Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

32 

 

 



 

 

 



 

 

 



 

 

 



      Fəsil 2.Azərbaycan iqtisadi modelinin formalaşması. 

    2.1.Azərbaycan iqtisadiyyatında transformasiya prosesləri.  

 Transformasiya  sözü  latın  sözündən  (“transformatio”)  əmələ  gəlmişdir.  İngilis 

dilində “transformation”, rus dilində “transformasiya”, azərbaycan dilinə “çevrilmə”, 

“dəyişmə”  kimi  ifadə  olunur.  Transformasiya  anlayışının  əsas  məzmunu  yeni 

keyfiyyətin əmələ gəlməsindən ibarətdir.   

Transformasiya  proseslərinə  qeyri-xəttilik  xasdır,  iqtisadi  dəyişikliklər  hətta 

fundamental  böhran  mərhələsindən  başlayaraq,  müxtəlif  istiqamətlərdə,  həmçinin 

mühafizəkar meyillərin bərpası istiqamətlərində də davam edə bilər.  

Dinamik  bir  proses  olan  transformasiya  əslində  yeni  iqtisadi  sistemlə  əlaqədar 

dəyişməni  ifadə  edir.  Bu  dəyişmə  əvvəlcə  iqtisadi  struktura  müdaxilə  ilə  başlanır, 

sonra sistemin digər sahələrinə yayılır.  

Məhz buna görə də transformasiya kimi ancaq o sosial-iqtisadi quruluşu qəbul etmək 

lazımdır  ki,  burada  keyfiyyətcə  bir  əsas  (köhnə),  başqa  bir  (yeni)  əsasa  çevrilir  və 



33 

 

təbii  ki,  sonuncu  da  öz  əsasında  təkrar  istehsal  olunur.  Digər  tərəfdən  əgər  keçid 



dövrü  bir  iqtisadi  sistemdən  digərinə  keçid  proseslərinin  baş  verdiyi  dövrü  əhatə 

edirsə,  transformasiyaya  həm  keçid  dövründəki,  həm  də  sonrakı  inkişaf 

mərhələlərindəki  prosesləri  də  aid  etmək  olar.  Belə  ki,  bir  çox  alimlər  hətta 

qloballaşan  dünyada  baş  verən  müasir  prosesləri  də  transformasiya  prosesləri  kimi 

xarakterizə edirlər. 

İqtisadi  sistemdə  transformasiya  prosesləri  təkrar  istehsal  qanununun  tələblərinə 

əsasən həyata keçirilir.Təkrar istehsalın hər tsikli istehsalın effektivliyini artıran ETT 

tətbiqi  ilə  müşayiət  olunur.İqtisadi  sistemin  sosial-iqtisadi  transformasiyası  dövlətin 

iştirakı  olmadan  mümkün  deyildir.İqtisadi  sistemin  transformasiyası  prosesində 

dövlət  tərəfindən  iki  istiqamət  müəyyən  edilməlidir  ki  ,bunlardan  birincisi  dövlətin 

funksiyalarının  onun  potensialı  və  istehsal  imkanlarına  uyğunlaşdırılması,digəri    isə 

dövlətin  iqtisadi  potensialının  ictimai  insitutların  aktivliyinin  artırılması  ilə 

möhkəmləndirilməsidir. 

Transformasiya prosesi  ilə ələqədar  Azərbaycan  iqtisadiyyatında  aşağıdakı   mühüm 

problemlər mövcud olmuşdur : 

- qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsi; Belə ki, qeyri-neft sektorunun 

inkişafı  istiqamətində  güclü  infrastruktur  sisteminin  formalaşdırılmaması  və  bu 

sahəyə  yatırılan  investisiyaların  xüsusi  çəkisinin  məcmu  investisiyaların  struktu-

rundan  xeyli  aşağı  olması  nəticə  etibarilə  bu  sahənin  inkişafında  irəliləyişlərə  nail 

olunmasında problemlər yaradır.  

- güclü maliyyə dayaqlarının mövcud olmaması;  

- investisiyaların strukturunda daxili  mənbədən olan  investisiyaların  xüsusi çəkisinin 

az  olması;  Modernləşdirməyə  istiqamətlənmiş  investisiya  və  innovasiya  xarakterli 

siyasət müasir dövrün tələbidir.  

-  infrastruktur  sisteminin  tam  formalaşmaması  və  onun  müasir  tələblərə  cavab 

verməməsi ; 




34 

 

- iqtisadiyyatın sahə və ərazi kəsimləri arasındakı disparitetin mövcudlugu ;  



-  əhalinin  aztəminatlı  təbəqələrinin  sosial  müdafiəsinin  təmin  edilməsi,  gəlirlərin 

indeksləşdirilməsi  və  işsizliyin  qarşısının  alınması  ilə  baglı  problemlər;  Aparılan 

araşdırmalar  göstərir  ki,  transformasiya  iqtisadiyyatından  davamlı  inkişafa  keçid 

əslində kifayət qədər sosial məqamları ilə də xarakterizə olunur.  

Azərbaycan  Respublikası  1991-ci  ildə  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra 

iqtisadi  sahədə  öz  suveren  hüquqlarını  gerçəkləşdirməyə  və  müstəqil  siyasət 

aparmağa  başlamışdır.Bu  siyasətin  başlıca  istiqamətlərini  müxtəlif  mülkiyyət 

formaları  əsasında  yaradılan  iqtisadi  sistem,bazar  iqtisadiyyatına  keçid  və  dünya 

iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. 

Müstəqillik  dövründən  bu  günə  kimi  ölkədə  mövcud  iqtisadi  inkişafı  üç  əsas 

mərhələyə  ayırmaq  olar.Birincisi,  1991-1995-ci  illəri  əhatə  edən  iqtisadi  xaos  və  ya 

tənəzzül  dövrü.İkincisi  ,1996-2005-ci  illəri    əhatə  edən  makroiqtisadi  sabitlik  və 

davamlı iqtisadi inkişaf dövrü . 2005-ci ildən başlayan dinamik iqtisadi inkişaf dövrü. 

Bu  dövrdə  ölkəmizdə  aparılan  müstəqil  dövlət  qurucluğu  prosesində  iqtisadi 

islahatların  və  inkişafın  mahiyyət  etibarı  ilə  yeni  bir  modeli-Azərbaycan  modeli 

yaranmışdır.Azərbaycan  iqtisadi  inkişaf  modelinin  xarakterik  xüsusiyyəti  onun 

mahiyyət  etibarilə  sosiallığı  ilə  seçilməsidir

6

.  Yəni  bu  modeldə  azad  bazar 



iqtisadiyyatı  ilə  yanaşı  ,əhalinin  aztəminatlı  qruplarının  sosial  müdafiəsi,əhali 

gəlirlərində qeyri bərabərsizliyin aradan qaldırılması,sosial rifahın təmin olunması ilə 

bağlı məsələlərə də geniş yer verilir.  

  Müstəqilliyin  ilk  illəri  Azərbaycan  üçün  ciddi  sınaq  dövrü  olmuşdur.  Belə  ki, 

müəssisələr  arasında  mövcud  əlaqələrin  pozulması,  o  dövrdəki  siyasi  rəhbərliyin 

səriştəsizliyi,  Ermənistanın  təcavüzü  nəticəsində  Azərbaycan  ərazisinin  20%-nin 

işğalı,  1  milyondan  çox  soydaşımızın  doğma  yurd-yuvasından  didərgin  düşməsi, 

Azərbaycanın  iqtisadi,  siyasi,  informasiya  blokadasına  alınması  ölkənin  sosial-

iqtisadi  həyatında  xaosa  gətirib  çıxarmışdı.  Bu  dövrün  iqtisadi  mənzərəsi  həmin 

                                                             

6

 Hacıyev  Ş. Azərbaycan istisadi inkişafının model identifikasiyası. Səh.114-117 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə