Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

53 

 

    Yeni iqtisadi sistemə keçid mərhələsində müstəqillik əldə edən respublikamız üçün 



struktur  siyasətinin,  islahatların  özünəməxsus  modeli  mövcuddur.  Dəyişikliklərin 

strukturunun  Azərbaycan   modelində dövlətin sosial  yönümlü siyasəti  ilə azad bazar 

iqtisadiyyatının tələbləri arasında ziddiyyət müşahidə olunmur. Konstitusiyanın 15-ci 

maddəsinin  II  hissəsinə  edilən  "sosial  yönümlü"  sözləri  də  bu  baxımdan  nəzəri  cəlb 

edir.  Bu  dəyişikliyə  görə,  "Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında  "sosial 

yönümlü"  iqtisadiyyatın  inkişafına  şərait  yaradır,  azad  sahibkarlığa  təminat  verir, 

iqtisadi  münasibətlərdə  inhisarçılığa  və  haqsız  rəqabətə  yol  vermir".  Bu  sahədə  ilk 

növbədə  daxili  resurslara  əsaslanan  və  sosial  yönümlü  islahatlar  məqsədə  çatmaq 

üçün  aparılan  islahatlar  daha  realdır.  Neft-energetika  resurslarının  ,  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı,ixracı  və  istehlakı  kimi  əsas  struktur  əmələ  gətirən  sahələrin 

inkişafı əhalinin məşğulluğunun təmin edilməsində, ən səmərəli yoldur. 

      Bu  gün  müstəqillik  əldə  etmiş  respublikamızda  struktur  investisiya  siyasəti 

ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşır və struktur siyasətinin 

başlıca  istiqaməti  respublikada  resursların  emalı  mərhələsini  dərinləşdirməyə  imkan 

verən  sahələrin  inkişafı  ilə  bağlıdır.  Investisiya  avans  edilmiş  kapitaldır  və 

investisiyanın  uzunmüddətli  məqsədlər  üçün  qoyulması  iqtisadiyyatın  sahə 

quruluşuna təsir edir. Struktur dəyişmələr üçün qoyulan investisiya həmin dövr üçün 

yeni  iqtisadi  struktura  maddi  əməyə  və  istehsal  qabiliyyətinə  görə  perspektiv  elmi-

texniki  tərəqqi  üçün  istehsal  strukturuna  səbəb  olur,  həmçinin  iş  yerlərinə  və 

məşğuliyyət səviyyəsinin yüksək olması hesabına istehlak üçün lazım olan resursların 

artımına  səbəb  olur.  Son  nəticədə,  respublikada  həyata  keçiriləcək  struktur-

investisiya 

siyasəti 

Azərbaycanın 

dünya 

bazarına 



çıxış 

imkanlarının 

genişləndirilməsinə xidmət etməlidir.  

    Ümumiyyətlə,  struktur  dəyişmələrinin  əsas  meyarı  əmək  bölgüsünə  təsir  etməklə 

iqtisadi  artımın  təmin  olunmasına  və  istehlakın  təkmilləşdirilməsinə  yönəlməli, 

ÜDM-un  istehsal strukturunda əmək tutumlu sahələrin  üstün artması strateji  məqsəd 

olmalıdır. 



54 

 

    Sahibkarlığı  inkişaf  etdirmək,əlverişli  biznes  və  investisiya    mühiti  yaratmaqla 



daxili və xarici investisiyaları cəlb etmək,qeyri-neft sektorunun inkişafına nail olmaq 

bu  mərhələdə  həyata  keçirilən  iqtisadi  siyasətin  səciyyəvi  xüsusiyyətlərindən  biri 

olmuşdur.Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində  Azərbaycanda 

sahibkarlar təbəqəsi formalaşmış,özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu 

artmışdır 

    Azərbaycan  Respublikasının  ÜDM-un  sahə  strukturunda  özəl  sektor  daha  çox 

üstünlük  təşkil  edir.  Belə  ki,  qeyri-dövlət  sektorunun  ÜDM-un  sahə  strukturunda 

xüsusi  çəkisi  62%,  kənd  təsərrüfatı  məhsulunun  istehsalında  95%  və  əmtəə 

dövriyyəsində  98%-ə  çatır.  ÜDM-un  bölgüsü  və  yenidən  bölgüsündə  istehsal  yönlü 

vəsaitin artımı və dövlət büdcəsinin yenidən bölgüsündə rolunun artması, investisiya 

həcmində  və  kredit  resurslarının  tərkibində  daxili  resursların  artması  struktur 

islahatlarının həyata keçirilməsində dövlətin rolunu əsaslandırır.  

 İqtisadiyyatın  sahəvi  quruluşu  bütün  ölkələr  üçün  eyni  olsada  onun  ayrı  –  ayrı 

sahələrinin  milli  iqtisadiyyatda  xüsusi  çəkisi,  rolu  və  əhəmiyyəti,  inkişafı  imkanları 

müxtəlif olur. 

 İqtisadiyyatın  sahəvi  quruluşu  dedikdə  keyfiyyətcə  eyni  tipli  təsərrüfat 

subyektlərinin  məcmusu  nəzərdə  tutulur.  Bu,  ayrı  –  ayrı  təsərrüfat  subyektlərini 

ictimai  əmək  bölgüsü  sistemidə  istehsal  şəraitinə  görə  fərqləndirilir.  Praktiki  olaraq 

hazırda  dünya  təsərrüfatı  sistemi,  o  cümlədən  ayrı  –  ayrı  ölkələrin  milli 

iqtisadiyyatlarının strukturu üç əsas sahəni əhatə edir: 

 1. Sənaye  

 2. Kənd təsərrüfatı 

 3. Xidmət sahəsi. 

   Azərbaycan  iqtisadiyyatında  son  illərdəki  inkişaf  meyillərini  və  dəyişikliklərin 

strukturunu    müşahidə  edərkən,  sözsüz  ki,  sənayenin  yüksək  inkişaf  dinamikasını 

aydın  görmək  mümkündür.  Azərbaycan  iqtisadiyyatında  son  illərdəki  inkişaf 




55 

 

meyillərini  müşahidə  edərkən,  sözsüz  ki,  sənayenin  yüksək  inkişaf  dinamikasını 



aydın görmək mümkündür. 

  Hazırda  Azərbaycanda  ümumi  daxili  məhsulun  tərkibində  əsas  yer  sənaye 

məhsullarının  payına  düşür.  Azərbaycan  sənayenin  sürətli  inkişafına  görə  MDB 

dövlətləri  içərisində  nəhəng  sənaye  komplekslərinə  malik  Rusiya  və  Ukrayna  ilə 

rəqabətə davam gətirir. 

  Sənayeləşmənin  iqtisadi  təməlləri,  ilk  növbədə,  Azərbaycanda  güclü  sənaye 

potensialının  inkişafına  stimul    verən  zəngin  xammal  bazasının  mövcud  olması  və 

nəhəng sənaye kompleksləri infrastrukturları  ilə bağlıdır . Bakı, Sumqayıt və Gəncə 

şəhərlərinin  sənayeləşmənin  mərkəzi  rayonlarına  çevrilməsinə  baxmayaraq, 

bölgələrdəki  xammal  infrastrukturunda  başlıca  rol  oynayan  Daşkəsən,  Gədəbəy, 

Naxçıvan,  Mingəçevirin  sənaye  marşrutunun  bazası  olması  danılmazdır.  Bu 

çoxşəbəkəli  marşrutların  postsənayeləşmənin  vahid  kompleksinə  çevrilməsi 

Azərbaycanın iqtisadiyyatında yeni mənzərənin yaranması deməkdir. 

Respublikamızın zəngin təbii ehtiyatlara malik olması da sənaye potensialından 

maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də Gəncə şəhərində və bura yaxın 

zonalarda  xammal bazasının  mövcudluğu  yeni sənaye  müəssisələrinin  yaradılmasına 

əlverişli  imkanlar  açmışdır.  Gəncədə  polad  kompleksinin  və  «Det-al»  alüminium 

zavodunun  təməlinin  qoyulması  da  bu  layihələrin  başlanğıcı  kimi  qiymətləndirilə 

bilər. 

Bunlarla  yanaşı  son  üç-dörd  ildə  Azərbaycan  iqtisadiyyatının  ,xüsusiylə  sənayenin 



inkişaf istiqamətləri , strukturu və ərazi təşkilində bir sıra keyfiyyət dəyişiklikləri baş 

vermişdir.Birincisi  və  ən  başlıcası  son  illərdə  regionların  inkişafı  üzrə  Dövlət 

proqramlarına  uyğun  olaraq  qeyri  neft  sektoru  sürətlə  inkişaf  etmiş  və  nəticədə 

Respublika  iqtisadiyyatının  ağırlıq  mərkəzi  həm  artım  sürətinə  ,həm  də  investisiya 

qoyuluşunun miqdarına görə neft sektorundan qeyri neft sektorunun ,o cümlədən neft 

sənayesindən  qeyri  neft  sənayesinin  üzərinə  keçmişdir.Qeyri  neft  sektoru  isə  başlıca 

olaraq  Abşerondan  kənar  iqtisadi  rayonların  üzərinə  keçir.Son  illərdə  qeyri  neft 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə