Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

38 

 

müstəqilliyinə  qovuşmuş  Azərbaycanın  inkişaf  strategiyası  müəyyən  edildi.  Bu 



strateji  konsepsiya  ölkəmizin  potensial  imkanları,  milli  mənafeləri,  qlobal  iqtisadi 

meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla 

hazırlandı.  Ulu  öndər  ilk  növbədə,  çoxmülkiyyətli  bazar  iqtisadiyyatının  başlıca 

tələblərinin  təmin  olunması  istiqamətində  siyasi  iradə  nümayiş  etdirdi  və  iqtisadi 

transformasiyanın  qanunauyğunluqlarını  nəzərə  alaraq  əsaslı  islahatlara  start  verdi. 

Heydər  Əliyev  həmin  dövrdə  müstəqil  dövlətin  yeni  transformasiyaya  keçid  ilə 

islahatlar  həyata  keçirilməsinin  olduqca  çətin  və  mürəkkəb  olduğunun  bildirirdi: 

“Azərbaycan  istiqlaliyyət  əldə  etdiyi  vaxtdan  bəri  öz  həyatını,  dövlətini, 

iqtisadiyyatını,  öz  milli  mənafelərini  əsas  tutaraq,  demokratiya  prinsipləri  əsasında 

qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt 

kimi  qoyur.  Bununla  əlaqədar  olaraq  Azərbaycan  azad  iqtisadiyyat,  bazar 

iqtisadiyyatı  prinsipləri  əsasında  yenidənqurma  strateqiyasını  elan  etmişdir  və  bu 

yolla  gedir.  Təbiidir  ki,  70  il  ərzində  başqa  sosial-iqtisadi  sistem  şəraitində  yaşamış 

olan respublika üçün bu yol son dərəcə çətin və  mürəkkəbdir. Lakin bununla yanaşı, 

bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və 

Azərbaycanı  dünya  iqtisadi  sisteminə  qoşmaqdan  ötrü  iqtisadiyyatın  inkişafını 

beynəlxalq  standartlara  müvafiq  surətdə  təmin  etmək  üçün  yeganə  yoldur”. 

Dünya  iqtisadiyyatının  başlıca  tələblərindən  biri  iqtisadi  transformasiya  prosesinin 

təkamül  yolu  ilə  düşünülmüş  və  təmkinli  olaraq  həyata  keçirilməsindən  ibarətdir. 

Davamlı  və  sistemli  bir  proses  olan  təkamül  yolu  bir  qayda  olaraq  iqtisadi 

münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu  mənada təmkinli,  uzaqgörən 

siyasi  xətlə  paralellik  təşkil  edən  təkamül  yolu  Azərbaycanda  bazar  iqtisadiyyatının 

təməl prinsiplərinə çevrildi. 

     "Əsrin  müqaviləsi"nin  bağlanması  və  qonşu  dövlətlərlə  münasibətlərin 

normallaşdırılması  bütün  diqqəti  ölkədə  çoxdan  yığılıb  qalmış  və  yatmış  vulkana 

bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. 

Həyat  isə  bütün  kəskinliyi  ilə  tələb  edirdi  ki,  heç  bir  ölkənin  tarixində  rast 

gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin: 




39 

 

1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; 



2.  inzibati-amirlik  sistemi  ləğv  edilərək  bazar  iqtisadiyyatı  prinsiplərinin  bərqərar 

olunması; 

3.  qapalı  sosial-iqtisadi  sistemin  xaricə  açılması  və  açıq  qapı  siyasətinin  tətbiq 

edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi. 

    Akademik  Ramiz  Mehdiyevin  göstərdiyi  kimi:  "1993-cü  ilin  ortalarında,  Heydər 

Əliyev  ölkəyə  rəhbərliyə  qayıtdıqdan  sonra  milli  transformasiyanın  dördüncü 

mərhələsi  başlandı  -  modernləşdirmə  mərhələsinə  başlamağın  əsası  qoyuldu.  Onun 

mahiyyəti  Azərbaycanın  tənzimlənən  bazar  iqtisadiyyatına  keçməsində  və 

demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin 

dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi"

7



   İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini 



tələb  edirdi.  Bununla  əlaqədar  olaraq  1995-1996-cı  illərdə  qiymətlərin  formalaşması 

prosesinin  inzibati-amirlik  sisteminin  qalıqlarından  azad  olunması  başa  çatdırıldı. 

Bununla  da  bazar  iqtisadiyyatının  əsas  prinsiplərindən  birinin,  yəni  qiymətlərin 

bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması 

prosesinin  başlanması  üçün  yol  açılmış  oldu.  Bu  proses  bazar  iqtisadiyyatının  digər 

vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı. 

   Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  qətiyyətli  iqtisadi  islahatlar  az  bir 

zamanda  geniş  beynəlxalq  dəstək  aldı.  Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı 

Azərbaycanda  iqtisadi  islahatlar  haqqında  xüsusi  proqram  hazırladılar  və  ölkəmizə 

maliyyə  yardımı  göstərdilər.  Həmin  təşkilatlarla  sıx  əməkdaşlıq  şəraitində 

hazırlanmış 

sabitləşdirmə 

proqramına 

uyğun 


olaraq 

iqtisadiyyatın 

liberallaşdırılmasına  yönələn  radikal  islahatlar  həyata  keçirildi.  Sərt  və  çevik  pul-

kredit,  büdcə,  vergi,  gömrük  siyasətinin  aparılması,  qiymətlərin,  xarici  iqtisadi 

fəaliyyətin  və  valyuta  bazarının  liberallaşdırılması  və  xarici  kapitalın  cəlb  olunması 

                                                             

7

 Mehdiyev  R.  Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi.səh 135-138 




40 

 

nəticəsində  tezliklə  ölkədə  makroiqtisadi  səviyyədə  maliyyə  sabitliyinin  təmin 



edilməsinə nail olundu. 

     Azərbaycanda  iqtisadi  artım  sürəti  1995-ci  ildən  başlayaraq  MDB  üzrə  orta 

göstəricidən xeyli yüksək olmuşdur.  Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və 

keyfiyyət  dəyişiklikləri  baş  vermiş  və  verməkdə  davam  edir.  “Azərbaycan 

Respublikasında  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında”  24 

noyabr  2003-cü  il  tarixli    Prezident  Fərmanı    Azərbaycanda  sosial-iqtisadi  inkişafı 

sürətləndirmək  strategiyasını,bu  strategiyanı  həyata  keçirmək  üçün  hökümətin 

,maliyyə-kredit-vergi  təşkilatlarının  və  sahibkarlığın  birgə  fəaliyyətinin  təşkili 

tədbirlərini  müəyyən  etdi.Bu  fərman  digər  tərəfdən  ölkənin  məqsədli  proqramlarla 

idarəetmədə  təkmilləşdirilmələr  aparılmasının  mühüm  vasitəsi  kimi  ,bir  Prezident 

İlham  Əliyevin  fəaliyyətinin  strateji  məqsəd  və  vəzifələrinin  proqramı  kimi  diqqəti 

cəlb edir. 

    

«Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı» 



(2004-2008,2009-2013)  Respublika  prezidenti  İlham  Əliyevin 

«Azərbaycan 

Respublikasında  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında

» 

fərmanında qarşıya qoyduğu strateji  vəzifələrin  yerinə  yetirilməsi  mənafeyinə uyğun 



olaraq  qəbul  edilmişdir.Bu  proqram  Azərbaycan  iqtisadiyyatının  inkişafında  və 

proqramlarla  idarəetmə  təcrübəsində  müstəsna  yer  tutur.Bu  proqram  öz  mahiyyətinə 

görə  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinin,sahibkarlığın  ayrı-ayrı  formalarının  sahəvi 

proqramlarla  idarə  olunmasından  ayrı-ayrı  regionların  və  bütövlükdə  Respublika 

iqtisadiyyatının 

vahid 


proqramla 

idarə 


olunmasına 

keçiddir.Proqramın 

hazırlanmasının  təşəbbüskarı  və  icrasının  təşkilatçısı,Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyev  özü  bu  barədə  demişdir:  “Müasir  dövrdə  ölkəmizin  sürətli 

inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir.Bu proqramların 

içində  əlbəttə  ki,ən  önəmlisi  və  ən  vacibi  2004-cü  ildə  qəbul  edilmiş  “Regionların 

sosial-iqtisadi  inkişafı  üzrə  dövlət  proqramı”  dır.  Bu  proqramın  qəbul  edilməsindən 

sonra ölkəmizin bölgələri çox sürətlə  inkişaf etməyə başlamışdır.” 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə