Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   2   3   4   5   6   7   8   9   ...   24

17 

 

   



   Iqtisadi sistemin parametrlərinin  müəyyən olunmasında texnoloji  istehsal  üsulu  rol 

oynayır.  Bütün iqtisadi sistemlərdə bu ümumi cəhətlər və parametrlər  mövcuddur.  

    İqtisadi sistemin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə malik 

olduğu  sərvət  və  maddi  ne'mətlərin  istehsalı,  bölgüsü  və  mübadiləsi  sahəsindəki 

iqtisadi  münasibətlər,eyni  zamanda  onların  təşkili  müxtəlif  formalarda  həyata 

keçirilmişdir.  Bu  baxımdan  iqtisadi  sistemin  bazar,  inzibati-amirlik,  ənənəvi  və 

qarışıq formalarını qeyd edə bilərik.  

    XVII  əsrdən  müxtəlif  formalarına,  insanların  azad  iqtisadi  təşəbbüsünə,  azad 

rəqabətə əsaslanan iqtisadi sistem  fəaliyyətə başlamış və özünü doğrultmuşdur.  

Bazar münasibətləri ilə səciyyələnən bu sistemin iki tipi vardır. Onlardan biri əvvəlki 

azad  rəqabətlə  müşayiət  olunan  bazar  iqtisadiyyatı,  digəri  isə  inzibati  amirlik 

iqtisadiyyatıdır. 

    Birinci  tip  sistem  şərti  olaraq  XVIII  əsrdən  XX  əsrin  əvvəlinə  qədər  fəaliyyət 

göstərib (bunun  bir çox  ünsürləri  müasir  bazar sisteminə də daxildir).  Burada  fərqli 

cəhət  ondan  ibarətdir  ki,  investisiya  ehtiyyatları  xüsusi  mülkiyyətçilərin 

sərəncamında olmuş, azad  rəqabət əsasında  mikroiqtisadi  fəaliyyət  bazar  mexanizmi 

vasitəsilə  tənzimlənmişdir.  Cəmiyyətin  inkişafının  bu  mərhələsinin  başlıca  şərti 

iqtisadi  fəaliyyətdə  bütün  iştirakçıların  sərbəst  olmasıdır.  Nəinki  sahibkarlar,  hətta 

muzdlu işçilər də sərbəst olmuşlar. 

İqtisadi  tərəqqiyə  nail  olmaq  sahibkarın  kapitalının  həcmindən  asılıdır.  Cəmiyyətin 

başlıca  istehsal  qüvvəsi olan  insan amili bu   zaman   yeni  mərhələyə qalxdı. Muzdlu 

və  sahibkar  bazar  münasibətlərində  hüquqi  cəhətdən  bərabər  agentlər  kimi  qarşı-

qarşıya  dururlar.  Sahibkar  əmək  bazarından  istədiyi  muzdlu  işçini  seçə  bildiyi  kimi, 

muzdlu  işçi də bazarda tələbatına  uyğun  gələn  iş ağtarmaqda sərbəst olur. Daha çox 

mənfəət əldə etmək təbii, əmək və investisiya ehtiyyatlarından daha səmərəli istifadə 

etməyə sövq edir. 




18 

 

   Əvvəlki  bazar  sisteminə  nisbətən,  müasir  bazar  iqtisadiyyatı  daha  elastik  vəziyyət 



yaradır.  Bu  zaman  daxili  və  xarici  şərait  dəyişdikcə  bazar  iqtisadiyyatı    təkmilləşir, 

elmi-texniki  tərəqqi  geniş  miqyas alır,  istehsal, sosial  və bazar  infrastrukturu  inkişaf 

edir,  dövlət  milli  iqtisadiyyatın  inkişafına  daha  fəal  tə'sir  göstərir.  Bununla  əlaqədar 

olaraq  təsərrüfat  mexanizmi,  təsərrüfat    fəaliyyətinin  təşkili  forması  və  təsərrüfat  

subyektləri arasında iqtisadi əlaqələr nisbətən yeni xarakter alır.  

Bazar  sisteminin  üstünlüyü  istehsalın  səmərəliliyinin  daim  yüksəldilməsidir.  Bu 

sistemdə  istehsalın  maddi-texniki  bazası  daim  yüksəlir,  şəxsi  və  ictimai  mənafelər 

müəyyəən  mə'nada  birləşir.  Bu  müsbət  cəhətlərlə  yanaşı,  mənfi  cəhətlər  də  özünü 

göstərir.  Əvvəla,    gəlirlərin  bölgüsündə  qeyri-bərabərlik  güclənir.  İkincisi,  tam 

məşğulluq və sabit qiymət səviyyəsinə təminat verilmir. 

İnzibati-amirlik sistemi keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində olmuşdur. 

İnzibati-amirlik  sistemində  ədalətdən  danışılsa  da,  praktikada  sərt  inzibatçılıq 

ədalətsizliyə  gətirib  çıxarır  və  cəmiyyətdə  baş  verəcək  ziddiyyətlərin  daha  da 

dərinləşməsinə  səbəb  olur.  Eyni  zamanda  iqtisadiyyatın  idarə  olunmasındakı 

inzibatçılıq təkrar  istehsal  fazaları arasındakı əlaqəni,  mülkiyyət  hüququnu tamamilə 

pozur. 


Sabiq  İttifaqda  bütövlükdə  iqtisadiyyata  aid  edilən  problemlər,  istər  resursların 

bölgüsü  və  istifadəsi  sahəsində,  istərsə  də  başqa  sahələrdəki  məsələlər 

mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilirdi. 

İqtisadiyyatın  idarə  olunmasının  hədsiz  dərəcədə  dövlətin  əlində  cəmləşdirilməsi 

dövlət  aparatının  bürokratikləşməsinə  gətirib  çıxarır.  Bürokratik  aparat  iqtisadiyyatı 

səmərəli  inkişaf  etdirmək  qabiliyyətinə  malik  deyil.  Çünki,  təsərrüfatın  idarə 

edilməsinin  mərkəz- ləşdirilməsi  ilə  istehsal  və satış dövlətin  inhisarına keçir. Vahid 

ictimai  mülkiyyət,  dövlət  inhisarı  hökm  sürdüyünə  görə  rəqabət  üçün  şərait  ola 

bilmir.  Rəqabət  olmadığına  görə  texnikanın  və  texnologiyanın  təkmilləşdirilməsinə 

stimul olmur. Nəticə etibarilə iqtisadiyyat tənəzzülə doğru gedir. 




19 

 

Beləliklə inzibati-amirlik sisteminin mənfi cəhətləri aşağıdakılardır: 



1). ictimai mülkiyyət adı altında bütün istehsal vasitələrinin və onun nəticəsinin 

dövlət mülkiyyətində mərkəzləşdirilməsi; 2) mərkəzləşdirilmiş iqtisadi 

planlaşdırmanın aparıcı olması; 3). yaradılmış ne'mətlərin bərabərçilik şəklində 

paylanması isə ədalətsizliyin ən yüksək zirvəsidir. Ədalətsiz cəmiyyət isə uzun sürə 

bilməz. 4). insanın iqtisadi fəallığının və maddi marağının  reallaşması yollarının 

məhdudlaşdırılması; 5). resursların başlıca olaraq, hərbi sənaye kompleksinin 

inkişafına yönəldilməsi. 

İnzibati-amirlik sisteminin nöqsanı eyni zamanda planın nəyin hesabına olursa olsun 

yerinə yetirilməsi tələbidir.  

İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk növbədə 

bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.  

Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir qismi 

sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati-amirlik sisteminə çox yaxındır. 

Qarışıq iqtisadi sistemdə sahibkar iqtisadiyyatına üstünlük və tə'minat verilməsi ölkə 

iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə nisbətən ədalətin 

tə'min olunmasına imkan yaradır 

Qarışıq iqtisadi sistemdə  resursların bölgüsü də müxtəlif  şəkildə həyata keçirilir. 

Əgər inzibati-amirlik sistemində bölgünü dövlətin mərkəzi plan orqanları həyata 

keçirirsə, bazar sistemində resursların bölgüsünü xüsusi sahibkarlıq həyata keçirir. 

Qarışıq iqtisadi sistemdə  isə resursların bölgüsündə qarışıq təsərrüfat formaları, yə'ni 

xüsusi sahibkarlar, dövlət və başqa formalar iştirak edir. 

İqtisadi  sistemlərin  formalarından  biri  də  ənənəvi  iqtisadiyyatdır.  Ənənəvi 

iqtisadiyyat  dedikdə  milli  adət  və  ən'ənələrə  əsaslanaraq  iqtisadiyyatın  inkişaf 

etdirilməsi  başa  düşülür.  Bu  sistemdə  keçmişdən  miras  qalmış  adətlər  bəşəri 

sivilizasiyalardan irəli gələn texniki yeniliklərlə əlaqələndirilir. İqtisadiyyat vərəsəlik 

prinsipinə  tabe  edilir.  Resursların  və  gəlirlərin  bölgüsü  adət  və  ən'ənələr  qaydasında 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə