Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   2   3   4   5   6   7   8   9   10   ...   24

23 

 

mühafizə  olunmalı,dövlət  bazarı  sivil  qaydalarla  müdafiə  etməli,istehsalçıları  sosial 



populizmdən qorumalıdır. 

Bu  model  hazırki  qlobal  maliyyə  böhranı  şəraitində  Almaniyanın  iqtisadi 

müvəzinatının qorunmasında çox mühüm rol oynamışdır. 

   Sosial- demokratik model - İsveç modeli. 

Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı model ilə eynidir. Buna 

baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur. 

Sosial  -  demokrat  modeli  üçün  dövlət  mülkiyyətinin  həddən  artıq  çox  ol-ması 

xarakterdir.  Bazar  iqtisadiyyatının  bu  modeli  əsasən    İsveçdə  öz  əksini  tapmışdır  və 

ona  görə  də  onu  çox  vaxt  İsveç  modeli  adlandırırlar.  Tarixi  inkişafın  müxtılif 

mərhələlərində  bu  modelin  bir  çox  cəhətləri  digər  Skandinav  ölkələrində,  eləcə  də 

İspaniyada,  Portuqaliyada,  Yuna-nıstanda  öz  əksini  tapmışdır.  Bazarın  İsveç  modeli 

aşağıdakı cəhətlərlə xarakterizə olunur: 

a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi  

( tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);  

b)  dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  əhalinin  gəlirləri  üzrə  təbəqələşməsinin 

azaldılmasını təmin etməsi; 

v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması; 

q)  dövlətin  məşğulluq  siyasəti  əsasən  işçilərin  ixtisaslarının  artırıl-ması  və  yenidən 

hazırlanması hesabına işsizlərin sayının minimum həd-də çatdırmağa yönəldilməsi.  

Bu  sahədə  mövcud  olan  inkişaf  modelləri  içərisində  Çin modeli   mühüm  yer  tutur. 

Məhz  bu  modelin  reallaşdırılması  sahəsində  yer  kürə-sinin  ən  böyük  dövlətlərindən 

biri olan Çin qısa bir müddət ərzin-də iqtisadiyyatın bir sıra göstəriciləri, ilk növbədə 

isə  artım  tempi  üzrə  dünyada  qabaqcıl  mövqelərə  çıxmış,  təqribən  1,25  milyarda 

bərabər olan əhalisini öz ərzaq məhsulları, ən başlıcası isə taxıl  məhsulları ilə nəinki 




24 

 

kifayət  səviyyədə  təmin  etmişdir,  həm  də  böyük  həcmdə  kənd  təsərrüfat  məhsulu 



ixrac edən ölkəyə çevrilmişdir. 

Çin  “iqtisadi  möcüzəsi”  əslində  planlı  sosialist  iqtisadiyyatı  ilə  bazar  təmayüllü 

kapitalist iqtisadiyyatının optimal sintezindən irəli gəlir. 

Yaponiya  modeli.  Bu  model  bazar  mexanizmində  mümkün  qəzaları  dövlət 

müdaxiləsinin  dəqiq  həcmlərinin  müəyyənləşdirilməsi,  proq-nozlaşdırma,  dövlət  və 

müəssisələrn  danışıqlarında  koordinasiya  və  təs-isedici  tövsiyyələrin  verilməsi  yolu 

ilə həll etməyi məqsədəuyğun hesab edir. 

 

Cənubi  koreya  modeli  də  Yapon  modelinə  çox  oxşardır.  O,  ölkə  əhalisinin 



psixoloji həyat səviyyəsinə, yüksək əmək məhsuldarlığına əsaslanır. Dövlət vacib bir 

məqsəd  kimi  ortamüddətli  və  uzunmüddətli  planlardan  və  məqsədli  proqramlardan 

istifadə etməklə mərkəzləşdirilmiş planlaşdırma siteminin yaradılması işinə rəhbərlik 

etmişdir


4

.  Mahiyyət  etibarı  ilə  Cənubi  Koreya  iqtisadiyyatı  planlı  təsərrüfatçılıqla 

bazar  təsərrüfatşılığının  çox  ahəngdar  sürətdə  əlaqələndirildiyi  bir  sistemdir.  Cənubi 

Koreya iqtisadi inkişaf modelinin formalaşmasına təsir edən amillər bunlardır:  

1).Xarici aləmlə qarşılıqlı təsirə əsaslanan ixrac yönümlü inkişaf strategiyası; 

2).Hərbi –sənaye kompleksinin saxlanılmasına çəkilən xərclərin az olması və.s 

XX  əsrin  80-ci  illərinın  əvvəllərində  Asiyanın  İslam  ölkəsi  olan  Malayziya  da 

özünəməxsus  inkişaf  modeli  seçmişdir.  Bu  model  ölkənin  inkişaf  yolunu  özünün 

müəyyənləşdirməsini,beynəxalq  maliyyə  qurumlarından  asılılığın  olmamasını, 

həmçinin  iqtisadi  inkişafda  insan  amilinin  ön  plana  çıxarılmasını  nəzərdə  tutur.Bu 

modeldə  ən  mühüm  strateji  tədbirlərdən  biri  də  seçmə  valyuta  nəzarətinin  həyata 

keçirilməyə 

başlanmasıdır.Bu 

tədbir 


pul 

ehtiyatlarının 

real 

iqtisadiyyata 



ayırmağa,faiz dərəcələrini aşağı salmağa imkan vermişdir. 

İqtisadi  inkişafın  Türkiyə  modeli  sərt  bazar  qanunlarına  əsaslanaraq  sahibkarlığa 

geniş  yol  verilməsini  nəzərdə  tutur.  Əsası  ölkənin  mərhum  prezidenti  T.Özal 

                                                             

4

 Səmədzadə Z. Çin qlobal dünya iqtisadiyyatında. Səh.69-77 




25 

 

tərəfindən  qoyulan  bu  iqtisadi  model  “sosial  bərabərlik”  prinsipini  rədd  edir.  Bu 



iqtisadi modelin əsas şərtləri bunlardır: 

1.Azad bazar iqtisadiyyatının genişləndirilməsi; 

2.Dövlətin iqtisadiyyata müdaxiləsinin minimumlaşdırılması; 

3. Modelin nəzəri əsasını monetarizmin təşkil etməsi; 

4.Dövlət mülkiyyətində əsas strateji sahələrin saxlanılması və inkişaf etdirilməsi; 

5.Geri qalmış regionlarda yeni istehsal sahələrinin yaradılması; 

6.Özəl bölmənin inkişafının genişləndirilməsi; 

7.Planlaşdırma sisteminin qəbul edilməsi; 

8.

”Qapalı  iqtisadiyyat”-ın  açıq  iqtisadiyyata  əvəz  edilməsi,idxal-ixrac  əməliy-



yatlarının genişləndirilməsi; 

9.Izafi xərclərin azaldılması. 



 

1.3.Milli iqtisadiyyatın spesifik amilləri və məqsədləri

 İqtisadiyyat  bütövlükdə  cəmiyyətin,ayrılıqda  isə  insanın  normal  həyat  fəaliyyəti 

üçün  lazım  maddi  nemətləri  yaradan  həledici  sahədir.Yəni  insanların  birgə  və  fərdi 

fəaliyyətinin elə sahəsidir ki,orada yaşayışın zəruri şərtləri yaradılıl və istifadə edilir.  

      Milli  iqtisadiyyat beynəlxalq  iqtisadiyyatla qarşılıqlı əlaqə  və aslılıqda olan,ayrı-

ayrı  ölkələrin  inzibati  sərhədləri  üzrə,təbii-coğrafi.sosial-iqtisadi  və  texniki-texnaloji 

fərqlərə görəbölünən müstəqil təsərrüfat sistemidir.Hər bir ölkənin milli iqtisadiyyatı 

ümümdünya iqtisadiyyatının bir hissəsini təşkil edir. 

      Hər  bir  xalq  içərisində  yaşayıb  işlədiyi  milli  iqtisadiyyatın  məzmununu, 

mahiyyətini,xarakterik  cəhətlərini,inkişaf  qanunauyğunluqlarını  dərindən  bilməlidir 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə