəcəkdir. 

Azərbaycanda    həyata  keçirilən  özəlləşdirmə  xüsusi  mülkiyyət  və  bazar  prinsipləri 

əsasında  həyata  keçirilsə  də  burada  əhalinin  həyat  səviyyəsi  və  sosial 

vəziyyəti,investorların  maraqları  və  iqtisadiyyatın  ayrı-ayrı  strukturlarının  mövcud 

vəziyyəti də nəzərə alınmışdır.  

 Azərbaycanda  özəlləşdirmə  prosesində  mühüm  addım  olaraq  özəlləşdirmə  

çeklərinin  dövriyyəyə  buraxılmasına  1996-cı  ilin  yanvarın  1-dən  başlanılıb  və  iki 



78 

 

mərhələdə  həyata  keçirilib.Ümumilikdə  vətəndaşlara  31,9  milyon  özəlləşdirmə  çeki 



paylanılıb.Həmçinin  burada  1997-ci  yanvarın  1-dək  andan  olmuş  vətəndaşlara  4 

çekdən ibarət özəlləşdirmə payının verilməsi nəzərdə tutulmuşdur.Bu mərhələdə 25,5 

milyona  yaxın  dövət    özəlləşdirmə  çeki  silinib,bu  da  dövriyyəyə  buraxılmış  ümumi 

çeklərin  təxminən  80  faizini  təşkil  etmişdir.Dövlət  özəlləşdirmə  paylarının  dövriyyə 

müddəti bitdikdən (31 dekabr 2010-cu il) sonra özəlləşdirmə prosesində iştirak etmək 

üçün yeni mexanizmlər müəyyənləşdirilib. 

 Keçid dövründən sonrakı dövr ərzində  isə həyata keçirilən özəlləşdirmə  nəticəsində 

35  mindən  çox  kiçik  müəssisənin  özəllə.dirilməsi  həyat  keçirilib.1500-dən  çox 

səhmdar  cəmiyyəti  yaradılıb  və  onların  da  hazırda  əksəriyyəti  özəlləşdirmə 

ərəfəsindədir.Özəlləşdirilmiş  müəssisələrdə  300  mindən  artıq  vətəndaş  işlə  təmin 

olunub ,ümumilikdə isə 1 milyona yaxın vətəndaş özəlləşdirmə prosesində birbaşa və 

ya dolayı yollarla iştirak etmişdir.

17

 

  



 

                                                             

17

 Həsənov R. Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin xüsusiyyətləri.Bakı 2012 s 118. 




79 

 

                                       

                                          Nəticə və təkliflər 

 

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus 



milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq 

maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Azərbaycan milli iqtisadi 

inkişaf modeli üzrə tədqiqatın nəticəsində məlum olmuşdur ki,bu modelin əsasını 

sosial dövlət prinsipləri təşkil edir.Məhz bu cəhətinə görə belə Azərbaycan milli 

iqtisadi inkişaf modeli mahiyyətcə hal hazırda Şimali Avropa ölkələrində tətbiq 

olunan  sosial demokat İsveç və ya Skandinav modeliylə uyğunluq təşkil edir.Lakin 

,Azərbaycan milli iqtisadi inkişaf modelinin bir sıra fərqləndirici xüsusiyyətləri də 

vardır.Belə ki,iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə porqramların mövcudluğu,hər bir 

vətəndaşın sosial rifahının təmin edilməsi,modernləşmə və insan kapitalının 

inkişafının başlıca məqsədlər kimi seçilməsi bu modelin başlıca 

xüsusiyyətlərindəndir. 

Azərbaycanın son illər əldə etdiyi fenomenal iqtisadi uğurlar və neft strategiyasının 

uğurla reallaşması Azərbaycan milli iqtisadi inkişaf modelinin başlıca uğurları hesab 

edilməlidir.Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, 

hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım 

tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta 

Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. 

 

Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil 



siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi 

məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin 

iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq 

məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu 

inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun 

yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın 




80 

 

azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına 



xidmət edən mühüm addımlar atılmışdır. 

Bütün bunlar  Prezident İlham Əliyevin  sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 

yekunlarına  və 2015-ci ildə qarşıda duran  vəzifələrə həsr olunan iclasda da 

vurğulanmışdır : 

“Ötən  il  dünyada  və  bölgədə  bir  sıra  proseslərin  getməsinə  baxmayaraq,Azərbaycan 

özünün  iqtisadi  inkişaf  tempini  saxladı,xalqımız  2014-cü  il  ərzində  də  təhlükəsiz 

yaşadı”. 

Keçən  il  ərzində  ölkə  iqtisadiyyatının  uğurla  inkişaf  etdiyini,ilin  sonunda  neftin 

qiymətinin düşməsinə baxmayaraq,iqtisadiyyatımızın  3 faiz,qeyri-neft sektorunun isə 

7 faiz artdığını deyən Prezident İlham Əliyev inflyasiyanın 1,4 faiz olduğunu,əhalinin 

pul  gəlirlərinin  4,8  faiz  olduğunu  qeyd  etmişdir.Prezident  həmçinin,ölkə 

iqtisadiyyatına  27  milyard  dollar  investisiya  qoyulduğunu  ,bunun  da  16  milyard 

dollarının daxili sərmayə olduğunu vurğulamışdır.Manatın məzənnəsi sabitdir,valyuta 

ehtiyatlarımız isə 50 milyard dolları keçib. 

2014-cü ildə 30-dan çox sənaye müəssisələrinin yaradıldığını ,xeyli yeni iş yerlərinin 

açıldığını  deyən  Prezident  İlham  Əliyev  bir  neçə  nəhəng  layihənin  də  icra 

olunduğunu,Azərbaycanın  yer  səthini  müşahidə  edən  ikinci  peykinin  orbitə 

buraxıldığını 

bildirmişdir.Düşünülmüş 

iqtisadiyyatın 

verdiyi 

imkanlardan 

yararlanaraq  sosial  sahənin  inkişafına  diqqətin  artırıldığını  bildirən  dövlətimizin 

başçısı  2014-cü  ildə  60-dan  çox  tibb  mərkəzinin  ,50-dən  artıq  məktəbin  tikilib 

istifadəyə  verildiyini,ölkə  əhalisinin  116  min  nəfər  artdığını,  “ASAN  xidmət”-in 

uğurla  xidmət  göstərdiyini  ,yarandığı  gündən  bu  quruma  3  milyon  500  min 

müraciətin daxil olduğunu vurğulamışdır. 

Yekun  çıxışında  “2014-cü  ildə  müşahidə  olunan  proseslər  göstərir  ki,bu  il  dünya 

iqtisadiyyatı üçün ağır il olacaq”-deyən İlham Əliyev neftin qiymətinin aşağı düşməsi 

ilə  2015-ci  ili  təbii  sərvətlərlə  zəngin  ölkələr  üçün  sınaq  dövrü  kimi  xarakterizə 

etmişdir.  “Lakin  düşünülmüş  iqtisadi  siyasət  ,şaxələndirmə  prosesi  ,xalqla  iqtidar 



81 

 

arasında  birlik  bu  ilin  də  xalqımız  üçün  uğurlu  olacağına  təminat  verir”  –deyən 



Prezident    İlham  Əliyev  2015-ci  ildə  qeyri-neft  sektorunun  inkişafının  diqqətdə 

saxlanılmasının  əhəmiyyətinə  də  toxunmuşdur.Həmçinin  İlham  Əliyev  bildirmişdir 

ki,sahibakarlara  güzəştli  kreditlərin  verilməsi  davam  etdirilməli,hər  bir  dövlət 

qurumunda 

idarəetmə 

prinsipləri 

təkmilləşdirilməli,israfçılıq 

hallarına 

yol 

verilməməlidir.Ölkə  üçün  zəruri  olan,iqtisadi  və  sosial  əhəmiyyəti  ilə  seçilən 



layihələrin davam etdiriləcəyini bildirən  dövlətimizin başçısı hər bir rayonda sənaye 

mərkəzlərinin  yaradılması  ilə  bağlı  tapşırıqların  icrası,  2015-ci  ildə  böyük 

metallurgiya  kompleksinin  tikintisi,dövlət  investisiyalarının  dayanıqlı  inkişafa 

yönəldilməsi,ekoloji  məsələrin  həlli,nəqliyyat  layihələrinin  icrasının  davam 

etdirilməsi  ilə  bağlı  fikirlərini  də  bildirmişdir.  Bakı-Tbilisi-Qars  dəmiryol  xəttinin 

tikintisinin artıq başa çatdırıldığını ,hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu 

layihələr  icra  olunduğunu  deyən  Prezident  İlham  Əliyev  ötən  il    “Cənub”  qaz 

dəhlizinin əsasının qoyulmasını tarixi  hadisə adlandırmışdır.Həmçinin, İlham  Əliyev 

qeyd  etmişdir  ki,XXI  əsrin  layihəsi  olan  “Cənub”  qaz  dəhlizinin  icrası  ölkəmizin 

inkişafında mühüm mərhələ olacaq 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  ölkəmizin  iqtisadiyyatı  keyfiyyətcə  yeni 

inkişaf 


mərhələsinə 

daxil 


olmuşdur. 

Milli 


iqtisadiyyatımızda 

rəqabət 


qabiliyyətliliyinin  yüksəlməsi  və  dünya  iqtisadi  sisteminə  səmərəli  inteqrasiya 

olunmaqla  uzunmüddətli  perspektivə  hesablanmış  dinamik  sosial-iqtisadi  inkişafın 

davamlılığını təmin etmək qarşıya məqsəd qoyulmuşdur. 

Bütün bunlarla əlaqədar olaraq aparılan araşdırmalar  nəticəsində  aşağıdakı təklifləri 

də  qeyd etmək olar : 

1.Ölkədə  iqtisadi  inkişaf  modelinin  uğurla  həyata  keçirilməsi,  iqtisadi  artımın 

dayanıqlılığının təmin edilməsi üçün insan kapitalının inkişaf etdirilməsi istiqmətində 

tədbirlər həyata keçirilməlidir; 

2.Regional  inkişafın  dəstəklənməsi  və  regionların  sosial-iqtisadi  inkişafı  üçün 

sahibkarlara hər cür güzəştlərin tətbiq edilməsi. 




82 

 

3.İqtisadiyyatın innovasiya yönümlü inkişafının təmin edilməsi,elmtutumlu sahələrin 



inkişafı  üçün  o  sahələrdə  fəaliyyət  göstərən  müəssisələrə  vergi,dotasiya  güzəştləri 

tətbiq edilməlidir. 

4.Ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətliliyi  təmin  edilməli  və  neft  sektorunda 

ixrac olunan məhsullarla yanaşı,qeyri neft sektorunda ixrac olunan məhsulların dünya 

bazarına  maneəsiz  çıxarılması  və    dünya  bazarında  layiqli  yer  tutuması  üçün  həyata 

keçirilən tədbirlər intensivləşdirlməlidir. 

5.Sosial  sahədə  yoxsulluğun  azaldılması  istiqamətində  həyata  keçirilən  tədbirlər 

davam etdirilməli,aztəminatlı  ailələrin sosial müdafiəsi təmin olunmlaıdır. 

6.Təhsil və səhiyyə sahəsində xiudmətlər yaxşılaşdırılmalı,müasir dünya 

standardlarına cavab verən bir şəkildə təşkil olunmalıdır. 

 

 

 

 

 

 

                             

 

 

 

 

 



83 

 

                                     

                                      İstifadə edilmiş ədəbiyyat 

 

 



 

1.  “Azərbaycan  2020: Gələcəyə  baxış” İnkişaf konsepsiyası ,39 s ( Azərbaycan 

Respublikası Prezidentinin 29.12.2012 tarixli fərmanı ilə təsdiq edilmişdir).  

2.   Abbasov Ç.  Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları . 

«Elm» 

nəşriyyatı. Bakı -2005 . 252 s 



3.  Abduləzimov C . Davamlı iqtisadi inkişaf strategiyasının uğurları . Azərbaycan 

2010 № 218 s. 5  

4.  Allahverdiyev  H.B. və b.  Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin 

elementləri Bakı: 2006.834 s 

5.  Allahverdiyev H. B. və b. İqtisadiyyatın dövlət tənzimlənməsi Bakı 2002 447 s 

6.  Atakişiyev  M.   Azərbaycan 2020 :milli iqtisadi inkişaf və səmərəli yüksəlişin 

problemləri. Vergi jurnalı №2, səh 135-146.Bakı 2012. 

7. 


 Atakişiyev M. Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda . Bakı:

2005 262 s.  

8.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər 

kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə 

qarşıda duran vəzifələrə həsr olunan iclasın materialları.  www.president.az  

10.01.2015. 

9.  Azərbaycan sosial-iqtisadi inkişafının əsas göstəriciləri. www.azstat.org    

10. Babayev Ə.P    İqtisadi inkişafdan modernləşməyə doğru . “Oğuz eli” Bakı-

2013 200 s. 

11. Babayev Ə.P ,Meybullayev M.X və VəliyevT.S elmi redaktorluğu ilə İqtisadi 

nəzəriyyə  Çaşıöğlu Bakı 2001 691 s 

12. Cavadov Ə.    Yeni strateji iqtisadi inkişaf modeli  .Milli Məclis jurnalı 

13.05.2013 

13. Dövlət büdcəsinə vergi və sair daxil olmalar haqqında məlumat . 

www.taxes.gov.az 

14. Əlirzayev Ə. Azərbaycanda sahibkarlığın inkişaf problemləri və həlli yolları 

.Bakı: 2000 116 s. 

15. Əliyev H.Ə    Azərbaycan nefti dünya siyasətində IV-V kitab,Bakı,1997 

16. Əliyev H.Ə    Yeni neft strategiyası  . Bakı ,1998           

17.  Əliyev H.Ə.   Müstəqilliyimiz əbədidir,Bakı (I-XI hissə),1997-2003 

18.  Hacıyev  Ş.   Azərbaycanın iqtisadi inkişafının model identifikasiyası . 

“Heydər  Əliyev və Azərbaycanın müasirləşmə strategiyası”.Bakı: Azərnəşr 

2011 .708 s 

19. Həsənov   R.   Müasir Azərbaycanın  sosial-iqtisadi inkişaf modelinin 

xüsusiyyətləri .  Vergi jurnalı №2, səh 103-118,Bakı 2012. 

20. Həsənov R.  Tənəzzüldən stabilliyə,stabillikdən tərəqqiyə doğru təkamülün 

xüsusiyyətləri və perspektivləri. Bakı : Azərnəşr 2011 .708 s   



84 

 

21.  Invesisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu 



(15.01.1992). 

22. Koşelev S. Milli iqtisadiyyat. Moskva :Eksmo 2008.258 s. 

23. Mehdiyev  R.   Müasir  Azərbaycan milli ideyanın təcəssümü kimi ,Dövlət 

idarəçiliyi :nəzəriyyə təcrübə ,№2,səh 135-167.Bakı 2011. 

24. Mehdiyev R.  Modernləşmə xətti yenə gündəlikdədir. Dövlət 

idarəçiliyi:nəzəriyyə və təcrübə.Jurnal №2(22) .Bakı 2008. 

25. Mehdiyev R. Azərbaycan : Qloballaşma  dövrünün tələbləri .Bakı: XXI 

əsr.Yeni Nəşrlər evi ,2005. 464 s. 

26. Nuriyev  Ə    Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin                       

konseptual əsasları.  Bakı: 2013,Avropa nəşriyyatı 418 s. 

27. Regionalrın sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı (2004-2008,2009-

2013). 


28. Səmədzadə  Ş və.b     “ Sahibakarlığın əsasları”  .Bakı: Çaşıoğlu 2000,372 s. 

29. Səmədzadə Z    Çin Qlobal Dünya iqtisadiyyatında .

«Elm və Təhsil».    Bakı-

2009.608 s. 

30. Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı (məqalələr 

toplusu).Qloballaşan Azərbaycan Sivil İnkişaf mərkəzi Bakı-2006.377 s 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə